Kimsə bilməsin
65
GEDİR.
Gedir ömür karvanım,
Ünvanı gizli gedir.
Qarışıb bir- birinə,
Astarı üzlü gedir.
Sənlə bağlı nə vardı,
Həsrət alıb apardı.
Dilim fəryad qopardı,
Dodağım sözlü gedir.
Ölüm yaman dirçəlib,
Can gəzir qəlib- qəlib.
Küçəmizədək gəlib,
Bu dəfə "bizli" gedir...
Ramil Mərzili
66
DƏRDİN GÖRÜNƏN ÜZÜ.
İndi də həsrətlə çəkir sınağa,
Bilmirmi bu eşqin közüyəm, Allah?!
Bu qədər sitəmə nə gərək vardı,
Mənki bu sitəmin özüyəm, Allah.
Kədərlə baş- başa, qəmlə diz- dizə,
Ürək istəyirəm bunlara dözə,
Acılar yaşanar, görünməz gözə,
Mən dərdin görünən üzüyəm, Allah.
Bir gözü ağlarkən bir gözü gülən,
Həsrəti gizlədib, vüsalı bölən.
Pünhan doğuluban, pünhan da ölən,
İtmiş sevgilərin iziyəm, Allah.
Mənliyi, qüruru əzilənlərin,
Göz yaşı qəlbinə süzülənlərin,
Bu gündən ümidi üzülənlərin,
Sabaha boylanan gözüyəm, Allah.
Mənki bu sitəmin özüyəm, Allah,
İtmiş sevgilərin iziyəm, Allah.
Mən dərdin görünən üzüyəm, Allah,
Sabaha boylanan gözüyəm, Allah...
Kimsə bilməsin
67
GET.
Sənin gəlişindən sonra anladım,
Mən də bir ürəyi daşıyırmışam.
Bu qədər illəri ağrısız qəlblə,
Görəsən bəs necə yaşayırmışam.
Mənki öz qəlbimdən xəbərsiz idim,
Sayəndə tanıdım ürək ağrısın.
Nə sənlə davasız bir günümüz yox,
Nə də sənsiz olmur sözün doğrusu.
Götürüb başımı gedəcəm- dedim,
Dedin- əsas qəlbdir, onu götür, get.
Bax mən bacarmadım, gülüm, barı sən
Mənim dincliyimi mənə gətir, get !!!
Ramil Mərzili
68
İLAHİ...
Məni silmək asandan da asanmış,
Gələn silir, gedən silir, İlahi ...
Əlinə hər “pozan” verdiyin bəndə,
Nədən məni “yazı” bilir, İlahi ?!
Kəsəri də qalmayıbdı sözümün,
Son həddini yaşayıram dözümün.
Ürəyimdən dərdi əmən gözümün,
Biri ağlar, biri gülür, İlahi ...
Yaş ötdükcə duyğularım yuxalıb,
Ürəyimdə qəm oylağı çoxalıb.
Arzuların zirvəsindən yıxılıb,
İçimdə bir ümid ölür, İlahi...
Kimsə bilməsin
69
KƏPƏNƏK QURDU…
Bu gecə bələndi göz yaşlarıma,
Bələndi, donmasın zülmət ayazdan.
Sübhədək gecənin dərd ortağıyam,
Alacaq qoynuna məni birazdan ...
Kədərə hamilə qalacaq gecə,
Sabah bir dərdim də doğular asan.
Təkcə asılmaqla boğulmaz vallah,
Bəzən də içində boğular insan ...
Havadan intihar qoxusu gəlir,
Bir ulduz sürüşdü göyün üzündən.
Yarpaqlar xəfifcə xışıldadıqca,
Ürəyim diksinir ayaq izimdən ...
Ümidim çevrilib dan ulduzuna,
Asılıb gecənin sol yanağından.
Fikirlərim sanki kəpənəkqurdu,
Mənə kəfən biçir dərd yarpağından...
Ramil Mərzili
70
“Q” HƏRFİ…
(Bir əziz dostumla mesajlaşarkən texniki qüsur
olaraq "Q" hərfi getdi təkcə. O, mənə bu hərfin
tək yollandığı yerdə bizim cəmiyyətin yanlış
anladığını yazdı və nəticə etibarı ilə bu şeir ər-
səyə gəldi)...
Q- mənim üçün qardaşdır,
Q- mənim üçün Qarabağ.
Q- mənim üçün qübardı,
İstəsən ürəyimə bax.
Q- mənim üçün qadındır,
Q- mənim üçün qayğılar.
Q- qaynayan qazanımdı,
Q- qızımdakı duyğular.
Q- qaçmaqdı dərdlərimdən,
Q- qovuşmaqdı həsrətə.
Q- son mənzilim, qəbirim,
Q- qələbəmdir möhnətə.
Q- alnımdakı qırışdır,
Q- damarımdan axan qan.
Q- zəhmətə qatlanmağım,
Q- qorxumdur Allahımdan.
Dostları ilə paylaş: |