Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   12   13   14   15   16   17   18   19   ...   29


1
2
3
4
5
6
7
© F
AO / Y
agub Guliy
ev
4
Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar 
Giriş
Orqanik kənd 
təsərrüfati: Dünyada 
və Azərbaycanda
Ixrac bazarinin 
təhlili
Yekun və 
tövsiyələr
Azərbaycanin 
kənd təsərrüfatı
Dəyər zənci̇ri 
və daxi̇li̇ bazar
Prioritet bitkilər/regionlar 
üzrə orqanik məhsul 
istehsalinin üstünlüyü



41
Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar
Fəsil 4
4. Dəyər zənciri və daxili bazar
4.1. Dəyər zənciri anlayişi
Dəyər zənciri hansısa məhsulun istehsalı, emalı və satışı ilə məşğul olan 
bütün  tərəflərdən  ibarətdir  (Təsvir  7).  Zəncir  özünün  ən  zəif  halqası 
qədər  möhkəm  olduğuna  görə,  ən  zəif  halqa  qırılanda  bütöv  zəncir 
səmərəsiz olur. Kənd təsərrüfatında hər hansı məhsulu istehsal etmək 
üçün müvafiq resurslar lazımdır. Orqanik kənd təsərrüfatında da belədir: 
orqanik  məhsulu  becərmək  üçün  orqanik  toxumlar,  torpaq  qatqıları, 
gübrələr,  bitki  mühafizə  vasitələri,  eləcə  də  suvarma  və  yerli  şəraitə 
uyğunlaşdırılmış  aqrotexniki  üsullar  tələb  olunur.  İstehsal  vasitələri 
və  lazımi  bilikər  təmin  olunduöu  halda  istehsal    tarlada  və  ya  digər 
ekosistemdə baş verə bilər.
Bir  çox  k/t  məhsullarının  istehlakçıların  süfrəsinə  birbaşa  çıxarılmasına 
baxmayaraq, məhsulların istifadə müddətini uztmaq, daha uzun məsafələrə 
çatdırmaq  və  dəyərini  artırmaq  üçün  onların  müxtəlif  emal  proseslərinə 
məruz qalması qaçılmazdır. Bu proselər emal edilən məhsullara əlavə dəyər 
qatır və beləliklə dəyər zəncirində iştirak edən bütün tərəflərə xidmət edir. 
Emal istifadə və saxlama müddətlərini uzadaraq, bəzi hallarda məhsulların il 
boyu satılmasına imkan yaradır.
Yekun  istehlakçıya  çatmaq  üçün,  hər  bir  məhsul  bazara  çıxarılmalı  və 
çatdırılmalıdır.  Məhsullar  istehlakçılar  üçün  nə  qədər  əlçatımlı  olsa,  bir 
o  qədər  alınıb  istehlak  olunar.  Beləliklə,  marketinq  (bazarlama)  kanalları 
bütün istehlakçılar, xüsusən də çətin çatılan istehlakçılar üçün zəruridir.
Dəyər  zəncirləri  müvafiq  siyasətləri  icra  edən  və  iqtisadi  qanunvericiliyi 
tətbiq  edən  dəstəkləyici  təsisatlar  tələb  edir.  Bu  təsisatlar  maliyyə, 
bazar  məlumatları,  standartlar,  bazarlar,  texnologiya,  qida  təhülkəsizliyi, 
İnnovasiyalar  və  mülkiyyət  hüquqları  məsələlərini  həll  etməlidir.  Digər 
tərəfdən,  dəstəkləyici  xidmətlər,  məs.  nəqliyyat,  anbarlama,  emal, 
qablaşdırma,  idxal-ixrac,  ticarət,  rabitə  və  s.  tələb  olunur.  Bundan  əlavə, 
müxtəlif mərhələlərdə dəyər zəncirində əlavə dəyər yaradan şəxslər üçün 
stimullar dəyər zəncirinin önəmli hissəsini təşkil edir.
4.2. Orqanik məhsullarda əsas dəyər zənciri məhdudiyyətləri
4.2.1.  İstehsaldan əvvəlki və istehsal mərhələləri
Orqanik  kənd  təsərrüfatının  əsas  qayəsi  kənar  resurslara  arxalanmaq 
əvəzinə istehsalı təsərrüfat-daxili resurslar hesabına qurmaqdır.


42
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
Orqanik k/t istehsalçıları anlamalıdır ki, orqanik kənd təsərrüfatı sadəcə 
kimyəvi  gübrələrin  orqanik  alternativlər  ilə  əvəzlənməsi  demək  deyil. 
Təəssüf ki, bir çox orqanik k/t istehsalçıları (əvvəlki təcrübələri əsasında, 
yaxud orqanik kənd təsərrüfatı haqqında tam bilikli olmadıqlarına görə) 
öz təsərrüfatının resurslarından istifadə etməkdənsə, daha çox kənardan 
“orqanik” resurslar əldə etmək arzusundadırlar.
Orqanik  kənd  təsərrüfatı  qanunvericiliyində  adətən  orqanik  çoxaltma 
materialları  (toxumlar,  tinglər  və  şitillər),  orqanik  torpaq  qatqıları 
və  gübrələr,  bitki  mühafizə  vasitələri,  emal  vasitələri  və/ya  digər 
resurslar  və  üsullara  dair  siyahılar  və  qaydalar  təqdim  edilir.  İntensiv 
istehsal  sistemlərindən  orqanik  kənd  təsərrüfatına  keçid  zamanı 
orqanik  resursların  və  biliklərin  əlçatan  olması  həlledici  rol  oynayır. 
Digər  tərəfdən,  az  resurs  tutumlu  kənd  təsərrüfatından  orqanik  kənd 
təsərrüfatına keçid fermerlərə ziyanvericilərlə mübarizədə və torpağın 
məhsuldarlığının artırılmasında kömək edə bilər. Keçid kütləvi və uğurlu 
olsa,  yeganə  problem  bazara  daxil  olan  orqanik  məhsulların  həcmi 
yüksək olduğundan fermerlərin satış qiymətləri azala bilər.
Təsvir 7.
 Ümumi dəyər zənciri görünüşü 
STİMUL:
H R FUNKSİYA ÜZR  H R BİR İŞTİRAKÇININ YARATDIĞI  LAV  D Y R
İSTEHSALDAN
VV L: T CHİZAT
İSTEHSAL
İSTEHSALDAN
SONRA
S NAYE
EMALI
PAYLANMA V
BAZARLAMA
D ST KL YİCİ MÜHİT
MAKROİQTİSADİ Ş RAİT– SİYAS T V  QAYDALAR
D ST KL YİCİ T SİSATLAR
SİYAS T, İQTİSADİ QANUNVERİCİLİK, MALİYY , BAZAR M LUMATLARI, STANDARTLAR,
BAZARLAR, TEXNOLOGİYA, QİDA T HLÜK SİZLİYİ, İNNOVASİYALAR, MÜLKİYY T HÜQUQLARI v  s.
D ST KL YİCİ XİDM TL R
N QLİYYAT, ANBARLAMA, EMAL, QABLAŞDIRMA, İDXAL-İXRAC, TİCAR T, RABİT  v  s. 
Mənbə: BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNİDO), 2009


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə