Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə18/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   ...   12   13   14   15   16   17   18   19   20

Kimsə bilməsin  

 

107 


 

Qələmi boşuna yormamaq hər şairə nəsib ol-

mur,  xüsusən  də  gənc  qələmdaşlar  arasında. 

Ramilin  qələminin  bu  mənada  bəxti  yavərdir. 

Onun şeirləri incə poetik mətləbi, estetik biçimi, 

ürəyədoğmalığı,  ruhi-mənəvi  çırpıntıların  təh-

təlşüur izahı olmaqla uğurlu yaradıcılıq dilem-

masıdır. Məsələn, son vaxtlar yazdığı “Sən yox-

san”  şeirinə  köklənsək,  asanlıqla  duymaq 

mümkündür  ki,  onun  eşq  təşnəsinin  obyekti, 

eləcə də subyekti öz personalizm formulundan 

çıxıb, artıq qəlbində dolunay bir eşqin "imtaha-

nı"  başlayıb.  Yəni  bu  sevgidə  ünvan  (sən  yox-

san) ruhsallaşıb, insan olmaqdan çıxıb. Əsər ilk 

baxışda  hansısa  qadına  həsr  olunan  sevgi 

şeirinə  bənzəsə  də,  əslində,  əsl  şairanə  şəkildə 

qəlbinin dərinliyindəki ideallaşmış (ilahiləşmiş) 

eşqin  "gilənar  çiçəyi"dir.  Hər  bənddəki  üçüncü 

misra sinkretik şəkildə danışır zatən. Məsələn, 

 

Bu günümün fotosu bu, əzizim,  



Həsrət də var, kədər də var, sən yoxsan. 

*** 


Ürəyimin özəyində yaşayan, 

Nisgil də var, dözüm də var, sən yoxsan. 

*** 

Saatların nə önəmi mənimçün, 



Gündüz də var, gecə də var, sən yoxsan. 

*** 


Üç hissəylə bütövləşir həyatım, 

Yaşam da var, ölüm də var, sən yoxsan... 

 



Ramil Mərzili 

 

108 



 

Qələmdaşımın    bir  parça  da  xarakterini  iz-

har  edim  sizə.  Həmişə  gözlərindən  gülür.  Bu, 

onun  diqqət  mərkəzində  olmaq  ehtirasından 

qaynaqlanır.  Sevilmək  eşqi  var  həddi-hüdudu 

olmayan.  Adam  təpədən  dırnağa  eşqə  aşiqdir. 

Bircə  saat  sevgisiz  yaşasa,  on  il  qocalar  sanki. 

Əbəs  yerə  gilənar  çiçəyi  demirəm  ona.  Qəlbin-

dəki  sevdası  gilənar  çiçəyi  ənbərindədir.  Sev-

dasına  sadiqliyi  də  çiçəyin  bəyazlığından  kod-

laşıb.  Nə  qədər  zarafatcıl  olsa  da,  kişiyanə  bir 

utancaqlığı da var. Məktəbli kimi gözlərinə qə-

dər  qızarır  utananda.  Hələ  də  içində  böyümə-

yən, yarımçıq qalan uşaqlığı yaşayır. Ondandır 

utanmaq  duyğusunu  mühafizə  etməyi.  Bir  də 

tərs və küsəyəndir. Bu da mayalandığı  ocağın, 

yurd yerinin təsiridir. Torpağını itirdiyinə görə  

bir  göynərti  də  var  canında-  sevdiklərini  qoru-

maq, qanadları altında saxlamaq çılğınlığı. Eşqi 

böyük  olanların  qorxusu  da  böyük  olur  misalı. 

Öz diliylə desək, ayaqları altında onu göyə qal-

dıran kədər yatır bir  yığın... 

Bütün  kədərinin,  qəminin  sevgi,  sevinc  ol-

ması diləyilə şeir yolçuluğun mübarək, şair! 

 

 

 



 

 

 



 


Kimsə bilməsin  

 

109 


 

Rüfət Axundlu 

(Şair, AYB, DGTYB 

üzvü, Prezident 

təqaüdçüsü). 

 

Bəzi  insanlar  var 



ki,  bizlərə  yaxın  ol-

salar  da  və  hələ  üstə-

lik  yaradıcı  olsalar  da 

belə,  özlərini  yaxşı 

mənada  təsdiqləməyi 

bacarmayıblar.  Sıradan  biri  kimi  ətrafımızda 

var-gəl etmədədirlər.  

Lakin  bəzi  insanlar  da  var  ki,  özün  də  hiss 

etmədən  gündəlik  həyatına  daxil  olur  və  ən 

önəm kəsb edən şəxslərdən birinə çevirilir. Xü-

lasə, şəxsən mənim üçün, hətta inanıram ki, bir 

çoxları  üçün  dediyim  önəm  kəsb  edən  kəslər-

dəndir Ramil Mərzili. 

  Ramil  Mərzili,  tam  əminliklə  deyə  bilərəm 

ki,  özünə  və  sözünə  güvəniləcək  biridir.  Onun 

insani  keyfiyyətləri  yaradıcılığını,  yaradıcılığı 

isə insani keyfiyyətlərini tamamlayır.  

  İlk  dəfə  Ramillə  Gənc  Ədiblər  Məktəbində 

tanış  oldum.  Və  o  gündən  bəri  bu  tanışlıq  bö-

yük  dostluğa  çevirildi.  Özünü  özümə,  sözünü 

sözümə, ruhunu ruhuma yaxın hiss edirəm Ra-

milin. 


 O, yaradıcılığı müxtəlifliyi və rəngarəngliyi 

ilə  seçilən  qabaqcıl  gənclərdəndir.  Şeirlərində 

özünəməxsusluq,  ruhsallıq  ve  üslub  açıq  şəkil-

də özünü göstərir.  




Ramil Mərzili 

 

110 



 

  Ramil  Mərzili  haqda  çox  fikir  söyləmək 

olar. Lakin hədd deyilən bir amil olduğunu nə-

zərə alıb çox da uzun uzadı yazmaq fikrimdən 

daşındım sadəcə... 

  Həə  əziz  oxucular,  Ramilin  qarşınızdakı 

kitabını  diqqətlə  oxuduqca  mənim  nə  qədər 

haqlı olduğumun şahidi olacaqsınız... 

 

 

 



 

 

 



 

 

 



 

 

 




Kimsə bilməsin  

 

111 


 

Vəfa Mürsəlqızı 

(Şairə, AYB üzvü, 

Prezident təqaüdçüsü, 

Mahmud Kaşğari 

mükafatı lauriyyatı). 

 

Əslində  yazmağın 



ən  çətin  variantı  öz 

hislərini 

yazmaqdır. 

İnsan  öz  içindən  çıxa 

bilsə  dünyanın  dolaşıq  labirintindən  çıxmış 

kimidir. Yazmaq bir az da üşüməkdir. Qələmin 

çırpı,  duyğularının  işə  atəş  olub  səni  isitmək 

məqamına  çatana  qədər  üşümək.  Birini  unut-

dum, yazmaq böyüməkdir. Öz qabığını çatladıb 

özündən  böyük  olmaq.  Ramil  Mərzili  ədəbiy-

yatda  yavaş-yavaş  böyüdü.  Və  elə  bir  an  gəlib 

çatdı  ki,  qabığını  çatlada  bildi.  Ramilin  şeirlə-

rinə ədəbi nöqteyi nəzərdən baxsaq onun yara-

dıcılığı  iki  hissəyə  bölünür.  Dünyanın  gerçək 

üzünü gördüyü  andan  əvvəlki və  sonrakı döv-

rə.  İkinci  dövrdəki  Ramil,  birinci  dövrdəki  Ra-

milin  şeirlərinə  ədəbi  nöqteyi  nəzərdən  gülsə 

də, onlardakı saflığı heyrətlə seyr edir. 

Ramilin şeirləri birdən dəyişdi, birdən fəlsə-

filəşdi və bu dəyişim onu göz önündəcə böyüt-

dü.  Bu  şeirlərin  hər  biri  daxilində  bir  insanın 

özünün  özü  ilə  apardığı  mürəkkəb  polemikanı 

daşıyır.  Qəmə  köklənmiş  şeirlərin  çoxusunda 

gənc adamın bəlkə də dilinə gətirə bilmədikləri 

var. 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə