Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə13/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

Ramil Mərzili 

 

78 



 

GÖZÜMDƏN DÜŞƏRSƏN. 

 

Hər yolda bir azdırma var, 



Hər yuxuda yozdurma var. 

Ürəyimdə " qızdırma" var, 

Qorxuram orda bişərsən. 

 

Ömrüm durnalar köşündə, 



Yaşayıram bu biçimdə. 

Hər damla yaşın içində, 

Bitmə, gözümdən düşərsən. 

 

Qəm sevinci əyləyibki... 



Gözlər yalan söyləyibki. 

Qəlbim sənə neyləyibki, 

Hər gün, hər saat deşirsən. 

 

Yoxmu insafın ay gülüm, 



Yetməzmi bu qədər zülüm. 

Bu gün həyat, sabah ölüm, 

Sanma əbədi bəşərsən. 

 

Mən ölləm, sakitləşərsən... 



 

 

 



      

 

 


Kimsə bilməsin  

 

79 


 

TƏNHA  QADIN. 

 

Sənin adın nədir Qadın? 



Nə doğman var, nə də yadın. 

Dünyaya yalqızmı gəldin, 

Yoxmu anan, ya övladın? 

 

Hanı dərdini bölənin,  



Hanı üzünə gülənin? 

Olmadımı bu günədək 

Nə gedənin, nə gələnin? 

 

Kim yoğurub, yapıb səni? 



Kim itirib, tapıb səni? 

Duyğular məzarlığından, 

Yoxsa kədər qapıb səni? 

 

Sənmisən acımın özü, 



Sənmisən həsrətin üzü? 

Gözlərin dəryadan dərin, 

Kim qurutdu bu dənizi? 

 

Həyat səni yordumu de



Ümidini qırdımı de. 

Bircə gün qapını döyüb, 

Sevinc səni sordumu de? 

 

Qazandınmı bircə "uğur"? 



Qazandınsa çığır, bağır. 

Qovuşdunmu  özləminə? 

Baxma belə fağır-fağır... 

 



Ramil Mərzili 

 

80 



 

Sənki başdan sona qədər, 

Qəm yüküsən məndən betər. 

Gir qoluma gedək Qadın, 

Bu qədər tənhalıq yetər... 

 

 

 



Kimsə bilməsin  

 

81 


 

MÜHARİBƏ  UŞAĞI... 

  

Məni bu dünyaya gətirən anam, 



Söylə nə itirdin, nələri  tapdın ? 

Bir çimdik sevincə həsrət ömrümü

Dərddənmi yoğurdun, qəmdənmi yapdın? 

 

Uşaqlıq görmədim uşaq çağımda, 



Savaş od- alovun saçdı hər yana. 

Başımı mərmidən yana qaçırıb, 

Sənin qucağında gizlədim, ana... 

 

Mən özüm ağrıyam, öz çəkim boyda, 



Hər yanım kədərdi, dərddi, qübardı. 

Ağrını dünyaya gətirmək üçün, 

Başqa bir ağrıya nə gərək vardı ? 

 

Zamansız gəlmişdik dünyaya sanki, 



Dünya bizdən, biz dünyadan xəbərsiz. 

Mənim yaşıdlarım top qovalarkən, 

Topun lüləsiylə oynayardıq biz... 

 

Körpə qəlbimizi sevindirərdi, 



Qarğıdan köhlən at, məftildən maşın. 

Ay ana, sənin o ağıllı balan, 

Bu başsız dünyada itirib başın. 

 

Nə qədər qorxardın biz uşaq ikən, 



Sıyrılan dizimiz batanda qana. 

İndi böyümüşəm, hər yıxılanda, 

Ürəyim qanayır, ürəyim, ana !!! 

 



Ramil Mərzili 

 

82 



 

Yenə də yıxılsam, qanasa dizim, 

Bir məlhəm qoyarsan, tapıb yerini. 

Gəl sarı qəlbimi, sarıya bilsən, 

Unudum dünyanın dərdi- sərini. 

 

Biz savaş görmüşük, savaş oğluyuq, 



Bəs edər bu qədər imtahan, vallah. 

Dərdimdə gizləndim, görmədin məni, 

Bax indi burdayam, burdayam Allah… 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                       

 

 


Kimsə bilməsin  

 

83 


 

YƏNİ… 

 

Qəribə bəxtimiz var, yerlə- göylə əlləşən, 



Vüsalından yan qaçıb, həsrətiylə birləşən. 

Ölümə meydan açıb əzrayılla dilləşən, 

Dünya boyda eşqimiz bitdimi yəni? 

Bitdi... 

 

Ömrümün günəşiydin ,nədən qüruba endin? 



Baxışların lal oldu ,nə danışdın ,nə dindin. 

Deyirdin hara baxsam səni görürəm ,indi, 

Gözlərindən surətim getdimi yəni? 

Getdi... 

 

İçimizdən küləklər əsir,üşüdür bizi, 



Kəsir taqətimizi ,yerə gətirir dizi. 

İşıq surəti alan əlçatmaz hissimizi, 

Ayrılığın yelləri ötdümü yəni? 

Ötdü... 


 

Hər gün səni diləyib ,qurban dedim özümü, 

Boyun əydim qədərə ,qucaqlayıb dizimi. 

Deyəkki, ürəyindən “ qürur “sildi izimi, 

Saçlarından əl izim itdimi yəni? 

İtdi... 


 

 

 



 

 

 



 

 


Ramil Mərzili 

 

84 



 

AXI ... 

 

Hardasan ay sulu gözlüm



Həsrət məni yordu axı. 

Bu ayrılıq, bu  işgəncə, 

Ehh, qəsdimə durdu axı. 

 

Sənki qıymaz idin mənə, 



Nə oldu bəs indi yenə ?! 

Sənsizlik  bir  zəli olub

Damarımı  sordu  axı ... 

 

Qayıt duyğum, qayıt geri, 



Doldur sən olmayan yeri. 

Göz  yaşlarım  inamımı, 

Ümidimi  qırdı  axı ... 

 

Mənim qönçəm, mənim gülüm, 



Nolar, vermə  mənə  zülüm . 

Ya da sənsizlik, ya da ölüm, 

Hər  ikisi  birdi  axı ... 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə