Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

              Hacı Mirfazil 
88
Yunis, Səttar, Sultan və Natiq. İnşallah, bu 
balalar da öz babaları kimi şərəfli və ləyaqətli 
bir mömin kimi ömür yaşayıb və öz müqəddəs 
ocaqlarına layiqli övlad olarlar. 


Sədərəyin  Seyidlər ocağı
89
Seyid Mir Cəlal Ağa


              Hacı Mirfazil 
90
* * *
K
K
ərbəlayi Miryaqub ağanın 6-cı  və 
so  nuncu  övladı Mircalal ağa idi. 
O, 1937-ci ildə Seyidlər ocağında dünyaya 
gəlib. Kərbəlayi Miryaqub ağa bu uşağın 
da dünyaya gəlməsinə çox sevinmişdi. Ağa 
həqiqi dindar olduğu üçün uca yaradanına 
ixlasla pərəstiş etdiyi üçün bu uşağın adını öz 
rəbbinin adlarından olan “Calal” qoymuşdu. 
Calal ucalıq, böyüklük, gözəllik mənasındadır. 
Mircalal ağa böyüyür və öz ata-babasına və 
nəhayət, öz adına layiqli bir övlad olur. O, hələ 
uşaq ikən on bir yaşından öz atası ilə birlikdə 
namaz qılmağa başlayır. Dini məsələləri 
atasından öyrənir. Mircalal ağa atası Kərbəlayi 
Miryaqub ağadan irs alaraq öyrənir ki, “Din və 
İslam Allahı tanımaq, ona pərəstişdən ibarətdir 
və pak və pakizə olan la-ilahə- ilallah kəlməsi 
ilə ifadə olunmuşdur. Uca Yaradanın qarşısında 
layiqli bir bəndə, layiqli bir insan olmaq Allahı 
pərəstişə, ibadətə layiq bildikdən sonra bu 
müqəddəs və şərafətli yolda əzm və iradə, eşq 
və  məhəbbətlə namus və qeyrətlə çalışıb səy 
göstərmək lazımdır.  İnsan bu müqəddəs ülvi 
kamalı öz qarşısında məqsəd qoyub çalışaraq 
belə bir nöqtəyə çatmalıdır ki, sözləri vicdanla, 
səmimi qəlbdən deyə bilsin. Mən özümü 
aləmlərin uca rəbbinə  təslim eləmişəm.  İmam 


Sədərəyin  Seyidlər ocağı
91
Zeynalabdin (ə.s) buyurub: “Bilmək lazımdır 
ki, həqiqətən Allahın ya nında  ən hörmətli,  əziz 
olanınız təqvalı olanlarınızdır”.
Mircalal ağa daim bu yolda iradə  və  əzmlə 
çalışaraq özünü həqiqi Allaha təslim edən 
bəndələrindən idi. O, atası Miryaqub ağadan 
aldığı  dərslərdən öyrənirdi ki, iman və iradəni 
əldə etmək üçün bu yolda çoxlu zəhmət çəkmək
öz nəfs və istəklərinə hakim olmaq və bu 
zəhmətlərə  eşqlə, sevərək qatlaşmaq lazımdır. 
Ona görə  də Allah-təala Qurani-Kərimdə 
ilahi məhəbbətin  əldə olunması haqqında 
belə buyurur: “Əgər Allahı sevirsinizsə, onun 
göstərişlərinə əməl edin ki, Allah da sizi sevsin 
(Ali  İmran su 
rəsi)”.
Demək, ilahi məhəbbət sorağında olan 
insan Hz.Peyğəmbərin (s.ə.v) yolunu tut malıdı. 
Peyğəmbərin yolunu tutan insan eynən onun kimi, 
Allahın dostu olur, ilahi məhəbbətə çatmağın 
ən mühüm yollarından biri Hz.Peyğəmbərlərə 
(s.ə.v) yaxınlıqdı. Çünki əziz peyğəmbərimiz 
(s.ə.v) Allahın mütləq məhbubu olmuşdur. 
Olsun ki, Allahın digər məhəbbətləri də  həmin 
bu məhəbbətin sayəsindədir. Doğrudan da bütün 
mövcudlar  ən kamil mövcudda cəmləşmişdir. 
Kamil mövcudda sığınan kəs onun üzərinə 
düşən işıqdan faydalanır. Yaxşı bilmək lazımdır 
ki, başqaları ilə dostluq əlaqələri onların Allahla 
əlaqələri arasında qurulsun. Allah və onun 


              Hacı Mirfazil 
92
Rəsulu ilə dərin əlaqələrə malik olan insanları 
tanımaq, onlarla əlaqə qurmaq bu yolla ilahi 
məhəbbəti  əldə etmək lazımdır. 
Mircalal ağa yaşadığı bu qısa 38 illik 
mənalı ömründə  hə yatın çox sərt sınaqları ilə 
qarşılaşır. O, hələ yeniyetmə çağında on üç 
yaşında ikən bu dünyada ən əziz adamını – atası 
Miryaqub ağanı itirir. Atasının ölümü onu çox 
kədərləndirir. Calal ağa elə bu yaşlarında özünü 
həyatın çətinliklərinə ataraq, onunla mübarizə 
edərək öz ailəsinə, anası  Səkinə  nənəyə  və 
qardaşlarına kömək olmaq istəyir. Calal 
ağanın anası Səkinə nənə çox ismətli, möminə 
xanım kimi ağır bir tayfanın - “Bəyməmməd” 
tayfasının qızı idi. Elə ona görə  də bu xanım 
uşaqların tərbiyəsinə çox ciddi fikir verirdi. 
Mircalal ağanın böyük qardaşları Mirabbas və 
Səttar ağa ali məktəbdə oxuyurdular. Ona görə 
də ağa çalışırdı ki, öz ailəsinə kömək etsin. O, 
ustalıq edirdi, ot biçirdi, qəssablıq edirdi ki, 
onun ailəsi heç kəsə möhtac olmasın. Bəzən elə 
olurdu ki, ağa bu işləri təmənnasız edirdi.
Bir gün bir sədərəkli gəlib ağaya deyir ki: 
“Ağa, mən ev tikmək istəyirəm. Özüm də  nə 
lazımdır almışam. Bir də niyyət eləmişəm 
ki, inşallah evi tikib qurtararam, Allah qoysa 
namaz qılmağa da təzə evdə başlayacam”. Ağa 
ona deyir ki, bəs niyə işə başlamırsan? Həmin 
adam deyir ki, usta pulum qalıb, onu da 


Sədərəyin  Seyidlər ocağı
93
düzəldim.  İnşallah, sonra başlayacam. Mircalal 
ağa ona cavab verir ki: “Narahat olma, elə günü 
sabah işə başlayırıq”.  İşə başlayıb evi tikirlər. 
Həmin kişi ağaya demək istəyir ki, işin haqqı 
nə  qədər edir? Ağa ona belə cavab verir: “Mən 
sənin evini Allah rizası üçün tikmişəm. Bütün 
çəkdiyim əməyim halal xoşun olsun. Mən bunu 
etdim ki, sən namaz qılasan. Bizim cəddimizin 
gətirdiyi dini şəriəti yaşadasan”. Bu hadisə 
ağanın el arasında hörmətini daha da artırdı. 
Hz.Əli (ə.s) buyurub: “Mömin  şəxsin 
niyyəti yerinə yetirdiyi əməllərinin  əcrindən 
də qiymətlidir”. Başqa yerdə isə belə buyurur: 
“Axirət işlərini qaydaya salanın dünya işlərini 
Allah özü qaydaya salar”.
Mircalal ağanın dostu Allahyar kişi deyirdi: 
Biz ağa ilə  Dəhnədə ot biçirdik. Yolumuz uzaq 
idi, həm də yolumuz sov xozun üzüm bağlarının 
yanından keçirdi. Hər gün səhər tezdən namazı 
qılıb ot bi 
çiminə gedirdik. Günortaya qədər 
işləyib geri dönəndə söyüd ağacının altında 
oturub dincələrdik. Mən həmişə ağaya deyərdim 
ki, bu üzümlərə lap tamahım düşüb, icazə ver bir-
iki salxım yığım gətirim yeyək, bir az gücümüz 
artsın. Ancaq ağa təkidlə məni qoymurdu ki: “Bu 
xalqın malıdı, onu yemək haramdır”. Biz ağa ilə 
bir aya yaxın həmin yolu gedib gəldik. Amma 
ağa bizi qoymadı ki, o üzümdən bir salxım dərib 
yeyək. Mən o vaxt yəqin etdim ki, Mircalal ağa 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə