Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə57/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   53   54   55   56   57   58   59   60   61

218
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
“Avropa Şurasının siyasi məhbus meyarları
 ilə bağlı bütün üzv dövlətlərə şamil edilə 
biləcək hüquqi sənədi yoxdur”
12.10.2011
  APA. Rəşad Süleymanov
“AŞPA-nın  Hüquq  məsələləri  və  insan  hüquq-
ları  komitəsi  qərara  aldı  ki,  siyasi  məhbus  proble-
mi  tək  Azərbaycanda  deyil,  quruma  üzv  olan  bütün 
dövlətlərdə araşdırılsın”.
AŞPA-nın  Hüquq  məsələləri  və  insan  hüquqla-
rı  komitəsinin  və  Monitorinq  komitəsinin  üzvü,  millət 
vəkili Elxan Süleymanovun APA-ya müsahibəsi
- Avropa Şurasında siyasi məhbus problemi on ildən 
artıqdır ki, gərgin müzakirə obyektinə çevrilib. Sizin 
fikrinizcə, bu nədən qaynaqlanır?
-  Öncə  məsələyə  aydınlıq  gətirmək  üçün  problemin 
yaranma  tarixinə  qısa  nəzər salmaq  lazımdır.  Odur  ki, 
siyasi məhbus problemi ilə bağlı bəzi məqamları xatırlat-
maq istərdim. 2001-ci ildə AŞ baş katibinin sərəncamı ilə 
Ermənistan və Azərbaycanda siyasi məhbusları araşdır-
maq üçün müstəqil ekspertlər qrupu yaradıldı. Müstəqil 
ekspertlər qrupu bunun üçün 5 bənddən ibarət meyar-
ları  özündə  ehtiva  edən  məruzə  hazırlayıb  baş  katibə 
təqdim  etdi,  lakin  bu  məruzə  sonradan  hüquqi  sənəd 
kimi AŞ-nın plenar iclasında təsdiq edilmədi. Yəni 2001-
ci ildən indiyə qədər 10 il ərzində Avropa Şurasının siya-
si məhbus problemi ilə bağlı bütün üzv dövlətlər üçün 
ümumi meyarları olmayıb.
AŞPA  müstəqil  ekspertlər  qrupunun  məruzəsində 
müəyyən  edilmiş  meyarlar  əsasında  2002-ci  ildə 
“Azərbaycanda  siyasi  məhbuslar”  adlı  1272  saylı 
qətnamə qəbul etdi. Qətnamədə siyasi məhbus olmaları 


219
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
ehtimal olunan bir neçə məhbusun (isgəndər Həmidov, 
əlikram Hümbətov, Rəhim Qazıyev və digərləri) cinayət 
işlərinə yenidən baxılması məsələsi müzakirə edilirdi və 
bu sənəddə “siyasi məhbus” anlayışı ilə bağlı heç bir me-
yar öz əksini tapmamışdı. Diqqəti çəkən məqamlardan 
biri də ondan ibarətdir ki, müstəqil ekspertlər qrupunun 
hazırladığı məruzə Ermənistan və Azərbaycana aid olsa 
da, AŞPA tərəfindən Ermənistanla bağlı nə əvvəlcə, nə 
də sonradan analoji qətnamə qəbul edilməyib.
Qeyd  etmək  lazımdır  ki,  müstəqil  ekspertlər  siyasi 
məhbus  meyarlarını  1989-1990-cı  illədə  BMt-nin  mis-
siyasının  Namibiyada  və  sonradan  Beynəlxalq  Qır-
mızı  xaç  komitəsinin  cənubi  Afrika  Respublikasında 
istifadə  etdikləri  prinsiplər  əsasında  hazırlamışdılar. 
Həmin  dövrdə  bu  ölkələrdə  milli  və  irqi  zəmində  si-
lahlı  qarşıdurma  hökm  sürürdü,  onların  cəmiyyətləri 
parçalanmışdı.  lakin  Avropa  Şurasına  üzv  qəbul 
edilən Azərbaycanda və digər üzv dövlətlərdə vəziyyət 
göstərilən Afrika  ölkələrdən  köklü  surətdə  fərqlənirdi, 
onların  cəmiyyətləri  bölünməmişdi.  Ona  görə  də  Av-
ropa  Şurasına  üzv  olan  ölkələri  Afrika  ölkələri  ilə 
müqayisə etmək və həmin meyarları Avropa məkanına, 
Avropa  dövlətlərinə  şamil  etmək  düzgün  sayılmazdı. 
Beləliklə,  müstəqil  ekspertlərin  təklif  etdikləri  meyar-
lar ümumiyyətlə, Avropa Şurası məkanındakı mövcud 
reallıqları əks etdirmirdi. Eyni zamanda, həmin meyar-
lar  konsensus  şəklində  qısa  müddət  ərzində  konkret 
məhbusların  işlərinə  baxılmasını  nəzərdə  tuturdu  və 
müvəqqəti xarakter daşıyırdı.
- Siyasi məhbus problemi ilə bağlı Azərbaycan han-
sı mövqedən çıxış edir?
-  Azərbaycan  inkişaf  etmiş  dünya  birliyinə,  o 
cümlədən Avropa məkanına inteqrasiyanı özünün baş-
lıca  məqsədləri  elan  edib,  Avropa  Şurasının  üzvüdür, 
Avropa  ittifaqı  ilə  müxtəlif  sahələrdə  sıx  əməkdaşlıq 


220
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
edir.  Məhz  bunun  nəticəsidir  ki,  cari  ilin  29-30  sent-
yabrında  Avropa  ittifaqının  varşavada  keçirilən  “Şərq 
tərəfdaşlığı”  sammitində  Azərbaycan  Şərqi  Avropa 
ölkəsi statusu alıb. Ölkəmiz Avropa Şurası çərçivəsində 
siyasi məhbus probleminin obyektiv və qərəzsiz şəkildə 
öz  həllini  tapması  məsələsində  də  ənənələrinə  sadiq 
qalıb.  Azərbaycan  nümayəndə  heyəti  və  Azərbaycan 
hökuməti 2001-ci ildən indiyə qədər ardıcıl olaraq siyasi 
məhbus meyarlarını özündə əks etdirən hüquqi sənədin 
olmadığını bildirib. Azərbaycan tərəfi mövqeyini həmişə 
belə bildirib ki, nə qədər hüquqi sənəd yoxdur, meyar-
lar  müəyyənləşməyib,  bu  məsələnin  aydınlaşdırılması, 
araşdırılması  qeyri-mümkündür.  kimi  siyasi  məhbus 
adlandırmaq olar? Sənəd olmadan bu, baş tuta bilməz. 
AŞ  isə  həmişə  bu  sahədə Azərbaycana  qarşı  ikili  stan-
dartlı  və  qeyri-obyektiv  mövqedə  olub,  quruma  üzv 
olan 47 ölkədən yalnız Azərbaycana məruzəçi təyin edir, 
Azərbaycanı  bu  işdə  günahlandırır  və  Azərbaycanın 
tələblərinə  məhəl  qoymur.  Nəhayət,  Azərbaycan 
nümayəndə  heyəti  və  Azərbaycan  hökumətinin 
təkidlərindən sonra məruzəçi olan Malkolm Bryus 2005-
ci ildə siyasi məhbus probleminin alver xarakteri daşı-
masını  öz  məruzəsində  göstərib  vəzifəsindən  könüllü 
olaraq getdi və bununla da məsələ bağlandı. 
Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli mövqe tu-
tan, həmişə ciddi problemlər axtarmağa cəhd göstərən 
bir  qrup  2008-ci  ildən  başlayaraq  qondarma  siyasi 
məhbus problemini yenidən gündəmə gətirdi. Çox ma-
raqlıdır ki, 2008-ci ildən indiyə qədər ötən 3 il ərzində 9 
dəfə Büroda bu məsələ müzakirə edilib. Hər dəfə bir qrup 
deputat, əsasən də Qərbi Avropa ölkələrini təmsil edən 
deputatlar  Hüquq  məsələləri  komitəsinin  Azərbaycan 
üzrə məruzəçi təyin etməsi ilə bağlı meyarlar olmadan 
siyasi  məhbusu  müəyyənləşdirməyin  qeyri-mümkün-
lüyünü  bildirilən  sənəd  imzalayaraq  Büroya  təqdim 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə