KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə10/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

27 
 
− Ana, düzünü de, bəyənirsənmi o şəkildəki qızı? 
Arvadın dərdi açıldı: 
−  Şəkildə  ürəyi  görünmür,  bala.  Təki  qəlbi  təmiz  olsun,  ağıllı,  tərbiyəli 
cavənəzən  olsun.  Onunla  sən  bir  yastığa  baş  qoyacaqsan.  Gözün  tutubsa, 
xasiyyətinə  bələdsənsə,  allah  xeyir  versin.  –  O,  bir  qədər  susub,  xəbər  aldı.  – 
Yaxşı, barı öyrənmisənmi kimlərdəndir? 
Əkrəm bu suala çox məyus cavab verdi: 
−  Heç  kəsi  yoxdur,  ana,  tək  qızdır.  Lap  balaca  vaxtdan,  deyir,  yetim 
qalmışam. 
− Atası, anası kim olub?! 
− Onu soruşmamışam. 
Arvad oğlunu məzəmmətlədi: 
− Doğru demişlər: məhəbbətin gözü kor olar! Necə yəni onu soruşmamışam. 
Bəs, mən bilməyim ki, evimə gətirəcəyim gəlin hansı yuvanın quşudur?.. 
Cavahir yenə arxayınlaşmadı: 
− Özü nəçidir? 
− Tələbədir, texnikumda oxuyur. 
− Nə çox texnikum! Axı, qurtarıb nə olacaq? 
Əkrəm  anasının  xasiyyətini  bildiyindən,  işin  xatirinə  yalan  danışmağa 
məcbur idi. 
− Mədəniyyət sahəsində çalışacaq... 
Arvad bir az yumşaldı: 
− Mən şəklinə baxanda, dedim, bəs artistdir. 
Söhbət bununla da bitdi. 
Axşam  Əkrəm  Yeganə  ilə  gəzməyə  çıxanda  xırda-xırda  yağış  çiləyirdi. 
Azacıq  sonra  leysan  başladı.  Onlar  islanmamaq  üçün  dalda  bir  küncə  qısılıb 
gözlədilər. Lakin deyəsən, burda dayanmaq da  əbəs idi. Yağış ara vermək bilmir, 
getdikcə  şiddətlənirdi.  Əkrəm  dönüb  Yeganəyə  baxanda  qızı  su  içində  gördü. 
Paltarı  çiyinlərinə  yapışmışdı,  saçlarına  mirvari  gilələr  düzülmüşdü,  qulaqlarında 
damcılar sırğalanmışdı. 
Oğlan  pencəyini  çıxarıb  Yeganəyə  geydirdi.  Dəsmalı  ilə  onun  üzünü, 
gözlərini sildi. 
− Soyuqdurmu sənə? – Xəbər aldı. 
Qız titrəyə-titrəyə başını tərpətdi: 
− Bir balaca üşüyürəm. 
− Onda gedək. Burda gözləməyin mənası yoxdur. 
Yeganə Əkrəmin qolundan tutdu və qaça-qaça evə yollandılar. 
downloaded from KitabYurdu.org


28 
 
− Bu gün bizimki gətirmədi! – deyə, Təzə pirin alt küçəsinə çatanda oğlan 
dilləndi. – Mən istəyirdim səninlə ciddi bir söhbət eləyim... 
− Nə barədə? 
− Heç... Sonraya qalsın. 
− Elə zarafat yoxdur! Danışacaqsan! Yoxsa səni buraxmayacağam. Yeganə 
onun  dirsəyini  bərk-bərk  sıxdı.  Əkrəm  qızın  şıltaqlığından  xoşlansa  da,  küçədə 
dayanıb dərdləşməyi münasib sanmadı. 
Yeganəgilin  qapılarında  yavaşıdılar.  Yağış  kəsmişdi.  Göydə  təkəm-seyrək 
ulduzlar  parlayırdı.  Hava  yüngül  və  təmiz  idi.  Küçələrdəki  balaca  gölməçələrdə 
titrək  işıqlar  yuyunurdu.  Əkrəmin  görüşüb  ayrılmaq  istədiyini  hiss  edən  qız  bir 
addım dala çəkildi. Qaşqabağını sallayaraq, çiyinlərini əsdirdi: 
− Getməyəcəksən! – dedi. – Pencəyini də verməyəcəyəm. 
Oğlan onu dilə tutdu: 
− Axı, yaxşı deyil burda dayanmaq, Yeganə. Görən nə deyər? 
− Gedək evdə oturaq. 
− Sizdəmi? 
− Bəli, bizdə. Adama bir stəkan çay da içərik, canımız isinər... 
Bu təklif Əkrəmin ürəyincə idi. Ancaq razılıq verməkdə çətinlik çəkdi. 
O, özlüyündə xeyli ölçüb-biçdi, axırda tərəddüdlə dedi: 
−  Bilirsənmi,  gedərdim...  Qonşularınızı  tanımıram,  qorxuram  bizim 
haqqımızda ayrı cür fikirləşərlər... 
Qız onun əlindən yapışıb, ərklə qapıya sarı çəkdi: 
−  Əvvəla,  qonşular  nəkarədir?!  İkincisinə  qalanda,  qoy  nə  fikirləşirlər, 
fikirləşsinlər! Mənim ixtiyarım onlarda deyil! Nə edərəm, özüm billəm! 
Yeganənin  dilindən  eşitdiyi  bu  sözlər  Əkrəmə  çox  qəribə  gəldi.  Həm  də,  o 
dəqiqə  qəlbində  gizli  bir  ikrah  hissi  oyandı.  “Nə  edərəm,  özüm  billəm!”  Qızı 
yaşına,  ismətinə  uyuşmayan  bir  qəbahətlə,  belə  açıq-saçıq  danışmağa  nə  vadar 
edirdi ki? 
...  Onlar  küçə  qapısından  kiçik  bir  həyətə  girdilər.  Sağ  yanda  divar  boyu 
əkilmiş səhər-axşam sarmaşıqları daşlara dırmaşaraq lap yuxarıya qədər qalxmışdı. 
Sol  tərəfdə  dörd  pəncərə,  iki  qapı  görünürdü.  Qarşıdakı  taxta  pilləkənə  çatanda 
Yeganə sürahidən tutub dayandı və geri çevrilərək soruşdu: 
− Necədir? Xoşuna gəlirmi həyət-bacamız? 
Əkrəm dinmədi, düşüncəli halda başını tərpətdi. 
İkinci  qatda,  aynabəndin  qapısında  onları  əlli  yaşlarında  gödəkboylu, 
nisbətən dolubədənli, qolları çirməli, yaşıl şadlanka paltarlı bir qadın qarşıladı. 
downloaded from KitabYurdu.org


29 
 
−  Səltənət  xala,  −  deyə  Yeganə  içəri  gircək  Əkrəmi  göstərdi,  −  haqqında 
sənə danışdığım oğlan budur. 
Qadın irəli yeriyib Əkrəmlə görüşdü: 
−  Xoş  gəlmisən,  ay  oğul.  Neçə  vaxtdır  səni  tərifləməkdən  qızcığazın  dili 
qabar olub... 
Bu  sözlərdən  Yeganə  utanırmış  kimi  əlləri  ilə  üzünü  qapadı;  barmaqlarının 
arasından Əkrəmə baxaraq bicliklə gözlərini qıydı. Səltənət qonağı evə dəvət elədi, 
özü isə mətbəxə keçdi. Yeganə əynindəki pencəyi çıxararaq stulun söykənəcəyinə 
geydirdi.  Sonra  yəqin  ki,  islanmış  paltarını  dəyişmək  üçün  qonşu  otağa  girib, 
qapını örtdü. 
Yuxarı  mərtəbə  qabağı  aynabəndli  üçgözlü  mənzildən  ibarət  idi.  Həyətə 
baxan  pəncərələrə  yarıyadək  cuna  pərdə  çəkilmişdi.  Dəhlizin  baş  tərəfində  kətil 
üstdə  qoyulmuş  çəlləkdə  iri  lumu  ağacı  vardı. Divardan  asılan  dəmir  qəfəsdə sarı 
bülbül ara vermədən şaqraq səslə cəh-cəh vurub oxuyurdu. Pilləkənə açılan qapının 
böyründə,  mətbəxlə  yanaşı  daxmada  Yeganə  olurdu.  O  biri  iki  otaq  isə  Səltənətə 
məxsus  idi.  Evdə  xeyli  tək  qaldığından  qəribsiləndiyini  görən  Əkrəm,  küçə 
balkonuna  təzəcə  çıxmışdı  ki,  qız  yanına  gəldi;  ikiəlli  onun  boynundan  yapışıb 
sağa-sola yırğaladı. Sonra məhəccərə söykənərək sinəsini irəli verib, şax dayandı; 
danışmadan, gülə-gülə Əkrəmə baxdı. Yeganənin əynində yaxası, qolları ağ köbəli 
sürməyi  əcərli  paltar  vardı.  Beli  kəmərlə  möhkəm  sıxıldığından  onu  lap  uşağa 
oxşadırdı. 
Qız bu nümayişanə duruşu ilə sanki soruşmaq istəyirdi: “Necədir? Yaraşırmı 
mənə?” 
−  Nə  qəşəng  paltarın  var!  –  deyə  Əkrəm  Yeganəni  süzdü  və  nə  üçünsə 
gizlicə bir köks ötürdü. – Kuklasan! 
Yeganə  bu  sözdən  incimiş  kimi  mısmırığını  sallayıb,  qaşlarını  düyümlədi, 
şıltaqlıqla üzünü yana tutdu: 
−Mənə kukla niyə deyirsən, insafsız? Axı, ürəyim də var... İnanmırsan? 
−Bəs ürəyinin içində nə var? – deyə Əkrəm də həmin tərzdə xəbər aldı. 
−İçində  −  sevgi,  arzu,  sirr,  od,  alov...  Bəsdir,  yoxsa  yenə  sadalayım  sənin 
üçün? 
−Kifayətdir!  Kifayətdir!..  –  Əkrəm  Yeganənin  çiyinlərindən  tutub  köksünə 
sıxdı və astadan qulağına pıçıldadı: − Odun, alovun yandırmaz ki, məni? 
Qız xumarlandı, kirpikləri asta-asta enib, qalxdı, boynu bəndəmindən sınmış 
çiçək  təkin  yana  əyildi;  ətirli  ipək  saçları  oğlanın  sifətinə  toxundu.  Sonra  başını 
qaldırıb, titrək dodaqlarını Əkrəmə yaxınlaşdırdı. Səltənət xalanın arxadan eşidilən 
səsi onları diksindirdi. 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə