Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

              Hacı Mirfazil 
98
Xüsusilə bunlardan Molla Sadıq, Qədimli 
Həsən, Usta Məhəmməd, Qara Nəsib kişi, 
Bığlı Cabbar, Bağır kişi, Bəbirli  İsmayıl və s. 
Ağa hər il Şahverdiyev Məhəmmədlə Əshabi-
Kəhfə ziyarətə gedərdilər. Calal ağa dünyasını 
dəyişəndən sonra usta Məhəmməd on yeddi il 
yaşadı və bu illərdə o, öz ailəsini Əshabi-Kəhfə 
ziyarətə göndərərdi. Amma özü getməzdi və 
deyərdi ki, mən Calalsız heç yerə getmərəm. 
Dostluq haqqında Hz. Əli (ə.s.) belə buyurub: 
“İmanın ən möhkəm bağı Allaha görə dost luq 
və Allaha görə düşmənçilikdir”. Məhz Mircalal 
ağanın insanlara olan dostluğu yalnız Allaha 
görə idi. 
Rəhmətlik Molla Sadıq Sədərək kəndinin 
baş mollası idi. O, nəinki Sədərəkdə, hətta 
bütün Naxçıvanda və Vedibasar mahalında 
da tanınan ruhani idi. Onun apardığı  məc-
lislər çox yüksək səviyyədə keçirdi. Onun 
çox gözəl nitq qabiliyyəti və izahatı var idi. 
Sözün  əsl mənasında, bir alim idi. Həm də 
gözəl insan, həqiqi dindar və mömin idi. 
Molla Sadıq Mircalal ağanın yaxın dostu və 
din qardaşı idi. O, Mirçalal ağa ilə uzun illər 
dostluq etmiş  və aralarında bir-birinə qarşı 
böyük hörmət yaranmışdı. Günlərın bir günü 
Asnı  məhəlləsində Molla Sadıq böyük bir 
məclis aparırdı. O, məclisdə öz dili ilə seyidlər 
haqqında və Mircalal ağa haqqında danışırdı. 


Sədərəyin  Seyidlər ocağı
99
Mən də o məclisdə iştirak edirdim. Molla Sadıq 
deyirdi ki: “Mən bir gün yuxuda gördüm ki, 
kolxozun idarəsinin tərəfindən asfaltın üstü 
ilə  kəndə  tərəf gəlirəm. Gəlib xırmandakı 
qəbiristanlığın yanından ke çirəm. Görürəm ki, 
4 nəfər ağ paltarda, Kərbəlayi Miryaqub ağanın 
qəbrinin yanında bir qəbir qazırlar, amma 
bizim kəndin camaatından deyil. Mən onlara 
yaxınlaşıram, salam verib soruşuram: “Siz 
kimsiniz? Burada nə edirsiniz? Bu qəbir kimindir 
qazırsınız?” Onlarsa mənə cavab verirlər ki: “Bu 
qəbir Miryaqub ağanın oğlu Calal ağanındı. O 
ki qaldı bizə, onu sən bilməzsən ki, biz kimik. 
Bu qəbrin sahibi isə bu kənddə Allahın həqiqi 
qulu və gözəl bəndəsidir. Elə ona görə də onun 
qəbrini biz özümüz hazırlayırıq”.
Mən yuxudan ayılıb gördüm ki, artıq sübh 
azanı oxunur. Tez namazı qılıb kəndin mərkəzinə 
gəldim. Yol boyu bu yuxunu fikirləşirdim. Bir də 
o qəbrin yerini dəqiq yadımda saxlamışdım. Bu 
fikirlə  mən kəndin mərkəzinə çatdım, bazara 
tərəf getdim. Gördum ki, Calal ağa heyvan kəsib 
soyur, mən ona salam verib yanından keçib, o biri 
tərəfə getdim. O da mənim salamımı alıb öz işi 
ilə məşğul oldu. Bir az o tərəfə keçib səbr etdim, 
qəlbimdə  ağanı sağ gördüyümə görə  şükür 
edirdim ki, Calal ağa sağdı, o adi yuxuymuş. 
Bir az keçəndən sonra ağaya tərəf geri gəldim, 
həm də ev üçün ət almaq istəyirdim. Elə ağanın 


              Hacı Mirfazil 
100
yanına çatanda mənə dedi ki: “Ay Molla Sadıq, 
sənə  nə olub belə narahatsan? Yoxsa yuxuda 
görübsən ki, mən ölmüşəm, özü də 4 nəfər 
adam Miryaqub ağanın qəbrinin yanında 
mənə  qəbir qazırlar”. Mən Calal ağanın 
bunları deməsinə mat-məəttəl qaldım. Axı bu 
haqda mən heç kəsə bir kəlmə  də olsun bəhs 
etməmişdim, deməmişdim. Sonra ağa sözünə 
davam edib mənə dedi ki, “o qəbrin yerini 
dəqiq yadında saxla, elə ora mənim yerimdi, 
məni dəfn edəcəklər. Özü də buna düz bir ay 
vaxt var”.
Söz bura çatanda Molla Sadığın gö zündən 
yaş axırdı. O, həzin-həzin ağlayırdı. O, cibindəki 
dəsmalı  çıxarıb üz-gözünü sildi. Məclisdəki 
camaat isə sakitcə qulaq asırdı. Molla Sadıq 
sözünə belə davam etdi: - Camaat, bu bir ayın 
hər gününü Ağa üçün narahat idim və  hər 
namazda ona dua edirdim. Elə ki, vaxt gəlib 
çatdı, bu bir ay tamam oldu. Elə o vaxtda da 
Calal ağa rəhmətə getdi. Məni təəccübləndirən 
bir məsələ  də var idi. Ağanın qəbrini  əvvəlcə 
Miryaqub ağanın ayaq tərəfində qazmaq 
istəyiblər.  İndi həmin yer qəbiristanlıqda 
yarımçıq qalır. Amma nə  qədər eləyiblərsə, 
oranı qaza bilməyiblər. Sonra isə düz mənim 
yuxuda gördüyüm yerdə  qəbri qazıblar. Elə 
Calal ağa da həmin yeri deyirmiş. Onu həmin 
yerdə  dəfn ediblər.


Sədərəyin  Seyidlər ocağı
101
Molla Sadıq sözü burada bitirib Calal ağanın 
və bütün Qara Seyidin ocağından gedənlərin 
ruhuna dualar oxudu. Allah onların hamısına 
rəhmət eləsin. Həzrət  Əli (ə.s) belə buyurub: 
“Dünya və axirətin xeyirli əməli-saleh insanlarla 
sirdaşlıq və dostluq etməkdə  cəm olmuşdur”.
Calal ağanın yaxın dostlarından olan Bə-
birov  İsmayıl kişi son zamanlarda rəhmətə 
gedib. İsmayıl kişi deyirdi ki, mən Mircalal ağa 
ilə uzun müddət bir yerdə yoldaşlıq elə mişəm, 
onunla bir çox yerlərdə  bənna işləmişəm, onun 
ölümü mənə çox təsir edib. Yaxşı yadımdadır, 
biz bir yerdə  işləmişdik, amma əmək haqqını 
ala bilməmişdik. Mən evdə idim. Bir də gördüm 
məni çağırırlar. Küçəyə  çıxıb gördüm ki, Calal 
ağadır. Onu görəndə çox sevindim və  ağanı 
təkidlə evə dəvət etdim. Amma o, içəri keçmədi. 
Əlini salıb cibindən pul çıxardı  və dedi ki, 
İsmayıl, mən gedib pulu aldım. Bu da sənin 
haqqındır. Pulu mənə verib sağollaşıb getdi. Mən 
isə yerimdəcə qalıb onun arxasınca baxırdım. O, 
bir az getmişdi ki, dönüb geri baxdı və gördü ki, 
mən elə durduğum yerdəcə qalmışam. Ağa məni 
belə boynu bükük görüb geri döndü. Mən onun 
geri döndüyünü gördüm və qəlbimdə sevindim 
ki, ağa yəqin nə isə unudub ki, geri qayıdır. Calal 
ağa mənə çatdı, heç nə demədən məni bağrına 
basdı  və üz-gözümdən iki-üç dəfə öpdü. Mən 
onun bu hərəkətində lap mat qalmışdım. Axı bu 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə