Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə61/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   53   54   55   56   57   58   59   60   61

231
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Çünki  müstəqilliyimizin  əldə  olunması  bizim  üçün  o 
qədər  də  asan  olmayıb.  Müstəqilliyimiz  qanımız,  ca-
nımız,  çoxlu  şəhid  verməyimiz,  torpaqlarımızın  işğal 
olunması,  eləcə  də  bir  milyondan  artıq  soydaşımızın 
yurd-yuvasından  didərgin  düşməsi  bahasına  ərsəyə 
gəlib. Müstəqilliyimizin yenidən bərpa olunması böyük 
bir  tarixi  məqamdır.  20  illik  müstəqilliyimiz  dövründə 
çox böyük inkişaf yolu keçən Azərbaycan mühüm uğur-
lara imza atıb. Sözün həqiqi mənasında bu 20 il ərzində 
Azərbaycan  iqtisadi  cəhətdən  çox  böyük  inkişaf  yolu 
keçib.  “əsrin  kontraktı”nın  imzalanması  bu  uğurlar-
dan  biridir.  inkişafın  bariz  nümunələrindən  biri  yeni 
məktəblərin,  xəstəxanaların,  idman  komplekslərinin, 
yolların salınmasıdır. inkişafımız və tərəqqimiz göz qa-
bağındadır və artıq bütün dünyanın qapıları üzümüzə 
açıqdır. Azərbaycanın müstəqilliyinin bizə çox şey ver-
diyi  şübhəsizdir.  əgər  biz  müstəqilliyimizə  qədər  çox 
çətin bir yaşayış tərzi ilə üzləşirdiksə, indi artıq bu, belə 
deyil. Bizim gəncliyimiz çox məşəqqətli keçib, lakin indi 
müstəqil  dövlətimiz  sayəsində  gənclərimiz  daha  yaxşı 
yaşayır və istənilən xarici ölkədə təhsil almaq imkanı qa-
zanır. Gənclərimiz gün keçdikcə müstəqilliyimizi daha 
dərindən dərk edəcək və onun necə şirin nemət olduğu-
nu  anlayacaqlar.  Fəxr  edirəm  ki,  müstəqilliyimiz  cəlal 
kərimov kimi gənclərimizə xaricdə təhsil almaq imkanı 
yaradır. Hazırda xaricdə təhsil alan tələbələrimiz kifayət 
qədərdir,  ancaq  hesab  edirəm  ki,  həmin  gənclərimiz 
təhsil  aldıqdan  sonra  vətənə  qayıtmalı  və  dövlətimizə 
xidmət  etməlidir.  Eyni  zamanda  həmin  gənclərin  hər 
birinin  azərbaycanlı  qızla  evlənməsini  tövsiyə  edirəm. 
Mən  cəlal  kərimovla  bu  məqamları  nəzərə  alan  bir 
müqavilə imzalamışam. Heç şübhə yox ki, xalqı, milləti 
irəli  aparan,  inkişafına  səbəb  olan  məqam  elm  və 
təhsildir. Məhz buna görə də mən imkan daxilində təhsil 
alan gənclərimizə maddi və mənəvi cəhətdən yardımçı 


232
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
olmağa çalışıram. Bu gənclərin problemlərinin həlli ilə 
məşğul olan zaman buna öz övladlarımın problemi kimi 
yanaşıram. 
- Elxan müəllim, artıq bir ilə yaxındır ki, millət vəkili 
kimi  fəaliyyət  göstərirsiniz.  Bu  bir  illik  fəaliyyətinizi 
necə qiymətləndirirsiniz?
- əgər insan səmimi deyilsə, ondan hansısa müsbət 
addımlar  gözləmək  olmaz.  Deyərdim  ki,  deputat-
lıq  fəaliyyətimdə  beş  istiqamət  var.  Birincisi  AvRO-
NESt PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri 
kimi  fəaliyyətimdir.  Bu,  birbaşa Avropa  Parlamenti  ilə 
əməkdaşlıq deməkdir. Avropa Parlamenti isə birbaşa Av-
ropanın  siyasətini  müəyyənləşdirir.  ikinci  istiqamətim 
Avropa  Şurasındakı  fəaliyyətimlə  bağlıdır.  Mən  Av-
ropa  Şurasının  ən  mühüm  komitələrindən  olan  Moni-
torinq,  eləcə  də  Hüquq  və  insan  Haqları  komitəsinin 
üzvü kimi fəaliyyət göstərirəm. Bütün bunlarla yanaşı, 
həm  də  Belçika-Azərbaycan  parlamentlərarası  qrupu-
nun üzvüyəm. Sovet dövründə bütün SSRi-nin paytaxtı 
Moskva idi və postsovet ölkələrilə bağlı bütün qərarlar 
Moskvada  qəbul  edilirdi.  indi  isə  bütün  Avropanın 
paytaxtı  Brüsseldir.  Hazırda  bu  şəhərdə Avropa  Parla-
menti,  Avropa  ittifaqı,  Avropa  komissiyası  ilə  yanaşı 
saysız-hesabsız beynəlxalq təşkilatlar fəaliyyət göstərir. 
Demək  olar  ki,  hazırda  bir  çox  siyasi  qərarlar  Brüssel 
şəhərində qəbul edilir. Dördüncü fəaliyyət istiqamətim 
seçicilərimdir.  Beşinci  fəaliyyət  istiqamətim  isə  Milli 
Məclisin üzvü kimi qanunların qəbul edilməsində işti-
rak etməkdir. Bütün bu işlərdə üzərimə düşən vəzifələri 
nəzərə alsaq, çox gərgin bir fəaliyyətlə məşğul olduğu-
mu  söyləmək  olar.  Heç  şübhə  yox  ki,  üzərimə  düşən 
vəzifələrin  hamısı  mühüm  işlərdir.  lakin  ötən  ilin  15 
oktyabr  tarixində  təbliğat-təşviqat  kampaniyasına  start 
verdiyim zaman bəyan etdim ki, mənim üçün ən vacib 
bir amal var: seçicilərim. Mənim üçün ən vacib məqam 


233
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
məhz  seçicilərimin  maraqlarını  təmin  etmək,  onların 
problemlərinin həll olunmasında iştirak etməkdir. Ona 
görə də, seçicilərimlə olan fəaliyyətimi mən özüm üçün 
ən vacib və birinci hesab edirəm.
-  Bu  qədər  mühüm  vəzifələrin  məsuliyyəti  sizin 
üzərinizdədir. Bəs bütün bunların fonunda sizin üçün ən 
vacib məqamın seçiciləriniz olması nə ilə bağlıdır? 
-  Düzdür,  mənim AvRONESt  PA-da, Avropa  Şura-
sında  və  digər  məsələlərdə  üzərimə  mühüm  vəzifələr 
düşür. AvRONESt PA-da gördüyümüz son işlərdən çox 
danışmaq olar.
Bir neçə uğurumuzu qeyd etmək istərdim. Sentyab-
rın  14-15-də  mötəbər  qurumun  sessiyası  keçirildi.  Si-
yasi  məsələlər  və  demokratiya  məsələləri  komitəsində 
qətnamənin  müzakirələri  zamanı  ermənilər  təklif 
edirdilər  ki,  təhlükəsizlik  Şurasının,  BMt-nin, Avropa 
Şurasının, eləcə də Avropa Parlamentinin sərhədlərin po-
zulmaması, ərazi bütövlüyü və suverenlik bəndi pozul-
sun, üstəlik işğal, erməni təcavüzü haqqında maddələr 
sənəddə  yer  almasın.  və  bütün  bunlarla  yanaşı  böyük 
enerji  layihələrində  şərtsiz  iştiraklarının  qətnaməyə 
salınmasını  tələb  edirdilər.  Eyni  zamanda,  onlar  Şərq 
tərəfdaşlığı ölkələri arasında sərhədlərin açılmasına ça-
lışırdılar.
Azərbaycan nümayəndə heyəti bütün bunların qarşı-
sını ala bildik. ən əsas uğurumuz isə AvRONESt PA-
nın  2-5  aprel  sessiyasının  Bakıda  keçirilməsinə  nail  ol-
mağımız oldu.
Daha  bir  məsələni  qeyd  etmək  istəyirəm.  Avropa 
Şurasında  siyasi  məhbus  məsələsi  ilə  bağı Azərbaycan 
hökumətinin  və  Avropa  Şurasında  Azərbaycan 
nümayəndə  heyətinin  10  il  ərzində  apardığı  iş  uğurla 
nəticələndi. təfərrüatlara varmaq istəmirəm. Amma onu 
deyim ki, Avropa Şurasının üzvü olan 47 ölkədən yalnız 
Azərbaycan  üzrə  siyasi  məhbus  problem  üzrə  məruzə 


234
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
hazırlanırdı.  indi  isə  “Azərbaycanda  siyasi  məhbus 
məsələsinin  araşdırılması”  adlı  məsələnin  “Avropa  Şu-
rasına üzv dövlətlərdə siyasi məhbus probleminin araş-
dırılması”  adlandırılması  məqsədəuyğun  sayılıb. Artıq 
siyasi məhbus problemi tək Azərbaycanda deyil, quru-
ma üzv olan bütün dövlətlərdə araşdırılacaq.
Bu  böyük  uğurda  insan  Haqları  komitəsinin  üzvü 
kimi mənim də kiçik də olsa fəaliyyətim olmuşdur.
Ancaq  bir  gerçəklik  var.  Məni  Milli  Məclisə  seçən, 
millət vəkili kimi mühüm bir statusu mənə qazandıran 
məhz  seçicilərimdir.  təbii  ki,  bütün  bunlara  görə  mən 
seçicilərimin qarşısında öhdəlik götürmüşəm. Seçicilərin 
seçkiyə gəlməyə qətiyyən həvəsi və marağı yox idi. Seç-
ki kampaniyam dövründə seçicilərimlə 47 görüş keçir-
dim. əgər ilk görüşlərimə 100-200 nəfər qatılırdısa, son 
görüşlərimin  hər  birində  iştirak  edən  seçicilərin  sayı 
1000-1500-ə  qədər  yüksəldi.  Bütün  bunlar  isə  mənim 
onlardan  biri  olduğumu,  seçicilərimin  vəkili,  elçisi  ol-
duğumu  onları  inandırmağımın  nəticəsi  idi.  Məhz  bü-
tün bunlara görə deputatlıq fəaliyyətimdə mənim üçün 
ən önəmli və ilk yeri seçicilərim tutur. Seçicilər mənim 
həyatımda yaşayır. Mən seçicilərimlə nəfəs alıram. On-
ların  problemlərini  həll  edə  bilməyəndə  əziyyət  çəkir 
və  bu  zaman  vicdanımı  mühakimə  edirəm.  Ona  görə 
ki,  axı  təşviqat  kampaniyamda  onlara  problemlərini 
həll  edəcəyimə  söz  verdim,  amma  onların  ictimai 
xidmət problemlərini həyata keçirməkdə bi sıra bürok-
ratik  maneələri  dağıda  bilmirəm.  inkişaf  etmiş  bütün 
ölkələrdə  deputatın  amalı  seçicilərin  problemlərinin 
həllinə yardımçı olmaq, onların həyatında yaşamaqdan 
ibarətdir.  Məsələn,  Fransada  millət  vəkili  istədiyi  vaxt 
seçicilərinin  problemi  ilə  bağlı  birbaşa  nazirlə  telefon 
bağlantısını  yarada  bilir. Almaniyada  və  digər Avropa 
ölkələrində  deputat  sorğusuna  nazirlər  3-15  gün  ara-
sında cavab verir. Bizdə isə fərqli durum var. tutaq ki 


235
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
deputat sorğusuna ümumiyyətlə cavab verilməməsi adi 
haldır. lakin bütün bunların müqabilində seçicilərimin 
problemlərinin həll olunmasında az da olsa, iştirakdan 
və onların yanında olmaqdan çox xoşbəxtəm.
-  Seçicilərin  problemlərinin  həllində  yaxından  işti-
rak  etməyiniz  bizə  sirr  deyil.  Ümumiyyətlə,  bütün  bu 
bəlli çətinliklərə baxmayaraq, seçicilərin problemlərinin 
həllində iştirakınızdan məmnunsuz? 
-  Sözün  həqiqi  mənasında  seçicilərimin  çoxlu 
problemləri  var  və  onları  həll  etmək  o  qədər  də  asan 
deyil. Bu problemləri həll etmək bir ayın, bir ilin işi de-
yil.  Bacardığım  qədər  seçicilərimin  problemlərini  həll 
etməyə çalışıram. Seçki kampaniyam dövründə demişəm 
ki, mənim üçün seçicilərimin qarşısında dörd müqəddəs 
vəzifə var: öhdəlik, borc, şərəf və ölkə. Buna görə də on-
ların həllinə qadir olduğum hər bir probleminin həllində 
iştirak etməyə çalışıram. Hər zaman seçicilərimin yanın-
dayam  və  bundan  zövq  alıram.  Ümumiyyətlə  gördü-
yüm  işlərlə  saytımda  (www.elkhan-suleymanov.az)  ta-
nış ola bilərsiniz. Ancaq üzərimə düşən xarici fəaliyyətlə 
müqayisədə  seçicilərimin  problemlərinin  həllində  işti-
rakımdan məmnun deyiləm. Çünki xarici fəaliyyətimdə 
müstəqiləm, 
ölkəmin 
maraqlarını 
beynəlxalq 
təşkilatlarda müdafiə etmək vətəndaşlıq borcumdur. Bu, 
öz idrakımdan asılı olduğundan problemlərim yoxdur. 
Seçicilərimin problemlərinin həlli isə müvafiq struktur-
ların məmurlarından asılıdır.
Məlum olduğu kimi, Belçikada Mirzə ələkbər Sabirin 
heykəlinin qoyulmasını artıq razılaşdırmışıq. Bu sahədə 
iş  aparırıq  və  yaxın  vaxtlarda  sözügedən  məsələni  ye-
kunlaşdıracağıq.  Hesab  edirəm  ki,  Belçikada  Mirzə 
ələkbər Sabirin heykəlinin qoyulması mühüm mühüm 
tarixi məqamdır. Bu, Azərbaycan üçün əbədiyyətdir. Sa-
birin  heykəlinin  Belçikada  qoyulması  şamaxılılar  üçün 
mənəvi yüksəliş olsa da seçicilərimin ictimai problemləri 


236
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
onlar üçün çox vacibdir.
Problemlərə  gəlincə  Şamaxının  bir  sıra  ciddi 
problemləri var. Belə ki, rayonun 59 kəndinin 58-də su 
problemi  var.  Həmçinin  Şamaxıda  yol,  qaz,  işıq,  eləcə 
də mədəniyyət müəssisələri və məktəblərdə problemlər 
aşıb-daşır. Misal üçün, Avaxlı kəndində müasir məktəb 
tikilib,  lakin  onun  istilik  sistemi  yoxdur.  Bir  ildir  ki, 
bu  problemin  həllinə  çalışırıq,  amma  hələ  ki,  bununla 
bağlı müsbət nəticə əldə edə bilməmişik. 8 min əhalisi 
olan  Göylər  kəndində  sovet  vaxtı  80  çarpayılıq  yax-
şı  bir  xəstəxanası  vardı.  indi  biz  onu  təmir  etdirmək 
istəyirik. Mədrəsə qəsəbəsindən ermənilər çıxıb getdiyi 
zaman su xətlərini tamamilə bərbad vəziyyətə salıblar. 
20  ildən  artıqdır  ki,  böyük  bir  qəsəbə  olan  Mədrəsədə 
su  problemi  həll  olunmur.  Bununla  bağlı  da  aidiyyəti 
qurumlara  müraciətlər  etmişəm.  Həmin  qəsəbədə  işıq 
problemi  də  var.  Hesab  edirəm  ki,  gördüyüm  işlər 
seçicilərimin  bu  kimi  problemləri  qarşısında  kiçikdir. 
Fikrimcə, Azərbaycan millət vəkillərinin Avropa depu-
tatları ilə müqayisədə çətin iş rejimi var. Bunun başlıca 
səbəbi odur ki, Avropada deputata aidiyyəti qurumlar 
tərəfindən daha artıq dəstək verilir.
- Belçikada Mirzə Ələkbər Sabirin heykəlinin qoyul-
ması ideyası haradan yarandı? 
-  Fikrimcə,  milləti,  xalqı  yaşadan  onun  ədibləri, 
xadimləri  və  görkəmli  şəxsiyyətləri,  mədəniyyətidir. 
Azərbaycanın böyük şəxsiyyətlərinə qiymət vermək hər 
birimizin müqəddəs borcudur.
Heykəl  qoymaq  ideyası  tamamilə  öz  ideyamdır.  Bu 
ideyanı həyata keçirməklə heç olmasa seçicilərimə olan 
çoxsaylı  borclarımdan  birini  qaytarmış  oluram.  Belə 
bir  addım  atmağı  özümə  şərəf  bilirəm.  Bununla  həm 
də Şamaxının millət vəkili kimi bu rayona olan borcu-
mu verirəm. Sabirin böyük ideyalarının təbliği üçün bu 
məqamı özüm və Azərbaycan üçün tarixi bir əlamət he-


237
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
sab edirəm. O, sovet dövründə də böyük şair idi, indi 
də. Deyərdim ki, əvəzsiz şair olan Sabir bütün dövrlərin 
mütəfəkkiridir.
-  Bir  neçə  ay  öncə  Qarabağ  müharibəsi  veteranının 
oğlu üçün möhtəşəm toy təşkil etdiniz. Ona mənzil inşa 
edəcəyinizi  də  söz  vermişdiniz.  Hazırda  bu  məsələ  nə 
yerdədir? 
-  Artıq  həmin  gəncin  3  otaqlı  evi  hazırdır  və  ava-
danlıqları  da  sifariş  etmişəm.  3-4  noyabrda  Belçika-
Azərbaycan dostluq qrupunun rəhbəri cənab Blanşarla 
müqəddəs Qurban bayramı ərəfəsində gənclərə mənzili 
təhvil  verəcəyəm.  Bu  təntənənin  noyabrın  birin-
ci  həftəsində  baş  tutması  mənim  həyatımda  silinməz 
hadisədir.  Çünki  7  noyabrda  mənim  deputat  mandatı 
almağım barədə seçicilərim qərar veriblər. Qarabağ uğ-
runda döyüşmüş Mərdan kişinin övladına verdiyim bu 
töhfəni -3 otaqlı evi unudulmuş köhnə borclardan biri 
kimi qiymətləndirirəm. Bu iş mənim ürəyimin qidasıdır. 
Bu gözəl diyarın arif insanlarına xidmət göstərməkdən 
fəxr  və  qürur  hissi  duyuram  və  onlara  olan  böyük 
sevgimə görə mən öz imzamı belə yazıram: Şamaxının 
millət vəkili Elxan Süleymanov.


238
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxının millət vəkili, 
AVRONEST Parlament Assambleyasında 
Azərbaycan nümayəndə heyətinin rəhbəri
Avropa Şurası Parlament Assambleyasının 
üzvü Elxan Süleymanovun 1 illik 
fəaliyyəti haqqında 
Hesabat
(30 noyabr 2010 - 30 noyabr 2011)  
11.12.2011
Seçici müraciətləri 
www.elkhan-suleymanov.az
Şamaxının  millət  vəkilinin  ünvanına  1  il  ərzində 
yüzlərlə  müxtəlif  xarakterli  seçici  məktubları,  ərizə  və 
şikayətlər  daxil olmuşdur. 2010-cu il noyabr ayının 30-dan 
2011-ci il noyabrın 30-dək olan dövr ərzində ümumilikdə 
856  yazılı  müraciət  edilmişdir.  Həmin  müraciətlərdən 
225  müraciət  sosial  problemlər,  278  müraciət  iqtisadi 
problemlər, 353 müraciət isə maddı yardım istəyi də daxil 
olmaqla digər problemlərlə əlaqədar olmuşdur.
təbii  ki,  seçicilər  həm  də  şifahi  müraciətlər  etmişlər. 
Yenə də hesabat dövrü olan 30 noyabr 2010 - 30 noyabr 
2011-ci  il  ərzində  452  şifahi  müraciət  edilmişdir  ki,  öz 
növbəsində həmin müraciətlərin də 98-i sosial problemlər, 
165 müraciət iqtisadi problemlər, 189 müraciət isə digər 
ptoblemlərlə əlaqədar edilmişdir.
Daxil  olmuş  bütün  müraciətlər  diqqətlə  araşdırılmış 
və hər biri barədə müvafiq tədbirlər görülmüşdür. Belə 
ki, 169 ərizə ilə əlaqədar aidiyyəti üzrə müvafiq orqanlara 
sorğu ilə müraciət olunmuşdur ki, həmin müraciətlərin 
15-i  hazırda  icra  olunmaq  ərəfəsindədir,  qalan  164 


239
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
müraciət  isə  aidiyyatı  üzrə  orqanlardadır  və  nəticəsi 
barədə hələlik cavab verilməyib.
vətəndaşlar  tərəfindən  edilmiş  156  müraciət  hüquq 
normaları  ilə  müəyyən  edilməyən  hallara  dair  olduğu 
səbəbindən əsassız sayılmış və bu barədə müraciət etmiş 
şəxslərə müvafiq izahat verilmişdir.
Qanunvericiliyin  təkmilləşdirilməsi  ilə  bağlı  Milli 
Məclisdə 1 təklif verilmişdir. 
Ötən  dövr  ərzində  seçicilər  tərəfindən  edilmiş  22 
müraciət müsbət həll olunmuşdur. Müsbət həllini tapmış 
problemlər aşağıdakılardır:
1. Şamaxı şəhəri, Sabir qəsəbə sakini Rahim Musayevə 
məxsus zəbt olunmuş torpaq sahəsi qanunvericiliyə mü-
vafiq  olaraq  geri  alınaraq  vətəndaşın  istifadəsinə  veril-
mişdir;
2. Şamaxı şəhəri, Sabir qəsəbə sakini Şıxıyev əvəz Şıxı 
oğluna məxsus torpaq sahəsinə qanunvericiliyə müvafiq 
olaraq Şəhadətnamə alınmasında yardım göstərilmişdir;
3. Şamaxı şəhəri, Göylər kənd sakini Fizuli Həsənova 
ona  məxsus  həyətyanı  sahəyə  qanunvericiliyə  müvafiq 
olaraq Şəhadətnamə alınmasında yardım göstərilmişdir;
4. Şamaxı şəhər sakini Mələk Dəmirovaya qaz sayğacı 
ilə bağlı probleminin həllində köməklik göstərilmişdir;
5.  Məlhəm  kənd  sakini  Səidə  Mahmudovanın  iki 
məktəbyaşlı  oğlu  məktəbli  forması  və  lazımi  dərs 
vəsaitləri ilə təmin edilmişdir;
6.  Şamaxı  şəhər  sakini  Rizvan  Mayılova  əməliyyat 
olunması üçün maddi yardım edilmişdir;
7. Muğanlı qəsəbə sakini Qahir Fətəliyevin mağazası-
nın qarşısında hasar çəkilməsi ilə əlaqədar mövcud prob-
lem həll olunmuşdur;
8. Göylər kənd sakini, 2-ci qrup əlil Daşqın Niftalıyev 
səhhətinin bərpa olunması məqsədi ilə rentgen və həkim 
müayinəsindən  keçirilmiş,  onun  xaricdə  müalicə  olun-
ması üçün müvafiq orqanlara müraciət edilmişdir;


240
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
9.  Çuxuryurd  kənd  sakini  Elçin  Şıxəliyev  millət 
vəkilinin  dəstəyi  ilə  Moskva  şəhərinə  ixtisaslı  tibb 
müəssisəsinə  müalicəyə göndərilmişdir;
10. Qaravəlli kənd sakini Ağagül Zülfüqarov əlil ara-
bası ilə təmin edilmişdir;
11. Şamaxı şəhər sakini Aysun Axundovanın yaşayış 
evinin dam örtüyünün bərpa olunması üçün yardım edil-
mişdir;
12.  Mədrəsə  qəsəbəsi  də  daxil  olmaqla  rayonun  bir 
neçə kəndinə evlərin dam örtüklərinin bərpası üçün şifer 
verilmişdir;
13. Mədrəsə qəsəbə məscidinə 3 ədəd kondisioner ve-
rilmişdir və s. 
Seçicilərlə görüşlər 
Ötən  dövr  ərzində  14  dəfə  seçicilərlə,  o  cümlədən 
29.12.2010 və 30.12.2010 tarixlərində yeni il münasibətilə 
Şamaxı  seçiciləri  ilə,  17.02.2011-ci  il  tarixində  Şamaxı 
şəhərində  yerləşən  texnikum  və  kolleclərin  müəllim  və 
tələbə kollektivləri ilə, 07.03.2011-ci il tarixində Qəhrəman 
və çoxuşaqlı analarla, 07.05.2011-ci il tarixində müharibə 
veteranları ilə görüşlər keçirilmiş və seçicilərin təklif və 
problemləri dinlənilmişdir. 
Ümumiyyətlə isə 25 dəfə Şamaxı seçiciləri ilə kütləvi 
görüşlər, həmçinin mətbuat konfransı və brifinq keçiril-
mişdir. O cümlədən: 
- 14.03.2011-ci il tarixində Şamaxı şəhərində “Şamaxı 
soyqırımı  (1918-ci  il)”  mövzusunda  beynəlxalq  elmi  - 
praktik konfrans keçirilmiş və eyni adlı kitabın təqdimat 
mərasimi  olmuşdur.  tədbirdə  Almaniya  Parlamentinin 
millət vəkili və Avropa Şurası Parlament Assambleyası-
nın üzvü (2005-2009), professor Haqqı kəskin, AŞPA-nın 
fəxri  deputatı,  Qərbi  Avropa  ittifaqı  Assambleyasının 

Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə