Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə16/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   ...   12   13   14   15   16   17   18   19   20

Kimsə bilməsin  

 

97 


 

 

 

 

 

 

 

 

 

DOSTLARIN FİKİRLƏRİ 

 


Ramil Mərzili 

 

98 



 

Vüsalə Süleyman.     

(Şairə, DGTYB üzvü) 

 

Sevgisinə  gedən  yolda 



günahlarını göz yaşlarıy-

la təmizləyib, içindən sö-

külən  baş  daşlarından 

ibarət  məzarlıq  buraxdı 

arxasında. Onun sevgisinin dərinliyinə getdikcə 

daha  çox  Haqqa  pənah  aparırdı  sanki.  Aşiq 

üçün  dünyanın  ən  ağır  dərdidir  sevmək,  sevə-

sən, sonunda hicran olmaya.... 

Onun  gözlərində  öz  yaşamının  ölüm  anını 

tapmışdı, birdə, anlamışdı ki, hər gizli günahın 

“Bacarsan bagışla” deyən yanı var. Üzünün rəs-

mini  gözündən  asmışdı,  güləndə  gözündən 

gülsün deyə...Öləndə QADINI üçün yaşasın de-

yə,  elə  yaşaya-  yaşaya  da  ölürdü.  Sevdiyinin 

gözündən düşmək istəmirdi və bilirdi ki, düşsə, 

onun ürəyində bir məzarlıq yeri var..... 

Yoxlugunda  darıxar,  uzun-uzun  baxdıgı 

yollardan  baxışlarını  yığardı,  tapdanmasın  de-

yə. Ürəyi üşüyərdi, hər yarpaq titrəyib, hər meh 

əsəndə.  Küçələr,  meydanlar,  agaclar,  quşlar  və 

hətta bu şəhərin özü belə, yetim görünərdi göz-

lərinə. Və.. Və əllərindən ətri gələrdi saçlarının, 

sanki ovcunda gizlənibmiş kimi qoxular... 

Qaçardı sevdasına qovuşmaga, təkcə ayaqla-

rı  ilə  deyil,  həm  də  əlləriylə  qaçardı.  Ruhunu, 

varlıgını bir ürəyə büküb qaçardı... 




Kimsə bilməsin  

 

99 


 

Hər  dəfə  də  bir  kəlmə  ilişib  qalardı  sevdasının 

titrək,  günahkar  dodaqlarında,  onunsa  gözün-

də. Günahkar dodaqlar və həsrətli baxışlar..... 

   Hicranın sonu, aşiqin  vüsala yetməsiymiş, 

onu  bağrına  basıb,  saçlarının  ətrini  sinəsinə 

əbədiyyən  çəkməsiymiş.  Amma,  bəzən  bir  də-

qiqənin  dəyəri  bir  ömürün  dəyərinə  bərabər 

olar. Və bir gün ölümün soyuq nəfəsi boynuna 

dolanar sevdanın son nəfəsitək.... 

   Ölümün  yaxınlaşdıgını  görən  Aşiq  sev-

dasını  əyninə  geyindi,  onunla  birlikdə  ölmək 

üçün....."....... 

      Yuxarıdakı  şairin  danışan  misralarıdır, 

mən  sadəcə  ürəkdən,  ruhdan,  qələmdən  topla-

yıb,  yan  yana  düzdüm.  SEVGİNİN  ÖZ  DİLİN-

DƏ DANIŞAN MİSRALAR..... 

   Ramil  Mərzili  sevən  ata,  sevən  oğul  ol-

maqla yanaşı, sözün həqiqi mənasında  həm də 

etibarlı  dost,  dəyərli  insandır.  Həqiqətən,  dost 

dar gündə tanınar. Atalar doğru deyib.... 

  Həddən  artıq  duyğulu,  kövrək,  bəzənsə 

körpə qədər küsəyən və şıltaq... Mən çox şadam  

ki, onu tanıdım, həyatın bəzi düyünlərinə onun 

tərəfindən baxdım və gördüm. Şair olmaq olar, 

amma, hər şairdə ruhla həyatın təması açıq ay-

dın hiss olunmur. Ramil Mərzili yaşaya- yaşaya 

yazan şairdir, yaza- yaza yaşayan şairlərdən de-

yil. Əziz dost, əziz insan. Yaz, yaşa, yaşa ki, ya-

zasan, yazki, yaşadasan.... 

Ədəbiyyatımız,  gözün  aydın,  Cabir  Nov-

ruzla, Ramiz Rövşənlə, Nəriman Həsənzadə ilə 

adı  yanaşı  çəkilə  biləcək  şairlərin  yetişib.  Bu 



Ramil Mərzili 

 

100 



 

gün Ramilin yüzlərlə, minlərlə oxucusu var. Pı-

çıldayan,  kövrələn,  bəzən  nalə  çəkən,  aglayan, 

bəzən  məsum,  bəzən  məhkum  misralarıyla  ya-

şayacaq  ürəklərdə  əbədi.  Daima  belə  qal 

Ramil!!!  

Şeirində SƏN YOXSAN deyirsən, amma sən 

özün daim var ol… 

 

Taleyimi qırmanclayır kor düyün, 



Yaşamıram, gün üstünə gəlir gün. 

Saatların nə önəmi mənimçün, 

Gündüz də var, gecə də var, sən yoxsan… 

 

 



 

 

 



 

 

 



 

   


 

 



Kimsə bilməsin  

 

101 


 

Qılman İman     

(Şair, publisist, 

Prezident təqaüdçüsü, 

AYB üzvü) 

 

Səsin  sözə,  sözün 

şeirə  çevrildiyi  an  təq-

ribən  yoxun  varlığına 

bənzəyir. 

Varlıqla yoxluq arasında Allahın qeyri-insan 

növünə  daxil  olan  şairlərə  əta  etdiyi  bir  varlıq 

da var - həzrəti söz! 

Bu  gözəgörünməz  sözün  ətəyindən  yapışıb 

şeir dünyasına qədəm basan Ramil Mərzili  tək-

cə şeir yazmır, sözü pıçıldaya-pıçıldaya həm də 

ilhamın  qulluğunda  durur.  İlhamın  bol  olsun, 

şair! 

Ramilin  şeirlərinin  bələdçisi  ilhamı  oldu-



ğundan bəzən mətinin hermenevtikası arxa pla-

na keçir. 

Ramilin  şeirlərinin  kodunu  şifrəsini  pozan-

da  təqribən  məndə  belə  bir  təəsurat  yaranır:O, 

şeir  ənənəvi  qaydada  hamı  kimi  kağıza  yaz-

mır, yazmamışdan öncə ürəyində oxuyur. Tale-

yinin  yazısı,  Qədir  Rüstəmovun  "Sona  bülbül-

lər"i kimi... Ona görə də Ramilin şeirlərini oxu-

cuları  poeziya  nümunəsindən  çox,  nəğmə  kimi 

oxuyacaq. 

 

 

 



 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə