Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   20   21   22   23   24   25   26   27   28

              Hacı Mirfazil 
130
məclislərə gedəndə Miryusif ağa həmişə ayağa 
durardı və deyərdi ki, bu seyidlərin ocağı bizim 
ocaqdan da kəramətlidir, onlara ehtiram etmək 
vacibdir. Qəzənfər ağa Həsənqaya kəndinə 
gələndən sonra o kənddə ilk dəfə olaraq 
məhərrəmlik mərasimləri, Aşura tədbirləri 
keçirməyə başlayıblar. Ağa hər yerdə  İslam 
dinini təbliğ edirdi. İnsanları Allahın zikrinə 
dəvət edirdi. Quran ayələrini, təvsirini onlara 
başa salırdı. Ağa insanlara başa salırdı ki, ən 
böyük bədbəxtlik Allahın nəzərindən kənarda 
qalmaqdır. Səadət və kamala çatmaq istəyən 
insan öz yaradanına qarşı diqqətli olmalıdır. 
Allahı unudan isə özünü unudur. O, nə üçün 
yaradıldığını  və  səadətə aparacaq doğru yolu 
unutmaqla cəhənnəmə üz tutur. Bütün bunları 
insanlara çatdırmaq nə  qədər çətin olsa da, 
Qəzənfər ağa bunu sevərək edirdi. Çünki o, 
yaxşı bilirdi ki, “yaxşı  işlərə  dəvət etmək, pis 
işdən çəkinmək” onun boynunda vacib bir dini 
vəzifə idi. 
Qəzənfər ağa çox sadə  bir insan idi. O, yaxşı 
bilirdi ki, İslam dini “Əmr be mərruf və  nəhy 
əz münkər” məcmuəsində möhkəmlənib və bu 
günə kimi gəlib çatmışdır. Müsəlman mömin 
şəxs bilə-bilə onu tərk etsə, Allahla öz arasında 
olan rabitəni qırmış olur. İnsanları ancaq əmr və 
Nəhy cəhalətdən, zülmətdən xaric edib səadətə 
gətirib çıxarmışdır.  İmam  Əli (ə.s) oğlu  İmam 


Sədərəyin  Seyidlər ocağı
131
Həsən (ə.s) və İmam Hüseyn (ə.s) belə buyurur: 
“Oğlum, əmr və Məərruf və Nəhy əz münkəri tərk 
etməyin. Əgər belə olsa tərk olunsa, zalim şəxs 
sizlərə hakim olar. Hər nə qədər onun zülmündən 
nicat tapmaq üçün dua etsəniz də, Allah-təala 
qəbul etməz”.
Allah-təala bizləri “əmr və məruf” və “Nəhy əz 
münkər” edənlərdən, nəsiyyət qəbul edənlərdən 
və  əməl edənlərdən öz haqqımızı bilənlərdən 
qərar versin. Peyğəmbər (s.ə.v) və onun Əhli-
Beytini bizlərdən razı, bizlərə onların ziyarətini 
və şəfaətini qismət etsin. Amin!
Qəzənfər ağa 1993-cü il iyulun 1-də məhərrəm 
ayının 10-da Aşura günü vəfat etmişdir. Onun 4 
övladı olmuşdur - Mirağa, Əmir, Sara, Firəngiz. 
Qəzənfər ağanın oğlan nəvələrindən Teymur, 
Bilal, Xeyrulla, Hilal, Yadulla, Hidayət, Vilayət 
və Tariyel. Ağanın nəticələrindən Bünyamin, 
Fərrux, Ceyhun, Fərid, Samir, Əmir, Qəzənfər 
və Yusif. Bu övladlar Qəzənfər ağadan seyidlər 
ocağına yadigardır.
* * *
Kərbəlayi Seyid Qənbərin 5-ci övladı 
Mirbağır ağa idi. O, Qara Seyidin 5-ci oğlan 
nəvəsi idi. Mirbağır ağa gözünü açandan Quran 
nəfəsi ilə qidalanır. O, mömin ailədə böyüyür, 
boya-başa çatır. Bu dindar ailə heyvandarlıq 
və  əkinçiliklə  məşğul olurdu. Amma Mirbağır 


              Hacı Mirfazil 
132
ağa ticarətə meylli olduğu üçün böyüyəndən 
sonra öz ata-anasının rizası ilə ticarətlə məşğul 
olmağa başlayır. Ağa qonşu dövlətlərə ticarət 
etməyə gedərdi.  İran və Türkiyədən mallar 
gətirib sataraq əldə etdiyi gəlirdən kimsəsiz, 
imkansız insanlara kömək edərdi. Mirbağır 
ağa öz doğma qardaşları ilə birlikdə  Kərbəla 
ziyarətinə gedib. Bu müqəddəs torpaqları 
ziyarət edib. Necə ki, İmam Əli (ə.s) buyurub: 
“Haqq  şəxsiyyətlərlə tanınmır. Haqqı tanı ki, 
onun  əhlini də tanıyasan”.  Məhz Mirbağır 
ağa haqq əhlini tanıdığı üçün o ağır  şəraitdə 
keşməkeşli yollarla böyük əzab-əziyyətlərlə 
dəfələrlə piyada Kərbəlaya üz tutmuşdur. Bu 
seyidlərdə  İmam Hüseyn (ə.s) məhəbbətləri, 
eşqləri nəsilbənəsil davam edirdi. Ağanın 2 
oğlan övladı olub. Böyük oğlu Mirəli Məşhəd 
ziyarətində olub. Onun da 2 oğlu olub - Məşədi 
Ağabala və  Kərbəlayi Nemət. Kərbəlayi 
Nemətin bir övladı olub Hilal. O da Böyük Vətən 
müharibəsinə gedib, amma tale elə  gətirib ki, 
onun da qara kağızı gəlib. Məşədi Ağabala isə 
öz babası Mirbağır ağanın getdiyi yolu davam 
etdirir, kəndin mərkəzində özü üçün bir dükan 
tikdirib, ticarətlə  məşğul olur. Bunun da bir 
əhvalatı var. Rəhmətlik Səriyyə  nənə Ağabala 
ağanın xanımı idi. O, deyərdi ki: “Günlərin bir 
günü iki nəfər gəlib Ağabala ağanın dükanını 
arxadan yarıblar, içəri daxil olub oradakı 


Sədərəyin  Seyidlər ocağı
133
malları  oğurlamaq istəyiblər. Bu həmin iki 
nəfər malları kisəyə doldurub, həmin yardıqları 
yerdən istəyiblər çıxsınlar, lakin görürlər ki, 
yarığın ağzında iki dənə böyük ilan var. Həmin 
bu oğrular geri çəkilib  əllərindəki malları yerə 
qoyurlar. Görürlər ki, ilanlar da geri çəkilirlər. 
Yenə də malları götürüb aparmaq istəyəndə yenə 
əvvəlki iki ilan yuxarıdan sallanaraq onları çölə 
çıxmağa qoymurlar. Bu hal axşamdan səhərə 
qədər təkrarlanır. Səhər azanı oxunanda Məşədi 
Ağabala ağa namazını qılıb dükana gedir. Qapını 
açıb görür ki, iki nəfər dükanın içindədi. Özü də 
malları kisələrə  yığıb oturublar. Ağa nəzər edir 
ki, dükanın arxa divarı yarılıbdır. Həmin iki nəfər 
Məşədi Ağabala ağadan çox xəcalət çəkərək üzr 
istəyirlər. Ağa onlardan soruşur ki, niyə burada 
oturubsunuz? Axı istədiyiniz malları buradan 
apara bilərdiniz? Onlar xəcalət çəkərək ağaya 
cavab verirlər ki, biz buradan çıxmaq istəyirdik, 
həm də  yığdığımız bu malları da özümüzlə 
aparmaq istəyirdik. Ancaq ağa, sən bizi bağışla, 
sizin ocağınızın kəramətindəndir ki, bu iki ilan 
bizi səhərə qədər buradan çıxmağa qoymayıblar. 
Məşədi Ağabala ağa onlara cavab verir ki, həmin 
gördüyünüz bu iki ilan biri ağ rəngdədir, biri də 
qırmızı ilandır. Bu heyvanlar dədə-babadan bu 
ocaqda yaşayırlar. Ağa həmin iki nəfərə deyir ki: 
“Mən sizi bağışlayıram, sizi buraxıram, gedin. 
Allah rizası üçün tövbə edin ki, bir daha belə 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə