Kemaleddin yeni 60-90. indd



Yüklə 99,05 Kb.

səhifə1/28
tarix12.10.2018
ölçüsü99,05 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   28


Sədərəyin  Seyidlər ocağı
1
Hacı Mirfazil 
SƏDƏRƏYİN
 SEYİDLƏR OCAĞI
“Elm-təhsil“
Bakı-2016


              Hacı Mirfazil 
2
Redaktor: Kəmaləddin Qədim
Hacı Mirfazil. Sədərəyin Seyidlər ocağı
Bakı, «Elm və təhsil», 2016, 144 səh.
Bu kitabda Naxçıvan Muxtar Respublikasının Sədərək 
rayonunda yaşamış müqəddəs seyidlər nəslinin ulu babası 
olan Qara Seyidin və onun övladlarının, nəvə-nəticələrinin 
həyatından, kəramətlərindən bəhs olunur.
Kitab olduqca səmimi, real, gözəl dildə  qələmə alın dı-
ğından geniş oxucu kütləsinin dərin marağına səbəb olacağına 
inanırıq.
İSBN 978-9952-8176-9-0
©H.Mirfazil, 2016
© «Elm və təhsil», 2016


Sədərəyin  Seyidlər ocağı
3
SƏDƏRƏYIN SEYIDLƏR OCAĞININ
ƏFSANƏVI HƏQIQƏTLƏRI
S
S
əmimi deyim ki, lap gənclik il lə rimdən 
yazı-pozu ilə  məşğul olsam da, otuza 
yaxın kitabım çap olunsa da, nəşriyyat direktoru 
kimi yüzdən artıq kitabın redaktoru olsam da bu 
kitab məni möhkəm tutdu və onun müəllifinin 
çox dəyərli bir mövzuya əl atdığına qəlbən 
sevindim.
Bu sevincimin bir neçə  səbəbləri var idi. 
Əvvəla ona görə ki, kitabda doğulub boya-başa 
çatdığım, mənim üçün həmişə müqəddəs olan 
Sədərək kəndinin  ən müqəddəs insanlarının 
“Seyidlər” nəslinin tarixindən, o nəsildə olmuş bir 
çox mü qəddəslərin tərcümeyi-halının  əfsanəyə 
bənzər həqiqətlərindən - kəramətlərindən bəhs 
olunur. Kitabın  ən üstün cəhətlərindən biri 
də odur ki, müəllif yeri gəldikcə çox ibrətamiz 
hədislərdən, dini kəlamlardan, müqəddəs 
Qurani-Kərimin ayələrindən istifadə etməklə, 
oxucunu daha dərindən düşünməyə  və qeyd 
olunan  əhvalatlardan nəticə  çıxarmağa, ibrət 
dərsi almağa səsləyir.
Kitab ilk oxucu kimi, mənim üçün bir də ona 
görə çox maraqlı oldu ki, həmin müqəddəslər 
sırasında adı çəkilən insanların bir çoxunu vaxtilə 
görüb, tanıyıb, onlarla ünsiyyətdə olmuşdum 
və bu kitabda yazılan  əhvalatların bir çoxunu 


              Hacı Mirfazil 
4
da ayrı- ayrı insanlardan, ağsaqqallardan 
eşitmişdim. Kitab 
da oxucuların rast gələcəyi 
17 dəfə  Kərbəla ziyarətində olmuş  Kərbəlayi 
Miryaqub ağanın yoldan dönüb ziyarət barədə 
kağız (sənəd) alıb qayıtması  əhvalatını 90 
ilə yaxın ömür sürmüş  və  kəndin tarixinə 
dərindən bələd olan atam Cəfər Kərbəlayi 
Məmməd oğlunun da dilindən eşitmişdim. 
Müəllifin kitabda qeyd etdiyi Kərbəlayi 
Miryaqub ağanın həyat yoldaşı, müəllifin 
təbirincə desək “kəndin ağır tayfalarından 
sayılan Bəyməmməd nəslindən olan” Səkinə 
nənə atamın ana babası olan Hacı  Həsənin 
bacısı (kənddəki yaşlı insanların xatırladığı 
Hacı  Həsən oğlu Həsənqulunun bibisi) olub. 
Buna görə  də  Kərbəlayi Miryaqub ağanın 
böyük oğlu rəhmətlik Müzəffər ağa ömrünün 
sonuna qədər mənim mənsub olduğum 
Bəyməmməd nəslindən olan kişilərin hamısına 
(o cümlədən mənim özümə  də) “dayıoğlu”, 
“dayınəvəsi” sözləri ilə müraciət edər, hamısı 
ilə çox səmimi və mehriban şəkildə hal-əhval 
tutardı. Bu ənənəni onun qardaşları - mənə orta 
məktəbdə  dərs deyən, sonralar uzun müddət 
eyni kollektivdə pedaqoji fəaliyyətlə  məşğul 
olduğumuz Mirabbas müəllim də, Səttar ağa da
Calal ağa da həyatlarının sonuna qədər davam 
etdirdilər. Bu ehtiramın nəticəsi idi ki, atamın 
1941-1945-ci illər müharibəsində  kəndimizdəki 


Sədərəyin  Seyidlər ocağı
5
müqəddəs seyidlər nəslinə  nəzir-niyaz deyib 
dəfələrlə od-alov içərisindən qurtarması barədə 
xatirələrini, Calal ağa cavan yaşında dünyasını 
dəyişəndə atamın öz evimizdə “Calal ağa ölməli 
oğul deyildi” deyib hönkür-hönkür ağlamasını, 
günün-gecənin hansı saatındasa evimizdə  xəstə 
olanda “qaçın, Səttar ağanı  gətirin” deməsini və 
digər  əhvalatları üstündən uzun illər keçməsinə 
baxmayaraq bu gün də xatırlayıram.
Hacı Mirfazilin çox böyük zəhməti və gərgin 
axtarışları hesabına ərsəyə gələn bu kitabın geniş 
oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına 
şübhə etmirəm.
Kitabda haqqında bəhs olunan müqəddəslərin 
ruhuna bir daha Allahdan rəhmət diləyir, kitab 
müəllifıni isə keçmiş müəllimi, bugünkü ilk 
oxucusu kimi ürəkdən təbrik edirəm.
Vaqif MƏMMƏDOV,
Tarix elmləri namizədi, Azərbaycan 
Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
Əməkdar mədəniyyət işçisi
01.11.2010-cu il


              Hacı Mirfazil 
6
Dini xurafatdan və 
fanatizmdən uzaq 
S
S
öz hər şeydən yuxarıdı, təkcə Tanrıdan 
aşağıdı. Təsadüfi deyil ki, bizim mü-
qəddəs kitabımız olan Qurani-Kərim də bizlərə 
məhz söz şəklində gəlib çatıb. Biz onu söz kimi 
oxumuşuq və  qəbul eləmişik. Ulu Yaradanın 
bir kəlmə “Ol” sözündən bu cümlə-cahan 
pərvəriş tapıb.
Nə vaxt ki, dərgahdan qovuldu şeytan,
Qurtara bilmirik suçdan, günahdan.
Beş kəlmə söz qalıb Xətai Şahdan,
Qalan nə qalıbsa sözdən aşağı…
Bəli, o boyda Şah  İsmayıl Xətainin tax-
tından-tacından, xanədanlığından bu gün bizə 
miras kimi heç nəyi qalmayıb. Amma gözəl 
sözləri, əsərləri qalıb ki, bu gün də sevilə-sevilə 
oxunur və yad olunur.
Qurani-Kərimdə “Qələm” adlı bir surə var. 
Ulu Tanrı bir neçə  şeyə and içir ki, onlardan 
biri də qələmdi. Buna görə də qələm müqəddəs 
sayılır. Qələmə  xəyanət eləməksə  ən böyük 
günah hesab olunur. Qələm yalnız doğrunu, 
düzgünü, həqiqəti yazmalıdır. 
Niyə bu yazıma sözdən və  qələmdən 
başladım? Çünki bu gün ortada çox halal bir söz 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə