Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə8/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

Kimsə bilməsin  

 

47 


 

GÜNAHKAR  DODAQLAR. 

 

Hökm eləyər hisslərinə, xəfif- xəfif, incə- incə, 

Sənə təslim olmamışdan səni qul eləyər öncə. 

Sanarsanki bir fidandı, ya yeni açılmış qönçə, 

Nə qədər gözəl olurmuş Allah, günahkar 

dodaqlar, 

Ən böyük rəsm əsəridi vallah, günahkar 

dodaqlar. 

 

Danışanda söz səyriyər, kəlmələr saralar, solar, 



Bəzən gözün saatlarca titrəyən dodaqda qalar. 

Ruhunu da incitmədən min dərdə, möhnətə 

salar, 

Toxunduqca səni səndən alar günahkar 



dodaqlar, 

Ömrün boyu yaddaşında qalar günahkar 

dodaqlar. 

 

O dodaqlarda ararsan varlığını, mənliyini, 



O dodaqlarda taparsan şadlığını, şənliyini. 

"Hallandırıb" kəşf edərsən "yerliyini", 

"yönlüyünü", 

Bir baxarsan səcdədəsən, pirdi günahkar 

dodaqlar, 

Ən böyük savablarınla birdi günahkar 

dodaqlar... 

 

 



 

 

 




Ramil Mərzili 

 

48 



 

KƏDƏRİ  GEYİNİB  GƏLDİM. 

 

Atım yerlərə dizimi, 



Toplayım ayaq izimi. 

Yollardan yığım gözümü, 

Baxışlarım tapdanmasın... 

 

Qəm yükünü əyləyirəm, 



Bilmirəmki, neyləyirəm. 

Soyuq sözlər söyləyirəm, 

Dilimdə kəlməm yanmasın... 

 

Neqativdi bütün "testlər", 



Qəlbim ancaq səni istər. 

Mənə elə ürək göstər, 

Qayğılardan usanmasın... 

 

Bağrımın başını dəldim, 



Ruhum öldü, mən dincəldim. 

Kədəri geyinib gəldim, 

Qəm özün "nəsə" sanmasın !!! 

 

 



 

 

 



 

 

 



 

 


Kimsə bilməsin  

 

49 


 

GECƏ OLMAQ İSTƏYƏNİM. 

 

“Gecə olmaq istəyənim”, 



Bəlkə günəşə də baxaq? 

Öz içimizdə dustağıq, 

Bir gün içimizdən çıxaq. 

 

Bu dünyaya başqa gözlə



Başqa təlatümlə baxaq. 

Dönək həsrətli baxışa, 

Gözlərdən könülə axaq. 

 

Bu gecənin ayından da, 



Ulduzundan da bezmişəm. 

Arzularım yerlə birdi, 

Bilmədən əzib keçmişəm. 

 

Gunəşim ol bircə günlük, 



Qızınım sənin istinə. 

Ver saçlarının qoxusun, 

Qoyum bağrımın üstünə. 

 

Öz içimizdə dustağıq , 



Bəlkə içimizdən çıxaq. 

“gecə olmaq istəyənim” 

Bir gün günəşə də baxaq. 

 

 



 

 

 



 


Ramil Mərzili 

 

50 



 

MƏNİ ŞEİR- ŞEİR UNUDAN QADIN. 

 

Məni şeir- şeir unudan Qadın, 



Səni sətir- sətir anıram axı. 

Sənsizlik bağrımı oda bələyib, 

Gecə də, gündüz də, yanıram axı. 

 

Həsrətin nə qədər böyükmüş, Ömrüm, 



Nə yerə sığmayır, nədəki göyə. 

Yolunun üstündə ağaca döndüm, 

Bircə yol səninlə görüşüm deyə... 

 

Ruhum bədənimdə girovdu sanki, 



Günlər aya verir, ay ilə məni. 

Dünyam, hara baxsan məni gör deyə, 

Barı gözlərində dəfn elə məni. 

 

Mənə "mənsizliyə alış" deyirsən, 



O iki kəlmədə nələr var, bilsən... 

Göz yumub ölməkdən daha acıdır, 

Ay gülüm, sən mənim içimdə ölsən. 

 

Sənsizlik bağrımı oda bələyib, 



Gecə də, gündüz də, yanıram axı. 

Məni şeir- şeir unudan Qadın, 

Səni sətir- sətir anıram axı... 

 

 



 

 

 



                  


Kimsə bilməsin  

 

51 


 

PAYIZ… 

 

Yenə  ayrılıqlar  mövsümü  gəlir, 



Yenə qızıl payız, yağan yağışlar. 

Həsrətdən çatılmış qaşların altda 

Yenə dolmuş gözlər, islaq baxışlar. 

 

Susuz torpaqtəki çatlaq qəlbimdə, 



İlahi, bir hiss var, məndən çox  böyük. 

Çəkib aparmağa gücüm də yetmir, 

Mən bu hissə yükəm, bu hiss mənə yük. 

 

Yolumu payızdan salmasın deyə, 



Küsmüşəm mən daha ayaq izimdən. 

Budaqdan tökülən yarpaqlartəki 

Düşür arzularım bir- bir gözümdən. 

 

Bu payız həsrətin sarıb ruhumu, 



Solumdan aşağı, sağdan yuxarı. 

Varmı elə zirvə, ay insafsızım, 

Sinəmə çəkdiyin dağdan yuxarı?! 

 

 



 

 

 



 

 

 



       

 

 




Ramil Mərzili 

 

52 



 

SEVMƏDİNMİ MƏNİ HEÇ? 

 

Dərdim özümdən böyük, altında əzilirəm, 

Buludtəki doluram, gözümdən süzülürəm. 

Sonuncu ümid olub, əlimdən üzülürəm, 

Belə olmamalıydı, 

Ay qəlbimi qıranım !!! 

 

Ömrümüz qovhaqovda, ömrümüz qaçhaqaçda, 



Oğulsansa bu boyda zülmətə işıq saç da. 

Mayası sevgi olsa çiçək də açar daşda. 

Sevmədinmi məni heç, 

Ay qəsdimə duranım ?! 

 

Buydumu sənin sevgin, vurdun məni arxadan, 



Sənin yoxluğun qədər nə var məni qorxudan?! 

Gedimmi, getməyimmi, bezdim sual- 

sorğudan. 

Qərarsızlıq pis şeymiş, 

Ay ruhumu yoranım ! 

 

Kimə inanım Allah, kimə inanım daha, 



Puç olmuş arzuların astarı üzdən baha. 

Sənə arxa söykəyib girdim mən bu günaha. 

Qəlbimki ovcundaydı, 

Kürəyimdən vuranım !.. 

 

 

         



 

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə