KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə57/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
təşkil edib. Bu bir öncəki illə müqayisədə təqribən 45 faiz yük‐
səkdir. 2004‐cü ilin dünya üzrə toplam birbaşa xarici investisi‐
ya  həcminin  isə  0,73  faizinə  bərabərdir.  Lakin  burada  diqqət 
çəkən başqa bir göstərici daha var: 2004‐cü ildə ölkədən birba‐
şa  xarici  investisiya  çıxışı  1  milyard  383  milyon  dollar  təşkil 
edib ki, bu da bir öncəki illə müqayisədə təqribən 48 faiz yük‐
səkdir.  Və  daha  maraqlısı  odur  ki,  bu  rəqəm  bəhs  edilən  ildə 
Azərbaycanın  qeyri‐neft  sektoruna  yönələn  birbaşa  xarici  in‐
vestisiya miqdarından da təqribən 3 qat artıqdır.
212
Hesabatda  maraqlı  bir  matris  də  qurulub.  “Birbaşa  Xarici 
İnvestisiya Performansı və Potensialı Matrisi” adlanır. Əvvəlki 
üç ilin hərəkətli ortalaması əsasında 2003‐cü il üçün hazırlanıb. 
Buna  görə,  Azərbaycan  birbaşa  xarici  investisiya  potensialı 
aşağı,  amma  buna  baxmayaraq  performansı  yüksək  olan  öl‐
kələr  qrupuna  daxildir.  Bunu  bir  xəbərdarlıq  kimi  də  qəbul 
eləmək  olar.  Yəni,  ölkə  bu  gün  neft  sektorunun  sayəsində 
mövcud  potensialının  üzərində  birbaşa  xarici  investisiya  cəlb 
edir. Amma qeyri‐neft sektoruna birbaşa xarici investisiya cəlb 
edə bilmək üçün ölkənin xarici sərmayə çəkə bilmə potensialı‐
nı da yüksəltmək lazımdır.
213
Elə  isə  ölkənin  potensialı  müəyyənləşdirilərkən  hansı  gös‐
təricilərdən  istifadə  edildiyinə  diqqət  yetirək:  Ümumi  Daxili 
Məhsulun artım sürəti, adambaşına düşən ÜDM, adambaşına 
düşən kommersiya məqsədli istifadə edilən enerji miqdarı, ix‐
racatın  ÜDM‐dəki  payı,  telekommunikasiya  infrastrukturu 
(ortalama olaraq hər min nəfərə düşən telefon xətti və hər min 
nəfərə düşən mobil telefon), milli gəlirdəki innovasiya xərcləri, 
tələbələrin əhali içərisindəki nisbəti, ölkə riski, təbii ehtiyatlar 
ixracının dünya üzrə faizlə çəkisi, idxaldakı elektronika və av‐
tomobil  məhsulları  və  hissələrinin  dünya  üzrə  faizlə  nisbəti, 
                                                 
212
 İlkin Sabiroğlu, “İqtisadi sərbəstliklər mücərrəd anlayış deyil”, “Gündəlik 
Azərbaycan” qəzeti, 1 oktyabr 2005. 
213
 Ibid. 
 
‐ 191 ‐


İlkin Sabiroğlu 
xidmət ixracının dünya üzrə faizlə nisbəti və nəhayət, birbaşa 
xarici investisiya ehtiyatlarının dünya üzrə faizlə nisbəti. 
Təbii ki, xarici investisiya çəkə bilmək üçün ölkədə əlverişli 
investisiya  iqlimi  də  formalaşmış  olmalıdır.  Bu  isə  ilk  əvvəl 
ölkədə  iqtisadi  sərbəstliklərin  təmin  edilməsindən  keçir.  Yeri 
gəlmişkən, “iqtisadi sərbəstliklər” mücərrəd anlayış deyil. Ar‐
tıq  iqtisadi  sərbəstlik  deyiləndə  Avropa  Birliyi  ölkələrinin  in‐
teqrasiyasının  əsasını  təşkil  edən  “dörd  sərbəstlik”  prinsipinə 
istinad  edilir.  “Dörd  sərbəstlik”  prinsipinə  görə,  iqtisadi  sər‐
bəstlik  malların,  xidmətlərin,  fərdlərin,  kapitalın  sərbəst  hərə‐
kəti  kimi  qəbul  edilməlidir.  Buraya  bir  də  Dünya  Bankının 
“Doing  Business”  hesabatını  hazırlayarkən  istifadə  etdiyi  – 
biznesə  başlamaq,  lisenziya  almaq,  işə  götürmə  və  işdən  çı‐
xarma,  mülkiyyətin  qeydə  alınması,  kredit  almaq,  investorla‐
rın  qorunması,  vergilərin  ödənməsi,  sərhədlərarası  ticarət, 
kontraktların  həyata  keçirilməsi,  biznes  fəaliyyətini  dayandır‐
ma və iqtisadiyyatın xüsusiyyətləri ‐ kimi göstəriciləri əlavə et‐
diyiniz zaman geriyə mücərrəd olan heç nə qalmır.
214
Bir xeyli müddət əvvəl, Milli Məclisin İqtisadi Siyasət daimi 
komissiyasının  17  may  2001‐ci  il  tarixli  iclasında  “İnvestisiya‐
ların  Təşviqi  Haqqında”  Azərbaycan  Respublikasının  qanun 
layihəsi  müzakirəyə  çıxarılmışdı.  Xüsusilə  nəzərə  alsaq  ki, 
Azərbaycanda  növündən  asılı  olmayaraq  istənilən  formadakı 
investisiyalara  ciddi  tələbat  var,  onda  belə  bir  qanunun  əhə‐
miyyəti anlaşılar. Layihədə mənfəət vergisi, yol vergisi, sosial 
ödəmələr eləcə də elektrik enerjisi və nəqliyyat haqları ilə bağlı 
12  ilə  qədər  tətbiq  oluna  biləcək  güzəştlər  müəyyən  edilməsi 
nəzərdə  tutulurdu.  Sənəddə  nəzərdə  tutulan  güzəştlərin  neft‐
qaz sektoruna, maliyyə, bank və sığorta sektorunda çalışan şir‐
kətlərə  şamil  edilməyəcəyi  də  qeyd  olunmuşdu.  Qanun  layi‐
                                                 
214
 Doing Business in 2005, The World Bank, 
http://rru.worldbank.org/Documents/DoingBusiness/2004/DB2004‐full‐
report.pdf, (01.03.2006). 
 
‐ 192 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
həsində bir sıra hallarda investorların gömrük rüsumlarından, 
eləcə də Əlillərin Sosial Müdafiəsi Fonduna və Məşğulluq Fon‐
duna ödəmələrdən azad edilməsi də nəzərdə tutulmuşdu.
215
Güzəştlər qoyulacaq investisiyanın həcmindən asılı olacağı‐
na görə layihəyə bir növ norma xarakteri daşıyan “minimal in‐
vestisiya  həcmi”  anlayışı  daxil  edilmişdi.  Bu  rəqəm  müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən hökumət proqramlarına uy‐
ğun şəkildə müəyyən olunacaqdı. Layihəyə görə, mənfəət ver‐
gisi  investisiyanın  həcmindən  asılı  olaraq  diferensiallaşdırıla‐
caqdı. Beləliklə qoyulan investisiyanın həcmi “minimal inves‐
tisiya həcmi”ndən 10 dəfə artıq olduqda vergi bazası 5 il müd‐
dətində 35 faiz, investisiyanın həcmi 10‐30 dəfə artıq olduqda 
6 illiyə 40 faiz, 500 dəfədən artıq olduqda 12 il ərzində 70 faiz 
azalacaqdı  və  s.  Müqayisə  üçün  qeyd  edək  ki,  Türkiyədə  bir 
müddət tətbiq edilən “minimal investisiya həcmi” xarici inves‐
tisiyalarda  hər  ortaq  üçün  minimum  50  min  ABŞ  dolları  həc‐
mində müəyyənləşdirilmişdi.
216
“İnvestisiyanın  Təşviqi  Haqqında”  qanun  layihəsi  hazırla‐
narkən,  bir  çox  ölkələrin  təcrübələrindən  yararlanmaq  da  pis 
olmazdı. Çünki bizim güzəşt kimi təklif etdiklərimiz digər öl‐
kələrin  təkliflərinin  yanında  xarici  investorlar  üçün  əlavə  bir 
alternativ yaradır. Ona görə də təkliflərimiz daha cəlbedici ol‐
malıdır. Məsələn, Malayziyada investor ilk on ildə ümumiyy‐
ətlə mənfəət vergisi ödəmir. Təbii ki, ilk baxışdan bu ifrat gü‐
zəşt kimi qəbul oluna bilər. Lakin praktika göstərir ki, orta sə‐
viyyəli  bir  sənaye  quruluşu  üçün  ilk  2‐3  il  investisiya  qoyu‐
luşuna  sərf  olunur.  Sonrakı  3‐5  ili  də  müəssisə  zərərlə  işləyir, 
yəni,  ilkin  mənfəətdən  əvvəlki  zərərlərini  çıxmaqla  məşğul 
olur və faktiki olaraq ilk 8‐10 ildə vergi ödəmir.
217
                                                 
215
 Ilkin Sabiroglu, “Investments should be encouraged”, op. cit. 
216
 Ibid. 
217
 Ibid. 
 
‐ 193 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə