231
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Çünki müstəqilliyimizin əldə olunması bizim üçün o
qədər də asan olmayıb. Müstəqilliyimiz qanımız, ca-
nımız, çoxlu şəhid verməyimiz, torpaqlarımızın işğal
olunması, eləcə də bir milyondan artıq soydaşımızın
yurd-yuvasından didərgin düşməsi bahasına ərsəyə
gəlib. Müstəqilliyimizin yenidən bərpa olunması böyük
bir tarixi məqamdır. 20 illik müstəqilliyimiz dövründə
çox böyük inkişaf yolu keçən Azərbaycan mühüm uğur-
lara imza atıb. Sözün həqiqi mənasında bu 20 il ərzində
Azərbaycan iqtisadi cəhətdən çox böyük inkişaf yolu
keçib. “əsrin kontraktı”nın imzalanması bu uğurlar-
dan biridir. inkişafın bariz nümunələrindən biri yeni
məktəblərin, xəstəxanaların, idman komplekslərinin,
yolların salınmasıdır. inkişafımız və tərəqqimiz göz qa-
bağındadır və artıq bütün dünyanın qapıları üzümüzə
açıqdır. Azərbaycanın müstəqilliyinin bizə çox şey ver-
diyi şübhəsizdir. əgər biz müstəqilliyimizə qədər çox
çətin bir yaşayış tərzi ilə üzləşirdiksə, indi artıq bu, belə
deyil. Bizim gəncliyimiz çox məşəqqətli keçib, lakin indi
müstəqil dövlətimiz sayəsində gənclərimiz daha yaxşı
yaşayır və istənilən xarici ölkədə təhsil almaq imkanı qa-
zanır. Gənclərimiz gün keçdikcə müstəqilliyimizi daha
dərindən dərk edəcək və onun necə şirin nemət olduğu-
nu anlayacaqlar. Fəxr edirəm ki, müstəqilliyimiz cəlal
kərimov kimi gənclərimizə xaricdə təhsil almaq imkanı
yaradır. Hazırda xaricdə təhsil alan tələbələrimiz kifayət
qədərdir, ancaq hesab edirəm ki, həmin gənclərimiz
təhsil aldıqdan sonra vətənə qayıtmalı və dövlətimizə
xidmət etməlidir. Eyni zamanda həmin gənclərin hər
birinin azərbaycanlı qızla evlənməsini tövsiyə edirəm.
Mən cəlal kərimovla bu məqamları nəzərə alan bir
müqavilə imzalamışam. Heç şübhə yox ki, xalqı, milləti
irəli aparan, inkişafına səbəb olan məqam elm və
təhsildir. Məhz buna görə də mən imkan daxilində təhsil
alan gənclərimizə maddi və mənəvi cəhətdən yardımçı
232
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
olmağa çalışıram. Bu gənclərin problemlərinin həlli ilə
məşğul olan zaman buna öz övladlarımın problemi kimi
yanaşıram.
- Elxan müəllim, artıq bir ilə yaxındır ki, millət vəkili
kimi fəaliyyət göstərirsiniz. Bu bir illik fəaliyyətinizi
necə qiymətləndirirsiniz?
- əgər insan səmimi deyilsə, ondan hansısa müsbət
addımlar gözləmək olmaz. Deyərdim ki, deputat-
lıq fəaliyyətimdə beş istiqamət var. Birincisi AvRO-
NESt PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri
kimi fəaliyyətimdir. Bu, birbaşa Avropa Parlamenti ilə
əməkdaşlıq deməkdir. Avropa Parlamenti isə birbaşa Av-
ropanın siyasətini müəyyənləşdirir. ikinci istiqamətim
Avropa Şurasındakı fəaliyyətimlə bağlıdır. Mən Av-
ropa Şurasının ən mühüm komitələrindən olan Moni-
torinq, eləcə də Hüquq və insan Haqları komitəsinin
üzvü kimi fəaliyyət göstərirəm. Bütün bunlarla yanaşı,
həm də Belçika-Azərbaycan parlamentlərarası qrupu-
nun üzvüyəm. Sovet dövründə bütün SSRi-nin paytaxtı
Moskva idi və postsovet ölkələrilə bağlı bütün qərarlar
Moskvada qəbul edilirdi. indi isə bütün Avropanın
paytaxtı Brüsseldir. Hazırda bu şəhərdə Avropa Parla-
menti, Avropa ittifaqı, Avropa komissiyası ilə yanaşı
saysız-hesabsız beynəlxalq təşkilatlar fəaliyyət göstərir.
Demək olar ki, hazırda bir çox siyasi qərarlar Brüssel
şəhərində qəbul edilir. Dördüncü fəaliyyət istiqamətim
seçicilərimdir. Beşinci fəaliyyət istiqamətim isə Milli
Məclisin üzvü kimi qanunların qəbul edilməsində işti-
rak etməkdir. Bütün bu işlərdə üzərimə düşən vəzifələri
nəzərə alsaq, çox gərgin bir fəaliyyətlə məşğul olduğu-
mu söyləmək olar. Heç şübhə yox ki, üzərimə düşən
vəzifələrin hamısı mühüm işlərdir. lakin ötən ilin 15
oktyabr tarixində təbliğat-təşviqat kampaniyasına start
verdiyim zaman bəyan etdim ki, mənim üçün ən vacib
bir amal var: seçicilərim. Mənim üçün ən vacib məqam
233
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
məhz seçicilərimin maraqlarını təmin etmək, onların
problemlərinin həll olunmasında iştirak etməkdir. Ona
görə də, seçicilərimlə olan fəaliyyətimi mən özüm üçün
ən vacib və birinci hesab edirəm.
- Bu qədər mühüm vəzifələrin məsuliyyəti sizin
üzərinizdədir. Bəs bütün bunların fonunda sizin üçün ən
vacib məqamın seçiciləriniz olması nə ilə bağlıdır?
- Düzdür, mənim AvRONESt PA-da, Avropa Şura-
sında və digər məsələlərdə üzərimə mühüm vəzifələr
düşür. AvRONESt PA-da gördüyümüz son işlərdən çox
danışmaq olar.
Bir neçə uğurumuzu qeyd etmək istərdim. Sentyab-
rın 14-15-də mötəbər qurumun sessiyası keçirildi. Si-
yasi məsələlər və demokratiya məsələləri komitəsində
qətnamənin müzakirələri zamanı ermənilər təklif
edirdilər ki, təhlükəsizlik Şurasının, BMt-nin, Avropa
Şurasının, eləcə də Avropa Parlamentinin sərhədlərin po-
zulmaması, ərazi bütövlüyü və suverenlik bəndi pozul-
sun, üstəlik işğal, erməni təcavüzü haqqında maddələr
sənəddə yer almasın. və bütün bunlarla yanaşı böyük
enerji layihələrində şərtsiz iştiraklarının qətnaməyə
salınmasını tələb edirdilər. Eyni zamanda, onlar Şərq
tərəfdaşlığı ölkələri arasında sərhədlərin açılmasına ça-
lışırdılar.
Azərbaycan nümayəndə heyəti bütün bunların qarşı-
sını ala bildik. ən əsas uğurumuz isə AvRONESt PA-
nın 2-5 aprel sessiyasının Bakıda keçirilməsinə nail ol-
mağımız oldu.
Daha bir məsələni qeyd etmək istəyirəm. Avropa
Şurasında siyasi məhbus məsələsi ilə bağı Azərbaycan
hökumətinin və Avropa Şurasında Azərbaycan
nümayəndə heyətinin 10 il ərzində apardığı iş uğurla
nəticələndi. təfərrüatlara varmaq istəmirəm. Amma onu
deyim ki, Avropa Şurasının üzvü olan 47 ölkədən yalnız
Azərbaycan üzrə siyasi məhbus problem üzrə məruzə
234
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
hazırlanırdı. indi isə “Azərbaycanda siyasi məhbus
məsələsinin araşdırılması” adlı məsələnin “Avropa Şu-
rasına üzv dövlətlərdə siyasi məhbus probleminin araş-
dırılması” adlandırılması məqsədəuyğun sayılıb. Artıq
siyasi məhbus problemi tək Azərbaycanda deyil, quru-
ma üzv olan bütün dövlətlərdə araşdırılacaq.
Bu böyük uğurda insan Haqları komitəsinin üzvü
kimi mənim də kiçik də olsa fəaliyyətim olmuşdur.
Ancaq bir gerçəklik var. Məni Milli Məclisə seçən,
millət vəkili kimi mühüm bir statusu mənə qazandıran
məhz seçicilərimdir. təbii ki, bütün bunlara görə mən
seçicilərimin qarşısında öhdəlik götürmüşəm. Seçicilərin
seçkiyə gəlməyə qətiyyən həvəsi və marağı yox idi. Seç-
ki kampaniyam dövründə seçicilərimlə 47 görüş keçir-
dim. əgər ilk görüşlərimə 100-200 nəfər qatılırdısa, son
görüşlərimin hər birində iştirak edən seçicilərin sayı
1000-1500-ə qədər yüksəldi. Bütün bunlar isə mənim
onlardan biri olduğumu, seçicilərimin vəkili, elçisi ol-
duğumu onları inandırmağımın nəticəsi idi. Məhz bü-
tün bunlara görə deputatlıq fəaliyyətimdə mənim üçün
ən önəmli və ilk yeri seçicilərim tutur. Seçicilər mənim
həyatımda yaşayır. Mən seçicilərimlə nəfəs alıram. On-
ların problemlərini həll edə bilməyəndə əziyyət çəkir
və bu zaman vicdanımı mühakimə edirəm. Ona görə
ki, axı təşviqat kampaniyamda onlara problemlərini
həll edəcəyimə söz verdim, amma onların ictimai
xidmət problemlərini həyata keçirməkdə bi sıra bürok-
ratik maneələri dağıda bilmirəm. inkişaf etmiş bütün
ölkələrdə deputatın amalı seçicilərin problemlərinin
həllinə yardımçı olmaq, onların həyatında yaşamaqdan
ibarətdir. Məsələn, Fransada millət vəkili istədiyi vaxt
seçicilərinin problemi ilə bağlı birbaşa nazirlə telefon
bağlantısını yarada bilir. Almaniyada və digər Avropa
ölkələrində deputat sorğusuna nazirlər 3-15 gün ara-
sında cavab verir. Bizdə isə fərqli durum var. tutaq ki
235
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
deputat sorğusuna ümumiyyətlə cavab verilməməsi adi
haldır. lakin bütün bunların müqabilində seçicilərimin
problemlərinin həll olunmasında az da olsa, iştirakdan
və onların yanında olmaqdan çox xoşbəxtəm.
- Seçicilərin problemlərinin həllində yaxından işti-
rak etməyiniz bizə sirr deyil. Ümumiyyətlə, bütün bu
bəlli çətinliklərə baxmayaraq, seçicilərin problemlərinin
həllində iştirakınızdan məmnunsuz?
- Sözün həqiqi mənasında seçicilərimin çoxlu
problemləri var və onları həll etmək o qədər də asan
deyil. Bu problemləri həll etmək bir ayın, bir ilin işi de-
yil. Bacardığım qədər seçicilərimin problemlərini həll
etməyə çalışıram. Seçki kampaniyam dövründə demişəm
ki, mənim üçün seçicilərimin qarşısında dörd müqəddəs
vəzifə var: öhdəlik, borc, şərəf və ölkə. Buna görə də on-
ların həllinə qadir olduğum hər bir probleminin həllində
iştirak etməyə çalışıram. Hər zaman seçicilərimin yanın-
dayam və bundan zövq alıram. Ümumiyyətlə gördü-
yüm işlərlə saytımda (www.elkhan-suleymanov.az) ta-
nış ola bilərsiniz. Ancaq üzərimə düşən xarici fəaliyyətlə
müqayisədə seçicilərimin problemlərinin həllində işti-
rakımdan məmnun deyiləm. Çünki xarici fəaliyyətimdə
müstəqiləm,
ölkəmin
maraqlarını
beynəlxalq
təşkilatlarda müdafiə etmək vətəndaşlıq borcumdur. Bu,
öz idrakımdan asılı olduğundan problemlərim yoxdur.
Seçicilərimin problemlərinin həlli isə müvafiq struktur-
ların məmurlarından asılıdır.
Məlum olduğu kimi, Belçikada Mirzə ələkbər Sabirin
heykəlinin qoyulmasını artıq razılaşdırmışıq. Bu sahədə
iş aparırıq və yaxın vaxtlarda sözügedən məsələni ye-
kunlaşdıracağıq. Hesab edirəm ki, Belçikada Mirzə
ələkbər Sabirin heykəlinin qoyulması mühüm mühüm
tarixi məqamdır. Bu, Azərbaycan üçün əbədiyyətdir. Sa-
birin heykəlinin Belçikada qoyulması şamaxılılar üçün
mənəvi yüksəliş olsa da seçicilərimin ictimai problemləri
236
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
onlar üçün çox vacibdir.
Problemlərə gəlincə Şamaxının bir sıra ciddi
problemləri var. Belə ki, rayonun 59 kəndinin 58-də su
problemi var. Həmçinin Şamaxıda yol, qaz, işıq, eləcə
də mədəniyyət müəssisələri və məktəblərdə problemlər
aşıb-daşır. Misal üçün, Avaxlı kəndində müasir məktəb
tikilib, lakin onun istilik sistemi yoxdur. Bir ildir ki,
bu problemin həllinə çalışırıq, amma hələ ki, bununla
bağlı müsbət nəticə əldə edə bilməmişik. 8 min əhalisi
olan Göylər kəndində sovet vaxtı 80 çarpayılıq yax-
şı bir xəstəxanası vardı. indi biz onu təmir etdirmək
istəyirik. Mədrəsə qəsəbəsindən ermənilər çıxıb getdiyi
zaman su xətlərini tamamilə bərbad vəziyyətə salıblar.
20 ildən artıqdır ki, böyük bir qəsəbə olan Mədrəsədə
su problemi həll olunmur. Bununla bağlı da aidiyyəti
qurumlara müraciətlər etmişəm. Həmin qəsəbədə işıq
problemi də var. Hesab edirəm ki, gördüyüm işlər
seçicilərimin bu kimi problemləri qarşısında kiçikdir.
Fikrimcə, Azərbaycan millət vəkillərinin Avropa depu-
tatları ilə müqayisədə çətin iş rejimi var. Bunun başlıca
səbəbi odur ki, Avropada deputata aidiyyəti qurumlar
tərəfindən daha artıq dəstək verilir.
- Belçikada Mirzə Ələkbər Sabirin heykəlinin qoyul-
ması ideyası haradan yarandı?
- Fikrimcə, milləti, xalqı yaşadan onun ədibləri,
xadimləri və görkəmli şəxsiyyətləri, mədəniyyətidir.
Azərbaycanın böyük şəxsiyyətlərinə qiymət vermək hər
birimizin müqəddəs borcudur.
Heykəl qoymaq ideyası tamamilə öz ideyamdır. Bu
ideyanı həyata keçirməklə heç olmasa seçicilərimə olan
çoxsaylı borclarımdan birini qaytarmış oluram. Belə
bir addım atmağı özümə şərəf bilirəm. Bununla həm
də Şamaxının millət vəkili kimi bu rayona olan borcu-
mu verirəm. Sabirin böyük ideyalarının təbliği üçün bu
məqamı özüm və Azərbaycan üçün tarixi bir əlamət he-
237
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
sab edirəm. O, sovet dövründə də böyük şair idi, indi
də. Deyərdim ki, əvəzsiz şair olan Sabir bütün dövrlərin
mütəfəkkiridir.
- Bir neçə ay öncə Qarabağ müharibəsi veteranının
oğlu üçün möhtəşəm toy təşkil etdiniz. Ona mənzil inşa
edəcəyinizi də söz vermişdiniz. Hazırda bu məsələ nə
yerdədir?
- Artıq həmin gəncin 3 otaqlı evi hazırdır və ava-
danlıqları da sifariş etmişəm. 3-4 noyabrda Belçika-
Azərbaycan dostluq qrupunun rəhbəri cənab Blanşarla
müqəddəs Qurban bayramı ərəfəsində gənclərə mənzili
təhvil verəcəyəm. Bu təntənənin noyabrın birin-
ci həftəsində baş tutması mənim həyatımda silinməz
hadisədir. Çünki 7 noyabrda mənim deputat mandatı
almağım barədə seçicilərim qərar veriblər. Qarabağ uğ-
runda döyüşmüş Mərdan kişinin övladına verdiyim bu
töhfəni -3 otaqlı evi unudulmuş köhnə borclardan biri
kimi qiymətləndirirəm. Bu iş mənim ürəyimin qidasıdır.
Bu gözəl diyarın arif insanlarına xidmət göstərməkdən
fəxr və qürur hissi duyuram və onlara olan böyük
sevgimə görə mən öz imzamı belə yazıram: Şamaxının
millət vəkili Elxan Süleymanov.
238
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxının millət vəkili,
AVRONEST Parlament Assambleyasında
Azərbaycan nümayəndə heyətinin rəhbəri,
Avropa Şurası Parlament Assambleyasının
üzvü Elxan Süleymanovun 1 illik
fəaliyyəti haqqında
Hesabat
(30 noyabr 2010 - 30 noyabr 2011)
11.12.2011
Seçici müraciətləri
www.elkhan-suleymanov.az
Şamaxının millət vəkilinin ünvanına 1 il ərzində
yüzlərlə müxtəlif xarakterli seçici məktubları, ərizə və
şikayətlər daxil olmuşdur. 2010-cu il noyabr ayının 30-dan
2011-ci il noyabrın 30-dək olan dövr ərzində ümumilikdə
856 yazılı müraciət edilmişdir. Həmin müraciətlərdən
225 müraciət sosial problemlər, 278 müraciət iqtisadi
problemlər, 353 müraciət isə maddı yardım istəyi də daxil
olmaqla digər problemlərlə əlaqədar olmuşdur.
təbii ki, seçicilər həm də şifahi müraciətlər etmişlər.
Yenə də hesabat dövrü olan 30 noyabr 2010 - 30 noyabr
2011-ci il ərzində 452 şifahi müraciət edilmişdir ki, öz
növbəsində həmin müraciətlərin də 98-i sosial problemlər,
165 müraciət iqtisadi problemlər, 189 müraciət isə digər
ptoblemlərlə əlaqədar edilmişdir.
Daxil olmuş bütün müraciətlər diqqətlə araşdırılmış
və hər biri barədə müvafiq tədbirlər görülmüşdür. Belə
ki, 169 ərizə ilə əlaqədar aidiyyəti üzrə müvafiq orqanlara
sorğu ilə müraciət olunmuşdur ki, həmin müraciətlərin
15-i hazırda icra olunmaq ərəfəsindədir, qalan 164
239
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
müraciət isə aidiyyatı üzrə orqanlardadır və nəticəsi
barədə hələlik cavab verilməyib.
vətəndaşlar tərəfindən edilmiş 156 müraciət hüquq
normaları ilə müəyyən edilməyən hallara dair olduğu
səbəbindən əsassız sayılmış və bu barədə müraciət etmiş
şəxslərə müvafiq izahat verilmişdir.
Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Milli
Məclisdə 1 təklif verilmişdir.
Ötən dövr ərzində seçicilər tərəfindən edilmiş 22
müraciət müsbət həll olunmuşdur. Müsbət həllini tapmış
problemlər aşağıdakılardır:
1. Şamaxı şəhəri, Sabir qəsəbə sakini Rahim Musayevə
məxsus zəbt olunmuş torpaq sahəsi qanunvericiliyə mü-
vafiq olaraq geri alınaraq vətəndaşın istifadəsinə veril-
mişdir;
2. Şamaxı şəhəri, Sabir qəsəbə sakini Şıxıyev əvəz Şıxı
oğluna məxsus torpaq sahəsinə qanunvericiliyə müvafiq
olaraq Şəhadətnamə alınmasında yardım göstərilmişdir;
3. Şamaxı şəhəri, Göylər kənd sakini Fizuli Həsənova
ona məxsus həyətyanı sahəyə qanunvericiliyə müvafiq
olaraq Şəhadətnamə alınmasında yardım göstərilmişdir;
4. Şamaxı şəhər sakini Mələk Dəmirovaya qaz sayğacı
ilə bağlı probleminin həllində köməklik göstərilmişdir;
5. Məlhəm kənd sakini Səidə Mahmudovanın iki
məktəbyaşlı oğlu məktəbli forması və lazımi dərs
vəsaitləri ilə təmin edilmişdir;
6. Şamaxı şəhər sakini Rizvan Mayılova əməliyyat
olunması üçün maddi yardım edilmişdir;
7. Muğanlı qəsəbə sakini Qahir Fətəliyevin mağazası-
nın qarşısında hasar çəkilməsi ilə əlaqədar mövcud prob-
lem həll olunmuşdur;
8. Göylər kənd sakini, 2-ci qrup əlil Daşqın Niftalıyev
səhhətinin bərpa olunması məqsədi ilə rentgen və həkim
müayinəsindən keçirilmiş, onun xaricdə müalicə olun-
ması üçün müvafiq orqanlara müraciət edilmişdir;
240
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
9. Çuxuryurd kənd sakini Elçin Şıxəliyev millət
vəkilinin dəstəyi ilə Moskva şəhərinə ixtisaslı tibb
müəssisəsinə müalicəyə göndərilmişdir;
10. Qaravəlli kənd sakini Ağagül Zülfüqarov əlil ara-
bası ilə təmin edilmişdir;
11. Şamaxı şəhər sakini Aysun Axundovanın yaşayış
evinin dam örtüyünün bərpa olunması üçün yardım edil-
mişdir;
12. Mədrəsə qəsəbəsi də daxil olmaqla rayonun bir
neçə kəndinə evlərin dam örtüklərinin bərpası üçün şifer
verilmişdir;
13. Mədrəsə qəsəbə məscidinə 3 ədəd kondisioner ve-
rilmişdir və s.
Seçicilərlə görüşlər
Ötən dövr ərzində 14 dəfə seçicilərlə, o cümlədən
29.12.2010 və 30.12.2010 tarixlərində yeni il münasibətilə
Şamaxı seçiciləri ilə, 17.02.2011-ci il tarixində Şamaxı
şəhərində yerləşən texnikum və kolleclərin müəllim və
tələbə kollektivləri ilə, 07.03.2011-ci il tarixində Qəhrəman
və çoxuşaqlı analarla, 07.05.2011-ci il tarixində müharibə
veteranları ilə görüşlər keçirilmiş və seçicilərin təklif və
problemləri dinlənilmişdir.
Ümumiyyətlə isə 25 dəfə Şamaxı seçiciləri ilə kütləvi
görüşlər, həmçinin mətbuat konfransı və brifinq keçiril-
mişdir. O cümlədən:
- 14.03.2011-ci il tarixində Şamaxı şəhərində “Şamaxı
soyqırımı (1918-ci il)” mövzusunda beynəlxalq elmi -
praktik konfrans keçirilmiş və eyni adlı kitabın təqdimat
mərasimi olmuşdur. tədbirdə Almaniya Parlamentinin
millət vəkili və Avropa Şurası Parlament Assambleyası-
nın üzvü (2005-2009), professor Haqqı kəskin, AŞPA-nın
fəxri deputatı, Qərbi Avropa ittifaqı Assambleyasının
Dostları ilə paylaş: |