5
Bir haşiyəyə çıxım. Bir dəfə kafedrada söhbət valideynlərdən düşmüşdü.
Müəllimlər uşağın həyatında valideynin rolundan, onu itirmək qorxusu ilə bağlı öz
xatirələrindən danışırdılar. Söhbət Zabitə çatdı. Onun atasız, çətinliklə böyüdüyünü
bilirdik. Zabit sözə qoşuldu və anasını itirmək qorxusu ilə bağlı bir xatirə danışıb
hamını kövrəltdi. “Mühaibə qurtarsa da onun çətinliyi, ehtiyacları çoxları kimi
bizim qapımızdan da hələ əl çəkmirdi. Mən onda ya 4-cü ya 5-ci sinifdə
oxuyurdum. Gecə-gündüz həm oxuyur, həm də işləyib anama köməl edirdim. Bir
dəfə anam bərk xəstələnmişdi. Hamı bizə yığılmışdı. Mən anamın solğun üzünə
baxırdım, əlimdən heç nə gəlmirdi. Ona kömək edə bilmirdim. Gah əlini, gah
ayaqlarını sığallayırdım. Bu anda beynimdən sürətli fikir keçdi. Birdən anama bir
şey olar mən nə edərəm. Bir də onu gördüm ki, həyətdə anamla birlikdə əkdiyimiz
lobya kollarının içindəyəm. Heç kim görməsin deyə bir az da lobyanın sıx yerinə
girdim. Əllərimə göyə açıb ağlayaraq Allaha yalvardım. O vaxt dediyim sözlər indi
də yadımdadır. “İlahi, sən məni anamdan qabaq öldür, anasızlığı mənə göstərmə”.
Bəlkə də Allah mənim sözümü eşitdi anamı qaytardı. Çünki o mənim həm atam,
həm anam, yeganə dayağım güvənc yeri idi”.
Çox sevirdi Zabit anasını. Bir oğul olaraq anaya olan borcunu layiqincə
qaytardığını hamımız bilirdik. Hərçənd ana borcunu qaytarmaq mümkün deyil.
Cavanlığında anasının çəkdiyi əziyyətləri həmişə ona unutdurmağa çalışırdı.
Demək olar ki, hər həftə İsmayıllıya, anasına baş çəkməyə gedirdi. Əminə xanım
kafedranın demək olar ki, əksər kişi müəllimlərinin anası, bacısı olmuşdu.
Əksəriyyəti Əminə xanımın gülər üzünü görüb, süfrəsindən dadıb, qonağı
olmuşdu. Elə son mənzilə də o təkcə Zabitin deyil, kafedranın ağsaqqalı professor
Həsən Balıyev başda olmaqla Qabil müəllimin, Hüseyn müəllimin, Həmzə
müəllimin, Kamil müəllimin, Adil müəllimin çiynində yola salındı. Bu Zabit
müəllimin anasına və kafedra əməkdaşlarının ona sonsuz məhəbbətinin və
hörmətinin təzahürü idi.
Bəli Zabit müəllim anasına, ailəsinə kömək etmək üçün orta məktəbi
bitirəndən sonra
birbaşa ali məktəbə getmir, sənədlərini 1960-cı ildə Bakı Statistika
texnikumuna verir və oxuya-oxuya kolxozda mühasib köməkçisi işləyərək
ailəsinin dolanışığına kömək etməyə başlayır. Lakin, ali təhsil almaq arzusu Zabiti
bir an da olsa rahat qoymur. Bunu Əminə xanım da duyur və oğlunun təhsilini
davam etdirməsi üçün onu Bakıya yola salır. Zabit arzularının qanadında Bakıya
gəlir və V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU)
Tarix-Filologiya fakültəsinə daxil olur. Qayğılı, acılı-şirinli tələbəlik illəri bir-birni
əvəz edir. Kitabxanalarda keçən gərgin günlər, saatlar, kitablarla fasiləsiz ünsiyyət
gözəl bəhrəsini verir. Zabit 1967-ci ildə institutu fərqlənmə diplomu ilə bitirir.
Hələ tələbə olarkən institutun ictimai işlərində fəallıq göstərən Zabitə fakültə və
institut komsomol komitəsinin katibi, fakültə həmkarlar təşkilatının sədri
vəzifələrini həvalə edirlər. Zabit müəllim ona tapşırılan bu vəzifələri öz işgüzarlığı
və yüksək məsuliyyəti ilə doğruldaraq tələbələrin ən yaxın sirdaşına çevrilir.
Tələbəlik illərində öz səmimiyyəti və çalışqanlığı ilə nəinki tələbələrin eləcə
də müəllimlərin sevimlisinə çevrilən Zabitin həyatında dosent Adilə Namazovanın
böyük rolu olur. Adilə xanım Zabitin təqaüd və yataqxana ilə təmin olunmasında
6
böyük rol oynayır. Hazırda universitetimizin ədəbiyyatın tədrisi metodikası
kaferdasının müdiri, o vaxt V.İ.Lenin adına APİ-də çıxan “Gənc müəllim”
qəzetinin redaktoru olan professor Z.Xəlil Zabitin çalışqanlığını, işgüzarlığını onun
haqqında yazdığı “Salam Günəş!” adlı məqaləsində əks etdirərək 1967-ci ildə çap
etdirir. Həmin məqaləni diqqətinizə çatdırırıq:
“Salam, GünəĢ!”
O, yenə də sübh çağı oyandı. Pəncərələri açdı. Təmiz yay havası otağa
doldu. Hələ günəş doğmamışdı, buludların ətəyi təzəcə alovlanırdı. Hələ şəfəqlər
təzəcə çıldırlanıb dənizə tökülürdü.
Zabit nəzərlərini üfüqlərdən çəkmirdi. Üfüq nə gözəldir! Üfüq nə qəşəngdir!
Adam bu maviliklərə qartal kimi qanad çalmaq istəyir. Bu gün Zabitin əhvalı daha
yaxşı idi. Sonuncu semestr imtahanlarını da “əla” qiymətlərlə vermişdi. Qarşıda
dövlət imtahanları dururdu. Sonra da əsil həyat başlayacaq. Illərlə əziz
bir şeir kimi
ürəyinin dərinliyində bəslədiyi müəllimlik həyatı...
Zabit Diyallı kənd orta məktəbini bitirəndə yalnız müəllim olmaq haqqında
düşünürdü. ədəbiyyat müəllimiBalaməmməd Ağayev də ona müəllim olmağı
məsləhət görürdü. Çünki Zabit Məmmədov ədəbiyyat dərsindən həmişəyaxşı
qiymətlər alardı. Əslində o, bütün fənnləri yaxşı oxuyurdu. Ədəbiyyata isə xüsusi
həvəs göstərirdi.
O, düşündüyü kimi də etdi. Sənədlərini V.İ.Lenin adına APİ-nin tarix-filoloji
fakültəsinə təqdim etdi. Yüksək bal topladı. Instituta qəbul olundu.
Sonra tələbəlik illəri. Həyəcanlı dəqiqələr...
Zabit Məmmədov institutda yaxşı oxuduğu kimi ictimai işlərdə də fəal
çalışmağa başladı. Əvvəlcə qrup komsomol təşkilatının katibi oldu. Sonra fakültə
bürosunun üzvü seçildi. III kursda oxuyanda onu fakültə komsomol təşkilatının
katibliyinə seçdilər. Yaxşı işləyərək etimadı doğrultdu. Nəhayət institut komsomol
komitəsinin II katibi vəzifəsinə layiq görüldü.
Indi Zabit əlaçılıq təqaüdü alır. Institut komsomolçularına rəhbərlik edir.
Arzusu dövlət imtahanlarını başa vurmaqdır.
O, pəncərədən artıq doğmağa başlayan günəşə baxıb sakitcə pıçıldadı:
- Salam, Günəş. Mən bir neçə gündən sonra dövlət imtahanına gedəcəyəm.
Sonra pəncərədən çəkildi. Yuyunub, geyindi. Mərkəzi küçəyə çıxıb institut
tərəfə addımlayan tələbələrə qarışdı.
Z.Xəlilov,
V.İ.Lenin adına APİ-də
çıxan “Gənc müəllim”
qəzetinin redaktoru.
Ictimai işlər Zabit müəllimi öz müəllimlik fəaliyyətindən bir an da olsa
uzaqlaşdırmır. O 1968-ci ildə APİ-nin Azərbaycan dili və onun tədrisi metodikası
kafedrasında müəllim, 1975-ci ildən baş müəllim. 1986-cı ildən isə dosent
vəzifəsində çalışmışdır. Zabit müəllim eyni zamanda 1974-1976-cı illərdə Bakı
partiya komitəsinin nəznindəki Marksizm-Leninizm universitetini də fərqlənmə