Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

              Hacı Mirfazil 
72
Mirsəccad ağanın uşaqlarından ayrılır. Çünki 
onları öz doğma ocaqlarından uzaq ellərə 
sürgün edirlər. Onların bu ayrılığı 20 il sürür. 
20 ildən sonra qovuşurlar.
Müzəffər ağa  əməli-saleh adam olduğu 
kimi, həm də tarixi bilən insan idi. O, Sədərək 
kəndinin və onun insanlarının, tayfalarının 
tarixini çox yaxşı bilirdi və bizlərə izah edirdi. 
Elə bu kitabın yazılma səbəbinin biri də 
Müzəffər ağanın bizlərə öz ata-bablarımızın 
keçmişini, onların  şəxsiyyətini və ocağımızda 
olan kəramətləri dönə-dönə, geniş  və  ətraflı 
şəkildə danışması idi. Bizlərə  də  vəsiyyət 
edərdi ki, bunları yaxşı yadda saxlayın və 
gələcək nəsillərə çatdırın.
Müzəffər ağa da kəramətli seyidlərdən 
olub. Belə ki, Sədərək kənd sakini Heydərov 
Vəli ağır xəstə olub. Ağa onun ziyarətinə gedib. 
Çünki Vəli kişi çox qeyrətli və seyidlərə daim 
hörmət edən və onların ehtiramını saxlayan 
bir dindar olub. Müzəffər ağa Vəli kişidən 
soruşur ki, ürəyin nə istəyir? O, Müzəffər ağaya 
cavabında: “Artıq mənim üçün çox gecdi. Bircə 
Allah mənə bir-iki ay möhlət verəydi ki, oğlum 
Akifı görəydim. Axı  əsgərliyini qurtarmağına 
az qalıb”. Müzəffər ağa bu sözləri eşidəndə 
gözləri yaşla dolur, öz əynindəki gödəkçəni 
çıxarıb Vəlinin əyninə geyindirir və ona çoxlu 
dua edir. Vəli kişi bu hadisədən sonra üç ay 


Sədərəyin  Seyidlər ocağı
73
yaşayır və  oğlu Akifi görür. Allah-təala hər 
ikisinə  də  rəhmət eləsin. Amin!
Müzəffər ağa 1989-cu ilin yanvar ayının 
25-də  Sədərək kəndində  vəfat edib. Qəbri 
atası  və qardaşlarının yanındadı. Ağanın altı 
övladı olub. Gülən, Məhərrəm, Lətif, Mirağa, 
Banu və Seyidəbəyim. Müzəffər ağanın oğ-
lan nəvələrindən  İlkin və  İntiqam bu gün biz 
Seyidlər ocağına ağadan yadigardır.


              Hacı Mirfazil 
74
* * *
K
K
ərbəlayi Miryaqub ağanın ikinci 
öv  la dı Mirəlidir. O, 1918-ci ildə 
Sədərək kəndində Seyidlər ocağında dünyaya 
gəlmişdir. Mirəli böyüyüb boya-başa çatır və 
hərbçi olmaq qərarına gəlir. Hərbi məktəbə 
daxil olub, oranı fərqlənmə diplomu ilə bitirir. 
O, 1939-cu ildə  gənc zabit kimi məzun olur. 
Və elə o vaxt da hərbi xidmətə gedir, sonra 
1941-ci ildə  məzuniyyətə  kəndə  gəlir, on gün 
qalandan sonra Böyük Vətən müharibəsinə 
yola düşür və bir daha geri dönmür. Onunla 
yalnız Müzəffər əmi bir dəfə təsadüfən cəbhədə 
görüşürlər. Rəhmətlik Səkinə  nənə deyərdi 
ki, Mirəlini ağasının qarğışı tutdu. O, bu 
əhvalatı belə danışardı: Biz yaylağa getmişdik. 
Mirəlinin nişanlısı qonşu obada idi. Mirəli 
atası Miryaqubdan icazə almadan ağanın atını 
götürüb getmişdi. Atı o qədər bərk sürmüşdü 
ki, heyvan obaya çatanda ürəyi partlayıb öldü. 
Bunu görən ağası çox hirsli halda üzünü Mirəliyə 
tutub dedi: “Səni itkin düşəsən”. Elə o vaxtdan 
bu sözü yaddan çıxara bilmirəm. Səkinə nənə 
həmişə bu sözləri deyərək öz oğlunun yolunu 
intizarla gözləyirdi. Həqiqətən də Mirəlidən 
heç vaxt bir xəbər, bir soraq çıxmadı.
Müharibədən sonra lap son vaxtlara qədər 
Mirabbas və  Səttar  əmim nə  qədər etdilərsə, 


Sədərəyin  Seyidlər ocağı
75
hara yazdılarsa, qardaşlarından bir məlumat, 
bir xəbər  əldə edə bilmədilər. Mütəal Allahın 
bəzi insanları  fəqir, bəzisini xəstə, bəzisini 
sağlam, bəzisini müəyyən bəlalarla, bəzisini 
asayiş içində qərar verməsinin səbəbini bil məsək 
də, ümumi şəkildə bilirik ki, nemət,  əzizlik, 
məhrumiyyət, mərhəmətdən uzaq 
lıq nişanəsi 
deyil. Əksinə, Allah sevdiyi bən dələrinə axirətdə 
böyük səvab və  əcr verməsi üçün bu dünyada 
həmin bəndələrini müəyyən çətinliklərə  və 
bəlalara düçar edir və onları bu yolla imtahana 
çəkir. Həzrət  Əli (ə.s)-dan nəql olunmuş bir 
rəvayətdə deyilir: “Bəla və çətinlik zalimlər üçün 
cəza, möminlər üçün imtahan, Peyğəmbərlər 
üçün məqam, övliyalar üçün isə  kəramətdir”. 
Şübhəsiz ki, bu müsibətləri öz səbirləri ilə ram 
edən bəndələr Allahın sevimli bəndələridir. 
Mütəal Allah müqəddəs kitabı Qurani-Kərimdə 
buyurur:  “Yer üzündə baş verən, sizin başınıza 
gələn elə bir müsibət yoxdur ki, dünyada baş 
verməmişdən qabaq kitabda yazılmamış olsun. 
Bu Allah üçün çox asandır” (Hədid surəsi, 22-ci 
ayə).


              Hacı Mirfazil 
76
Seyid Mirabbas Ağa


Sədərəyin  Seyidlər ocağı
77
* * *
K
K
ərbəlayi Miryaqub ağanın üçüncü öv-
ladı Mirabbas ağadır. O, 1929-cu ildə 
Seyidlər ocağında dünyaya gəlib. Mirabbas ağa 
öz doğma qardaşları ilə böyüyüb boya-başa çatıb 
və orta təhsilini Sədərək orta məktəbində alıb. O, 
məktəbi nümunəvi şagird kimi bitirdikdən sonra 
1952-ci ildə Naxçıvan  şəhərindəki Müəllimlər 
İnstitutuna daxil olur və təhsilini burada davam 
etdirir. İnstitutu fərqlənmə ilə bitirdikdən sonra 
doğma kəndi Sədərəyə  gəlir və orta məktəbdə 
kimya-biologiya müəllimi kimi fəaliyyətə baş-
layır. 
Mirabbas əmi həmişə öz xatirələrində dey-
irdi ki, biz hələ  uşaq olanda atamız Miryaqub 
ağa bizi ocağın başına yığıb bizə  nəsihətlər 
verərdi. O, hər  şeyi gözəl izah edirdi və bizi 
başa salırdı ki, elm öyrənin. Yadımdadır ki, 
atam Miryaqub ağa bir gün bizə  İmam Həsən 
(ə.s)-in həyatı haqqında danışırdı və deyirdi ki, 
cəddimiz  İmam Həsən (ə.s) elm haqqında çox 
ibrətamiz sözlər deyib və bunlardan biri də budur: 
“Elminizi başqalarına öyrədin və başqalarının 
da elmini siz öyrənin”. O gündən sonra bu sözlər 
mənim yaddaşıma həkk olundu. Ağamın dediyi 
bu sözlərdən sonra özümə söz verdim ki, mən 
mütləq elm öyrənəcəm və başqalarına da bundan 
xeyir verəcəm. Elə ona görə  də müəllim olmaq 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə