Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

              Hacı Mirfazil 
50
və sonu olduğu kimi, hər şeyin səbəbi və nəticəsi 
var. İnsan bir ömür yaşayır, namaz qılır, oruc 
tutur, Allahın  əmrlərinə tabe olur ki, nəticə 
əldə etsin. Əgər o nəticə Allahın razılığıdırsa, 
onda o insan xoşbəxtliyə çatır. Allah-təala 
öz müqəddəs kitabında belə buyurur: “Ey 
mütməinə  nəfs, dön Rəbbinə, sən ondan, o da 
səndən razı olan halda. Bəndələrimin zümrəsinə 
daxil ol. Cənnətimə varid ol (Fəcr surəsi, 27-ci 
ayə)”.
Allah qarşısında bəndəlik göstərilməsi 
bəndəliyin  ən uca mərtəbəsidir. Hz. Əli (ə.s) 
buyurur:  “İlahi izzətim üçün təkcə  sənin 
bəndən olmağım, iftixarım üçün yalnız 
sənin mənə Allah olmağın bəs edər”.  Məhz 
Kərbəlayi Miryaqub ağa öz müqəddəs dinində 
əməl və ibadətində, səxavət və  kəramətində 
hər vəsilə ilə çalışırdı ki, Allahın razılığını 
qazansın. O Allahın  əzəməti qarşısında zəlil 
bir bəndə olması  və öz miskinliyini anlaması 
onu ucaldırdı. Miryaqub ağanın hörməti, 
təvazökarlığı  nəinki Sədərək kəndində, hətta 
başqa kəndlərə  və mahallara da yayılmışdı. 
Hz.  Əli (ə.s) belə buyurmuşdur:  “Allah bir 
bəndəsini sevən zaman ibadət məhəbbətini 
onun qəlbinə salar. Yaxşılıq etmək sənin peşən 
olsun ki, ən xeyir gətirən maldır”.
Belə ki, Qərbi Azərbaycanda Vedibasar, 
Zəngibasar mahalında ağaya tez-tez nəzir 
verərmişlər. Bəzən elə olurdu ki, hər evdən bir 


Sədərəyin  Seyidlər ocağı
51
heyvan, bir quzu, bir keçi verərdilər. Miryaqub 
ağa topladığı bu nəzirləri Sədərək mahalının 
bir başından düşüb kəndin  ən kasıb insanları 
arasında paylayarmış. Həzrəti Peyğəmbər (s.ə.v.) 
buyurur:  “Allah-təala yal 
nız rəhm edənlərə 
rəhm edər”. Miryaqub ağa oğlu Mirabbası 
yuxudan oyadıb əlinə bir siyahı verib deyərmiş: 
“Oğlum, bu gün nəzir gətirəcəklər. Onları bu 
insanlar arasında bölərsən”. Mirabbas ağa da bu 
işdən çox təəccüblənib atasına deyirmiş: “Ağa, 
bunlar bizim evdə yoxdu ki”. Miryaqub ağa 
da təbəssüm edib deyərmiş: “Oğul, sənin işin 
bunları  mən dediyim adamlara çatdırmaqdır”. 
Günorta namazına kimi ağanın dediklərini 
gətirərmişlər. Mirabbas ağa da onun dediklərini 
yerinə yetirərmiş. Ağanın dediklərində  nə bir 
artıq, nə bir əskik yoxmuş.
Kərbəlayi Miryaqub ağa çox kəramətli 
seyidlərdən olub. Günlərin bir günü Vedi 
rayonunun Xalsa kəndindən Məhərrəm adında 
bir kişi ot almaq üçün Sədərək kəndinə gəlib. O, 
kənddə kimdə ot olduğu ilə maraqlanıb. Ona 
deyiblər ki, Miryaqub ağada ot var. Məhərrəm 
kişi ağanın evinə gəlir, ağa ilə uzun söhbət edir. 
O, ağanın kəramət sahibi olduğunu görüb ona 
sual vermək istəyir. Ancaq abrından utanıb, 
çəkinir. Ağa onun sözlü olduğunu görüb nə dərdi 
olduğunu soruşur. O, ağaya deyir ki: “Mənim bir 
müşkülüm var”. Ağa onda deyir: “Nə dərdin var 


              Hacı Mirfazil 
52
de, biz də dua edərik”. Məhərrəm çəkinərək 
ağaya deyir: “Ağa, mənim övladım olmur, dua 
elə bizim də üzümüz gülsün. Artıq neçə illərdir 
ki, mən evliyəm”. Miryaqub ağa Məhərrəm 
kişini yola salandan sonra ona sidqi-ürəkdən 
dua edir. Bu hadisədən bir il sonra Məhərrəm 
kişi bir erkək dananı Miryaqub ağaya nəzir 
gətirir və deyir ki: “Mən keçən il burdan çıxanda 
ocağına nəzir demişdim ki, mənim bir övladım 
olsun. Allaha şükürlər olsun ki, bu gün mənim 
oğlan övladım olmuşdur. Elə buna görə də bu 
heyvanı  sənin ocağına nəzir gətirmişəm. Bu, 
sizin cəddinizin bərəkətindəndir”. Miryaqub 
ağa övladlarına göstəriş verir ki, bu heyvanı 
kəsib camaata paylasınlar. Uzun söhbətdən 
sonra öz qəlbində bir niyyət tutub ocaqdan 
ayrılır. Bir müddətdən sonra Məhərrəm 
kişinin ikinci oğlan övladı olur - Cəmşid və 
Məhəmməd adında. Məhərrəm kişi niyyət 
etdiyi kimi övladlarına Miryaqub ağanı kirvə 
tutur. Bu kirvəlik yetmiş ildir ki, davam edir. 
Hal-hazırda bu kirvəliyi Füzuli, Nizami, 
Telman qardaşları davam etdirirlər.
Miryaqub ağanm ən böyük kəramətlərindən 
biri də  Sədərək kəndində  Səlimlər tayfasında 
olmuşdur. Belə ki, bu tayfada iki uşaq çox ağır 
xəstələnir. Onların istiliyi o qədər çox olur ki, 
ölüm yatağına düşürlər. Uşaqların anası Səkinə 
xanım çox narahat olur. O, yola çıxır, ağanı 


Sədərəyin  Seyidlər ocağı
53
görür və  dərdini ağaya deyir. Miryaqub ağa 
həyətə daxil olur və uşaqları görür. O, uşaqların 
anasına deyir ki: “Mənə bir az pambıq gətir. 
Pambığı  eşərək dua oxuyub uşaqların qoluna 
bağlayır. Durub həyətdən çıxanda uşaqların 
anasına deyir: “Hindəki qara toyuğu gətir”. 
Halbuki hindəki toyuqlardan heç kəsin xəbəri 
yox idi. Uşaqların anası təəccüblə ağanın dediyi 
kimi hinə tərəf gedib, hindəki qara toyuğu gətirib 
ağaya verir. Əli versə  də, könlü razı olmur. 
Çünki müharibə dövrü idi, toyuğun verdiyi 
bir yumurta uşaqların səsini kəsirdi. Miryaqub 
ağa toyuğu alıb həyətdən çıxan kimi qonşunu 
səsləyir. Ağa toyuğu ona verib deyir: “Qızım, al 
bu toyuq sizin həyətdə olsun. Sizin həyətdə toyuq 
yoxdu”. Onlar kasıb ailə imişlər. Bu hadisədən 
bir az keçəndən sonra ağır xəstə olan uşaqlar 
– Abbas və Yusif ayağa qalxıb analarından 
yemək istəyirlər. Bu iki qardaş Miryaqub ağanın 
gələcəkdə  də  kəramətini görəcəkdi.
Abbas və Yusif qardaşları 15-16 yaş la rında 
əmiləri Bayram kişi ilə birlikdə hey vandarlıqla 
məşğul idilər. Kənddən 8-10 km aralı Qarxanoy 
deyilən yerdə - fermada Miryaqub ağanın bir 
danasını saxlayırdılar. Qardaşların qaldığı 
damda bir ov tüfəngi var idi. Lakin tüfəngin 
lüləsində güllə  şişib qalmışdı.
Abbas istəyirdi ki, onu çıxarsın, bunun üçün 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə