123
kandavlizm iki növə bölünür: a) seksual partnyorun başqa kişinin ixtiyarına verilməsi,
lakin ərin özünün iştirak etməməsilə səciyyələnən koital kandaulezizm; b) seksual
partnyorun başqa kişinin ixtiyarına verilməsi, lakin ərin özünün iştirak etməsilə
səciyyələnən koital kandaulezizm.
Nadir hallarda kandaulezizmdən əziyyət çəkən ər arvadının başqa kişilərlə
görüşməsinə şərait yaradır, buna təhrik edir, lakin özü kənardan seyrçi mövqeyini tutmur,
yalnız sonra həyat yoldaşından keçirdiyi görüşü təfsilatı ilə danışmasını xahiş edir.
Arvadının başqa kişi ilə keçirdiyi cinsi əlaqəni hərtərəfli təsvir etməsini dinləyən ər hədsiz
ehtiraslanır. Bundan sonra şəhvətin gücündən daha özünü saxlaya bilməyən ər «cürətli»
arvadına sarılaraq onunla təmtəraqlı cinsi əlaqə yaşayır. Belə hal seksual partnyorun başqa
kişinin ixtiyarına verilməsi, lakin ərin özünün iştirak etməməsilə səciyyələnən koital
kandaulezizm adlanır.
Arvadını başqa kişilərlə cinsi əlaqəyə girməyə təhrik etmənin növbəti
variantında ərin özü seksual yaxınlığı izləmək (dinləmək, görmək) və yaxud prosesdə özü
iştirak etmək iqtidarında olur. Odur ki, belə hal seksual partnyorun başqa kişinin ixtiyarına
verilməsi, lakin ərin özünün iştirak etməsilə səciyyələnən koital kandaulezizm adlanır.
Seksual partnyorun başqa kişinin ixtiyarına verilməsi, lakin ərin özünün iştirak
etməsilə səciyyələnən koital kandavlizm zamanı parafiliyaların müxtəlif formaları aşkar
surətdə bir-birinə qovuşur. Bir yerdə rast gəlinən parafiliyaların təbiətindən asılı olaraq
seksual partnyorun başqa kişinin ixtiyarına verilməsi, lakin ərin özünün iştirak etməsilə
səciyyələnən koital kandavlizmin üç variantı fərqləndirilir: a) akustisizmlə qovuşmuş koital
kandavlizm; b) vizionizmlə qovuşmuş koital kandavlizm; c) plüralizmlə qovuşmuş koital
kandavlizm.
Bəzi hallarda ər arvadını başqa kişi ilə cinsi əlaqəyə təhrik edir, lakin özü
qapının arxasından, yaxud divarın digər tərəfindən onların cinsi əlaqə zamanı çıxardıqları
intim xarakterli səslərə qulaq asır və bundan seksual tələbatının tam təmin olunduğunu hiss
edir. Çox nadir hallarda rast gəlinən həmin hadisə akustisizmlə qovuşmuş koital
kandavlizm adlanır.
Əksər hallarda ər arvadını başqa kişi ilə yataqda olmağa təhrik edir, özü isə
kənardan əvvəlcədən müəyyənləşdirdiyi xəlvəti bir yerdən onların cinsi əlaqəsini müşahidə
edir və bundan hədsiz ehtiraslanır. Ər seyrçi mövqeyini tutduğuna görə onun mübtəla
olduğu meyl pozğunluğunun həmin variantı vizionizmlə qovuşmuş koital kandavlizm
adlanır. Belə hallarda kişi öz arvadını başqa kişinin yatağında görmək və onların cinsi
əlaqəsinə kənardan baxmaq istəyir. Məşhur Ukrayna həkimi və alimi, seksoloq və
androloq, tibb elmləri doktoru, professor Nikolay İvanoviç Boyko qeyd edir ki, klinik
praktikasında dostu ilə arvadının cinsi akta girməsini və onlara tamaşa etməsini arzulayan
kişi ilə rastlaşmışdır [25].
Əgər ər özü kənardan müşahidə etmək şərtilə arvadını başqa kişi ilə cinsi
əlaqəyə girməyə razı salmışdırsa, buna çox sevinir. Belə hallarda ər arvadının başqa kişi ilə
yatmasını, özünün isə gizlincə, əvvəlcədən özünün müəyyənləşdirdiyi sahədən, məsələn,
qonşu otağın qapısındakı deşikdən və sairə yerlərdən onları müşahidə etmək fikrində
olmasını bildirir. Ancaq arvad edilən qeyri-adi təklifdən özünü itirir. Əksər hallarda ərini
sevən arvad onun təklifinə müsbət cavab verir. Arvadını başqa kişi ilə görüşməyə təhrik
124
etmiş və məqsədinə nail olmuş ər özü xəlvəti bir yerdə dayanaraq kənardan bunu izləyir.
Deşikdən müşahidə edilən arvadın yataqdakı davranışı istər-istəməz təbii məcradan kənara
çıxır. Çünki arvad kənardan ərinin onları izlədiyini qabaqcadan bilir, yaxud bunu böyük
ehtimalla gözləyir. Ancaq kandaulezist ərin bundan aldığı həzz heç bir ölçüyə sığmır. Bu
zaman arvadının başqa kişi ilə cinsi yaxınlıqda olmasını diqqətlə izləyən ər bundan hədsiz
ehtiraslanır və çox vaxt masturbasiya edir, yaxud «seksual tanışdan» aralanan kimi həyat
yoldaşına sarılıb özünün seksual tələbatını təmin edir.
Lakin gözləmədiyi cinsi yaxınlıqdan sonra arvadda ərinə qarşı nifrət, ondan
iyrənmə formalaşa bilər. Bu baxımdan bir pasiyent qadının öz əri haqqında danışdıqlarını
xatırlamaq kifayətdir. Məşhur rus psixiatrı, psixiatriyada nozoloji istiqamətin banilərindən
və Moskvada psixiatriya üzrə elmi məktəbin əsasını qoyanlardan biri Sergey Sergeyeviç
Korsakov
123
belə bir nümunə gətirmişdir ki, pasiyentlərindən birinin əri günlərin birində öz
arvadının qarşısında diz çöküb gözlərinin yaşını axıda-axıda tanışlarından bir nəfərə
verməsinə, bu azmış kimi üstəlik özünün qonşu otaqdakı xüsusi dəlikdən onların seksual
yaxınlığını bütün təfərrüatı ilə görməsinə (cinsi aktı müfəssəl surətdə izləyə bilməsinə) görə
yalvarır. Ər özünün istəyini belə əsaslandırmağa çalışır: «Əzizim, mən sənin yataqdakı
müvəffəqiyyətlərini təfsilatlı görmək istəyirəm!» Ərini çox sevən və rədd cavabı verdiyi
təqdirdə onun ümidsiz vəziyyətə düşdüyünü görən arvad qeyri-adi təkliflə razılaşmalı olur.
Ərinin sözlərinə görə, cinsi aktı müşahidə edərək heç vaxt keçirmədiyi bir məmnunluq
duyur, misli-bərabəri olmayan səviyyədə təminolunma hiss edir. Ancaq bundan sonra əri
ikrah hissi doğurduğundan arvad həkimə müraciət edir. Şübhəsiz ki, arvadının tanış bir
kişiyə verməsini istəyən, özü isə qonşu otağın qapısındakı deşikdən onların cinsi
yaxınlığını müşahidə etmək fikrinə düşən, buna nail olmaqdan ötrü diz çökərək və göz
yaşları axıdaraq həyat yoldaşına yalvaran ərdə vizionizmlə qovuşmuş kandaulezizm
olduğu heç bir şübhə doğurmur. Bu barədə məşhur rus seksoloqları Vasili İvanoviç
Zdravomıslov, Zosya Yefimovna Anisimova və Sergey Sergeyeviç Libix tərəfindən 1985-
ci ildə ərsəyə gətirilən «Funksional qadın seksopatologiyası» adlı kitabda məlumat
vermişlər [31; 32]. Bundan başqa, məşhur rus psixoloqu və pedaqoqu Valentina
Mixaylovna Seluyko
124
tərəfindən 2003-cü ildə qələmə alınan «Qeyri-ənənəvi məhəbbətin
psixologiyası» [53], həmçinin 2008-ci ildə nəşr etdirilən «Qeyri-ənənəvi məhəbbətin
psixologiyası. Öz seksual davranışından necə baş çıxartmalı» [54] kitablarında həmin
məlumat bir daha xatırladılmışdır.
Seksual partnyorun başqa kişinin ixtiyarına verilməsilə səciyyələnən koital
kandavlizmin sonuncu variantında plüralizmlə birləşmə müşahidə edilir. Odur ki, cinsi
münasibətlərin həmin variantı plüralizmlə qovuşmuş koital kandavlizm adlanır. Sonuncu
halda təmtəraqlı elementlərin qatılması ucbatından kandavlizm rəngarəng bir şəkil alır,
çünki həm ekshibisionizm və vizionizm, həm də doqqinq və digər meyl formalarına xas
aktivlik eyni vaxtda bir məkanda təzahür edir.
Aydındır ki, belə hallarda kandaulezist ər arvadı ilə svinqdə iştirak etməyə
təşəbbüs göstərə bilər. Odur ki, buna svinger koital kandavlizmi deyilir. Həqiqətən kişinin
öz arvadı ilə svinqdə iştirak etməsi hesabına kandaulezistik tələbatını təmin etməsi
mümkündür. Elə buna görə həmin hadisə svinq kandaulezizmi adlanır. Təsadüfi deyildir
ki, bəzi hallarda məhz kandaulezistik meyl pozğunluğu ucbatından tərəflər qrup seksində
Dostları ilə paylaş: |