Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə20/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   16   17   18   19   20   21   22   23   ...   81

40 
 
Əsas etnik qrupları kreollar  - (40%),  metislər (33%), mayya (9%),  qarifuna 
(7%), şərqi hindulardır (2%). Əhalinin 60%-i katolizm təriqətinə, qalanları (30%) 
protestantların  müxtəlif  istiqamətlərinə  (bunların  içində  anqlikanlar  12%, 
metodistlər -6%) etiqad edirlər. Rəsmi   dil ingilis,   başqa dillər - ispan  və  kreol  
dialektləridir.  (mayya,          qarifuna-karib).          Hər          1000        nəfərə      görə 
doğulanların  sayı  34  nəfər,  ölənlərin  sayı  6  nəfər,təbii  artım  isə    28  nəfər  təşkil 
edir. Əmək qabiliyyətli əhali 61,5 min nəfərdir. Mühüm yaşayış məntəqələri: Beliz 
və Belmopandır. 
Paytaxtı - Belmopan şəhəridir.  Beliz-Siti  ölkənin ən böyük şəhəridir (əhalisi 
50 min nəfərdir).  21  sentyabr 1981-ci ildə Beliz müstəqil dövlət elan edilmişdir. 
Milli bayramı - Azadlıq günü  - sentyabrın 21-də qeyd olunur. Millətlər birliyinin 
üzvüdür. İcra hakimiyyəti Britaniya manarxına məxsusdur,general – qubernator ilə 
təmsil  olunur.  Milli  yığıncaq  Senatdan  (yuxarı  palata)    və  Nümayəndələr 
palatasından  (aşağı paata) ibarətdir.   
Belizdə   XVI   əsrin   əvvəllərinədək   hindu   tayfaları yaşayırdı.. XVI əsrdə 
İspaniya  Mərkəzi  Amerikanı  işğal  edəndən  sonra  Belizin  şimal  hissəsi  «Yeni 
İspaniyanın» (Meksika),   cənub   hissəsi   isə   Qvatemala   general-kapitanlığının 
tərkibinə  daxil  oldu.  1638-ci  ildən  Beliz  çayı  sahillərində  ingilis  məskənləri 
meydana gəldi. XVII- X V I I I    əsrlərdə   ingilis   kolonistləri   ilə   İspaniya   işğal 
orqanları  arasında  bir  sıra  münaqişə  baş  verdi.  1798-ci  ildə  ispanların  ingilis 
məskənlərini ləğv etmək cəhdləri məğlubiyyətlə qurtardı.   1840-cı ildən ingilislər 
Belizi Britaniya Hondurası adlandırmağa başladılar. 1862-ci ildən isə Beliz rəsmən 
İngiltərənin  müstəmləkəsi  elan  edildi    və      İngiltərənin      əlavə      aqrar-xammal   
bazasına çevrildi. XX əsrin əvvəllərindən Belizə ABŞ inhisarları soxuldu. Xüsusən 
30-cu  illərdən  Beliz  xalqının  müstəmləkə    zülmünə    qarşı    güclənən    mübarizəsi  
Böyük  Britaniya  1961-ci        ildə      Belizə      daxili      özünüidarə    hüququ  verməyə 
məcbur etdi.   1981-ci ildə müstəqil dövlət elan olunmuşdur. 
Beliz   zəif   inkişaf  etmiş   aqrar   ölkədir.   İqtisadi cəhətdən  İngiltərə və 
Amerika kapitalından  asılıdır.Təqribən    xarici    kapital    qoyuluşunun    3/4-ü    
kənd  təsərrüfatında  təmərgüzləşmişdir.      50    min    ha  torpaq  sahəsi  becərilir  ki, 
bunun  da  çoxu  xarici  şirkətlərindir.  İqtisadiyyat      əsasən      kənd      təsərrüfatına   
əsaslanır    və    kənd  təsərrüfatı  məhsullarının  emalı,  ticarət,  turizm  inkişaf  edir.   
Əhalinin   əksəriyyəti kənd   təsərrüfa oduncaq    tədarükü,    meşə    məhsulları     
yığmaq balıqçılıqla məşğuldur. 
Ölkənin  kənd  təsərrüfatı  ixracat bitkilərin yetişdirilməsi  ilə ixtisaslaşmışdır; 
(şəkər  qamışı  və  sitrus  bitkiləri,  əsasən  qreyfrut,  portağal,  narıngi).  Həmçi  kakos 
palması, ananas, banan və kakao becərilir. Əkin sahəsinin     1/3-i    şəkər    qamışı    
altındadır.        Tropik  əkinçiliyin      ixracat      məhsulunun      əhəmiyyətli      hissəsi 
Amerika    kompaniyası      «Yuneyted      Brends»      və      in  gilis  kompaniyaları 
tərəfindən nəzarət edilir. 
Daxili      tələbat      üçün      qarğıdalı,      lobya,      çəltik  və  tərəvəz  yetişdirilir. 
Ölkənin cənub-dağlıq hissəsində buynuzlu mal-qara yetişdirilir. 
Meşə  resursları  dövlətin  vacib  gəlir  mənbəyi  kimi  qalmaqdadır.  Sahil 
sularında balıq, krevet, xərçənglər və tısbağa ovlanır. 


41 
 
Belizin  sənayesi  zəif  inkişaf  edir  və  meşə  materialları  və  kənd  təsərrüfatı 
xammalı  emalına  əsaslanır.  Şəkər  istehsalı,  sitrus  bitkilərdən  şirə  və  konservlər 
istehsal  olunur.  Sənaye  və  tikinti  ümumi  məhsulun  27%-ni  verir.  Əsas  sənaye 
mərkəz - Beliz şəhəridir ki, burada bir neçə yeyinti və ağacemalı sənayesi vardır. 
Şimalda Korasal və Orınc-Uolk şəhərləri yaxmlığında iki şəkər zavodları yerləşir, 
Sann-Krik  şəhərində  isə  sitrus  meyvələri  emal  edən  fabrik  yerləşir.  Beliz  şəhəri  
yaxınlığında SES işləyir (Beliz çayı üzərində qurulmuşdur). Ölkədə turizm inkişaf 
edir. 
Dəmir  yolları  yoxdur.  Avtomobil  yollarının  ümumi  uzunluğu    2710  km-dir 
(500 km-i bərk örtüklüdür). Əsas dəniz portu Beliz-Siti şəhəridir. Aeroportu var. 
Ölkə  şəkər,  şəkər  xammalı,  dəniz  məhsulları,  sitrus  meyvələri,  meyvə 
konservi, qiymətli ağac və s. ixrac edir. İdxalatı: maşınlar və nəqliyyat avadanlığı, 
ərzaq,  sənaye  malları,  yanacaq,  kimya  məhsulları,  əczaçılıq  (dərmanlar) 
məhsullarıdır.  Pul vahidi – Beliz dollandır.  
Ticarəti  əsasən  -  ABŞ,  Böyük  Britaniya,  Kanada,  Yamayka,  Meksika, 
Niderland və Vest-Hind dövlətləri ilə həyata keçirilir. 
 
 
EL-SALVADOR RESPUBLİKASI 
      Sahəsi — 21,4 min km
2  
      Əhalisi — 6,6 mln. nəfər  (2008-ci il) 
        Paytaxtı — San-Salvador 
 
El-Salvador Respublikası - Mərkəzi Amerikada dövlətdir. Qərbdən və şimal-
qərbdən  Qvatemala  (203  km),  şərqdən  və  şimaldan  (342  km)  Honduras  ilə 
həmsərhəddir.  Cənubda  isə  Sakit  okeanla  əhatələnir.    Sərhədlərinin  ümumi 
uzunluğu 545 km, sahil xəttinin uzunluğu 307 km-dir. 
Ölkə ərazisinin çox hissəsini hündürlüyü 600-700 metr olan yayla təşkil edir. 
Yaylanın  şimal  və  cənub  kənarında  fəaliyyətdə  olan  vulkanlar  ilə  yanaşı  tez-tez 
zəlzələlər baş verir. Ölkənin şimal hissəsi tektonik çökəklikdir. Sakit okean sahili 
boyunca ovalıq (eni 10-30 km) uzanır. Əsas təbii resurslarına neft, təbii qaz, qızıl, 
gümüş, mis, sink, kükürd və başqalarını misal göstərmək olar. 
Ölkənin  ərazisi  tropik  iqlim  qurşağında  yerləşir.  Orta  aylıq  temperatur  21-
27°C, illik yağıntının miqdarı 600-2500 mm-dir. Ən iri çayı Lempadır. Ərazisində 
çoxlu vulkanik mənşəli göllər vardır. Əsasən qəhvəyi, qırmızı-qonur dağ torpaqları 
yayılmışdır.  Sakit  okeanı  sahilində  palıd-şam  meşələri  yerləşir.  Salvadorda  bir 
neçə min unikal balzam ağacları bitir. Digər qiymətli ağac növlərindən ispan şamı, 
sarı ağac, qırmızı ağac və s. göstərmək olar. 
Ölkənin      heyvanat      aləmi      müxtəlif  və    zəngindir.  Burada        tapir,    
qanşqayeyən,        zirehlilər,        enliburun  meymun,      yarasa,      goreşən,      yaquar,   


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə