Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

              Hacı Mirfazil 
54
çox əziyyət çəkdi, axırı əsəbləşib tüfəngi divara 
çırpdı. Tüfəng atəşlənib dananın qaşqasından 
dəyir və heyvan haram olur. Qardaşlar çox 
qorxurlar. Heyvanı tövlədən çıxarmaq istəyirlər, 
lakin danaya gücləri çatmır. Onlar çölə çıxıb bir 
ağacın kölgəsində oturub fıkirləşirlər ki, ağaya 
nə cavab verəcəklər. Bu vaxt onlara tərəf bir 
atlının gəldiyini görürlər. Qardaşlar təşvişə 
düşürlər. Çünki ağa 10 gündən bir dananı 
yoxlamağa gəlirdi. Ağa gəlib çatır, atdan düşüb 
salam verir və qardaşlara deyir: “Qorxmayın, 
gəlmişəm deyəm ki, dana halal xoşunuz olsun. 
Heyvana görə narahat olmayın. Bu sözlərimi 
Bayram kişiyə deyərsiniz” – deyib, atına 
minib yola düşür. Qardaşlar bu hadisədən 
çox təəccüblənirlər. Çünki onlardan başqa bu 
hadisədən heç kəsin xəbəri yox idi.
Bu hadisə Miryaqub ağanın bəsirət sahibi 
olduğunu bir daha sübut edir. Onu da bilmək 
lazımdır ki, bu dünyada hər hansı bir yaxşı və 
ya pis əməllərin nəticəsini axirətdə öz sahibinə 
qaytaracaqlar. Allah-təala öz müqəddəs 
kitabında belə buyurur: “Hər bir şəxs bu 
dünyada zərrə qədər yaxşı iş görmüşdüsə, onun 
xeyrini görəcəkdir. Hər bir şəxs zərrə qədər pis 
iş görmüşdüsə, zərərini də görəcəkdir” (Zəlzələ 
surəsi, 7-8-ci ayələr).
Başqa bir yerdə Ulu Tanrı belə buyurur: 
“Həqiqətən Allah-təala zərrə qədər zülm etməz. 


Sədərəyin  Seyidlər ocağı
55
Əgər yaxşı bir iş görmüş olsa, onu iki qat artırar 
və öz tərəflərindən də ona onun bərabərində 
böyük mükafat verər (Nisa surəsi, 40-cı ayə)”. 
Başqa bir sadə misalla desək, insanın  əməli öz 
kölgəsinə  və ya anasının  əlindən tutan uşağa 
bənzər.  İnsan da öz əməlini Allahın razılığına 
görə etsə qiyamət günü utanmaz.
Günlərin bir günündə Vedi rayonunun 
Cəfərli kəndindən bir ağsaqqal kişi Miryaqub 
ağanın evinə  gəlir: “Ağa, mən bu yaxınlarda 
evə gəlin gətirmişəm. O, suya gedəndə onu cin 
tutub, havalanıb. Camaatın içində üst-başını 
açıb tökür. Biz də  məcbur qalıb onu həyətdəki 
tut ağacına bağlamışıq”. Miryaqub ağa Qurban 
kişini öz atının tərkinə qoyur yola düşürlər. Bu 
hadisəni Qurban kişinin özü nağıllayırmış ki: – 
Miryaqub ağa məni atın tərkinə aldı. Biz Cəfərli 
kəndinə  tərəf yola düşdük. Həmin ağsaqqalın 
həyətinə daxil olanda gördük ki, bir qadını iplə 
ağaca bağlayıblar. Miryaqub ağa atdan düşdü və 
bir cam su istədi. Suyu ona gətirdilər. Ağa suya 
bir neçə Quran kəlamları oxuyub üflədi. Sonra 
gəlinə yaxınlaşıb suyu gəlinin üzünə  çırpdı  və 
yanındakılara dedi ki, gəlin qızən əllərini açın. Ev 
sahibləri tərəddüd etsələr də, ağanın sözündən 
çıxmadılar. Onlar gəlinin  əl-ayağını açan kimi 
gəlin abır edib üzünə yaşmaq çəkdi. Miryaqub 
ağa gəlinə dedi: “Qızım, səhəngi götür, get 
bulaqdan su gətir, bizə çay qoy. Biz uzaq yoldan 


              Hacı Mirfazil 
56
gəlmişik”. Gəlin səhəngi götürüb suya getdi. 
Ev sahibi hələ də təəccüb içində idi. Bir az sonra 
gəlin Miryaqub ağaya çay gətirdi. Miryaqub ağa 
Qurban kişini də götürüb Sədərəyə qayıdırlar. 
Həmin gəlin evlərində xoşbəxt yaşayıb və altı 
övladları olub.
Həqiqətən də Allah istədiyi neməti istədiyi 
bəndələrinə verər. Dünyada maddi olmayan 
ləzzətlər də var insan nəfsini tərbiyə etməklə 
ibadətdən böyük ləzzət ala bilər.  Əslində 
dünya nemətləri içərisində olan ən üstün 
ləzzət “namazdan duyulan ləzzətdir”. Allah-
təala bu ləzzəti yalnız saf bəndələrinə hədiyyə 
olaraq daddırır. Onlara məxsusi bu neməti 
verir. Uca rəbbimiz Qurani-Kərimdə buyurur: 
“Heç kəs bilməz ki, onlara etdikləri  əməllərin 
əcri olaraq gözlərini işıqlandıracaq necə şeylər 
gizlədilmişdir”. Bəli, ibadətdən aldığı bir anlıq 
ləzzəti bütün dünyaya də  yişməyən bəndələr 
var. Bunun ən bariz nümunəsi Kərbəla 
qəhrəmanlarıdır. Necə ki, məhərrəm ayının 
doqquzunda Tasura günü İmam Hüseyn (ə.s.) 
öz  əshabini bir yerə  yığıb belə dua etmişdir: 
“Mən Allahıma çətinliyə  və rahatlığa görə  ən 
yaxşı şükürlər edirəm. Ey Rəbbim, bizi nübuvvət 
şərəfi ilə  əzizlədiyin üçün sənə  şükür edirəm. 
Sən bizə  təlim edib dinin müşkül məsələlərini 
agah etdin. İlahi, sən bizə eşidən qulaq, görən 
göz və agah ürək verdin. İlahi, bizi sənə şükür 
edənlərdən qərar ver”. 


Sədərəyin  Seyidlər ocağı
57
Bu cür ibadətin ləzzətini bilən mövlamız və 
ağamız İmam Hüseyn (ə.s.) bizlərə nü munədir. 
Məhz Kərbəlayi Miryaqub ağa cəddi  İmam 
Hüseyn (ə.s.) özünə nümunə seçmişdi. O, həqiqi 
Hüseyn aşiqi idi. Buna görə  də ömründə on 
yeddi dəfə Kərbəla ziyarətinə getmişdi. Bununla 
da ürəyi rahat olmamışdı. Bu səfərlərin beş 
dəfəsini piyada Sədərək kəndindən Kərbəlaya 
qədər getmişdir.
Kərbəlayi Miryaqub ağa atdığı hər addımda 
bir təsbih demiş  və salavat çəkmişdir. Bu 
hadisənin  şahidləri çoxdur. Biri də  Kərbəlayi 
Salman kişidir. Kərbəlayi Salman Kərbəlayi 
Miryaqub ağa haqqında çoxlu hadisələr 
danışmışdı.
Böyük Vətən Müharibəsi illərində Azər-
baycanın hər yerində olduğu kimi, Sədərək 
kəndindən də  cəbhəyə çox adamlar getmişdi. 
Sədərəkdən 1941-ci ildə müharibəyə çağ-
rılmış  Vəli kişi 1945-ci ilə  qədər müharibənin 
bütün çətinliklərini görmüşdü. Belə ki, bu 
illərdə bir neçə  dəfə yaralanmış, amma 
sağalıb yenidən müharibəyə getmişdi. O, 
müharibənin son günlərində Berlinin küçə 
döyüşlərində mühasirəyə düşür. Vəli kişi 
düşmən mərmilərindən başını qaldıra bil mirmiş. 
Onun bu çətin anında Miryaqub ağa yadına 
düşür. Vəli kişi qəlbən çox inanclı bir insan 
idi, O, Miryaqub ağanın böyük kəramət sahibi 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə