Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   20   21   22   23   24   25   26   27   28

              Hacı Mirfazil 
124
və Samir. Bu Mirsəccad ağanın Mirkazım 
oğlundan olan nəslidir.
* * *
Mirsəccad ağanın 5-ci oğlu Baba 1940-cı 
ildə anadan olub, Bərdə rayonunun Həsənqaya 
kəndində yaşayıb. 2010-cu ildə dünyasını 
dəyişib. Baba əminin 5 övladı var – İman, İradə, 
Etibar və Elnarə. Oğlan nəvələri Pərviz, Ağa və 
Elsevər. Bu övladlar da Mirsəccad ağanın oğlu 
Baba tərəfindən gələn nəslidir.
* * *
Mirsəccad ağanın 6-cı qız övladı Ağa bəyim 
bibidir. Hal-hazırda Salyan rayonunun Şorsulu 
kəndində yaşayır. 


Sədərəyin  Seyidlər ocağı
125


              Hacı Mirfazil 
126
* * *
M
M
irağanın 4-cü və son övladı Mir-
qəzənfər ağa olub. O, 1905-ci ildə 
Sədərək kəndində anadan olub. Qəzənfər ağa 
gözünü dünyaya açanda azan səsi, Quran 
nəfəsi ilə pərvəriş edir, böyüyür və püxtələşir. 
O, öz fərasəti və dinə bağlılığı ilə heç də 
özündən böyük qardaşlarından fərqlənmir. 
Qəzənfər ağa zahirən böyük qardaşı Miryaqub 
ağaya çox oxşayırdı. Onlar öz gözəl  əxlaqı  və 
rəftarları ilə bir-birinə  bənzəyirdilər. Qəzən-
fər ağanın ömrünün ən çətin vaxtı repressiya 
illərinə düşməsi idi. O zaman Stalinin əm-
ri ilə  hər yerdə olduğu kimi, doğma Azər-
baycanımızda da repressiya oldu. O zaman 
bu qan içən insanların  əmri ilə  hər yerdə baş 
bilənləri, alimləri, seyidləri, din xadimlərini 
öz doğma yurd-yuvalarından sürgün edir-
dilər. Məscidləri bağlayırdılar, onlardan ta-
xıl anbarı kimi istifadə edirdilər. Stalinin 
əmri ilə 1946-cı ildə  Qərbi Azərbaycandan
o cümlədən Naxçıvandan, Sədərəkdən bir 
sıra insanları öz doğma ocaqlarından məcbur 
edib köçürürdülər. Talehin bu acınacaqlı 
gün ləri Seyidlər ocağından da yan keçmədi. 
Mirqəzənfər ağanı qardaşı Mirsəccad ağanın 
ailəsi ilə birlikdə Neftçala rayonunun şoran bir 
düzənliyinə sürgün ediblər. Bu çətin yolu onlar 


Sədərəyin  Seyidlər ocağı
127
iki aya qət ediblər. Onlar burada məskunlaşana 
qədər çox əzab-əziyyət çəkiblər. Bu yerdə nə bir 
ağac, nə də ki, bir qurtum təmiz su olub. Ancaq 
Kürün lilli suyundan istifadə ediblər. Ağanın 
dediyinə görə, həmin vaxtlar bu çöllərdə çoxlu 
insan xəstəlik tapıb dünyasını dəyişib. Qəzənfər 
ağa öz ailəsi və qardaşının ailəsi ilə burada 
qalmağa məcbur olur. Qardaşı Mirsəccad ağa 
müharibəyə getmişdi və geri dönməmişdi. Ona 
görə  də onun da ailəsinə  Qəzənfər ağa baxırdı. 
Onlar bu acınacaqlı çöldə 3 il məcburi qalırlar. 
Bir sıra çətinliklərlə üzləşirlər. Və  nəhayət, 
Qəzənfər ağa imkan tapıb Bərdə rayonuna 
gəlir. Köhnə dostlarını tapır və onlarm köməyi 
ilə  Bərdənin Həsənqaya kəndində özlərinə yer 
alırlar. Bu kənddə əvvəllər bir neçə erməni ailəsi 
də yaşadığından bu kəndə el arasında  İrəvanlı 
kəndi də deyirdilər.  Əksəriyyət camaat gəlmə 
idi. Qəzənfər ağa burada yeni məhəllə alandan 
sonra Neftçalaya özünün və qardaşının ailəsinin 
dalınca gedib onları da Bərdəyə  gətirir.
Bu hadisə 1949-cu ildə baş verir. Ağanın 
dediyinə görə, çox çətinliklə  gəlib çatırlar. 
Qəzənfər ağanın böyük qızı Sara xanım qardaşı 
oğlu Mirqasıma nişanlı idi. Mirqasım ağa 
Mirsəccadın 3-cü oğlu idi. Yolda Sara xanım 
çox ciddi xəstələnir. Kəndə çatandan sonra 
Saranın vəziyyəti getdikcə  ağırlaşır və onun 
xəstəliyi ölümlə  nəticələnir. Qəzənfər ağa çox 


              Hacı Mirfazil 
128
kədərlənir. Həm övlad dərdi, həm də nişanlı 
olduğu üçün. Xülasə  məqam ki, gəlir meyidi 
yuyub, kəfənləməyə. Xəbər verirlər ki, su 
yoxdur. Qəzənfər ağa həyat yoldaşına deyir 
ki: “Get Saranı yumağa su hazırla”. Həyat 
yoldaşı ona deyir ki: “Suyu mən hardan alım, 
özün bilirsən ki, çox uzaq məsafədən suyu 
güclə içməyə  gətiririk. Saranı yumağa çox su 
lazımdır”. Qəzənfər ağa cavanlara tapşırır 
ki, gedin olmasa atla, araba ilə kanaldan su 
gətirin. Cavanlar at sürüb gedib görürlər ki, 
kanalda su yoxdur. Kənddə artezian da yox 
idi. Artıq qızın ölümü yox, suyun olmaması 
bir başqa dərd olmuşdu. Ağanın xanımı Surə 
nənə çox narahat idi. Deyirdi ki, indi biz nə 
edəcəyik. Ağa isə onları sakitləşdirirdi və 
deyirdi ki, “Allah-kərimdi. Narahat olmayın, 
Allah bizi naümid qoymaz, bir çarə,  əlac 
tapılar. İnşallah...». Hava yavaş-yavaş qaralırdı. 
Qəzənfər ağa göstəriş verdi ki, meyidin üzərini 
örtün. Hamı istirahətə  çəkilmişdi. Ancaq 
Qəzənfər ağa səhərə qədər namaz qılıb dualar 
edirdi. Ulu Rəbbindən kömək diləyirdi. Bu 
ağanın  ən böyük kəramətlərindən idi. Səhər 
açılanda evdəkilər çölə çıxıb gördülər ki, evin 
yanındakı tut ağacının dibindən göz yaşı kimi 
bulaq axır. Qəzənfər ağa evdəkilərə deyir, 
durun, Ulu Tanrıdan kömək gəldi. Yuyucunu 
çağırın və Saranı yuyun. Qonum-qonşu, ev 


Sədərəyin  Seyidlər ocağı
129
əhli sanki dərdlərini unudub bu möcüzəyə görə 
qəlbən çox sevinmişdilər. Və rəhmətlik Saranı o 
su ilə yuyub, qüsl edib dəfn etmişdilər. 
Necə ki, cəddi  İmam Sadiq (ə.s) buyurub: 
“Hər kəs Allahdan xeyir istəyib. Onun ve rəcəyinə 
razı olarsa, Allahın ona xeyir ve rəcəyindən əmin 
olsun”.  Həmin su düz 7 gün axır. Ağagildə su 
ilə  məclisi yola salırlar. Allaha şükürlər olsun 
ki, o suyu görən və ondan içən insanlardan bu 
gün də sağ olanlar var. Biri də  Səccad ağanın 
oğlu Bəhlul ağadır. Bu hadisə  Qəzənfər ağanın 
kəramət sahibi olduğunu bir daha sübut edir. 
Allaha ibadətdə xalis olan saleh və hürriyyətli 
insanlar haqdadır. Allah-təala öz müqəddəs 
kitabında belə buyurmuşdur: “Bax gör camaatın 
bəzisini bəzisindən necə üstün və  fəzilətli 
etmişik. Axirətdə isə daha yüksək dərəcə, daha 
böyük üstünlük vardır” (İsra surəsi, 21-ci ayə).
Eşq və  məhəbbət üzündən olan bəndəlik 
bağlılıqlardan ruhunu azad etmiş, azad ruhlu 
saleh insanlara məxsusdur. Məhz Qəzənfər 
ağa cismən saleh bəndələrdən idi. Ağanın bu 
böyük kəraməti insanlar arasında tez yayılmağa 
başladı. Onun hörməti nəinki Bərdə rayonunda, 
hətta  ətraf rayonlarda da yayıldı. Qarabağ 
camaatı seyidlərə çox ehtiram edən camaatdır. 
Hətta orada olan yerli sakin rəhmətlik Seyid 
Yusif ağa bu hadisədən sonra Qəzənfər ağaya 
çox böyük ehtiram qoyardı. Qəzənfər ağa 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə