Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə17/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   ...   12   13   14   15   16   17   18   19   20

Ramil Mərzili 

 

102 



 

Nuranə Nur  (Şairə, 

publisist, Prezident 

təqaüdçüsü, AYB üzvü). 

 

Ramili  sosial  şəbəkədən 



tanımışam.  Salamlarına  an-

caq  eyni  adlı  cavabı  verir-

dim.  Hər  dəfə  belə…  Bir 

dəfə  xahiş  etdi  ki,  şeirlərini 

oxuyum.  Oxudum,  maraq-

landırdı  məni.  Sonra  onu    kitab  təqdimatıma 

dəvət  etdim.  Öz  kitabını  və  səsli  şeirləri  yazıl-

mış diskini hədiyyə gətirib gəlmişdi. Özü dedi-

yi kimi 378 km yol gəlib qayıdandan sonra, mə-

nə  yazdı  ki,  kitab  təqdimatınız  çox  əla  keçdi. 

Mən  soruşdum  “Gəlmişdiniz?”.  Hiss  etdim  ki, 

onu  tanımadığım  üçün  inciyib.  Və  yazdım  ki, 

Bakıya  bir  daha  nə  vaxt  gəlsəniz,  görüşək,  Ya-

zıçılar Birliyində  işləyirəm.  Gəldi, onu Gənclər 

üzrə  katibimiz  Rəşad  Məcidlə  tanış  edib,  Gənc 

Ədiblər  Məktəbinə  Yazılmasını  məsləhət  bil-

dim. Və o gündən Ramil Mərzilinin şeirləri, im-

zası mətbuatda özünü  təsdiq elədi. Məni həmi-

şə  görəndə  bunu  hörmətlə  qeyd  edir.  Bunu 

unutmadığına  görə,  mən  də  ona  təşəkkür  edi-

rəm.  Ramil  Mərzili  gözəl  dost  olmaqla  yanaşı, 

gözəl qələm sahibidi. O, şair adını  sözünün çə-

kisində,  ləyaqətində  daşıyır.  Şeirləri  ruhunun 

səsidir,  ən  yaxşı  oxucusu  elə    xalqıdı.  Ramil 

şeirinin təkcə üzünü yox, astarını da oxucusuna  

göstərir. Ədəbiyyat yeganə sənətdir ki, sən onu 

yox, o səni seçir. Bu düşüncə sənətinin qazancı  



Kimsə bilməsin  

 

103 


 

ancaq  sevgidi.  Bu  sevgini  halal  qazananlar-

dandı  Ramil.  Deyirlər  yalqızlıq  şairlərin  dostu-

du, elədirsə   bunun  nəyi yalqızlıqdı?  Elədirsə, 

bizi birləşdirən yalqızlığa eşq olsun ! 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

   



 

 



Ramil Mərzili 

 

104 



 

Elməddin Nicat   

(Şair, Prezident 

təqaüdçüsü, AYB üzvü).              

 

Ramil  Mərziliylə  bizi 



bir  birinə  bağlayan  bir 

çox  tellər  var.  Bu  bağlılı-

ğın  ən  yadda  qalanı  və  yaddaş  qanadanı  hər 

ikimizin də  vətəndə doğulub  vətəndən  uzaqda 

böyüməyimizdi.  Hər  ikimiz  də  kənddə  doğul-

muşuq  kənd  həyatının  özəlliklərini  tam  qanı-

mıza  hopdura  bilməsək  də  həmişə  evimizdə 

ata-anamızın, nənə-babamızın işğal altında olan 

torpaqlarımızın bəxtəvər çağlarından ağızdolu-

su  danışmaqları  göz  yaddaşımıza  yığdığımız 

kəndi  içimizdə  daha  da  böyütdü,  kutsallaşdır-

dı.  


Ramilin  yaddaşından  həmişə  də  bir  kənd 

keçir  qışda  ağacları  soyunmuş,  yazda  yaylaq-

larında  çadırları  oba-oba  qurulan.  Hə  “çadır” 

dedim  bizim  alnımıza  o  çadırların  şoran  tor-

paqlarda  şəhərçiklərə  çevrilmiş  forması  da  ya-

zıldı. Mahiyyətləri isə tam fərqli... 

Ramil Mərzili bu gün həmyaşıdlarımız için-

də öz həlimliyi və səmimi poetik düşüncələriy-

lə  aydın  görünür.  Ramilin  şeirlərinin  içindəki 

xətt onun xarakterini və düşncəsinin təsviri ifa-

dəsidir.  Lirik  şeirlərinin  içindən  boylanan  ağrı 

acını  elə  ölçüləndirir  ki,  boyuna  biçilmiş  paltar 

kimi yaraşır sözə.  Ramil sevgi şairidir yəni bü-

tün yazdığı şeirləri sevərək yazır.  




Kimsə bilməsin  

 

105 


 

Ramil  mənim  yaddaşımda  həmişə  Dənizkə-

narı  bulvara  baxanda  belə  onun  gözlərininin 

yaddaşına  yığdığı  kəndi  görə  və  görsədə  bilən 

qələm dostum kimi qalıb. 

Ramil  həmişə  bahalı  şərabları  ucuz  adam-

ların  şərəfinə  qaldırıb  sözünün  və  dostlarının 

qədrini bilən qələmdaşımızdır. 

Mən  Ramilə  bu  şərəfli  söz  yolunda  böyük-

böyük uğurlar arzulayıram. 

Məni  Mərziliyə  aparmağı  söz  vermisən, 

unutma ha Ramil!!! 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Ramil Mərzili 

 

106 



 

Rübabə Sahib 

(Tənqidçi, publisist, 

Beynəlxalq təlimçi, 

AYB üzvü, Prezident 

təqaüdçüsü). 

 

 



 

Normalda gilənar çiçəyi deyəndə qız bənizi, 

qadın məlahəti yada düşür. Niyəsə, mənimçün 

həm  də  Mərzili  təxəllüsü  ilə  Ramilin  şair  ürə-

yinin rəngi canlanır. Bəlkə də Ramil mənim qə-

ləm  qardaşım  (qələmdaşım),  mən  də  onun  qə-

ləm  bacısı  olduğumdandır  məhrəm  duyğula-

rım. Adətən 3 qələm qardaşım var. Ramil onla-

rın kiçiyidir. Ona görə bir az dəli-doludur. Evin 

kiçiyi nadincliyi ilə özünü sevdirən olur axı! 

Şairi  tanımağa  nə  var?!  Bircə  sözün,  bircə 

misranın  ucundan  tutub  ən  dərin  ənginliklərə 

baş vurmaq olar. Ramil şeirlərinin, poeziyasının 

prototipidir real yaşamında. Orda necə yazırsa, 

həyatda da eləcədir. Nə az, nə çox. Ona görədir 

misraları güzgülənəndə mütləq hər gözdə özü-

nə bir gözəllik nişanəsi tapmağı.   

 

Qəlbim də dərd anbarı, 



Uçuq, sökük kandarı ... 

Girsən, yavaş ol barı, 

Çatdan  ehtiyyatlı  ol,  sol  küncdə  bir  balaca 

sevinc var, ona sığın... 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə