Hacı Mirfazil
72
Mirsəccad ağanın uşaqlarından ayrılır. Çünki
onları öz doğma ocaqlarından uzaq ellərə
sürgün edirlər. Onların bu ayrılığı 20 il sürür.
20 ildən sonra qovuşurlar.
Müzəffər ağa əməli-saleh adam olduğu
kimi, həm də tarixi bilən insan idi. O, Sədərək
kəndinin və onun insanlarının, tayfalarının
tarixini çox yaxşı bilirdi və bizlərə izah edirdi.
Elə bu kitabın yazılma səbəbinin biri də
Müzəffər ağanın bizlərə öz ata-bablarımızın
keçmişini, onların şəxsiyyətini və ocağımızda
olan kəramətləri dönə-dönə, geniş və ətraflı
şəkildə danışması idi. Bizlərə də vəsiyyət
edərdi ki, bunları yaxşı yadda saxlayın və
gələcək nəsillərə çatdırın.
Müzəffər ağa da kəramətli seyidlərdən
olub. Belə ki, Sədərək kənd sakini Heydərov
Vəli ağır xəstə olub. Ağa onun ziyarətinə gedib.
Çünki Vəli kişi çox qeyrətli və seyidlərə daim
hörmət edən və onların ehtiramını saxlayan
bir dindar olub. Müzəffər ağa Vəli kişidən
soruşur ki, ürəyin nə istəyir? O, Müzəffər ağaya
cavabında: “Artıq mənim üçün çox gecdi. Bircə
Allah mənə bir-iki ay möhlət verəydi ki, oğlum
Akifı görəydim. Axı əsgərliyini qurtarmağına
az qalıb”. Müzəffər ağa bu sözləri eşidəndə
gözləri yaşla dolur, öz əynindəki gödəkçəni
çıxarıb Vəlinin əyninə geyindirir və ona çoxlu
dua edir. Vəli kişi bu hadisədən sonra üç ay
Sədərəyin Seyidlər ocağı
73
yaşayır və oğlu Akifi görür. Allah-təala hər
ikisinə də rəhmət eləsin. Amin!
Müzəffər ağa 1989-cu ilin yanvar ayının
25-də Sədərək kəndində vəfat edib. Qəbri
atası və qardaşlarının yanındadı. Ağanın altı
övladı olub. Gülən, Məhərrəm, Lətif, Mirağa,
Banu və Seyidəbəyim. Müzəffər ağanın oğ-
lan nəvələrindən İlkin və İntiqam bu gün biz
Seyidlər ocağına ağadan yadigardır.
Hacı Mirfazil
74
* * *
K
K
ərbəlayi Miryaqub ağanın ikinci
öv la dı Mirəlidir. O, 1918-ci ildə
Sədərək kəndində Seyidlər ocağında dünyaya
gəlmişdir. Mirəli böyüyüb boya-başa çatır və
hərbçi olmaq qərarına gəlir. Hərbi məktəbə
daxil olub, oranı fərqlənmə diplomu ilə bitirir.
O, 1939-cu ildə gənc zabit kimi məzun olur.
Və elə o vaxt da hərbi xidmətə gedir, sonra
1941-ci ildə məzuniyyətə kəndə gəlir, on gün
qalandan sonra Böyük Vətən müharibəsinə
yola düşür və bir daha geri dönmür. Onunla
yalnız Müzəffər əmi bir dəfə təsadüfən cəbhədə
görüşürlər. Rəhmətlik Səkinə nənə deyərdi
ki, Mirəlini ağasının qarğışı tutdu. O, bu
əhvalatı belə danışardı: Biz yaylağa getmişdik.
Mirəlinin nişanlısı qonşu obada idi. Mirəli
atası Miryaqubdan icazə almadan ağanın atını
götürüb getmişdi. Atı o qədər bərk sürmüşdü
ki, heyvan obaya çatanda ürəyi partlayıb öldü.
Bunu görən ağası çox hirsli halda üzünü Mirəliyə
tutub dedi: “Səni itkin düşəsən”. Elə o vaxtdan
bu sözü yaddan çıxara bilmirəm. Səkinə nənə
həmişə bu sözləri deyərək öz oğlunun yolunu
intizarla gözləyirdi. Həqiqətən də Mirəlidən
heç vaxt bir xəbər, bir soraq çıxmadı.
Müharibədən sonra lap son vaxtlara qədər
Mirabbas və Səttar əmim nə qədər etdilərsə,
Sədərəyin Seyidlər ocağı
75
hara yazdılarsa, qardaşlarından bir məlumat,
bir xəbər əldə edə bilmədilər. Mütəal Allahın
bəzi insanları fəqir, bəzisini xəstə, bəzisini
sağlam, bəzisini müəyyən bəlalarla, bəzisini
asayiş içində qərar verməsinin səbəbini bil məsək
də, ümumi şəkildə bilirik ki, nemət, əzizlik,
məhrumiyyət, mərhəmətdən uzaq
lıq nişanəsi
deyil. Əksinə, Allah sevdiyi bən dələrinə axirətdə
böyük səvab və əcr verməsi üçün bu dünyada
həmin bəndələrini müəyyən çətinliklərə və
bəlalara düçar edir və onları bu yolla imtahana
çəkir. Həzrət Əli (ə.s)-dan nəql olunmuş bir
rəvayətdə deyilir: “Bəla və çətinlik zalimlər üçün
cəza, möminlər üçün imtahan, Peyğəmbərlər
üçün məqam, övliyalar üçün isə kəramətdir”.
Şübhəsiz ki, bu müsibətləri öz səbirləri ilə ram
edən bəndələr Allahın sevimli bəndələridir.
Mütəal Allah müqəddəs kitabı Qurani-Kərimdə
buyurur: “Yer üzündə baş verən, sizin başınıza
gələn elə bir müsibət yoxdur ki, dünyada baş
verməmişdən qabaq kitabda yazılmamış olsun.
Bu Allah üçün çox asandır” (Hədid surəsi, 22-ci
ayə).
Hacı Mirfazil
76
Seyid Mirabbas Ağa
Sədərəyin Seyidlər ocağı
77
* * *
K
K
ərbəlayi Miryaqub ağanın üçüncü öv-
ladı Mirabbas ağadır. O, 1929-cu ildə
Seyidlər ocağında dünyaya gəlib. Mirabbas ağa
öz doğma qardaşları ilə böyüyüb boya-başa çatıb
və orta təhsilini Sədərək orta məktəbində alıb. O,
məktəbi nümunəvi şagird kimi bitirdikdən sonra
1952-ci ildə Naxçıvan şəhərindəki Müəllimlər
İnstitutuna daxil olur və təhsilini burada davam
etdirir. İnstitutu fərqlənmə ilə bitirdikdən sonra
doğma kəndi Sədərəyə gəlir və orta məktəbdə
kimya-biologiya müəllimi kimi fəaliyyətə baş-
layır.
Mirabbas əmi həmişə öz xatirələrində dey-
irdi ki, biz hələ uşaq olanda atamız Miryaqub
ağa bizi ocağın başına yığıb bizə nəsihətlər
verərdi. O, hər şeyi gözəl izah edirdi və bizi
başa salırdı ki, elm öyrənin. Yadımdadır ki,
atam Miryaqub ağa bir gün bizə İmam Həsən
(ə.s)-in həyatı haqqında danışırdı və deyirdi ki,
cəddimiz İmam Həsən (ə.s) elm haqqında çox
ibrətamiz sözlər deyib və bunlardan biri də budur:
“Elminizi başqalarına öyrədin və başqalarının
da elmini siz öyrənin”. O gündən sonra bu sözlər
mənim yaddaşıma həkk olundu. Ağamın dediyi
bu sözlərdən sonra özümə söz verdim ki, mən
mütləq elm öyrənəcəm və başqalarına da bundan
xeyir verəcəm. Elə ona görə də müəllim olmaq
Dostları ilə paylaş: |