Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   20   21   22   23   24   25   26   27   28

              Hacı Mirfazil 
114
haqqını heç kəsə vermir, neçə dəfələrlə dövlət 
tərəfindən yoxlama olur, amma heç vaxt 
anbardan taxıl əskik olmur. Çünki o, Allahdan 
qorxan və öz ruzisini halal qazanan bir insan idi. 
Mirqasım ağa yaxşı başa düşürdü ki, insanların 
yeganə yol göstərəni “Quran”dır. Mirqasım 
ağa yaşadığı ömür payında çalışmışdı ki, daim 
başqalarına öz xeyri toxunsun. Onun bu gözəl 
əxlaqının nəticəsi idi ki, o, heç bir tibbi təhsili 
olmadan insanları müalicə edirdi. Bu ona 
İlahi tərəfdən bir lütf idi. O, mahir sınıqçı idi, 
sınıq, qırıq işlərini çox gözəl müalicə edirdi. 
Belə insanların haqqında danışıb, onların adını 
çəkməklə sayıb qurtarmaq olmaz. Doğma 
Azərbaycanımızın hər bölgəsindən onun 
yanına gəlirdilər və elə onun ocağında  şəfa 
tapırdılar.
Yaxşı yadımdadır. 1983-cü il idi. Böyük 
qardaşım Mirkazım  əsgərlikdən gəlmişdi. 
Anamla mən heyvanları tövləyə qatırdıq. Bir-
dən necə oldusa heyvanların içindəki qoç 
anamı vurdu. Anam yerə  yıxıldı  və sağ çiy-
ninin lülə sümüyü qırıldı. Nə  qədər müalicə 
etdiksə  də, yenə anam düz on bir il qolunu 
qaldıra bilmədi. Bu hadisədən on bir il sonra 
anamla Bərdəyə getmişdik.  Əmim bizi qonaq 
çağırmışdı. Elə bu vaxt əmimin yanına qonşu 
kənddən bir qadın gətirmişdilər. O qadının da 
qolu çıxmışdı. Mirqasım əmim o qadının qolunu 


Sədərəyin  Seyidlər ocağı
115
salıb, yaxı qoyub bağladı. Birdən mənim yadıma 
anamın qolu düşdü. Mən əmimdən xahiş etdim 
ki, anamın da qolunu müalicə etsin. Anam isə 
utanırdı. Mənə deyirdi ki: “Lazım deyil, ayıbdır”. 
Əmim anamın qoluna baxıb dedi ki: “Bu sınıq 
çox bərkiyib. İndi onu müalicə etmək lazımdır”. 
Mirqasım ağa oğlu Faiqi çağırıb tapşırdı ki: 
“Get meşəyə, orada bulağın gözündə bitən ot 
var. El arasında o həmin ota “qıcı” deyərlər. Get 
həmin otdan gətir”. Faiq maşını işə salıb meşəyə 
getdi və bir neçə saatdan sonra həmin otdan 
yığıb gətirdi və verdi anasına. Xanım xala ocağı 
qalayıb, həmin otları tökdü suyun içinə və onu 
qaynatmağa başladı. Elə ki, su qaynadı, Xanım 
xala otların suyunu süzüb, otları çıxarıb anamın 
qırıq qoluna döşədi və sonra Mirqasım ağa 
anamın qırıq qolunu saldı.
Mirqasım ağa Sədərək kənd sakinləri 
Abbasov Eldar, Rzayev Hüseyn və  Yəhyanı 
da müalicə edib. Bunlar erməni daşnaklarının 
Sədərək kəndinə hücumu zamanı yara 
lan-
mışdılar. Hz. Məhəmməd (s.ə.v) buyurub: 
“Mənim ümmətimə qarşı mehriban olalar, Allah 
da onlara qarşı mehriban olar”.
Mirqasım ağanın həyatı boyu bir çox 
kəramətləri olub ki, bunlardan biri də  Ağdam 
rayonunun Güllücə  kənd sakinləri - Namiq 
və  İradənin həyatına təsadüf edir. Belə ki, bu 
gənclər 6 il idi ki, evli idilər. Ancaq onların 


              Hacı Mirfazil 
116
övladları olmurdu. Bu gənclər nə  qədər 
müalicə alırdılarsa da, heç bir nəticə yox idi. 
Nəhayət, onlar öyrənirlər ki, Bərdə rayonunun 
Həsənqaya kəndində bir seyid var, özü 
də ocaqları çox kəramətlidir. Bu gənc ailə 
Mirqasım ağanın yanına gəlirlər. Ağa onlara 
baxır və öz üsulu ilə onları otlarla müalicə edir. 
Düz bir il tamam olandan sonra bu gənc ailənin 
bir qız övladı olur. Bu uşağın adını Mirqasım 
ağa Nübar qoyur. 
İmam  Əli (ə.s) buyurub: “Əməl etmədən 
behişt istəmək axmaqlıqdır”.
Mirqasım ağanın kəramətlərindən biri 
də Yevlax rayonunun Qara İmanlı  kənd 
sakini Çingizin həyatında baş verib. Çingiz 
traktorçu işləyirdi. Tarlada şum edirdi. 
Birdən necə olursa traktorun arxa tərəfindən 
səs gəlir. Çingiz traktoru saxlayıb düşür ki, 
arxaya baxsın, görsün nə olub. O, baxır heç nə 
anlaya bilmir və yanındakı yoldaşına deyir ki, 
traktoru arxaya ver görək, bu nə səsdi. Yoldaşı 
traktoru arxaya verəndə necə olursa Çingizin 
ayağı  şumdakı çör-çöpə ilişir və traktorun 
altına yıxılır. Traktor onun üstündən keçir. 
Xoşbəxtlikdən Çingiz şumlanmış torpağın 
ortasına yıxılır. Onu tez taxtanın üstə qoyub 
gətirirlər Mirqasım ağanın yanına. Ağa Çingizə 
baxır və ordakılara deyir: “Bu çox ağır sınıqdı. 
Onu tərpətmək olmaz”. Mirqasım ağa həmin 


Sədərəyin  Seyidlər ocağı
117
xəstəni on doqquz gün evində saxlayıb, hər 
gün onun qırıq-sınığını düzəldirmiş. Nəhayət, 
Çingiz Mirqasım ağanın ocağında sağalıb  şəfa 
tapır. Allaha şükürlər olsun ki, Çingiz bu günə 
kimi sağ-salamatdır. O, Mirqasım ağanın bu 
alicənablığını görəndən sonra əhd edir ki, 
düz yeddi il ağanın heyvanlarına traktorla ot 
gətirəcəm və belə  də edir.
Belə oxşar hadisələr Mirqasım ağa nın 
həyatında çox baş verir. O, həm də bir el ağsaqqalı 
kimi çox xeyirxah və  və tən pərvər insan idi. 
O, öz şəxsi vəsaiti ilə  kənd də artezian quyusu 
vurdurmuşdu. Kəndin işığının çəkilməsində və 
yolun as 
faltlanmasında fəal iştirak etmişdi. 
Həzrət  Əli buyurur: “Həqiqətən insan ların 
dünya və axirətdə ağaları (üstün olan) səxavətli 
olan insanlardır”.
Ağanın  ən böyük aliliyi və ucalığı onda idi 
ki, o, xəstələri təmənnasız müalicə edirdi. Heç 
kəsdən heç nə ummadan yalnız Allah rizası 
üçün bu xeyirxah və gözəl əməlləri edirdi. Bəzən 
elə olurdu ki, elə ağır xəstə olurdu ki, onlar bu 
ocaqda  şəfa tapdıqdan sonra peşkəş kimi öz 
maşınlarının açarlarını belə  ağaya verirdilər. 
Ancaq Mirqasım ağa bu işləri Allah rizası üçün 
gördüyünü deyirdi. 
Mirqasım ağa həm də gözəl  şair idi. Onun 
islam dininə olan bağlılığı  şeirlərində öz əksini 
tapmışdı. O, 2008-ci ilin dekabr ayının 5-də cümə 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə