Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə11/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

Kimsə bilməsin  

 

65 


 

GEDİR. 

 

Gedir ömür karvanım, 



Ünvanı gizli gedir. 

Qarışıb  bir- birinə, 

Astarı üzlü gedir. 

 

Sənlə bağlı nə vardı, 



Həsrət alıb apardı. 

Dilim fəryad qopardı, 

Dodağım sözlü gedir. 

 

Ölüm yaman dirçəlib, 



Can gəzir qəlib- qəlib. 

Küçəmizədək  gəlib, 

Bu dəfə "bizli" gedir... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Ramil Mərzili 

 

66 



 

DƏRDİN GÖRÜNƏN ÜZÜ. 

 

İndi də həsrətlə çəkir sınağa, 



Bilmirmi bu eşqin közüyəm, Allah?! 

Bu qədər sitəmə nə gərək vardı, 

Mənki bu sitəmin özüyəm, Allah. 

 

Kədərlə baş- başa, qəmlə diz- dizə, 



Ürək istəyirəm bunlara dözə

Acılar yaşanar, görünməz gözə, 

Mən dərdin görünən üzüyəm, Allah. 

 

Bir gözü ağlarkən bir gözü gülən



Həsrəti gizlədib, vüsalı bölən. 

Pünhan doğuluban, pünhan da ölən, 

İtmiş sevgilərin iziyəm, Allah. 

 

Mənliyi, qüruru əzilənlərin, 



Göz yaşı qəlbinə süzülənlərin, 

Bu gündən ümidi üzülənlərin, 

Sabaha boylanan gözüyəm, Allah. 

 

Mənki bu sitəmin özüyəm, Allah, 



İtmiş sevgilərin iziyəm, Allah. 

Mən dərdin görünən üzüyəm, Allah, 

Sabaha boylanan gözüyəm, Allah... 

 

 



 

 

 



 


Kimsə bilməsin  

 

67 


 

GET. 

 

Sənin gəlişindən sonra anladım, 



Mən də bir ürəyi daşıyırmışam. 

Bu qədər illəri ağrısız qəlblə, 

Görəsən bəs necə yaşayırmışam. 

 

Mənki öz qəlbimdən xəbərsiz idim, 



Sayəndə tanıdım ürək ağrısın. 

Nə sənlə davasız bir günümüz yox, 

Nə də sənsiz olmur sözün doğrusu. 

 

Götürüb başımı gedəcəm- dedim, 



Dedin- əsas qəlbdir, onu götür, get. 

Bax mən bacarmadım, gülüm, barı sən 

Mənim dincliyimi mənə gətir, get !!! 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                 



 

 


Ramil Mərzili 

 

68 



 

İLAHİ... 

 

Məni silmək asandan da asanmış, 



Gələn silir, gedən silir, İlahi ... 

Əlinə hər  “pozan” verdiyin bəndə, 

Nədən məni “yazı” bilir, İlahi ?! 

 

Kəsəri də qalmayıbdı sözümün, 



Son həddini yaşayıram dözümün. 

Ürəyimdən dərdi əmən gözümün, 

Biri ağlar, biri gülür, İlahi ... 

 

Yaş ötdükcə duyğularım yuxalıb, 



Ürəyimdə qəm oylağı çoxalıb. 

Arzuların zirvəsindən yıxılıb, 

İçimdə bir ümid ölür, İlahi... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Kimsə bilməsin  

 

69 


 

KƏPƏNƏK QURDU… 

 

Bu gecə bələndi göz yaşlarıma, 



Bələndi, donmasın zülmət ayazdan. 

Sübhədək gecənin dərd ortağıyam, 

Alacaq qoynuna məni birazdan ... 

 

Kədərə hamilə  qalacaq gecə, 



Sabah bir dərdim də doğular asan. 

Təkcə asılmaqla boğulmaz vallah, 

Bəzən də içində boğular insan ... 

 

Havadan intihar qoxusu gəlir, 



Bir ulduz sürüşdü göyün üzündən. 

Yarpaqlar xəfifcə xışıldadıqca, 

Ürəyim diksinir ayaq izimdən ... 

 

Ümidim çevrilib dan ulduzuna, 



Asılıb gecənin sol yanağından. 

Fikirlərim sanki kəpənəkqurdu, 

Mənə kəfən biçir dərd yarpağından... 

 

 



 

       

 

 


Ramil Mərzili 

 

70 



 

“Q”  HƏRFİ… 

                                                                                                      

(Bir  əziz  dostumla  mesajlaşarkən  texniki  qüsur 

olaraq "Q" hərfi getdi təkcə. O, mənə bu hərfin 

tək  yollandığı  yerdə  bizim  cəmiyyətin  yanlış 

anladığını yazdı  və nəticə  etibarı ilə bu şeir  ər-

səyə gəldi)... 

 

Q- mənim üçün qardaşdır, 



Q- mənim üçün Qarabağ. 

Q- mənim üçün qübardı, 

     İstəsən ürəyimə bax. 

 

Q- mənim üçün qadındır, 



Q- mənim üçün qayğılar. 

Q- qaynayan qazanımdı, 

Q- qızımdakı duyğular. 

 

Q- qaçmaqdı dərdlərimdən, 



Q- qovuşmaqdı həsrətə. 

Q- son mənzilim, qəbirim, 

Q- qələbəmdir möhnətə. 

 

Q- alnımdakı qırışdır, 



Q- damarımdan axan qan. 

Q- zəhmətə qatlanmağım, 

Q- qorxumdur Allahımdan. 

 

 



               

 

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə