Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

              Hacı Mirfazil 
102
hərəkət qeyri-adi idi. Mən Calal ağaya dedim 
ki: “Ağa, sənə  nə olub? Nə yadına düşüb?” 
O isə  mənə belə cavab verdi: “İsmayıl, mən 
gedirəm, bu bizim son görüşümüzdü, geri 
döndüm ki, halallaşaq”. Mən onun nə dediyini 
başa düşmədim. Elə bildim ki, ağa harasa səfərə 
gedir. Elə biz oradaca evin qabağında onunla 
ayrıldıq. Bu hadisədən üç-dörd gün keçmişdi 
ki, mən başqa bir yerdə  işdə  işləyirdim, ev 
tikirdik. Bizə xəbər gəldi ki, Calal ağa rəhmətə 
gedib. Bu xəbər mənə çox pis təsir etdi, az qala 
divarın başından yerə  yıxılmışdım.  Əlimdəki 
daş baltası yerə düşdü.  İsmayıl kişinin oğlu 
Fərhad deyirdi ki, atam bir il hər namazdan 
sonra Calal ağa üçün ağlayıb və onun ruhuna 
ölənə  qədər dua oxuyurdu. Allah hər ikisinə 
rəhmət eləsin. Amin!
Həzrət Məhəmməd (s.ə.v) buyurub: “Qi-
yamət günü möminin əməl tərəzisinə xoş 
xasiyyətindən üstün olan bir şey qo 
yul-
mayacaqdır”. 
Calal ağanın dostlarından biri də Allahyar 
kişidir. Anam deyir ki, ağanız evə  gəlib, dedi 
ki: “Uşaqlardan birini göndər gedib Səttarı 
çağırsınlar”. Səttar  əmimə  xəbər çatan kimi o, 
tez-tələsik bizə gəldi, bu xəbər seyidlər arasında 
tez yayıldı. Onların hamısı bizə  gəlmişdilər. 
Sonra kimsə gedib Mamed həkimi də gətirmişdi. 
O da ağamı müayinə edib dedi ki, elə bir şeyi 


Sədərəyin  Seyidlər ocağı
103
yoxdu,  Şərur rayonuna xəstəxanaya aparmaq 
lazımdır. Ancaq Səttar  əmim çox narahat idi. 
Onlara etiraz etdi ki, mütləq Calalı Naxçıvana 
cərrahiyyə  şöbəsinə aparmaq lazımdır. Ağam 
və  əmilərim deyirdilər ki, Mamed həkimdən 
ayıbdı, onu elə  Şərura aparaq. Belə  də elədilər. 
Maşının gəldiyini xəbər verdilər. Hazırlıq 
gördülər, ağanın yanında rəhmətlik Narey və 
Nini bibilər oturmuşdu. Ağam bir az dikəldi və 
öz gödəkcəsini istədi. Rəhmətlik Narey bibim 
qalxdı ki, gödəkcəni gətirsin, ağam isə dedi, heç 
kəs gətirməsin, qoy gödəkcəni Fazil gətirsin. 
Onda mənim 8 yaşım var idi. Mən tez qaçıb o biri 
otaqdan ağamın qara rəngdə olan gödəkcəsini 
taxtın üstündən götürüb gəldim. Bu anı heç vaxt 
yadımdan çıxarmaram. Mən gödəkcəni gətirib 
ağama vermək istədim. O isə gödəkcənin bir 
tərəfindən tutdu, o biri tərəfi isə hələ də mənim 
əlimdə idi. Ağam mənim gözlərimə baxırdı, mən 
də onun qapqara olan gözlərinə baxdım. Bir də 
gördüm ki, onun o qara gözləri yaşla dolubdur. 
Elə bu an o məni qucağına bərk-bərk basdı. Mən 
də onun boynunu qucaqladım.  İkimiz də ata-
oğul ağladıq, sonra isə kömək etdik ki, maşına 
minsin. Bu onun evdən sonuncu gedişi idi. Onu 
xəstəxanaya yola saldıq. Ağam evdən çıxandan 
iyirmi dörd saat sonra rəhmətə getdi.
Rəhmətlik Allahyarov Allahyar ağamın 
vəfalı dostlarından idi. O, deyirdi ki, mən 


              Hacı Mirfazil 
104
xəstəxanada Calalın yanında idim. Günortaya 
yaxınlaşmışdı, saat düz birin yarısı idi. Mən 
ağaya təsəlli vermək üçün ordan-burdan söz 
açıb danışırdım. O isə tez-tez divardakı saata 
baxırdı. Mən ona deyirdim ki: “Ağa, niyə saata 
elə tez-tez baxırsan?” Ağa mənə cavab verdi ki: 
“Allahyar, namaza görə narahatam. Allah-təala 
imkan versin ki, mən namazımı qılım”. Mən isə 
ona yenə ürək-dirək vermək məqsədilə dedim 
ki, inşallah, sən hələ çox namaz qılacaqsan. 
Saat birə on dəqiqə qalmışdı. Ağa mənə dedi 
ki, Allahyar, dur mənə kömək elə  dəstəmaz 
alım. Mən də onun qolundan tutub ona kömək 
etdim. Ağa da durub dəstəmaz aldı, sonra isə 
canından çox sevdiyi namazını  qıldı. Elə o 
namaz əs nasında Allahın rəhmətinə qovuşdu. 
Həzrət Məhəmməd (s.ə.v) buyurub: “Allah 
öz gənc liyini  Allaha  itaətlə  həsr edən cavanı 
sevər”.
İnsanın həyatı  təbii  şəkildə ehtiyaclarla 
müşahidə olunur. İnsanların ehtiyaclarını 
ödəyə biləcək yeganə mövcud Allah-təaladır. 
O, öz müqəddəs kitabında belə buyurur: “Ey 
insanlar, siz Allaha möhtacsınız, Allah isə 
möhtac deyildir. Və  hər cür şükürə  və  tərifə 
layiqdir” (Fatir surəsi, 15-ci ayə).
Ona görə  də Allahın dostları daim onun 
dərgahına  əl açmış  vəziyyətdədirlər. Onlar 
Allahın sonsuz qüdrətindən faydalanmaqla öz 


Sədərəyin  Seyidlər ocağı
105
istəklərinə çatırlar. Belə insanlar axirət görüşünə 
qədər Allahın zikri ilə məşğul olur və qəlbini bu 
zikr vasitəsilə işıqlandıraraq öz ruhunu Rəbbinin 
dərgahına pərvaz edirlər. Məhz Calal ağa belə 
mömin bəndələrdəndi ki, o, həyatının son 
anlarında belə öz Yaradanının zikri ilə  məşğul 
olub. Belə mübarək ölüm Allahın hər bəndəsinə 
nəsib olmur. 
Mircalal ağanın altı övladı Seyidlər ocağına 
yadigardır. Onun övladları  Cəmilə, Mirkazım, 
Səmilə, Mirfazil, Miryaqub və Mürsəl. Ağanın 
oğlan nəvələrindən Mircalal, Mircamal, 
Mirkamal, Fatimə, Yaqut, Günay, Murad, 
Erol, Elvin və Malik. İnşallah, bu balalar da 
öz babaları kimi şərəfli ömür yaşayar və öz 
ocaqlarına layiqli övlad olarlar.
Bu kitabın tərtibatında oğlum Mircamalın 
xüsusi  əməyi var. Allah-təala ondan da razı 
olsun. Allah bizim qəlbimizi hidayət nuru ilə 
daha da nurlandırsın. Amin!


              Hacı Mirfazil 
106
* * *
M
M
irağa ağanın 3-cü övladı Mirsəc cad 
ağadır. O, 1889-cu ildə Sə dərək kən-
dində anadan olmuşdur. Bu uşağın dünyaya 
gəlməsi Mirağa ağanı çox sevindirmişdi. Elə 
ona görə də onun adını cəddi İmam Səccad (ə.s) 
adından qoymuşdur. Mirağa ağa bu övladına 
çox maraq edir, onun sağ lam  böyüməsinə 
fikir verirdi. Mirsəccad bö yüdükcə atasından 
tərbiyə alır, ondan ədəb-ərkanı, əxlaq və dini 
məsələlərin incəliklərini öyrənirdi. Mirsəccad 
ağa mömin ailədə bö yüyürdü. Çünki bu ailənin 
danışığı, qəzəbi, məhəbbəti Allaha görə idi. 
Mirsəccad ağa yaxşı bilirdi ki, dünyada özünü 
Allah-təalanın  əmirləri qarşısında təslim edən 
şəxs izzət və  şərafət tapar. İzzəti və  şərafəti 
olan şəxs də heç vaxt zalim qarşısında əyilməz. 
O, hələ lap gənc yaşlarında atası Mirağa ilə 
birlikdə ibadət edir, dini məsələləri dərindən 
öyrənirdi. Mirsəccad ağa şücayət, səbr, dözüm, 
ürəyi açıqlıq, xoşxasiyyətlik və güzəştə getmə 
xüsusiyyətlərini öz ata babalarından irs al-
mışdı. Mirsəccad ağa öz qardaşları Mir yaqub 
və Qəzənfər ağa ilə bir likdə tə sər rüfat  işlərində 
atalarına kömək edir, boş vaxtlarında isə dini 
məsələlər öy 
rənirdilər. Hz.Əli (ə.s) necə  də 
gözəl buyurub: “Bu dünya bir əkin sahəsinə 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə