KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə32/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

92 
 
− Sənə yaraşıramsa, çox şadam. 
Xırda-xırda qar səpələyirdi. Yerə düşcək də əriyirdi. Səkilər, asfalt küçələr 
çil-çil olurdu. 
Zakir: 
−  Yaxşı,  hara  gedirik?  –  Soruşanda,  Yeganə,  yaşına  uyuşmayan  bir 
şıltaqlıqla ikiəlli onun çiynindən yapışıb, sallandı: 
− Bilmirsən hara gedirik?.. “İnturist”ə!.. Səni içirdib, kefləndirəcəyəm. 
− Mən elə içməmiş də sərxoş kimiyəm. 
− Nədən? 
− Sənin gözlərindən. 
− Yalan deyirsən! 
Zakir ona baxıb qımışdı. Qadın əl çəkmədi: 
− Sözün nədir? Sərxoş olcağın mənə neyləyəcəksən? 
− O, Yeganə gülün ətrini qoxlayacağam. Sovurub, gülabını çəkəcəyəm. 
− Xarab elər səni. Sonra da tullayacaqsan, hə? 
− Yox, yaxama taxacağam. 
Onlar  beləcə,  ikibaşlı  sözlərlə  bir-birinə  atmacalar  ata-ata  sahil  bulvarının 
qurtaracağına çatdılar. 
Yeganənin bu görüşdə ayrı məqsədi vardı. Bilirdi ki, Aslan həmişə istirahət 
günləri  nahara  “İnturist”ə  gedir.  Dünəndən  fikirləşmişdi:  Zakiri  yanına  salıb  ora 
aparacaqdı..  Xərcini  də  özü  çəkəcəkdi.  Restoranda  ucadan  danışacaqdı, 
şənlənəcəkdi:  “Bax  bizə,  yan,  tökül!  –  deyə  Aslana  acıq  verib,  ondan  intiqam 
alacaqdı. – Mən beləyəm! Heç kəsdən çəkinmirəm, qorxmuram. Sənin məktubun 
da başına dəysin!..” 
Yeganə Zakirin qolundan tutub, danışa-gülə restorana girəndə, təzə, sumağı 
kostyumda olan Aslanı pəncərə qabağında tək oturmuş gördü. İçəridə adam seyrək 
idi. Xörəkpaylayanlardan biri tez onlara yan alıb, öz stollarına tərəf çəkdi. 
− Sənin doktorun da burdadır ki! – deyə uzaqdan-uzağa Aslanla salamlaşan 
Zakir,  qadına  eşitdirdi.  Yeganə  onun  bu  hərəkətindən  rəncidə  oldu.  Qaşqabağını 
sallayıb, acıqlandı: 
− Niyə salam verirsən ona?! 
− Daha neyləyim, baxırdı gözlərimin içinə, mən də başımı tərpətdim. 
− Cəhənnəmə ki, baxırdı! 
Keçib yuxarı tərəfdə əyləşdilər. 
− Sən həkimdən nə üçün belə yanıqlısan? 
− Danışaram sənə. 
downloaded from KitabYurdu.org


93 
 
Yeganə  stulunu  fırladıb,  arxasını  Aslana  sarı  çevirdi.  Ön  divardakı  böyük 
aynada saçlarını düzəltdi. 
− Xətrin istəyəndən de, gətirsinlər. 
Zakir menyunu qabağına çəkdi. 
− Nə yeyəcəksən? 
− Sən nə yesən, mən də ondan... Gör, necə qanlı-qanlı baxır mənə! Elə bil 
əzizlərini  öldürmüşəm  –  deyə  aynadan  Aslanı  müşahidə  edən  qadın  öz-özünə 
donquldandı. – Altı-yeddi ay dalımca süründü, axırda da kor-peşman oldu! 
Zakir yemək-içmək sifariş verdi. Yeganə yenə dilini saxlamadı: 
− Bilirsən, neyçün od tutub, yanır?.. Ona görə ki, bir dəfə onunla da həmin 
bu stolda oturmuşduq. 
−  Yadımdadır,  −  deyə  Zakir  başını  tərpətdi.  –  Gedəndə  vestibüldə  sənə 
yanaşdım. Məni saymadın... 
Qadın, söhbətə nöqtə qoydu: 
− Nə isə!.. Mən də səni başqaları ilə az görməmişəm. Yanından ötəndə heç 
üzümə baxmamısan. 
−  Xülasə!  –  deyə  Zakir  də  mövzunu  dəyişmək  istədi.  Çevrilib  pəncərədən 
bayıra boylandı. – Paho!.. Əməlli-başlı qar yağır ki! 
Aslan kağız dəsmallardan birini götürüb dodaqlarını sildi və xörəkpaylayanı 
çağırdı.  Deyəsən,  tez  getmək  üçün  ikinci  yeməkdən  imtina  etdi.  Stolun  haqqını 
verib, restorandan çıxdı. 
Yeganə  duruxdu.  Mənasız  bir  söz  deyib,  ucadan  şaqqanaq  çəkdi.  Onun  bu 
qondarma gülüşü, pilləkənləri enməkdə olan Aslanın qulaqlarından yayınmadı... 
 
Şəhər üç-dörd saatın ərzində necə də dəyişmişdi görkəmini! Ağappaq paltar 
geymişdi evlər, küçələr, ağaclar, elektrik dirəkləri... Pəncərələrin şüşələrinə elə bil 
cuna  çəkilmişdi.  Qüruba  enən  günəşin  işığında  hara  baxırdınsa,  göz  qamaşırdı; 
ətrafa guya zər səpələnmişdi. Havada şaxta duyulurdu. 
Zakirlə  Yeganə  yeridikcə,  ayaqları  altında  qar  xoş  bir  səslə  xartıldayırdı. 
Söhbətləri  şirin  olduğundan,  hansı  səmtə  getdiklərini  bilmirdilər.  Bugünkü  görüş 
hər ikisinin ürəyincə idi. 
Zakir,  əvvəllər,  ancaq  vaxt  keçirmək  məqsədi  ilə  yanaşdığı  bu  qadına,  indi 
münasibətini dəyişmək barədə düşünürdü. O, təzəlikcə çox şey öyrənmişdi. Demə, 
Yeganə,  yaşadığı  həyəti  Səltənətdən  satın  almış,  evlərə  daimi  sahib  olmuşdu. 
Həmxanalardan  aybaay  kirayə  haqqı  toplayırdı.  Hələ  üstəlik,  qadının 
“atadanqalma”  xeyli pulu,  qızılı da vardı...  Bunları, ikicə qədəh  konyak  içdikdən 
sonra  Yeganə  özü  danışmışdı. Hətta sözarası  Zakirə  onu da  eşitdirmişdi:  “Ərimlə 
downloaded from KitabYurdu.org


94 
 
mənimki  çox  çəkməyəcək.  Biz  tamam  başqa-başqa  adamlarıq.  Bu  məsələyə  gec-
tez son qoymalıyıq. Mən həyatımı ayrı cür, öz istədiyim kimi qurmalıyam...” 
Zakir  Yeganəyə  qahmar  çıxmışdı:  “  –  Əlbəttə!  Keçənə  güzəşt  deyərlər. 
Zərərin yarısından qayıtmaq da, xeyirdir...” 
Onlar xiyabanın qurtaracağına yetişəndə, qadın yavaşıdı: 
− Hara gedirik, belə? 
− Ayaqlarımız hara aparsa, ora. Olmuya üşüyürsən? 
− Yox... tuflilərim darısqaldır, barmaqlarım donub. 
Yeganə dənizə baxdı. Körpünün yanında ağ, iri bir gəmi dayanmışdı. 
−  Kaş  bu  saat  onun isti kayutlarından  birində olaydıq  səninlə.  Uzaq  səfərə 
çıxaydıq!.. 
Zakir bic-bic qımışdı: 
− Arzunun yarısını yerinə yetirsəm, razı qalarsan? 
− Necə? 
−  İsti  kayutda  ola bilərik,  ancaq...  səfərə çıxmaq  məsələsi hələlik  mümkün 
deyil. 
− Lənət heçə!.. Dəniz qaçmır ki! 
Həştərxana  işləyən  gəminin  yolu  bağlandığından,  neçə  vaxt  idi  körfəzdə 
lövbər  salmışdı;  kayutları  müsafirlərə  kirayə  verilir,  ondan  mehmanxana  kimi 
istifadə  olunurdu.  Səxavətli  müştəri  sayılan  Zakiri  bu  gəminin  restoranında  da 
yaxşı tanıyırdılar, içəri girəndə pişvazında dururdular. Buna görə də o, ertəsi gün 
Yeganə ilə vədələşdikdən sonra çox fikirləşməmişdi; kayutlardan birini tutmuş və 
qadını  nahara  bura  gətirib  əyləndirmək  istəmişdi.  Lakin  Yeganə  “İnturist”ə 
getməyi təkid etdiyindən, planı dəyişmişdi. 
...Körpüdən  keçib,  gəminin  göyərtəsinə  qalxanda,  axşamın  toranı  şəhərin 
üstünü  almışdı. Günəş  üfüqlərin  arxasında  gizlənmişdi. Bibiheybət tərəfdə  pəmbə 
buludların altı qızarırdı. Xəzər cilvələndikcə boz ləpələrin ovcunda çimdik-çimdik 
şəfəq görünürdü. Zakir Yeganəni kayuta gətircək, kiçik pəncərənin pərdəsini çəkib, 
stolüstü  lampanı  yandırdı.  Qadın,  paltosunu,  çəkmələrini  çıxardı,  başını  açdı, 
saçlarını çiyinlərinə dağıdıb, sol küncdə taxtda əyləşdi. 
− Bu dəqiqə gəlirəm, quzum! – deyə Zakir tələm-tələsik harasa getdi və tez 
də geri qayıtdı. Soyunub Yeganə ilə qarşı-qarşıya oturdu, onun balaca, ağ əllərini 
ovcuna alaraq isindirmək istədi. 
Qadın ucadan qaqqıldadı: 
− Nəyə gülürsən? – Oğlan maraqlandı. 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə