Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   47   48   49   50   51   52   53   54   ...   73

125 
 
iştirak edə bilərlər. Lakin başqa situasiyalardan fərqli olaraq belə hallarda «dişdoğrayan» 
səhnələrin yer alması hökmən tələb edilmir. 
Son  illərdə  dünyanın  hər  yerində  sving  populyarlıq  qazanır  və  sürətlə  yayılır. 
«Svinger turizmi», yaxud sadəcə «sving turizmi» deyilən bir anlayış yaranmışdır. Svinger 
turizmi sabit, davamlı seksual cütlərin səfərini nəzərdə tutan bir turizm növüdür ki, həmin 
səyahəti  etməkdə  güdülən  məqsədlərdən  biri  seksual  partnyorların  müvəqqəti 
dəyişdirilməsi  –  svinq  ilə  məşğul  olmaqdır.  Svingerlər  üçün  dünyanın  müxtəlif 
regionlarında  gecə  klubları  (sving  klubları),  otellər  (sving  otelləri)  və  turistik 
infrastrukturun digər elementləri təşkil edilmişdir. 
Artıq  əxlaqın  köklü  surətdə  dəyişikliyə  uğraması  fonunda  seksual  partnyor 
mübadiləsi  tez-tez  rast  gəlinən  bir  hadisəyə  çevrilmişdir.  Buna  görə  arvadı  ilə  svingdə 
iştirak  etmə  halları  getdikcə  çoxalır.  Arvadın  svingdə  iştiraka  razılıq  verməsi  elə  asan 
deyildir. Ancaq kandavlist ər bunun da yollarını fikirləşib tapır.  
Bəzən ərin svingdə iştirak təklifinə arvadın tez, dərhal razılıq verməsi müşahidə 
olunur. Bu yerdə bir lətifə yada düşür. Ər arvadına sving klubuna getməyi təklif edir, qeyri-
adi  təklifdən  sonra  həyat  yoldaşının  kəskin  reaksiya  verəcəyini  gözləyir.  Ancaq  buna 
baxmayaraq  arvad  dərhal  razılıq  verir.  Sözünü  bitirib  müsbət  cavab  alan  ər  öz-özünə 
fikirləşir: «Bu pozğunla kluba gedim, yoxsa boşanmaq üçün məhkəməyə?» 
Son  illərdə  plüralizmlə  qovuşmuş  koital  kandavlizmin  bir  forması  kimi  ərlə 
arvada  üçüncü  tərəf  qoşulur.  Əgər  həqiqətən  kandaulezist  ər  buna  nail  olursa,  onda  baş 
verən hadisə triolizmlə qovuşmuş kandaulezizm adlanır.  
Triolizmə mübtəla olan kişilərdən bir qismi hər hansı ərin gözləri önündə, yaxud 
xəlvəti baxdığı şəraitdə onun arvadı ilə cinsi əlaqədə olmağı arzulayır. Bir kişinin arvadına 
tam yiyələnmək ehtirası onu axtarışa sövq edir. Təsadüfi deyildir ki, triolizm aktının baş 
tutmasında arvadın ərinin kandavlizmdən əziyyət çəkməsi çox mühüm rol oynayır. 
Bir qadın öz həyat yoldaşı və məşuqu ilə eyni yerdə yaşayırsa və tərəflərin hər 
üçü  bundan  məmnundurlarsa,  belə  «nikah»  artıq  «triqamiya»  adını  daşıyır.  Həmin 
«nikahda»  iştirak  edənlərin  mübtəla  olduqları  cinsi  meylin  özü  triolizm  adlanır.  Adətən 
tərəflər açıqlama verərkən mövcud vəziyyətdən razı qaldıqlarını bildirir, özlərini xoşbəxt 
hesab edir, mehriban ailələr kimi dolandıqlarını vurğulayırlar. Üçüncü adamın qoşulduğu 
«nikah»  müxtəlif  səbəblərdən  baş  tuta  bilər.  Birincisi,  qadın  həyat  yoldaşından  ayrılıb 
məşuqu ilə yaşamaq istəyir, lakin belə ayrılıq olmadan onlar bir yerdə həyat sürməyə qərar 
verirlər. İkincisi, ərlə arvaddan biri, yaxud ola bilsin eyni vaxtda hər ikisi üçüncü tərəfin 
yatağa  cəlb  edilməsini  arzulayır.  Adətən  üçüncü  tərəf  də  oxşar  arzuya  malik  insan 
olduğundan onların «sövdələşməsi» baş tutur. Nəhayət, üçüncüsü, qadının qanuni həyat 
yoldaşında  kandavlizm  əlamətlərinin  olması  istisna  edilmir.  Ola  bilsin  ki,  məhz  onun 
təşəbbüsü  və  təhriki  əsasında  yataqda  üçüncü  tərəf  peyda  olur.  Adətən  qadının  əri 
kandavlizmdən  əziyyət  çəkdikdə  başqa  kişinin  «nikaha»  qoşulmasına  etiraz  etmir,  bunu 
üzdə  büruzə verməsə də, əksinə, qəlbinin  dərinliyində baş verənlərə  görə hədsiz sevinir, 
çox məmnun qalır.  
Bir  çox  hallarda  arvadın  pornoqrafiyaya  və  yaxud  prostitusiyaya  (fahişəliyə) 
cəlb  edilməsinin  arxasında  ərin  ağır  kandavlistik  meyli  dayanır.  Ər  arvadını  belə  iyrənc 
yollara təhrik və yaxud məcbur edir. 


126 
 
 
§ 2.3. Kandavlizmin diaqnostikası 
 
«Diaqnostika sahəsində elə böyük müvəffəqiyyətlər əldə edilmişdir ki, artıq 
sağlam insan praktik olaraq qalmamışdır». 
Britaniya riyaziyyatçısı, filosof və ictimai xadimi Bertran Artur Uilyam Rassel 
(Bertrand Arthur William Russell; 1872–1970) 
 
* * * 
 
«Ağır xəstəlik özünü təzə-təzə göstərməyə başlayan vaxt onu müalicə etmək 
asan, lakin müəyyənləşdirmək çətin olur, sonrakı vaxtlarda xeyli  
gücləndiyindən rahatlıqla diaqnozu qoyulur, fəqət bunu  
müalicə etmək artıq müşkülə çevrilir». 
İtalyan mütəfəkkiri, filosof, yazıçı və siyasi xadimi  
Nikkolo di Bernardo de Makiavelli  
(Niccolo di Bernardo dei Machiavelli; 1469 – 1527) 
 
 
Tibb elmində qəbul edilmiş ənənəyə uyğun olaraq kandavlizmin diaqnostikası 
iki istiqamətdə həyata keçirilir: adi və diferensial. 
Kandavlizmin  adi  diaqnostikası  dedikdə  onun  əlamətlərinə  şübhə  olduğu 
hallarda  sindromun  əsaslı  şəkildə  təsdiqlənməsi,  yaxud  inkar  edilməsi  nəzərdə  tutulur. 
Kandavlizmin  adi  diaqnostikası  elə  bir  çətinlik  törətmir.  Təcrübəli  həkimin  müfəssəl 
topladığı  anamnez  bunun  üçün  kifayət  edir.  Xəstənin  həyat  yoldaşının  müayinəyə  cəlb 
edilməsi  mütləq  şərtdir.  Bir  çox  hallarda  məhz  onun  verdiyi  informasiya  diaqnostikada 
həlledici əhəmiyyət kəsb edir. 
Kandavlizmin diferensial diaqnostikası dedikdə oxşar əlamətlərin təzahür etdiyi 
hallarda onun başqa sindrom və xəstəliklərdən fərqləndirilməsi başa düşülür. İlk baxışda 
kandavlizmin  diferensial  diaqnostikasına  zərurət  olmadığı  təsəvvürü  yaranır.  Lakin 
bununla  belə  ekshibisionizm  və  mazoxizmin  müxtəlif  formaları  ilə  diferensial 
diaqnostikanın  aparılması  vacibdir.  Bir  çox  hallarda  kandavlizm  seksual  plüralizmin 
səbəblərindən  biri  kimi  çıxış  edə  bilir.  Buna  görə  kandavlizmi  xüsusən  triolizmdən 
fərqləndirmək lazım gəlir. 
Arvadının  xəyanət  etdiyini  aşkara  çıxaran  və  bunu  müəyyən  yollarla  video 
görüntüsü  şəklində  qeydə  alan  namuslu  bir  kişinin  cinayət  törətməklə  (zinakara  xəsarət 
yetirməklə, onu öldürməklə)  qisas almaq  fikrindən uzaq olub, sadəcə əldə  etdiyi  faktları 
ictimaiyyətə  açıqlaması  mümkündür.  Şübhəsiz  ki,  arvadının  intim  görüntülərini  geniş 
kütləyə bəyan edən belə bir əri dərhal kandavlist hesab etmək ədalətsizlik olardı. Beləsinə 
dərhal  kandavlist  damğasını  vurmaq  qətiyyən  doğru  yanaşma  hesab  edilə  bilməz.  Ər 
arvadının  intim  görüntülərini  internetdə,  televizorda  və  başqa  məkanlarda  paylaşırsa, 
burada hadisəyə verilən qiymət birmənalı olmur. Aydındır ki, ərini aldadan, ona xəyanət 
edən  həyat  yoldaşı  sərt  tənqid  edilir,  onun  «sevgilisi»  kimi  çıxış  edən  və  başqasının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə