Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə15/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   ...   12   13   14   15   16   17   18   19   20

Kimsə bilməsin  

 

91 


 

SƏNSİZLƏDİM. 

 

Sənsizlədim bu gecə,  

Fikrim göydə dolaşır.  

Ruhum sığmır cismimə,  

İçim çölümdən daşır. 

 

Fikrim, xəyalım yarım.  



Səbrim göylərdə tarım. 

Dünənki arzularım 

Bu gün boyumdan aşır. 

 

Yaman düşdün eynimə,  



Həsrət damır beynimə.  

Səni "geyim" əynimə,  

Bax, ölüm yaxınlaşır... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Ramil Mərzili 

 

92 



 

BİR  BƏNDLİK  ŞEİRLƏR. 

 

Heç vaxt qurumadı fani dünyada, 



Gözümün yaşları, alnımın təri. 

Qəm burulğanını dilə gətirir, 

Kövrək ürəyimin döyüntüləri. 

**** 


Bu necə sevgidir, bu necə eşqdir

Ağlıma gəlməyən başıma gəldi, 

Onu görən kimi bədənim əsir

İlahi, bu duyğu necə gözəldir. 

*** 

Durmadan süzdükcə gözlərimdən yaş, 



Bəzən düşünürəm sevməyəydim kaş. 

Sevənlər bucürmü pərişan olur?! 

Bir günüm cəfasız keçməyir, qardaş. 

*** 


Nə sevinci tapası, 

Nə dərdi atasıyam. 

Dərd məndən törəyibdir

Mən dərdin atasıyam. 

*** 

Bu ağlı, qaralı rəngsiz dünyada, 



Gözlərin qarası, günün ağısan. 

Mən vüsal axtaran qərib yolçuyam, 

Sən hicran dənizi, həsrət dağısan. 

*** 


İçimi çevirsəm çölə bir anlıq, 

Bürüyər dünyanı zülmət qaranlıq. 

O, qədər ağladım, nəhayətində, 

Gözümdən ovcuma düşdü cavanlıq. 

 



Kimsə bilməsin  

 

93 


 

*** 


Bəzi gecə sübhə kimi telefondan asılaraq, 

Xatirələr danışardıq tənhalığa qısılaraq. 

Bircə kəlmə acı sözçün tərk etdiyin həyatımı, 

Gülüm, mən sənə verirəm qələm-qələm, varaq-

varaq. 

*** 


Mən sənin yolunda şam kimi yanıb, 

Pərvanətək sevgin üçün uçacam. 

Hər səhər günəşdən erkən oyanıb, 

Al şəfəqlərimlə səni qucacam… 

*** 

Mən səndə yaşadım eşqi, ay gülüm, 



Bildim eşq odunda qalanmaq nədir. 

Mən indi anladım nə imiş zülüm, 

Sənin yoxluğunla talanmaq nədir. 

*** 


Yuxun şirin olsun ay mələk üzlüm, 

Yuxun şirun olsun, yat bir az daha. 

Sənin xəyalını bu ala gözlün

Daşıyır gecədən nurlu sabaha. 

*** 

Sənə gətirən yollar, 



Bir gün aparacaqmış. 

Sənə uzanan qollar, 

Fəryad qoparacaqmış. 

*** 


Bu qədər əzablar verdin

İncitdimmi mən də səni? 

Al bıçağı, yar sinəmi, 

Özün öldür məndə səni. 

 



Ramil Mərzili 

 

94 



 

*** 


Nə olsun daşıyan mənim ruhumdur, 

Səninçün yaşayır bu bədən, canki. 

Gecələr alışıb- yanan ulduzlar, 

Mənim səpələnmiş dərdimdir sanki. 

*** 

Bu sevginin məzarı sən, daşı mən, 



Bu həsrətin gözləri  sən, yaşı mən. 

Ömrümüzü fəsillərə ayırdıq, 

Yazı, yayı, baharı sən, qışı mən. 

*** 


Fikrimi verdim sənə, 

Bu gecə səndə qalsın. 

Sənə qonaq gələsi, 

Dərdləri yola salsın. 

*** 

Xeyrimə işləyən yalanı belə, 



Mən qalib etmədim doğrularıma. 

Bir ömrün otuz beş ilin yaşadım, 

Söykənib qəlbimin ağrılarına. 

*** 


Elə görüşlər var həsrət qoxuyar, 

Elə görüşlər var dünya boyda yük, 

Ölən sevgilərə məzarlıq olan, 

Elə görüşlər var dünyadan böyük. 

*** 

Saçlarım qaraydı, ağappaq oldu, 



Günlərim ağıydı, qaraya gedir. 

Mənə vermədinmi gəncliyi, Allah, 

Bəs məndən izinsiz haraya gedir?! 

 

 



 


Kimsə bilməsin  

 

95 


 

Bilmədim bu nə işdi, 

Sükut beynimi deşdi. 

Yanımdan güllə keçdi, 

Sənəmi dəydi ömrüm. 

*** 


Gecənin bağrını dəldim, 

Yenə də sönmür atəşim. 

Yuxumu yatırdıb gəldim, 

Gəldim sükutla dərdləşim. 

*** 

Bələyib həsrətə getmisən məni, 



Dörd yanım kədərin sarma- saçağı. 

Qısılıb yatıram böyüməməkçün, 

Bələkdən sonrası dərdin qucağı. 

*** 


Bir nöqtənin gəlişindən qorxaraq, 

Bir nidaya sığınarsan gün olar. 

Bir vergül qəlbini sevindirərkən, 

Bir sual daima cavabsız qalar. 

*** 

Sevgidən nifrətə yol bircə addım, 



Məsafə qısadır, getmək nə çətin. 

Mənim sevgi üçün alışan odum, 

Çevrildi külünə acı nifrətin … 

*** 


Çalış elə sevil, sən elə sev ki, 

Orda ayrılığa olmasın meyl. 

Çünki, dövrümüzdə yaşanan sevgi, 

Adi şərab qədər təsirli deyil… 

 

 



Ramil Mərzili 

 

96 



 

*** 


Səni gözləməyin intizarını, 

Daşıya bilməyir, səbrsiz ürək. 

Keçən dəqiqələr ahu- zarını, 

Yayır  vücuduma, gəlməyin gərək… 

*** 

Deyirsən- qəlbimdə gizlənmisən sən, 



Yalan görməmişəm bu boy- biçimdə. 

Mən sənin qəlbinə sığmaram, gülüm, 

Çünki cahan boyda eşq var içimdə… 

*** 


Hisslər  təmənnalı, dostluqlar  çürük. 

Yada  salmayınca, yada  düşmürük … 

*** 

Bəlkə xatirənlə qol- boyun yatdım, 



Baxıram o oyaq, mənsə mürgülü … 

*** 


Bu sevgidən can qopardı, 

Səndəki daş, məndəki baş. 

*** 

Sevgi yaşamaqdır, unutmaq ölüm, 



Daim sevən ürək bilki, mətindir. 

Sevginin mənası əzabdır, gülüm, 

Unutmaq sevməkdən daha çətindir. 

 

 



 

 

 



 

 

 



 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə