Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə19/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   ...   12   13   14   15   16   17   18   19   20

Ramil Mərzili 

 

112 



 

As məni son ümidimdən

Dola boynuma kəməndi. 

Mən səninəm, sən özgənin, 

Görən o "özgə" kimindi? 

 

İnsan  bu  həyatı  xəyanət  görə-görə  və  xəya-



nət edə-edə dərk edir. Bəlkə də ağrıların ən bö-

yüyünü  yaşadığı  gün  ən  yaxşı  şeirini  yazır. 

Amma təəssüf ki. bu şeirdən qəm qoxusu gəlir. 

 

Ən bahalı şərabın hansıdısa süz, gətir, 



Ən ucuz insanların "şərəfinə" qaldıraq. 

 

Ramil  Mərzilinin  şeirlərində  bənzətmələrə, 



epitetlərə də tez-tez rast gəlinir. 

 

Ordan baxım özümə, 



Kül üfürüm gözümə. 

Rəsmin çəkim üzümə, 

Vurmadığın sillənin ... 

 

 Mən düşünürəm ki. Ramilin yaradıcılığı pik 



həddinə  çatmasa  belə  onun  ruhunda  artıq  bu 

yaradıcılığı mükəmməlləşdirəcək münbit şərait 

var.  Başqa  gənc  yazar  dostlarım  kimi  Ramil 

Mərzilinin    yaradıcılığını  da  ətraflı    təhlilə  laiq 

bilirəm.  Yaradıcılığına  və  şəxsiyyətinə  hörmət 

etdiyim  gənc  yazar  kimi  Ramil  Mərziliyə  yeni 

yaradıcılıq  uğurları  arzu  edirəm.  Kitabının  yo-

lunu səbirsizliklə gözləyirəm. 

 

 



Kimsə bilməsin  

 

113 


 

Zamiq Mehdisoy 

(Şair, publisist) 

 

 



Ramil  Mərzili  haq-

qında  danışmaq  çox 

çətindir  mənim  üçün. 

Çünki adam öz dostu-

nu nə olduğundan ar-

tıq  tərif,  nə  də  ki,  ol-

duğu  kimi  tənqid  edə  bilir.  Ona  görə  də,  onun 

özünə deyil, sözünə münasibət bildirməyi doğ-

ru  hesab  edirəm.  Ramil  sözün  əsl  mənasında 

şairdi. Onun şeirləri öz orijinallığı və deyim tər-

zinə görə öz müasirlərindən yaxşı mənada fərq-

lənir.  Bu  kitabda  toplanan  şeirlərin  hamıısı 

oxunaqlı şeirlərdir; ürəkdən süzülüb gələn, ger-

çək yaşantıları özündə əks etdirən, lirik və ruhu 

tərpədən misralar kifayət qədərdi. İnanıram ki, 

bu kitabı oxuduqdan sonra oxucular da mənim-

lə razılaşacaqlar. 

 

 



 

 

 



 

 

 



 

 

 




Ramil Mərzili 

 

114 



 

Gülnar Səma  

(şairə- filoloq, AYB və 

DGTYB üzvü, 

 Prezident təqaüdçüsü, 

AMEA-nın doktorantı). 

 

 



  “Çatmadığım  arzu-

ların qismət qoydum adı-

nı  mən”-  deyən  qələm 

dostum Ramillə bizi yaradıcılıq birləşdirir, am-

ma  sonralar  eyni  taleyi  paylaşmalı  olduq.  Bu 

eynilik o idi ki, ikimiz də Gənc Ədiblər Məktəbi 

2-nin  məzunu  və  Prezident  təqaüdçüsü  olmaq 

QİSMƏTini  yaşadıq.  Amma  nə  mənim,  nə  də 

Ramilin nə vaxtsa  belə  bir ARZUmuz olmayıb, 

yəqin ki. Kim deyir ki, hər yaşantımız arzuları-

mızın  reallaşmasıdır.  Bəzən  “Susmayın  ağrıla-

rım, Dillənin eee dillənin”- pıçıltıları ilə yaşayı-

rıq.  Bu  şeirdə  o  qədər  axıcılıq  və  ürəyə  yatım-

lılıq  var  ki,  asanlıqla  özününküləşdirə  bilirsən. 

“Kəndir  salın  boynuma,  Yellənin  e,  yellənin...” 

– deyimi sadəcə poetikdir. Bu sadə poetikanın o 

qədər mürəkkəb tərəfləri var ki... Kədər insanın 

boynuna kəndir salarsa, amalı ancaq can almaq 

olar.  Ramil  isə  bu  kəndirdən  ağrılarına  yellən-

cək düzəldir. Hələ bir qılıqlayır ki, yellənin, bəl-

kə,  başınız  qarışdı.  Axı  ağrı  canın  ən  böyük 

zülmkarıdır. Hələ bu ağrılara sənsizlik qoşulan-

da  əsl  işgəncə  başlayır;  “Hardan  biləsənki,  sə-

nin  yoxluğun,  Mənim  varlığıma  xətmdi  sən-




Kimsə bilməsin  

 

115 


 

siz...”  Narahat  olma,  sevimli  dostumuz,  öz  de-

diyin kimi- 

 

Bir həzin xəzan yeli saçına toxunanda, 



Bir həsrətin nəğməsi qəlbində oxunanda, 

Ürəyim qəribsəyib, ovcuna sığınanda, 

Öp gözünün üstə qoy, sonra lap ağlat məni. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Ramil Mərzili 

 

116 



 

Xəlil Adıgözəl  

(Şair-filoloq). 

 

 



Ramil 

Mərzili- 

bu  adı  üstündə  lə-

yaqətlə, 

vicdanla, 

şərəflə  daşıyan  bir 

şəxsiyyət.  

Tanışlığımız 

sosial  şəbəkədə  başlasa  da,  çox  az  bir  zaman 

ərzində  bizi  bir-birimizə  bağlayan  ortaq,  sağ-

lam  bağların  olduğunu  hiss  etdim.  Çağdaş 

ədəbiyyatımızda şeirlərini gördükdə oxumadan 

keçə  bilmədiyim  beş  gənc  şairdən  birinə  çev-

rildi. Özünəməxsus dəsti- xətti, orjinallığı, yeni 

fikir  üzərində  işləməsi,  səmimiyyəti,  qayğıkeş-

liyi... şeirlərinə də təsir etdiyi üçün, məni yara-

dıcılığına  daha  da  valeh  etdi.  Çox  məmnunam 

ki, Ramil kimi bir dostum, həmkarım var. Onun 

gələcəkdə  cəmiyyət  tərəfindən  sevilən  bir  şair 

olacağına  zərrə  qədər  də  şübhə  etmirəm.  Bun-

dan  sonra  həyat  və  yaradıcılığında  uğurlar  ar-

zulayıram. Uğurların bol olsun! 

 

 

 



 

 

 



 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə