KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə56/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

İlkin Sabiroğlu 
sayının  azalmasına  səbəb  olur.  Dolayısı  ilə  Azərbaycanın  əsl 
problemi  əhalinin  artım  nisbətinin  aşağı  olması  deyil,  uşaq 
ölüm nisbətinin və yoxsulluq səviyyəsinin yüksək olmasıdır. 
Sənaye  toplumlarında  strateji  güc  ünsürlərindən  birisi  də 
ölkə əhalisinin sayı hesab edilirdi. Lakin əhalinin sayı artıq nə‐
inki siyasi və iqtisadi baxımdan, hətta hərbi baxımdan da güc 
amili  sayılmamaqdadır.  Məsələn,  əhalinin  sayı  həlledici  hərbi 
güc  amili  olsaydı  Hindistanla  Pakistan  arasındakı  “Kəşmir 
Problemi” çoxdan birincinin lehinə həll edilmiş olmalı idi. 
Artıq ölkələrin gücü əhalisinin sayı ilə deyil, “İnsan İnkişafı 
İndeksi”  (Human  Development  Index)  ilə  ölçülür.  Bu  isə, 
BMT‐nin  “İnsanın  İnkişaf  Proqramı”nda  öz  əksini  tapır.  BMT 
1990‐cı  ildən  bu  istiqamətdə  illik  hesabatlar  hazırlayır.  Kon‐
sepsiyalar  imzalanır.  “İnsanın  İnkişaf  Konsepsiyası”nın  dörd 
əsas bazası var: iqtisadi inkişaf və həyat səviyyəsinin artması, 
gələcəyə  inamla  baxmaq,  insanlar  arasında  iqtisadi  və  siyasi 
uyğunsuzluğun  aradan qaldırılması, imkanların  genişləndiril‐
məsi  üçün  şərait.  Yəni  potensial  imkan  üçün  şəraitin  yaradıl‐
ması. 
UNDP  (Birləşmiş  Millətlər  Təşkilatının  İnkişaf  Proqramı), 
milli gəlirlə yanaşı, səhiyyə və təhsil imkanlarından faydalana 
bilmə səviyyəsi kimi bir çox ictimai‐mədəni kriteriyaları nəzə‐
rə alaraq hazırladığı üç əsas indeksə (adam başına düşən ümu‐
mi  daxili  məhsulun  həcmi,  gözlənilən  ömür  indeksi  və  təhsil 
indeksi) dayanaraq hesablanan “İnsan İnkişafı İndeksi” isə, in‐
sanların  həyat  səviyyəsini  “keyfiyyətli  həyat  tərzi”  baxımın‐
dan dəyərləndirməyi hədəfləyir.
206
Göründüyü  kimi,  mənalı  həyat  tərzini  müəyyənləşdirmək 
çətin olsa da, “keyfiyyətli həyat tərzi” haqqında müəyyən qə‐
naətə  gəlmək  artıq  mümkündür.  Sonda  qeyd  edək  ki,  Azər‐
                                                 
206
 İlkin Sabiroğlu, “Azərbaycan uzunömürlülər diyarıdırmı?”, op. cit. 
 
‐ 186 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
baycanın insan inkişafı indeksi dünya üzrə orta göstərici sayı‐
lır,
207
 amma 180‐ə yaxın ölkə arasında. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
207
 Human development indicators, United Nations Development Programme
http://hdr.undp.org/reports/global/2005/pdf/HDR05_HDI.pdf, (01/03/2006). 
 
‐ 187 ‐


İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 188 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
“İqtisadi sərbəstliklər” 
mücərrəd anlayış deyil 
 
1980‐ci illərin axırında dünya ölkələri ciddi borc böhranı ilə 
üzləşmişdi.  Borc  böhranını  yaradan  səbəb,  inkişaf  etməkdə 
olan ölkələrin kredit təşkil edən quruluşlardan və kapital ixrac 
edən  ölkələrdən  almış  olduqları  kreditlərin  qısa  bir  müddət 
sonra  hətta  faizlərini  də  ödəyə  bilməyəcək  hala  gəlmələri  idi. 
Nəticə olaraq böhranın ardından, xüsusilə 1990‐cı illərdə xarici 
investisiyalar  mövzusu  aktuallıq  qazanmağa  başladı.  Çünki 
borclanma  ilə  müqayisədə  birbaşa  xarici  investisiyalar  daha 
etibarlı mənbə idi.
208
Son on beş ildə birbaşa xarici investisiyaların yararlarından 
bəhs edən zəngin bir ədəbiyyat yaranmışdır. Birləşmiş Millət‐
lər İnkişaf və Əməkdaşlıq Təşkilatının 1998‐ci il tarixli beynəl‐
xalq investisiyalarla əlaqədar hesabatı isə bu mövzuda istinad 
etmək üçün çox yaxşı vəsaitdir. Burada birbaşa xarici investisi‐
yaların daxil olduğu ölkəyə yararları beş əsas qrupda ələ alın‐
mışdır:  maliyyə  mənbələrinin  və  investisiyaların  artırılması, 
texnologiya  imkanlarının  inkişaf  etdirilməsi,  ixrac  imkanları‐
nın  artırılması,  məşğulluq  səviyyəsinin  yüksəldilməsi  və  iş 
qüvvəsinin bacarığının artırılması və nəhayət ətraf mühitin qo‐
runmasındakı müsbət rolu.
209
Belə  yararlarına  görədir  ki,  hər  bir  ölkə  özünün  potensial 
imkanlarını və xarici investisiyaların cəlbi üçün nə edə biləcə‐
yini  nəzərə  alır.  Azərbaycanda  bu  baxımdan  Qarabağ  proble‐
minin  həll  edilməmiş  olması,  özəlləşdirmədəki  gecikmələr, 
kölgə  iqtisadiyyatının  böyüklüyü,  real  sektorun  inkişaf  etmə‐
                                                 
208
 Ilkin Sabiroglu, “Investments should be encouraged”, Azerbaijan Bulletin 
No:23 (277), 7 iyun 2001, ANDF, http://www.eurasianet.org/resource/ 
azerbaijan/hypermail/200106/0019.html, (01.03.2006). 
209
 Ibid. 
 
‐ 189 ‐


İlkin Sabiroğlu 
miş  olması,  əhalinin  alıcılıq  qabiliyyətinin  aşağı  olması  kimi 
çatışmamazlıqlar  mövcuddur.  Lakin  bununla  bərabər  ölkənin 
əlverişli  coğrafi  mövqeyi,  ucuz  işçi  qüvvəsinin  mövcudluğu, 
yüksək inflyasiyanın olmaması, zəngin təbii ehtiyatlar və s. ki‐
mi də üstünlüklər vardır. 
Sentyabrın 29‐da Birləşmiş Millətlər Təşkilatı Ticarət və İn‐
kişaf  Konfransının  “Dünya  İnvestisiya  Hesabatı  ‐  2005”  açıq‐
landı. Hesabata görə 2004‐cü ildə dünya üzrə birbaşa xarici in‐
vestisiyanın həcmi 648 milyard dollara yüksəlib. Birbaşa xarici 
investisiyaların 59 faizi inkişaf etmiş ölkələrə yönəldiyi halda, 
inkişaf  etməkdə  olan  ölkələrin  toplamdan  aldığı  pay  39  faiz 
təşkil edib. Ayrıca inkişaf etməkdə olan ölkələrin payı bir ön‐
cəki  illə  müqayisədə  40  faiz  artıb.  Bölgə  olaraq  ən  əsas  payı 
Asiya  və  Latın  Amerikası  ölkələri  alıb.  Ən  çox  birbaşa  xarici 
investisiya cəlb edən ölkə Amerika Birləşmiş Ştatları olub. Onu 
İngiltərə, Çin və Lüksemburq izləyib.
210
Bu yaxınlarda Dünya Bankının açıqladığı “Doing Business” 
illik  hesabatı  ilə  müqayisədə  bu  hesabatı  Azərbaycan  üçün 
uğurlu  hesabatlardan  biri  hesab  etmək  mümkündür.  Belə  ki, 
Azərbaycan  “Birbaşa  Xarici  İnvestisiya  Performans  İndeksi 
Reytinqi”nə görə, 2004‐cü ildə dünya üzrə birinci yerə çıxmış‐
dır. Bu indeks bir ilin nəticəsinə görə deyil, son üç ilin hərəkət‐
li ortalamasına görə hesablanıb. Qeyd edək ki, Azərbaycan əv‐
vəlki  hesabatda  bu  indeksə  görə  üçüncü  yerdə  idi.  Reytinq 
cədvəlində  140  ölkə  yer  alıb.  Müqayisə  üçün  deyim  ki,  MDB 
respublikalarından  Qazaxıstan  11‐ci,  Gürcüstan  13‐cü,  Ermə‐
nistan 22‐ci, Moldova 26‐cı, Ukrayna 71‐ci, Rusiya Federasiyası 
isə 88‐ci yerdə yerləşib.
211
2004‐cü ildə Azərbaycanın cəlb edə bildiyi birbaşa xarici in‐
vestisiya  miqdarı  təqribən  4  milyard  759  milyon  ABŞ  dolları 
                                                 
210
 World Investment Report 2005, UNCTAD
http://www.unctad.org/en/docs/wir2005_en.pdf, (01.03.2006). 
211
 Ibid. 
 
‐ 190 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə