Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə12/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

Kimsə bilməsin  

 

71 


 

XOCALI. 

 

Soyuq qış gecəsi... Ayaqlar yalın, 



Yerdə qar var idi, kəfəndən qalın. 

Gecənin sükutu pozmuşdu halın, 

Bilirdi özündə bir sirr saxlayır, 

Bu gecə bir şəhər qara bağlayır. 

 

Bir belə vəhşilik, qırğın, qan-qada, 



Min ildi olmurdu qoca dünyada. 

Xocalı “üzürdü” qanlı dəryada. 

Qan ilə yuyulan izim ağlayır, 

Dilim topuq vurur, sözüm ağlayır. 

 

Kimlərsə vicdanı satmışdı o gün, 



Kimlərsə kamına çatmışdı o gün. 

Tanrının özü də yatmışdı o gün, 

Yatmasa görərdi dünya çağlayır, 

Xocalı can verir, sinə dağlayır. 

 

İyirmi üç illik dözüm ağlayır, 



Kirpiyim qan süzür, gözüm ağlayır. 

Sönmüş od- ocağım, közüm ağlayır. 

Sinəmdə dağ oldu, qəlbimdə xalım, 

Getdi yer üzündən, getdi Xocalım... 

 

 

 



 

 

 



 


Ramil Mərzili 

 

72 



 

SƏNLƏ BAŞDAŞIM. 

 

Sən yalanl sevdin, mən səni sevdim, 

Sən ondan qopmadın, məndəki səndən. 

Günbəgün böyüyən artan bu sevgim, 

Yalana öyrəşdi səni sevəndən. 

 

Heç nədir yanımda yağan yağışlar, 



Yuyar bu dünyanı, yuyar gözyaşım. 

Bəlkə də yalanı onda bağışlar, 

Üzbəüz qalanda sənlə başdaşım. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Kimsə bilməsin  

 

73 


 

VAR… 

 

Boğulan arzuların, 



Hardasa "yelkəni" var. 

Mənim dərdim yoxduki, 

Dərdlərimin "Mən"i var. 

 

Düzəlmirki, ha deyin, 



Arzular düyün- düyün. 

Sinəm üstə çəkdiyin, 

Dağlarımın "çəni" var. 

 

Bulud yağış gətirə, 



Sığınasan çətirə... 

Qara gündən xatirə, 

Saçlarımın dəni var. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

     


 

 

 



 


Ramil Mərzili 

 

74 



 

YAVAŞ-YAVAŞ… 

 

Ürəyindən qor götürüb, 



Əriyəsən  yavaş- yavaş. 

Ayağını  bu  dünyadan

Sürüyəsən yavaş- yavaş. 

 

Dincə qoyasan  "əkini", 



İtirəsən  öz  çəkini... 

İçindəki qəm yükünü, 

Kürüyəsən yavaş- yavaş. 

 

Hara baxsan quru ehkam, 



Yorulsan dərdinə söykən. 

Ağlayasan möhkəm- möhkəm, 

Kiriyəsən  yavaş- yavaş. 

 

Gələsən öz  nəzərinə, 



"Şeş" də verməyə zərinə. 

Ölümünün  üzərinə, 

Yeriyəsən yavaş- yavaş. 

 

Günah gizlənir  batində, 



Haqq itir insan qatında. 

Köçəsən, torpaq altında, 

Çürüyəsən yavaş- yavaş... 

 

 



 

 

 



 


Kimsə bilməsin  

 

75 


 

BƏZƏN… 

 

Bəzən bir ürəyin hərarətini, 



Başqa bir ürəyə vermək olarmış. 

Bəzən gözlərini yumanda belə, 

Yüz addım uzağı görmək olarmış. 

 

Bəzən ay ürəyim, bu "bəzən"ləri, 



Yığıb bir ümidə sığdırmaq olur. 

Bəzən gözlərini möhkəm sıxmaqla, 

Bir payız  leysanın yağdırmaq olur. 

 

Bəzən bezər insan adamsızlıqdan, 



Baş alıb çəkilər  səssiz otağa. 

Bəzən öz-özünə danışar insan,  

Yorulub qısılar  tənha yatağa.... 

 

Bəzən adını da unudar insan, 



Tək onu, tək onu düşünər ürək. 

Bəzən qadını da unudar insan, 

Darıxdığın sanki qanadsız mələk. 

 

Bəzən qınayarsan özün özünü, 



Əlini başına çırparsan hətta. 

Sən məni "bəzən"siz  sev, ömrüm günüm, 

Kim bilir, sabahı olmam həyatda... 

 

 



 

 

 



 


Ramil Mərzili 

 

76 



 

ÇƏK… 

 

Mən bir siqar çəkim, sən şəklimi çək, 

Mən dərdini  çəkim, sən  həsrətimi. 

Gözlərim  yolunu  çəkib  qurtarsın, 

Çək  məni  içinə  son  nəfəs  kimi... 

 

Mən zülmünü çəkim, sən  adımı çək, 



Dönüb  baxışını  gözümə  əkim. 

Zaman səni məndən almasın deyə, 

Durdurub  saatı  geriyə  çəkim... 

 

Çək məni maqnitin əks qütbütək



Qoyma  ayrı  qalsın  əhdim, ilqarım. 

Yolla  nə  amanın, nə  ahın  varsa, 

Mən onu bir ömür çəkib qurtarım. 

 

 



 

 

 



 

 

      



 

 


Kimsə bilməsin  

 

77 


 

GƏL ÖRT ÜRƏYİMİ … 

 

Xəyalın bu gecə qeybə çəkilib, 



Fikrim zülmətləri yarır, hey yarır. 

Ulduzlardan işıq əmən gözlərim, 

Aydan boylanaraq səni axtarır. 

    


Hara yoxa çıxdın ey mələk üzlüm, 

Gecənin bu dəmi tək qoydun məni. 

Ey gecə kirpiklim, ey bulud gözlüm, 

Axtarmadığım yer qalmadı səni. 

    

Bəlkə də yatmısan yuxularımda, 



Mən oyağam deyə tapmıram səni. 

Sən mənim qəlbimdən beynimə axıb, 

Gözümə salmısan eşqdən pərdəni. 

   


Gəl, yuxusuz gecəm eşqə boyansın, 

İçimə dol gülüm, yorğun nəfəstək. 

Canına, qanına hopdur sevgimi, 

Məni nəfəs kimi içərinə çək ... 

    

Gəl, bu gecə məni tənha buraxma, 



Xəyalını göndər sən gəlməsən də. 

Gəl ört ürəyimi, çox üşüyürəm, 

Hər yarpaq titrəyib, hər meh əsəndə. 

   


Sən gəlki gecə də sübhə qovuşsun, 

Zülmət də ağlayır sənsizlik ilə. 

Kəlmələr uçuşur qulaqlarımda, 

Sevirəm gecəni səssizliyilə... 

 

Zülmət  gecələri  izsizliyilə ……….. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə