Kemaleddin yeni 60-90. indd


Sədərəyin  Seyidlər ocağı



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

Sədərəyin  Seyidlər ocağı
45
dostuna da, düşməninə  də verər, amma dinini 
tənha, seçilmiş, bəyənilmiş  şəxslərə verər”. Bu 
sözləri deyib evə yola düşür.
Bütün bunlar Kərbəlayi Mirağa ağanın 
kəramətlərindəndir. Müqəddəs kitabımız 
Qurani-Kərimdə Allah-təala belə buyurur: 
“Yaxşılıq təkcə üzünü gün çıxana və ya gün 
batana çevirməklə deyil. Yaxşı  əməl odur ki, 
insan Allaha, axirət gününə  mələklərə xitab və 
Peyğəmbərlərə inanıb olanından Allah yolunda 
sərf etsin” (Bəqərə surəsi, 177-ci ayə).
1918-ci ildə erməni daşnakları Azər baycanın 
bir neçə mahalında azərbaycanlılara qarşı 
soyqırım törədiblər. Bu hadisələrin biri də Vedi 
rayonunun Qaraxaç kəndində baş vermişdi. Belə 
ki, Mirağa ağa həmin vaxtda Qaraxaç kəndində 
yaylaqda idi. Ağanın qaynı Yadulla kişi bu 
hadisənin olacağını  Ağaya xəbər verir ki, gəl 
buradan gedək. Ağa ona cavab verir ki: “Sən get, 
mən camaatın yanında qalmalıyam”. Erməni 
quldurları Azərbaycan kəndlərinə hücum edib 
camaatı əsir edirlər. Qaraxaç kəndinin taleyi də 
belə olub. Silahsız camaata hücum edib, onları 
bir dama toplayırlar. Mirağa ağa da camaatın 
arasında imiş. Quldurlar dama od vurub 
yandırmaq üçün damın ətrafına odun parçaları, 
çör-çöp yığıb yandırmaq istəyirlər. Ermənilər 
nə  qədər edirlərsə, oranı yandıra bilmirlər. 
Ermənilərdən baş bilən bir keşiş quldurlara 


              Hacı Mirfazil 
46
yaxınlaşıb deyir: “Bu insanların içində 
mamağan (seyidə deyərmişlər) var. Ona görə 
də bu dam yanmayacaq. Yerli ermənilərdən 
Mirağa ağanı tanıyanlar var idi. Onlar ağanı 
nişan verirlər. Quldurlar göstəriş verirlər ki
Mirağa ağanı camaatın içərisindən çıxarsınlar. 
Ağanı  çıxarandan sonra dama od vururlar. 
Dam alışıb adamlarla bərabər yanıb. Ağanı 
əsir saxlayıb, belindəki yaşıl  şalı açıb onu 
boğmaq istəyəndə ilahi qüdrət tərəfindən necə 
olursa Mirağa ağa qeybə çəkilir. Bu hadisənin 
canlı  şahidləri Arazdəyən kəndindən iki 
nəfər - Beytullah və  Əli kişi olmuşdur.  Əli 
kişi 107 il ömür sürmüş  və hadisəni təfsilatı 
ilə  həmişə el arasında söyləyərmiş. Onlarınsa 
sağ qalmağı belə olmuşdur. Erməni quldurları 
damı yandıranda onlar damdakı buxarıya 
girib gizləniblər. Bu hadisə bir daha təsdiq 
edir ki, Mirağa ağa həqiqi Allah bəndəsi və 
zəmanəsinin övliyası olmuşdur. Bu hadisədən 
sonra Mirağa ağanın necə olduğu bilinmir. 
Onun qəbrinin yeri də belə bilinmir.
Allaha məhəbbətə aparan ən sadə yol onun 
övliyalarına məhəbbət yoludur. Allah dostları 
ilə  əlaqələr gücləndikcə Allaha məhəbbət də 
güclənir. Bir şərtlə ki, övliyalar hansısa fərdi 
xüsusiyyətlərinə görə yox, yalnız Allaha 
bağlılığına görə sevilsinlər. Hz. İmam Səccad 
(ə.s) buyurur: “Qiyamət günü Allah hamını 


Sədərəyin  Seyidlər ocağı
47
bir yerə toplayar, bu vaxt bir nida ucalar. Biri-
birini Allaha görə sevənlər haradadır. Bu vaxt 
insanların bir dəstəsi qalxar, onlara deyərlər 
ki, hesab çəkilmədən behiştə daxil olun”. 
Allahın övliyalarına məhəbbət ilahi məhəbbətin 
budaqları və yarpaqları kimidir. Allah bizləri öz 
dostları övliyalara xatir, hesabımızı yüngül etsin 
və bizləri bu ağalara xatir bağışlasın. Amin!
Müqəddəs kitabımız Qurani-Kərimdə 
mütəal Allah belə buyurub: “Allah kimi istəsə 
hidayət edər, kimi də istəməsə yolundan azdırar. 
O yenilməz qüdrət sahibidir (İbrahim surəsi, 4- 
cü ayə)”. Hz. Əli buyurur: “Əsla heç bir şey səni 
axirət üçün əməl etməkdən saxlamasın. Çünki 
fürsət çox azdır”.
Kərbəlayi Mirağanın 4 oğlan övladı ol-
muşdur. Böyük oğlu Mirlətif ağa, ikinci oğlu 
Miryaqub ağa, üçüncü oğlu Mirsəccad ağa və 
axırıncı oğlu Mirqəzənfər ağa olmuşdur. Mirlətif 
ağanın övladları olmamışdır və onun haqqında 
heç bir tarixi məlumat yoxdur. 


              Hacı Mirfazil 
48


Sədərəyin  Seyidlər ocağı
49
* * *
K
K
ərbəlayi Mirağanın ikinci övladı Mir-
ya qub  ağadır. Miryaqub ağa 1887-ci 
ildə  Sədərək kəndində anadan olmuşdur. O, 
gözünü açan dan evlərində Quran səsi eşitmiş 
və atasından  şəriətin hökmlərini öyrənmişdir. 
O, hələ  gənc yaşlarından islam dininə xüsusi 
bir məhəbbət bəsləmişdir. Miryaqub ağa 63 il 
ömür sürmüşdür. Bu illərdə Miryaqub ağa 17 
dəfə Kərbəla ziyarətinə getmişdir. Bu 17 dəfənin 
5 dəfəsini piyada, qalan 12 dəfəni atla-araba ilə 
getmişdir. Kərbəlayi Miryaqub ağa zəmanəsinin 
çox kəramətli, təqvalı seyidlərindən idi. O, çox 
səxavətli bir ömür yaşamışdır. 
Saleh  əməl insanı Allaha yaxınlaşdıran  ən 
böyük amildir. Məhz gözəl  əməlin nə ticəsində 
bəndə uca yaradanın razılığını qa 
zana bilər. 
Qurani-Kərimdə  əsasən saleh-əməl Allaha 
yaxınlaşma məqsədi ilə görülmüş xeyir əməldir. 
Belə gözəl  əməllər insanı xalis möminlik 
dərəcəsinə qaldırır, onu kamil insan dərəcəsinə 
yüksəldir. İslam dinində bu əməl ibadət adlanır. 
İbadət dedikdə  təkcə namaz, oruc və ya Həcc 
nəzərdə tutulmur. Allahın razılığını qazanmaq 
məqsədi ilə görülmüş hər bir şey, hər bir xeyir iş 
ibadətdir. Hətta öz valideyninə xoş bir təbəssüm 
də ibadətdir. Susamış bir insana Allaha xatir bir 
stəkan su vermək də ibadətdir. Hər şeyin əvvəli 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə