Hacı Mirfazil
58
seyidlərdən olduğunu bilirdi. Ona görə də
Miryaqub ağanın cəddini çağırıb niyyət edir ki;
“Əgər bu mühasirədən çıxıb sağ-salamat evə
qayıtsam, evdəki samovar dəstini və alacağım
ilk məvacibimi Miryaqub ağaya nəzir edəcəm”.
Bir az sonra Sovet əsgərləri gəlib mühasirəni
yarırlar. Vəli kişi sağ-salamat mühasirədən
qurtarır.
Artıq müharibənin son günləri idi. So-
vet ordusu faşistlər üzərində qələbə çaldı.
Müharibənin ilk günlərində çağrılan əsgərləri
ehtiyata buraxdılar. Vəli kişi bunların arasən-
da idi. O, məvacibi alanda Miryaqub ağa onun
yadına düşür. Vəli kişi şinelini kəsib aldığı
pulu ora tikir. O, üç aydan sonra evinə gəlib
çatır. Bir neçə gün evində qonaq qəbul etdiyi
üçün baş qarışır, nəziri vermək bir qədər
ləngiyir. Nəhayət, bir gün kəndin mərkəzinə
çıxır. O, yol ilə gedərkən Miryaqub ağa ilə
qarşılaşır. Vəli kişi ağanın yanına gəlib onunla
görüşür, bir az söhbətdən sonra Miryaqub
ağa Vəli kişiyə deyir: “Vəli, müharibədən
sağ-salamat qayıdıbsan. Orada dediyin nəziri
niyə gətirmirsən?”. Bunu eşidən Vəli kişi çox
təəccüblənir. Çünki, bu barədə heç kimə bir
kəlmə də olsun deməmişdi. O, evə gedib şinelin
paqonundakı pulu çıxarır və samovar dəstini
götürüb ağaya gətirir. Miryaqub ağa samovar
dəstini kənddəki çayxanaya bağışlayır. Pulu
Sədərəyin Seyidlər ocağı
59
isə xırdalayıb kasıblara paylayır. Miryaqub ağa
bax belecə xalq arasında gözəl rəftarı ilə seçildiyi
kimi başqalarına, xüsusilə də gənc nəslə həmişə
nümunə olmuşdur. Həzrət Əli (ə.s.) nümunəvi
şəxslər barədə belə buyurur: “İmanlı mömin şəxs
özünü həmişə əzab-əziyyətə qərar verər. Camaat
isə onun sayəsində əxlaqının nurundan asayişdə
rahat yaşayırlar”.
Kərbəlayi Miryaqub ağa çox səxavətli
seyidlərdən biri idi. Belə ki, kəndin mər kəzindən
keçən çayın bir tərəfindən o bi ri tərəfinə keçməyə
camaat çox əziyyət çəkirmiş. Miryaqub ağa öz
şəxsi vəsaiti hesabına kənddə ilk dəfə körpü
saldırmışdır. İnsanlar bu körpüdən istifadə edib
ağanın ruhuna həmişə fatihə oxuyurmuşlar.
Kör pünün tikintisində taxta-şalbanı İrandan
gətirmişlər. Bu işdə işləyən fəhlələrdən bir nəfər
gətirilən mallardan iki taxta və bir az da düyü
oğurlamışdı. Bu hadisədən bir müddət keçəndən
sonra həmin adam ölüm yatağına düşür və
sayıqlamağa başlayır: “Üstümdən taxtanı götür,
üstümdən düyünü götür” - deyir. Xəstənin
yaxınları təəccüblə xəstədən soruşurlar. Xəstə
birtəhər əhvalatı danışır. Xəstənin yaxınları gəlib
ağaya olan hadisəni danışırlar. Onlar ağadan
xəstəyə halallıq verməyi xahiş edirlər. Miryaqub
ağa gələn adamlarla bir yerdə xəstənin yanına
gedir. Xəstənin vəziyyətini görüb başının
üstündə bir neçə dua oxuyub ona haqqını halal
Hacı Mirfazil
60
edir. Bir az keçir xəstə canını tapşırır.
Olan hadisələrdən biri də budur. 1937-ci
ildə repressiyanın ən şiddətli vaxtları idi. Belə
ki, o zaman Sovet quruluşu Azərbaycanın
hər yerində olduğu kimi, Naxçıvanda da
amansız repressiya həyata keçirirdi. Alimləri,
din xadimlərini, xalqın başbilənlərini tutub
Azərbaycandan sürgün edirdilər. Məscidləri
anbara çevirir, bağlayırdılar. Haqsızlıq hər
yerdə baş alıb gedirdi. İnsanlar gecə çölə çıxa
bilmir, Stalinin casusları hər yerdə gəzirdilər.
Günlərin bir günü Sədərəyə gəlirlər. Onlar
yaxşı bilirdilər ki, Miryaqub ağa bu eldə
nüfuzlu şəxslərdən biridir, ona görə də onu
bu eldən sürgün etmək istəyirdilər. Onların
əsas bəhanələri bu idi ki, özlərini camaata
qurban verən bu insanların qəbirlərini məs-
cidin həyətindən çıxarıb qəbiristanlığa bas-
dırsınlar. Məmurlar birbaşa məscidə gəlib
Mir yaqub ağanı ora çağırırlar. Miryaqub ağa
səbrlə məscidə tərəf yola düşür. Ağa məscidin
həyətinə daxil olur, hamıya salam verib
məmurlardan soruşur: “Nə olub, məni niyə
çağırmısınız?” Məmurlar Miryaqub ağaya
kinli baxışlarla baxıb deyirlər: “Bu qəbirlər
kimin qəbirləridi? Niyə məscidin həyətində
basdırmısınız?” Miryaqub ağa onlara deyir:
“Bunlar mənim babam və əmimin qəbridi, bu
kəndə vəba xəstəliyi gələndə özlərini kəndə
Sədərəyin Seyidlər ocağı
61
qurban veriblər”. Onlar Miryaqub ağaya istehza
ilə baxıb deyirlər: “Boş-boşuna danışma”. Bu
söz ağanın qəlbinə toxunur. Bu vaxt məscidin
həyətinə kənd sovetindən bir adam gəlib
məmurlara deyir: “Sizi Naxçıvandan telefona
çığırırlar”. Onlar telefona cavab verməyə
gedəndə Miryaqub ağa qəbirlərin yanında oturub
ağlayaraq Allaha yalvarır ki: “İlahi, sən özün
kömək ol ki, bu qəbirlər burdan çıxmasınlar”.
Məmurlar gəlib görürlər ki, Miryaqub ağa
ağlayaraq dua edir. Məmurun biri ağaya deyir ki:
“Sən kimdən kömək istəyirsən? Onsuz da sənə
heç kəs kömək olmayacaq. Bizi Naxçıvandan
çağırırlar. Mən sabah gələcəm və gəlib görəcəm
ki, bu qəbirlər burda yoxdu, qəbiristanlıqdadı.
Belə olmasa səni Sibirə sürgün edəcəm”. Bu sözü
eşidən ağa onlara belə cavab verir: “İnşallah, siz
bu kənddən sağ çıxmazsınız. Bu seyidlərin cəddi
sizə qənim olar”. Onlar gülümsəyərək maşına
oturub kənddən çıxıb gedirlər. Bu söhbətlərdən
camaat da çox narahat olur. Çünki, Miryaqub
ağanın kəramət sahibi olduğunu bilirdilər.
Hava yavaş-yavaş qaralırdı. Artıq ağa evinə
gəlmişdi. Birdən səs-küy düşür. Görürlər ki,
bir qərib adam həyətə daxil olur. Onun üst-başı
qan içində idi. Bu həmin məmurların sürücüsü
idi. Ağa evdən həyətə çıxanda sürücü ağanın
ayaqlarından yapışıb ağlayaraq yalvarırdı ki,
mənim bu işdə heç bir günahım yoxdur. Mən
Dostları ilə paylaş: |