2
Ön söz
Harada isə uzaqlarda çalınacaq “Yanıq Kərəmi”. Yada düşəcək ötənlər,
keçənlər... Ürəyimiz o illər üçün, o günlər üçün elə darıxacaq, elə qəribsəyəcək ki!
Xatirələr cığırı ilə o illərə dönsək, həsrətlə o illərə boylansaq kimlər yada düşər,
kimlər xatırlanar görəsən?
Bir həsrətdir,
Bu həsrətlə dinək gərək.
O illərin xəyalıyla
Hey alışıb yanaq gərək.
Bir də, bir də
O illərə biz qayıdıb, dönək gərək
Xatirələr cığırıyla
Xatirələr cığırıyla.
Xatirələr cığırı ilə bu yaxın uzaq keçmişimizə güzgü tutaq görək kimlər
vardı dünənimizdə, kimlər xatırlanır, yada düşür bu günümüzdə? Böyük bir
metodistlər ordusunun sərkərdəsi professor Ağamməd Abdullayev, öz rəhbərinin
qoyduğu ənənələri yaşadan, davam etdirən, Ağamməd müəllimin həm xələfi, həm
sələfi professor Həsən Balıyev vardı dünənimizdə. Kafedramızın anası, qadın
müəllimlərin sirr yoldaşı, məsləhətçisi, daxili aləmi də xarici görünüşü qədər gözəl
olan professor Nabat xanım Abdullayeva, dosent Sona xanım Quliyeva yaşayır
könüllərdə. Asta yerişli, sakit təbiətli, dili “qadan alim” kəlməli, dosent Musa
Həsənov, üzündən təbəssümü bir an əskik olmayan, dosent Hüseyn Hüseynov, öz
təmizliyi, dəqiqliyi ilə “Zakon Məmməd” adı qazanan dosent Məmməd Qaranı
oğlu, üzdən bir qədər sərt görünən, ciddi davranışlı, lakin həddindən artıq kövrək
ürək sahibi dosent Əhəd Əhmədov vardı yaxın keçmişimizdə. Bir görünüşü ilə
hamının üzündə sevinc yaradan, duzlu zarafatlı, şaqrak gülüşlü dosent İsmayıl
İsmayılov, sanki bir təmkin mücəssəməsi olan dosent Əhməd Kəlləliyev, dosent
Nazim Əhmədov, Teyyar Cəfərov vardı yaxın keçmişimizdə.
Və bir də, bir də qəfil gedişi ilə hamını sarsıdan, öz səmimiyyəti, əxlaqı,
mənəvi saflığı, təmizliyi, həyatsevərliyi və insanlara münasibəti ilə çoxlarından
fərqlənən dosent Zabit Məmmədov vardı dünənimizdə.
Hər birinin həyatı bir örnək olan bu insanları yada salmaq, onları tanıtdırmaq,
yaddaşlarda, kitablarda yaşatmaq bizlərin borcudur.
Bu xatirə kitabı ilə həyatının 45 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş
görkəmli alim, səmimi dost, gözəl müəllim, nəcib bir insan olan dosent Zabit
Məmmədovun şərəfli və mənalı ömür yoluna güzgü tutacağıq.
Həyat onsuzda müvəqqətidir. Bir gün yaranan bir gün öz köçünü dünyadan
çəkməlidir. Bizi ağrıdan Zabit müəllimin həyatdan vaxtsız köçməsidir. Çünki o,
tələbələrinə, dostlarına, qohumlarına və ailəsinə çox lazım idi. Onun xeyirxah
məsləhətlərinə, köməyinə hələ çox ehtiyacımız olacaqdır. Bircə təsəllimiz odur ki,
Zabit müəllim ömrünü, həyatını sərf etdiyi peşənin zirvəsinə qalxa bilmişdi...
3
Harada isə uzaqlarda çalınacaq “Yanıq Kərəmi”. Yada düşəcək ötənlər,
keçənlər... Ürəyimiz o günlər üçün elə darıxacaq ki. Bir az kövrələciyik, bir az
sevinəcəyik, bir az da geriyə-gəncliyimizə qayıdıb cavanlaşacağıq...
Pəri Paşayeva
Filologiya fakültəsinin dekan müavini,dosent.
4
Həyat və yaradıcılığı
Ölərkən surətində təcəssüm edən zülmdən
baĢqa bir Ģey qoymayıb gedən lərə ar olsun!
V. Hüqo
Tanrı hərəyə bir ömür bəxş edir. Ömrün uzunluğundan, qısalığındam asılı
olmayaraq, taleyin ona bağışladığı ömür payından səmərəli istifadə etmək,
özündən sonra bir iz qoyub getmək bir çoxlarına nəsib olmur.
Bu kitabda haqqında söhbət açacağımız şəxs ona verilən ömrü şərəf və
ləyaqətlə yaşayan, zərif duyğularla yaşayıb-yaradan, ADPU-nun Azərbaycan dili
və onun tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru,
görkəmli alim, gözəl müəllim, səmimi dost olan Zabit Teymur oğlu
Məmmədovdur.
Zabit müəllim həyatın hər üzünü görən, ziyalılığın bütün ağırlığını
çiyinlərində daşıyan, ömrünün ən mənalı anlarını kitab-dəftər arasında keçirən
alimlərimizdəndir.
Taleyin ona tez-tez bəxş etdiyi sürprizlərdən sınmayan, əyilməyən, həyatın
bütün ağrı-acısına sinə gərərək həyatdan zövq almağı bacaran bir insan idi.
Zabit müəllim yaxşı ata, yaxşı qohum, yaxşı həyat yoldaşı, yaxşı işçi, tanınmış
alim olmaqdan öncə həm də gözəl əxlaq və fəzilət sahibi idi. O böyüklə böyük,
kiçiklə kiçik olmağı bacarırdı. Heç kəsi özündən narazı salmayan, olduqca diqqətli
və həssas idi. Zarafat etməyi, maraqlı xatirələr danışmağı, şirin lətifələr söyləməyi
sevərdi.
Zabit Məmmədov 1943-cü ildə Azərbaycanın dilbər güşələrindən biri olan
İsmayıllı rayonunun Diyallı kəndində zəhmətkeş kəndli ailəsində dünyaya gəlib.
Tale onu hələ dünyaya göz açmamış ata sevgisindən, ata məhəbbətindən məhrum
edib. Belə ki, o hələ anasının bətnində olanda atası Teymur kişini müharibəyə
aparırlar. Haminin gedəni gəlsə də Teymur kişi müharibədən qayıtmır. Bəxtinə
atasızlıq qisməti yazılan Zabiti daim bir ata həsrəti, bir ata nisgili yandırır. Atasının
şəkillərinə baxaraq ürəyində bir ata obrazı yaradan, özü üçün atalı dünya quran
Zabit xəyalında gah atasının əlindən tutub gəzməyi, gah da kişi kimi onunla yanaşı
getməyi canlandırarkən bu arzuları gül açmamış solur. Beləcə atasızlıq yeli onu
çox tez vaxtından qabaq haqlayır.
Həm atasızlıq, həm müharibənin yazılmamış qanunları bütün uşaqlar kimi Zabitin
də uşaqlığını əlindən alır. O vaxtından qabaq böyüyür, hər vəclə anasına kömək
etmək, onu qorumaq, ailəni dolandırmaq üçün gücü çatan və çatmayan bütün
işlərdən yapışmağa çalışır. Ailənin bütün çətinliyi həyat yoladışını vaxtsız itirən
Əminə xanımın zərif çiyinlərinə düşür. Müharibənin bütün məhrumiyyətlərinə
dözərək gecə-gündüz fermada çalışan Əminə xanım gündüzlər evin kişisi kimi
çalışır, axşam qayğıkeş, mehriban ana olub uşaqlarını başına yığıb onları təkbaşına
böyüdür.
Balaca olmasına baxmayaraq Zabit anasının ailənin yaşaması, sağ qalması üçün
gecə-gündüz çalışdığını görür, bir uşaq hissiyatı ilə onun əziyyətini duyur, dərk
edir, ona kömək etməyə çalışır, hətta onu itirməkdən qorxaraq qorumağa çalışır.
Dostları ilə paylaş: |