Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   20   21   22   23   24   25   26   27   28

Sədərəyin  Seyidlər ocağı
107
bənzər. Əgər səadət toxumu əksən, axirətdə onun 
şirin meyvəsindən bəh rələnərsən”.
Mirsəccad ağanın kəramətlərindən biri bu 
olub ki, onlar yay vaxtı yaylağa gedibmişlər. 
Axşamdan onların suyu qurtarıb. Uşaqlar su 
istəyirmişlər. Lakin bulaq çox uzaq imiş. Suyun 
qurtarmasını evin xanımı  Zəhra nənə bilirdi. 
Uşaqlar ağlayanda ağa xanıma deyir ki, get 
uşaqlara su gətir. Xanım gedib qayıdır və deyir 
ki, su yoxdur, səhənglər boşdur. Səccad ağa 
ikinci dəfə təkidlə deyir ki: “sənə dedim ki, get 
su gətir”. Xanım sanki məcbur gedir səhəngi 
gətirsin və göstərsin ki, su yoxdur. Ancaq gedir 
görür ki, bu dəfə  səhənglər ağzına qədər su ilə 
doludur. Özü də elə soyuqdur ki, səhəngin sol 
tərəfi  tərləmişdi. Zəhra nənə çox sevincək öz 
uşaqlarına su içirdir.
Mirsəccad ağa 1942-ci ildə Böyük Vətən 
müharibəsinə gedir və bir daha geri dönmür. 


              Hacı Mirfazil 
108
Oturanlar:  
Sağdan: Qəzənfər Ağa, 
 
         Seyid Qasım Ağa,
 
         Bəhlul Ağa
Ayaq üstdə 
duranlar: 
Soldan: Seyid Mehdi,
  Seyid 
Kazım,
  Qonşu Firudin
 


Sədərəyin  Seyidlər ocağı
109
* * *
M
M
irsəccad ağanın 6 övladı olmuşdur. Bö-
yük oğlu Bəhlul 1932-ci ildə  Sədərək 
kəndində dünyaya gəlir və orada boya-başa 
çatır. Bəh lul  əmim öz ailəsi ilə birlikdə 1946-cı 
ildə  Sədərəkdən Neftçalaya köçmüş  və oradan 
da Bərdə rayonunun Həsənqaya kəndinə  gəl-
mişdi. Hal-hazırda həmin kənddə ya 
şa yır. 
Bəhlul  əmim el arasında ağsaqqal kimi böyük 
nüfuza malikdir. Onun 5 övladı var. Böyük oğlu 
Mirhüseyn, Mirqafar, Novruz, Saqi və Ələddin. 
Ağanın nəvələrindən Cey 
hun, Emin, Ağası, 
Rəşad və  Bəhlul. Bu balalar Mirsəccad ağanın 
Bəhlul əmim tərəfindən davam etdirilən nəslidir.


              Hacı Mirfazil 
110
* * *
M
M
irsəccad ağanın 2-ci övladı Mehdi 
1934-cü ildə  Sədərək kəndində 
anadan ol 
muşdur. Mehdi əmim Sədərəkdə 
böyüyüb boya-başa çatıb. O, atasına təsərrüfat 
işlərində kömək edərdi. Mehdi əmim çox 
mülayim, qəlbən həssas və xoşxasiyyət bir 
insan idi. O, xalq arasında gözəl rəftarı ilə 
seçildiyi kimi, həmişə başqalarından öz əxlaqı 
ilə fərqlənirdi. Atasından çox tez məhrum olan 
Mehdi əmim həyatda çox çətinliklərlə üzləşir. 
Başqa əmisi Qəzənfər ağa öz qardaşları ilə çiyin-
çiyinə verib kəndin kolxoz tarlasında pambıq 
əkib becərməli olurlar. Əməkdə çox fədakarlıq 
göstərdiyinə görə, Mehdi əmimi briqadir təyin 
edirlər. O, həm də dinə çox bağlı idi. O, vaxtlı-
vaxtında namaz qılan, oruc tutan, insanlara 
bacardığı  qədər yardım edən bir insan idi. 
Mehdi əmimin həyatında çox qəribə hadisələr 
olub. Bunlardan biri də Ucar rayonunda baş 
verib. Belə ki, Həsənqaya kənd sakinləri olan 
Toflq və Sahib Ucar rayonunda avtomobil 
qəzası keçirirlər. Onların işi məhkəməyə düşür. 
İşi aparan hakim bunlardan 4 min manat pul 
istəyir ki, bu işə son qoysunlar. Bunlar isə çox 
kasıb idilər. Öz dərdlərini Mehdi əmiyə deyirlər 
və ondan xahiş edirlər ki, onlara kömək etsin. 
Mehdi əmim zəng edib Ucarda yaşayan Vilayət 


Sədərəyin  Seyidlər ocağı
111
Seyidovun qohumu olan Nofəldən xahiş edir 
ki, getsin o hakimin yanına və ona desin ki: “O 
uşaqlar çox kasıb ailədəndirlər. Onların işini 
bir az yüngül etsin”. Nofəl gedib hakimə Seyid 
Mehdinin xahişini deyir. Hakim isə Nofələ deyir 
ki: “Sən nə danışırsan. Nə seyid, nə xahiş, artıq 
bu iş tamamlanıb, qurtarıb. Şahidlər də hazırdır”. 
Həmin günün axşamı hakim evinə gedir. Gecə 
yatıb yuxuda görür ki, bunu ayağından “qır 
qazanına” başı üstə salır, sonra yuxarı qaldırırlar. 
Hakim yuxudan qışqırıb ayılır. Xanımı deyir, 
sənə nə olub? O, yuxuda gördüklərini xanımına 
danışır. Arvadı ona bir stəkan çay gətirir. 
Hakim çayı içib yenə yatır və  həmin yuxunu 
yenə  təkrar görür. Durub deyir ki: “Mən gərək 
o seyid Mehdinin xahişini yerinə yetirəydim”. 
Səhəri gün hakim öz maşınına minib gəlir Bərdə 
rayonunun Həsənqaya kəndinə, Seyid Mehdinin 
evinə. Ondan xahiş edir ki, ağa, məni bağışla, 
mən sənin xahişini qəbul edib, cəddinin hörməti 
xatirinə bu işə xitam edirəm. Ancaq sən də mənə 
dua et ki, Allah məni bağışlasın.
Mehdi  əmim 1997-ci ildə  Həsənqaya 
kəndində dünyasını  dəyişib. Onun üç oğlan, 
altı  qız övladı olub - Məleykə, Mətləb, Gülüm, 
Əsmər, Minayə, Mərdan, Zöhrə, Zərniyar və 
Mehman. Oğlan nəvələrindən Səccad, Coşqun, 
Süleyman və Mirəli. Bu balalar Mirsəccad ağanın 
Mehdi əmim tərəfindən davam etdirilən nəslidir.


              Hacı Mirfazil 
112


Sədərəyin  Seyidlər ocağı
113
 * *
M
M
irsəccad ağanın 3-cü övladı Mirqasım 
ağadır. O, 1936-cı ildə  Sədərək 
kəndində Seyidlər ocağında anadan olub. 
Mirqasım ağanın həyatı çox keşməkeşli olub. 
Belə ki, o, hələ uşaq ikən 5-6 yaşı olanda onun 
atası Mirsəccad ağanı Böyük Vətən müharibəsinə 
aparırlar. Bu ağrılı-acılı çətin günlər azmış kimi, 
çətin illərin ardınca onların talelərində bir də öz 
doğma yurdlarından, isti ocaqlarından məcburi 
köçmək də varmış. O zaman zalım Stalinin 
əmri ilə yüzlərlə, minlərlə azəri ailələri öz 
yurdlarından deportasiya olunurdular. Taleyin 
bu qara günləri Seyidlər ocağından da yan 
keçmədi. Hökumət Mirqəzənfər və Mirsəccad 
ağaların ailələrini də  məcburi öz yurdlarından 
köçürür. Bu hadisə 1946-cı ilin yaz günlərində 
baş vermişdi. Bu illərdə Mirqasım ağa uşaq 
olmağına baxmayaraq öz ailələrinə kömək olsun 
deyə çobanlıq etməyə başlayır. Ağa öz ailəsi 
ilə  və  əmisi Qəzənfər ağanın köməyi ilə  Bərdə 
rayonuna gələndən sonra kolxozda fəhlə kimi 
işləməyə başlayır. Bir müddət davam etdikdən 
sonra kolxoz sədri Zinyət arvad və  rəhbərlik 
görür ki, Mirqasım çox ləyaqətli, işinə düz və çox 
namuslu insandır. Elə ona görə də onu kolxozda 
anbardar qoyurlar. O, bu işdə 35 il - yəni kolxoz 
dağılana qədər işləyir. Bu illərdə o heç kəsin 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə