Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   20   21   22   23   24   25   26   27   28

              Hacı Mirfazil 
118
günü Allahın rəhmətinə qovuşmuşdur. 
Ağanın ölümü çox qəribə olub. Belə 
ki, onun ölümünə 3 gün qalmış  Ağa  İmam 
Hüseyn (ə.s)-a mərsiyə deyib ağlayırmış. 
Övladları ona deyir ki: “Ata, hələ məhərrəmlik 
deyil. Aşuraya iyirmi gün qalıb. Sən indidən 
belə  mərsiyə deyib ağlayırsan”. Ağa isə 
onlara belə cavab verir ki: “Mömin bəndə 
gərək həmişə  İmam Hüseyn (ə.s)-ı yad etsin 
və onun qəhrəmanlığını xatırlasın. Onun 
əqidə  və imanından ilham alıb, öz iradəsini 
kamilləşdirsin. Çünki “Şəhidlər ağası”  İmam 
Hüseyn (ə.s) öz şəhadəti ilə bütün islamı 
ayaqda tutdu. Əgər o gün cəddimiz  İmam 
Hüseyn (ə.s) zalımlara qarşı durmasaydı, bu 
gün İslamın şəriətindən əsər-əlamət qal mazdı. 
Bu gün bütün dünya müsəlmanları  İmam 
Hüseyn (ə.s.)-a mənəvi cəhətdən borc ludurlar. 
Necə ki, cəddi Peyğəmbər Mə həmməd (s.ə.v) 
onun haqqında belə bu yurub: “Hüseyn hidayət 
çırağıdır. Nicat gəmisidir”. 
Mirqasım ağa ağlaya-ağlaya Allahın 
rəhmətinə qovuşmuşdur.  İnşallah, qiyamət 
günü də İmam Hüseyn (ə.s) özü ağaya şəfayətçi 
olar. Amin!


Sədərəyin  Seyidlər ocağı
119
Mirqasım ağa nəvələri Mircəlal, Mircamal və 
Mirkamal ilə


              Hacı Mirfazil 
120
O
O
ğlum Mircalal 2010-cu ildə Seyid Qa-
sım Ağanı onun ölümündən iki il sonra 
yuxuda görür. Seyid Qasım ağa Mircalala belə 
bir şeir söyləyir:
Yaxşılıq elədin arxası gəlsə,
Ömür boyu belə getsə yaxşıdı.
Bir toxum düşübdü Seyid nəslinə,
Xudam özü nəzər etsə yaxşıdı.
Ərənlər naminə başın əyəcək,
Dayan da igidlik meydanında tək.
Gözləyirsən vədə nə vaxt gələcək,
Sahib Zaman dəvət etsə yaxşıdı.
Mən bilirəm siz orada dardasız,
Seyid Qasım haqda, siz nahaqdasız.
Şahı Mərdan mərdə əlin uzadar,
Ağam özü əl uzatsa yaxşıdı.
Mircəlal yuxudan ayılır və Seyid Qasımın 
yuxuda ona pıçıldadığı bu şeiri elə olduğu 
kimi, deyildiyi kimi də kağıza köçürür.
Şeirdən söz düşmüşkən dəyərli eloğ-
lumuz, dəyərli insan, şair Hacı  İlyasın (ruhu 
şad olsun) 28 avqust 2003-cü ildə  mənə  həsr 
etdiyi bir şeirin də burda yer almasını istədim, 
daha doğrusu, ürəyimdən belə keçdi. Elə-
obaya çox gərəkli bir insan idi Hacı  İlyas. Öz 


Sədərəyin  Seyidlər ocağı
121
xeyirxahlığı, xeyriyyəçiliyi, köməyi, yardımı 
ilə seçilirdi. Sədərəyin ağır günlərində igidliklə 
dö yüşmüşdü. Bir sözlə, elin-obanın kisəsindən 
getdi Hacı  İlyas. Bir daha ruhu şad olsun.
Fazilin
Hatəmdi, Səccaddı, böyük bir zatdı,
Himinnən isməti olub Fazilin.
Seyiddi, Hacıdı, iman əhlidi,
Taledən qisməti olub Fazilin.
Dara düşənlərin dadına yetər,
Səqirə, fəqirə ehsanat edər.
Hər kəs qapısına borc pula gedər,
Verməyə niyyəti olub Fazilin.
Əl də tutar, dua edər hər kəsə,
Namaz qılar, oruc tutar, ya nəsə.
Çağır cəddin işin düşəndə nəsə,
Cəddinə biyəti olub Fazilin.
Halal ocaqdandı, halal süddəndi,
Mir Cəlal oğludu, bizim kənddəndi.
Babası timsallı, o niyyətdəndi,
Kəramət, qüdrəti olub Fazilin.
Bir niyyət tut, döy qapısın ün elə,
Niyyət qəbul, kəs qurbanın, dön elə.


              Hacı Mirfazil 
122
Xudam, ona budaqları min elə,
Kafirə nifrəti olub Fazilin.
Xudanın sirridi Əli mürtəza,
Kömək əli çatdır bizi muraza.
Cəddi həmin nə çoxadı, nə aza,
Əzəl mərifəti olub Fazilin.
Harda yaşayırsa ocağı birdi,
Ayağı dəyən yer inanın, pirdi.
Çəkdiyi cəfadı, bilin əcirdi,
Qəlbdə mərhəməti olub Fazilin.
Hacı İlyas, nə görübsən onu yaz,
O yolun yolçusu olsun peşnamaz.
Çağır cəddin gündə min yol, pis olmaz,
Xudadan hörməti olub Fazilin.
Hacı İlyas
Bakı, 28.08.20013
Mirqasım ağanın 9 övladı olmuşdur – 
Əvəzağa, Asif, Südabə, Səltənət, Lətafət, 
Mirtağı, Xuraman, Mahirə  və Faiq. Mirqasım 
ağanın oğlan nəvələrindən Saleh, Mirqasım 
və Mirsadıq.  İnşallah, bu balalar babalarının 
yolunu layiqincə davam etdirərlər.


Sədərəyin  Seyidlər ocağı
123
* * *
Mirqasım ağanın 3-cü övladı Mirtağı 1967-
ci ildə Seyidlər ocağında dünyaya gəlmişdir. 
O, çox mərd və qorxmaz bir insan idi. Mirtağı 
vətənimizin azadlığı  uğrunda gedən meydan 
hərəkatlarında fəal iştirak etmişdir. Bu meydan 
hərəkatında sovet əsgərləri tərəfindən baş 
nahiyəsindən ağır zərbə almışdı  və 1989-cu il 
noyabr ayının 19-da xalqımızın azadlığı uğrunda 
gedən ilk şəhidlərdən olmuşdu.
* * *
Mirsəccad ağanın 4-cü övladı Mirkazım 
1937-ci ildə anadan olmuşdur. O, bütün ömrünü 
öz halal əməyi ilə yaşamışdı. Mirkazım ağa uzun 
müddət kolxozda briqadir işləmiş və ictimaiyyətlə 
yaxından təmasda olmuşdur. Mirkazım əmi çox 
sadəlövh bir insan idi. O, ağır təbiətli və gözəl 
əxlaqı ilə başqalarından fərqlənirdi. Həmişə az 
danışar, çox dinləyərdi. Kəndin bütün xeyir və 
şərində yaxından iştirak edərdi. Necə ki, cəddi 
İmam Əli (ə.s) belə buyurub: “Möminin sevinci 
üzündə, qüdrəti dinində, kədəri qəlbindədir”.
Mirkazım ağa 1987-ci il aprel ayının 3-də 
Həsənqaya kəndində dünyasını  dəyiş mişdir. 
Mirkazım  əminin 8 övladı olub. Öv ladlarından 
Arzu, Azər, Azad, Yeganə, Sona, Mənzər, 
Arzuman və Pərvanə. Oğlan nəvələrindən Nicat 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə