KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə59/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   55   56   57   58   59   60   61   62   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
proqramının hazırlanmalı və güclü sənaye kompleksinin yara‐
dılmalı olduğunu vurğulamışdır. Prezidentə görə, bunu etmək 
üçün bütün zəruri şərtlər mövcuddur.
223
Xarici investisiyaların iqtisadi inkişafdakı rolu danılmaz ol‐
duğundan hər bir ölkə bu investisiyaların cəlbi üçün bir‐biri ilə 
rəqabət içərisindədir. Xüsusilə dünya üzrə birbaşa xarici inves‐
tisiyaların  həcmi  ildən  ilə  azaldığından  bu  rəqabət  daha  da 
kəskinləşməkdədir. 
Xarici  investorlar  kapital  qoyuluşları  ilə  bağlı  qərarlarına 
birbaşa  təsir  göstərən  bir  çox  amillərlə  maraqlanırlar:  ölkədə 
iqtisadi  stabilliyin,  cəlbedici  bir  bazarın  olub‐olmaması,  xam‐
mal  ehtiyatlarının  uyğunluğu,  infrastruktur,  nəqliyyat  və  s. 
Bütün bunlar investisiya iqlimi (investisiya üçün əlverişli mü‐
hit)  adlanır.  Lakin  investisiya  iqlimi  sadəcə  iqtisadi  bir  mühit 
deyil, eyni zamanda hüquqi bir mühitdir. İnvestor hüquqi ola‐
raq özünü təminat altında hiss edə biləcəyi bir mühiti axtarır. 
Yəni kapital qoyacağı ölkədə necə bir hüquqi münasibət görə‐
cəyini bilmək istəyir. İqtisadi cəhətdən investisiya iqlimi nə qə‐
dər  əlverişli  olursa‐olsun,  əgər  hüquqi  mühit  əlverişli  deyilsə 
xarici  investorun  o  ölkəyə  gəlməsi  müşkülə  çevrilir.  Qeyd 
edək ki, müxtəlif səbəblərdən “xarici investorlar gəlirsə gəlsin, 
gəlmirsə gəlməsin” kimi açıq və ya qapalı şəkildə siyasi iradə 
ortaya  qoyan  hökumətlərə  də  rast  gəlmək  mümkündür.  Belə 
bir mövqeyimizin olmadığını göstərmək üçün “İnvestsiya fəa‐
liyyəti haqqında” qanunun qəbul edilməsinə ehtiyac var.
224
İsveçrəli üç iqtisadçı, hələ bir müddət əvvəl, beynəlxalq or‐
ta  və  uzunmüddətli  (5  ildən  artıq)  investisiyalara  öncüllük 
                                                 
223
 “Azərbaycanda güclü sənaye kompleksi yaradılacaqdır”, AzərTAc, 21 fevral 
2006. 
224
 Ilkin Sabiroglu, “Does the condition of investment exist in Azerbaijan?”, 
Azerbaijan Bulletin No:33 (287), 16 avqust 2001, ANDF, 
http://www.eurasianet.org/resource/azerbaijan/hypermail/200106/0019.html, 
(01.03.2006). 
 
‐ 197 ‐


İlkin Sabiroğlu 
edən  quruluşlarla  üzbəüz  həyata  keçirdikləri  görüşlər  nəticə‐
sində,  xarici  kapitalın  cəlb  edilməsi  üçün  iki  əsas  prinsipin 
əhəmiyyətli rol oynadığını müəyyən etmişlərdi:
225
‐ Xarici kapital gözləyən ölkələrdə, iqtisadi qanunlar və qə‐
rarlar anidən və tez‐tez dəyişdirilməməlidir. 
‐ Qanunlar və qərarlar dəyişdirilməsə belə, hökumətlər bu 
qanun və qərarların ətrafında dolaşmamalıdırlar. 
Bu  iki  əsas  prinsip  nəzərə  alındığı  zaman,  Azərbaycanda 
enerji sektoru xaricindəki digər sahələrə xarici kapital cəlbinin 
niyə  problemə  çevrildiyinin  səbəbi  aydınlaşır.  Əlavə  olaraq 
qeyd edə bilərik ki, bu iki prinsipin pozulması həmçinin daxil‐
dəki kapital sahiblərinin də investisiya qərarlarına birbaşa təsir 
göstərir. Yəni iqtisadi və siyasi stabillik ölkəyə qalıcı bir şəkil‐
də xarici kapitalın cəlbi üçün lazım olan minimum şərtdir. La‐
kin tək başına bu amil ölkəyə xarici kapitalın cəlbi üçün kifayət 
eləmir. 
Məsələn,  tez‐tez  vergi  məcəlləsi  üzərində  dəyişikliklər 
aparmaq  düzgün  yanaşma  deyil.  Önəmli  olan  vergi  dərəcələ‐
rini aşağı salmaq deyil, optimal səviyyəyə gətirməkdir. Bunun 
üçün ciddi və əhatəli bir vergi reformuna ehtiyac var. İlk növ‐
bədə ölkədə çalışan hər kəs gəlir vergisi mükəlləfiyyəti kateqo‐
riyasına  alınmalıdır.  Dolaylı  və  mənfəət  vergilərinin  azaldıl‐
ması qeyri‐formal iqtisadiyyatın kiçilməsi baxımından əhəmiy‐
yətli olsa da, Əlavə Dəyər Vergisi, maaş gəlir vergisi kimi do‐
laylı vergilər yerinə, daha çox birbaşa vergilərə yönəlmək daha 
məqsədəuyğundur.
226
Yeri  gəlmişkən,  son  təhlillər  “reaganeconomics”  kimi  tanı‐
nan  təklifyönlü  iqtisadiyyatın  da  özünü  yetərincə  doğrultma‐
dığını ortaya qoyur. Vergilərin aşağı salınmasında ümumi ya‐
naşma  yerinə,  “seçici  yanaşma”nın  ortaya  qoyulması  daha 
                                                 
225
 Ibid. 
226
 “İlkin Sabiroğlu: “Önəmli olan vergi dərəcələrini aşağı salmaq deyil, 
optimal səviyyəyə gətirməkdir””, “Həftə içi” qəzeti, 27 dekabr 2005. 
 
‐ 198 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
məqsədəuyğundur. Neft gəlirlərinə arxayın olub vergi dərəcə‐
lərinin aşağı salınması doğru yanaşma deyil. Müsbət tendensi‐
ya isə odur ki, Azərbaycan neftlə zəngin ərəb ölkələrinin getdi‐
yi yolu izləmir. Büdcə daxilolmalarında qeyri‐neft sektorunun 
payı  az  olsa  da,  büdcənin  həcmi  artdıqca  qeyri‐neft  sektoru‐
nun da payı artır.
227
Aydındır  ki,  sadəcə  investisiya  həcminin  artımına  baxaraq 
həmin  ölkə  iqtisadiyyatının  inkişafı  haqqında  fikir  yürütmək 
çox  çətindir.  İnvestisiya  çox  geniş  bir  anlayışdır.  Baxır  söhbət 
hansı investisiyadan gedir: portfel investisiyasından, spekulya‐
tiv  investisiyadan,  birbaşa  investisiyadan,  daxili,  yoxsa  xarici 
investisiyadan?  Ayrıca  bu  investisiyaların  təyinatına  baxmaq 
lazımdır.  Ölkə  olaraq  elə  yanlış  sahələrə  investisiya  cəlb  edə 
bilərsiniz  ki,  bu  ölkəni  inkişafa  yox,  tənəzzülə  götürə  bilər. 
Məsələn, bir ölkədə spekulyativ portfel investisiyalarının həc‐
mi o qədər şişə bilər ki, bu hal ölkəni ciddi bir böhrana sürük‐
ləyər. Digər tərəfdən investisiyanın ölkəyə daxil olma forması 
da  çox  əhəmiyyətlidir.  Bu  yeni  investisiyadırmı,  yoxsa  xarici 
şirkətin  əsasən  özəlləşdirmə  yolu  ilə  yerli  şirkəti  satınalması‐
mı? İnkişaf etməkdə olan ölkələrə yönələn birbaşa xarici inves‐
tisiyaların 10 faizindən artığı məhz özəlləşdirmə yolu ilə daxil 
olur.  Həmçinin,  xarici  şirkətin  yerli  şirkətlə  birləşməsi,  “joint 
venture”  dediyimiz  ortaq  təşəbbüs,  daha  çox  yüksək  texnolo‐
giyalı şirkətlər arasındakı strateji birləşmə formasında da ölkə‐
yə xarici investisiya daxil ola bilər. Bunların hamısı iqtisadi in‐
kişaf üzərində müxtəlif təsirlər yaratma gücünə sahibdir. Eyni 
zamanda  uzun  müddətli  xarici  kreditlər  də  xarici  investisiya 
sayılır. 
Konkret  olaraq  Azərbaycana  gəlincə,  burada  investisiyala‐
rın böyük bir hissəsini xarici investisiyalar təşkil edir. Xarici in‐
vestisiyalar  içərisində  həlledici  pay  neft  sektorunundur.  İdxa‐
                                                 
227
 Ibid. 
 
‐ 199 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə