KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə60/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   56   57   58   59   60   61   62   63   ...   67

İlkin Sabiroğlu 
latın tərkibinə baxdıqda isə məlum olur ki, neft sektoruna xari‐
ci investisiyalar daha çox texnologiya transferi şəklində baş ve‐
rir. Bu amil neft sektorunda istehsalın səmərəliliyini artırsa da, 
investisiyaların makroiqtisadi multiplikator effekti zəif qalır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 200 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
İpoteka sistemi 
evsizliyə çarə olacaqmı? 
 
Artıq kimsəyə sirr deyil ki, ölkədə bir “inşaat bumu” yaşan‐
maqdadır.  Lakin  “inşaat  bumu”nun  start  alması  ilə  birlikdə 
mənzillərin  də  qiymətlərində  çox  kəskin  yüksəlişlər  özünü 
göstərməyə  başladı.  Seçki  öncəsi  dövrdə  bu  yüksəliş  bir  az 
səngisə  də  seçkilərdən  sonra  yenidən  yüksəlmə  davam  etdi. 
Digər  tərəfdən  sürətli  inşaata  baxmayaraq  əhalinin  mənzil 
problemi öz həllini gözləməkdədir. İpoteka kreditləri bu prob‐
lemin  həllində  çarə  ola  biləcəkmi?  Ümumiyyətlə  dünya  prak‐
tikasında bu problemin həlli necədir? 
Heç bir şeyin qiyməti mütəmadi olaraq düzxətli yüksələ və 
ya  düşə  bilməz.  Qiymətlər  istər  yüksəliş,  istərsə  də  düşmə 
trendində  ziqzaq  şəklində  trayektoriyalarla  müşahidə  olunur. 
Mənzillərin  qiymətindəki  son  səngiməni  də  bununla  izah  et‐
mək mümkündür. Buna düzəltmə hərəkəti ‐ correction deyilir. 
Ayrıca  keçmiş  illərin  təcrübəsi  göstərir  ki,  seçkiöncəsi  dövrdə 
mənzillərin  qiyməti  nisbətən  geriləsə  də,  seçkilərdən  sonra 
yüksəliş özünü büruzə verir. Bunu da seçkiöncəsi qeyri‐müəy‐
yənliklə izah etmək mümkündür. 
Ümumi  götürəndə  isə  ipoteka  krediti  öz‐özlüyündə  qiy‐
mətlərin yüksəlməsini şərtləndirən amillərdəndir. Çünki ipote‐
ka  krediti  mövcud  təklif  səbəti  üçün  yeni  tələb  potensialı  ya‐
ratmaqdadır.  Digər  tərəfdən  rəsmi  bəyanlardan  belə  məlum 
olur ki, bank yalnız hazır evlər üçün kredit verəcək və əvəzin‐
də evi girov götürəcək. Bakıda təzə inşa edilən evlərin funda‐
menti  qoyulanda  praktiki  olaraq  proyektdə  nəzərdə  tutulan 
mənzillər satılmağa başlayır və ev bu vəsait hesabına başa gə‐
lir.  Belə  çıxır  ki,  ipotekanı  yeni  inşa  edilən  mənzillərin  yalnız 
ikinci  əl  bazarına  yönəltmək  mümkün  olacaq.  Halbuki  bütün 
dünyada  Mortgage  sistemi  kimi  tanınan  ipotekalı  mənzil  ma‐
 
‐ 201 ‐


İlkin Sabiroğlu 
liyyələşdirmə sisteminə əsasən ipoteka krediti vasitəsi ilə yeni 
inşa edilməkdə olan mənzilləri almaq olar. 
Milli  Bank  kredit  həcminə  məhdudiyyət  qoyulmasını  bu 
kreditlərin  daha  çox  insanı  əhatə  edə  bilməsi  istəyi  ilə  izah 
edir. Görünən isə odur ki, ipoteka ilə ev almaq istəyənin rəsmi 
gəliri  də  yüksək  olmalıdır.  Bu  təzadı  necə  aradan  qaldırmaq 
olar? 
Dünyada  hər  il 5  trilyon  dollarlıq  vəsait  sərmayə  bazarları 
xətti ilə mənzil sahibi olmaq istəyən şəxslərin ixtiyarına verilir. 
İpoteka krediti o vaxt mənzil probleminə çarə ola bilər ki, kre‐
dit müddəti uzun, başqa sözlə aylıq ödəniləcək məbləğ az ol‐
sun. Yalnız bu halda ipoteka krediti orta və aşağı gəlir qrupu‐
na  daxil  olan  ailələrin  ödəmə  qabiliyyətinə  münasib  olduğu 
üçün  daha  çox  insanı  əhatə  edə  bilər.  Bir  başqa  həlledici  amil 
də  ölkədə  real  faiz  səviyyələrinin  aşağı  olub‐olmamasıdır. 
Məhz buna görə Latın Amerikası ölkələrində bankların mənzil 
üçün  ayırdığı  kredit  həcminin  Ümumi  Daxili  Məhsula  nisbəti 
təqribən  4‐12  faiz,  Yaxın  Şərq  ölkələrində  2‐59  faiz  arasında, 
Avropa birliyi ölkələrində təqribən 39 faiz, ABŞ‐da isə 53 faiz 
təşkil edir. Bizdə isə bu rəqəm sıfıra yaxın olacaq. Çünki Azər‐
baycanda  kredit  üçün  nəzərdə  tutulan  müddət  qısa,  faizlərsə 
yüksəkdir. Eyni zamanda ilkin ödəniş məbləği çox yüksək mü‐
əyyənləşdirilib.
 228
Dünyadakı  Mortgage  sisteminin  üstünlüyü  ondadır  ki,  in‐
sanlara  sanki  kirə  ödəyirmiş  kimi,  aylıq  büdcələrinə  münasib 
rəqəmlərlə  ev  sahibi  olma  fürsəti  verir.  Zamanla  Azərbaycan‐
da da bu problemi həll etmək üçün dövriyyəyə daha çox vəsait 
axını cəlb etmək lazımdır ki, müddət uzana bilsin. Bəs dövriy‐
yəyə vəsait axınını necə artırmaq olar? 
                                                 
228
 “İlkin Sabiroğlu: “Bizdəki ipoteka sistemi heç 2000 adamı da evlə təmin edə 
bilməyəcək””, “Gündəlik Azərbaycan” qəzeti, 23 avqust 2005. 
 
‐ 202 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Azərbaycanda ipoteka krediti verilərkən ipoteka kağızı tər‐
tib ediləcək və bu sənəd İpoteka İnvestisiya Fonduna (İİF) təq‐
dim olunacaq. İİF isə qiymətli kağızlar buraxacaq ki, bazardan 
əlavə vəsait cəlb edə bilsin və fond özü‐özünü bir müddətdən 
sonra tənzimləsin. Amma bunun üçün bu kağızların etibarlılı‐
ğını təmin etmək lazımdır. Məsələn, ABŞ və bir sıra Avropa öl‐
kələrində  müşahidə  edilən  yüksək  büdcə  kəsirləri  müqabilin‐
də çox xaotik və dalğalı maliyyə şərtlərinə baxmayaraq, inves‐
torlar ipoteka kağızlarının daha etibarlı investisiya vasitəsi ol‐
duğunun  şahidi  oldular.  Çünki  bu  bazarlar  daha  sərt  qanun‐
vericilk  bazası  ilə  tənzimlənir.  Dünyada  75  Mərkəzi  Bank 
Mortgage sistemi kimi tanınan ipotekalı mənzil maliyyələşdir‐
mə sisteminin qiymətli kağızlarından istifadə edir. Son vaxtlar 
bəzi təqaüdçü fondları və sığorta şirkətləri ilə yanaşı, bu kağız‐
ları alan fərdlərin də sayı artmaqdadır. 
Hətta  bu  kağızların  xarici  müştərilərə  də  satışını  təşkil  et‐
məyi  bacaran  bazarlar  var.  İrlandiyada  fəaliyyət  göstərən 
“Bank of Ireland” çox qısa müddət içərisində Mortgage fond‐
larını ixrac etməyə başlamış, bazara 2 milyard avroluq tələblə 
çıxmalarına baxmayaraq tələb 4 milyard avroya çatmış və Ya‐
xın Şərqdən Çinə  qədər  bir  çox  ölkələrdən  müştəri qazanmış‐
dır. Avropanın ən sağlam əmlak bazarı İspaniyadadır. İspani‐
yada Mortgage dəstəkli ipoteka kağızları bazara çıxarıldığında 
5 milyard avroluq bir bazar formalaşmış, 2001‐2005‐ci illər ara‐
sında tədavüldəki qiymətli kağızların həcmi 130 milyard avro‐
ya çatmışdır. Sistem inkişaf etdikdən sonra əmlak alarkən nə‐
zərdə tutulan 3 illik ödəmə müddətləri 30‐35 ilə qədər uzadıl‐
dı. Bankaların rentabelliliyi artdı və ispanlar qat‐qat yaxşı şərt‐
lərlə mənzil sahibi olmaq imkanı əldə etmiş oldular.
229
                                                 
229
 Ibid. 
 
‐ 203 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə