Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

              Hacı Mirfazil 
84
Məhz Səttar ağa öz müsəlman qardaşlarına 
hər cür yardımı ilə cihad etmişdir. Sədərək kənd 
sakini Heydərov Akif kəndimizin müdafiəsində 
fəal iştirak edən igidlərdən biridir. O, deyir ki, 
xəstəxanaya yaralı gətirəndə Səttar ağa onlara 
başqalarından daha çox fəal tibbi yardım 
göstərərdi. Hətta dərmanların tapılmadığı bir 
vaxtda ağa öz şəxsi vəsaiti hesabına əldə etdiyi 
şəxsi dərmanlardan onlara yardım edirdi. Özü 
də bütün bunları o yalnız Allah rizası üçün 
edirdi. 
Əziz Peyğəmbərimiz Məhəmməd (s.ə.v) 
necə  də gözəl buyurub: “Allah qarşısında  ən 
sevimli bəndə onun bəndələrinə daha faydalı 
olan kəsdir”. 
Səttar ağanın bir mömin kimi ən böyük 
istəyi məhz Allahın razılığıdır. Hədislərdə 
oxuyuruq ki, mütəala Allah öz bəndələrinə 
buyurur:  “Ürəyindən keçəni məndən istə. 
Mən də  əta edim. Məndən təmənna et ki, səni 
bağışlayım, bu mənim behiştimdir, orda özü-
nə yer seç. Mənim mərhəmət civarımda sakin 
ol”. İlahi, biz də öz günahlarımıza görə səndən 
bağışlanmağımızı istəyirik. Sənin mərhəmətinə 
ümid edərək yalnız səndən kömək istəyirik və 
səni and veririk əziz peyğəmbərimizin xatirinə, 
bizləri haqq yoluna hidayət et və  cəza günü 
günahlarımızı bağışla. Amin!
Bir çox sədərəkli kimi, mənim də  əmim 


Sədərəyin  Seyidlər ocağı
85
Səttar ağaya minnət borcum var. Böyük oğlum 
Mircalal uşaq ikən qıc (sudurğa) xəstəliyinə 
tutulmuşdu. Bu halı keçirəndə anam və bizlər 
çox narahat olurduq. Mən uşağı bir çox yerlərə 
həkimlərə aparırdım, hətta Gəncəyə və Bakıya da 
gətirib həkimlərə göstərmişdim. O həkimlər isə 
mənə demişdilər ki, bu xəstəlik yaşla əlaqədardır. 
Uşağın bu xəstəliyi on bir yaşından sonra keçəcək. 
Mən oğlum Mircalalı  kəndə  gətirmişdim. 
Uşaq həyətdə anamın yanında idi. Birdən yenə 
həmin hal Mircalalda oldu. Qardaşım Mirkazım 
barmağı ilə  uşağın dilini tutdu, hamımız çox 
narahat olmuşduq. Elə bu vaxt elə bil Allahdan 
idi ki, Səttar ağa bizə öz ata ocağına gəlirdi. Anam 
tez əmimin qabağına çıxıb ona dedi ki, Səttar, sən 
də bir bu uşağa bax, axı, bu uşaq bizim ürəyimizi 
üzüb. Əmim uşağı müayinə edib zarafatla dedi: 
“Hə, Fatimə, bunun xərci var”. Anam isə cavab 
verdi ki: “Hər nə istəyirsən sənə qurbandı, təki 
uşaq sağalsın”. Əmim yenə zarafat olaraq dedi: 
“Mənə bir qutu siqaret alın, mən də bu balaca 
qardaşımı sağaldım”. Mən onun şahidi oldum 
ki, Səttar  əmim balaca Mircalala üç dəfə iynə 
vurdu, bununla da xəstəlik o uşaqdan getdi.
Səttar ağanın insanlara etdiyi xidmətdən 
yazılsa, bir kitab ona bəs etməz. Onun bir həkim 
kimi ən üstün cəhəti o idi ki, o, həqiqi bir mömin, 
bir dindar idi. O, Qara Seyidin ocağının fəxri idi. 
Hz. Əli (ə.s) necə də gözəl buyurub: “Xalqa daha 


              Hacı Mirfazil 
86
çox xeyir verən kəs xalqın ən fəzilətlisidir”. Bir 
xeyirxah insan kimi Səttar ağa daim Allaha 
təvəkkül edən qəlbində və dilində uca rəbbinə 
zikr edər və onun şəninə  təriflər deyərdi. O, 
imkanı olan kimi məscidə gedər və orada 
saatlarla məsciddən ayrılmazdı. Səttar ağa 
yaxşı bilirdi ki, cəddi peyğəmbər belə buyurub: 
“Qiyamət günü hər bir şəxsdən əvvəlin hesabı 
ki, alınacaq o namazdır. Allahı tanıyan  şəxs 
Allahdan qorxar. Allahdan qorxan şəxs də 
özünü bu müvəqqəti dünyaya ucuz satmaz”. 
Elə ona görə də o, öz ibadətlərini həmişə vaxtlı-
vaxtında yerinə yetirir, ibadətinin mükəmməl 
olmasına çalışırdı. 
Məşədi Səttar ağa çox dəqiq və çox tə-
mizliyə  fıkir verən, hər  şeyin yerli-yerində 
olmasını tələb edən bir insan idi. Onun uşaqlara 
olan məhəbbəti bambaşqa idi. İstər öz uşaqları, 
istər qardaşlarının balaları, istərsə də başqaları 
olsun. 
Mirsəttar ağa ömrünün 63-cü ilində bu fani 
dünyaya gözünü yummuşdu. Onun ölümu isə 
belə olmuşdu. Səttar ağanın xanımı Zinyət xala 
deyirdi ki: “Orucluq idi, ağa da həmişəki kimi 
oruc idi, işdən təzəcə evə  gəlmişdi. Günorta 
azanına bir az qalırdı. O, gəlib dəstəmaz aldı. 
Biz elə bildik ki, ağa namazı evdə qılacaq. Elə 
ona görə  də canamazı hazırladım. Amma ağa 
dəstəmazı alıb qurtardı və dedi: “Mən gedirəm 


Sədərəyin  Seyidlər ocağı
87
məscidə, namazı orada qılacam”. Mən Səttara 
dedim ki: “Hava istidi, həm də orucsan, yaxşı 
olar namazı evdə qılasan, həm də bir az istirahət 
edərsən”. O, isə  mənə cavab verdi ki: “Allahın 
evi hər yerdən üstündür. Oranı boş qoymaq 
olmaz”. Zinyət xala sonra sözünə belə davam 
etdi: “Səttar ağa həyətdən çıxanda bizlərə bir 
həsrətlə baxdı və məscidə tərəf yola düşdü. Ağa 
məscidin həyətinə çatanda ürəyindən möhkəm 
ağrı tutur və orada yıxılır. Oradakı möminlər 
köməklik edib onu evinə  gətirirlər. 
Bir çox mötəbər hədislərdə gəlib ki, əgər insan 
oruc ola, o insan dəstəmaz alıb öz evindən çıxıb 
məscidə - Allahın buyurduğu vacibatı yerinə 
yetirmək üçün gedərsə  və  həmin vaxt o insan 
ölərsə, demək o insanın məqamı Allah yolunda 
şəhid olmuş birisinin məqamı kimidir. Məhz 
Allah-təala bu şərafətli ölümü Məşədi Səttar ağa 
üçün layiq bilib. Bu ağanın etdiyi gözəl əməllərdir 
ki, onun qabağına çıxıb və  Səttar ağanın 
cənazəsinə bütün kənd qoşulmuşdu, çoxları ağa 
üçün “elin ağası” deyərək ağlayırdılar. Çünki, o, 
hamının dərdinə yanan həkim idi. Elə ona görə 
də “el ağası” deyərək ağlayırdılar. Allah sənə 
rəhmət eləsin,  əmi. Amin!
Məşədi Səttar ağanın 8 övladı Seyidlər 
ocağında ağadan yadigardır. Onun övladları - 
Dilarə, Arif, Nüşabə, Akif, Əli, Səkinə, Namiq və 
Yeganə. Ağanın oğlan nəvələri Əziz, Məhəmməd, 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə