Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

              Hacı Mirfazil 
66
var idi. Bu zəvvarların on altısı Sədərəkdən idi. 
Zəvvarlar arasında 4 nəfər qonşu kənddən çox 
cavan yeniyetmə  də var idi. Bu cavanlar tez-
tez öz aralarında zarafat edərdilər. Bunlar bu 
dəfə də sözlərini bir araya qoyub, öz aralarında 
belə qərara alıblar ki, Miryaqub ağa ilə zarafat 
etsinlər. Biz hamılıqla çadırları qurduq ki, 
istirahət edək. Uşaqlar samovar saldılar, yemək 
hazırladılar. Miryaqub ağa yavaş-yavaş atınan 
karvanın arxasınca gəlirdi. O, atdan düşdü, 
dəstəmaz aldı (o, həmişə tez- tez dəstəmaz 
alardı, bu onun adəti idi). Cavanlar ona tərəf 
gəlib dedilər: “Ağa, biz Kərbəladan çıxanda bizə 
vəsiqə kimi bir sənəd veriblər ki, biz həqiqətən 
Kərbəla ziyarətini etmişik. Bu sənəddən 
sən də alıbsan? Miryaqub ağa bu sözlərdən 
təəccübləndi, çox narahat oldu və tez ağ atına 
mindi, elə atın üstündə üzünü mənə tutub 
dedi: “Salman kişi, mən gedirəm Kərbəlaya o 
kağızdan mən də alam. Siz yaxşı olar ki, məni 
gözləməyin, istirahət etdikdən sonra yolunuza 
davam edin. Mənə görə narahat olmayın, mən 
arxadan gəlib inşallah sizə çataram”.
Ağa çox tələsirdi. Bunu deyib atını 
Kərbəlaya tərəf sürdü, sanki onu kimsə 
çağırırdı. Təpəni aşıb gözdən itdi. Biz oradakılar 
hamılıqla cavanları danladıq ki, siz qoca kişi 
ilə belə rəftar etdiniz. İndi o, çox əziyyət çəkib, 
yol gedib, geri qayıdacaq. Mən bu işə görə çox 


Sədərəyin  Seyidlər ocağı
67
narahat idim. Bu cavanlar etdikləri bu əmələ görə 
çox peşiman oldular. Onlar atlarını  yəhərləyib 
ağanın arxasınca getmək istəyirdilər ki, bu 
vaxt təpənin arxasından ağanın ağ atı göründü. 
Qəlbən çox sevindik ki, ağa çox uzaqlaşmayıb. 
Ağa bizə çatana qədər cavanları başa saldıq ki, 
ağa gəlib sizə bir söz deyər, siz ona bir kəlmə də 
cavab verməyin. O həm seyiddi, həm ağsaqqaldı, 
günah sizin özünüzdədir. 
Ağa yavaş-yavaş  gəlib biz olan yerə çatdı. 
Atdan düşdü. Onun rəngi ağappaq olmuşdu. 
Əvvəl biz onu başa düşmədik, elə bildik ki, 
aldandığına görə belədi. Heç kəs cürət edib ona 
bir söz demədi. Mən bu günə  qədər Miryaqub 
ağanı belə görməmişdim. Ağa bizdən su istədi. 
Biz hamılıqla ona xidmət etmək istəyirdik. Tez ona 
su verdik. O, suyu içəndən sonra şükür etdi. Bir 
az gözlədi. Hamının diqqəti ağada cəmlənmişdi. 
Sonra ayağa durdu. Artıq özünə gəlmişdi. Bunu 
onun sifətindən hiss etmək olurdu. Biz istədik ki, 
ağadan üzrxahlıq edək. Ancaq o, əli ilə işarə etdi 
ki, danışmayın. Özü sözə başladı: “Bilirsiniz mən 
niyə qayıtdım?”. Heç kəs dinmədi. Miryaqub ağa 
sözünə davam etdi: “Mən Kərbəlaya gedirdim, o 
təpələri təzə aşmışdım ki, gördüm Ağam İmam 
Hüseyn (ə.s) özü məni qarşıladı”. Bunu deyib 
Miryaqub ağa susdu. Heç kəs dinmirdi. Axı bu 
necə ola bilər. Bu ki, həqiqi möcüzədir. Bir də 
ki, Miryaqub ağa heç vaxt yalan danışan adam 


              Hacı Mirfazil 
68
deyil. Ancaq dediyi söz çox qəribədi. Miryaqub 
ağa ayağa durdu və  əlini salıb çuxasının 
altından bir yumru bükülmüş, qıraqları ipək 
sapla hörülmüş ipləri olan bir kağız çıxardı. 
Biz hamımız çox təəccübləndik. Ağa asta-
asta kağızları açdı  və  məktubu bizə göstərdi. 
Biz istədik ki, təbərrük olsun deyə  əlimiz o 
məktuba dəysin. Ağa bizə icazə vermədi ki, siz 
buna layiq deyilsiniz, əlinizi vurmayın, ancaq 
baxa bilərsiniz. Hamılıqla məktuba yaxından 
baxdıq, məktubdan çox gözəl müşk iyi gəlirdi. 
Məktub  ərəb dilində gözəl xətlə yazılmışdı. 
Məktub Kərbəlayi Miryaqub ağa haqqında 
idi və  məktubun sonunda İmam Hüseyn (ə.s) 
möhürü vurulmuşdu. 
Bu həqiqətən çox böyük kəramət idi. 
Həmin hadisədən sonra zəvvarlar bildilər ki, 
Miryaqub ağa Allahın dostlarındandır. Vətənə 
qayıdana qədər zəvvarlar arasında ona çox 
böyük hörmət və ehtiram olunurdu.
Həmin məktub Miryaqub ağa Allahın 
rəhmətinə qovuşana qədər bizim ocaqda 
idi. Bu məktubu bir çox adamlar öz 
gözləri ilə görüblər. Ancaq Miryaqub ağa 
dünyasını  dəyişəndən sonra məktub yox 
oldu. Allah-təala belə  şəxslər haqqında belə 
buyurur:  “Onu bilin ki, Allahın dostlarının, 
övliyalarının heç bir qorxusu yoxdur. Onlar 
qəm-qüssə etməzlər.  Şübhəsiz, Allah bizim 


Sədərəyin  Seyidlər ocağı
69
rəbbimizdir deyəndən sonra da öz imanlarına 
sadiq qədəmlə qalanlara rəhmət mələkləri nazil 
olub, onlara belə müjdə verərlər. Qorxmayın və 
kədərlənməyin. Peyğəmbərlərin vəd verdikləri 
behiştlər sizin üçündür” (Fussilət surəsi, 30-cu 
ayə).
Kərbəlayi Miryaqub ağa 1950-ci ilin yanvar 
ayının 9-da Sədərək kəndində rəh mətə getmişdir. 
O, 63 il çox şərəfli ömür sürmüşdür. Qəbri nurla 
dolsun. Amin!


              Hacı Mirfazil 
70
Seyid Müzəffər 
Seyid Müzəffər 
Ağa
Ağa


Sədərəyin  Seyidlər ocağı
71
* * *
M
M
iryaqub ağanın beş  oğlu, bir qızı ol-
muşdur. Kərbəlayi Miryaqub ağanın 
bi rinci  övladı Müzəffər ağadır. O, 1921-ci ildə 
Sədərək kəndində Seyidlər ocağında dünyaya 
göz açıb. Müzəffər ağı nın həyatı çox keşməkeşli 
olub. O, öz ata-babalarının inandığına iman 
gətirən bir dindar kimi Allahın lütf və inayətinə 
çatmaq üçün Uca Rəbbimizin ya 
xınlığını, 
dostluğunu, mərhəmətini və razılığını qa zanmaq 
üçün bu yolda daimi cani-könüldən çalışıb. 
O, yaşadığı bu illərdə evin böyük oğlu olduğu 
üçün atasına hər cür kömək edir, əkinçilik və 
təsərrüfatla məşğul olurdu. Müzəffər ağanın 
ömrünün ən çətin illəri Böyük Vətən müharibəsi 
illərinə təsadüf edir. Belə ki, Müzəffər ağa 1941-
ci ildə vətənin müdafiəsinə yola düşür və 1945-
ci ilə  qədər vətənin azadlığı  uğrunda vuruşur. 
O, bir neçə  dəfə müharibədə  ağır yaralanır. 
Lakin sağaldıqdan sonra yenə  də müharibənin 
ön sıralarına vuruşa yola düşür. Müharibə 
qurtardıqdan sonra ağa öz doğma kəndinə 
qayıdır. Ağa həmişə çox təəssüflə deyirdi ki: 
“Mən Ukraynanın azadlığı  uğrunda gedən 
döyüşlərdə qardaşım Mirəlini gördüm. Bu bizim 
son görüşümüz oldu”.
Ağanın həyatında  ən çətin illərdən biri də 
bu olub ki, 1946-cı ildə  əmisi Qəzənfər ağa və 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə