Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə2/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   2   3   4   5   6   7   8   9   ...   61

8
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
“xocalı  soyqırımı:  milyon  imza-bir  tələb”  layihəsi 
çərçivəsində  bir  milyon  Azərbaycan  vətəndaşının  im-
zası  toplanaraq  kitab  halında  nəşr  etdirilmiş,  böyük 
dövlətlərin parlamentlərinə təqdim olunmuşdur. xocalı 
faciəsi  şahidlərinin  ifadələri  toplanmış  və Azərbaycan, 
ingilis, rus dillərində dərc etdirilmişdir. Faşizm üzərində 
qələbənin 60 illiyi ərəfəsində keçirilən “Bakı-qəhrəman 
şəhər” layihəsi çərçivəsində isə ikinci Dünya müharibəsi 
dövründə  Azərbaycan  paytaxtının  xidmətləri  növbəti 
dəfə dünya ictimaiyyətinə çatdırılmışdır. Azərbaycanda 
keçirilən  seçkilərdə  və  referendumda  müşahidəçilik 
və “exit-poll” fəaliyyətini də həyata keçirən bu təşkilat 
insan  hüquqları,  söz  azadlığı,  iqtisadiyyat,  ekologiya, 
xəzərin problemləri ilə bağlı bir çox irimiqyaslı layihələr 
həyata  keçirmiş,  beynəlxalq  konfranslar  təşkil  etmiş-
dir. Beləliklə AvciYA çoxşaxəli fəaliyyəti ilə ölkəmizin 
beynəlxalq  aləmdə  müsbət  imicinin  formalaşmasın-
da  və  Azərbaycanda  vətəndaş  cəmiyyətinin  inkişafı 
istiqamətində inamla irəliləyir.


9
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan 
Respublikasının Milli Məclis üzvlüyünə 
namizəd Süleymanov Elxan Sirac 
oğlunun seçkiqabağı platforması
Borc, Öhdəlik, Şərəf, Ölkə. Bu dörd müqəddəs söz 
siyasətçinin amal və məramını diktə edir. Mənim üçün 
bu anlayışlar bölünməz vəhdət deməkdir: ruh düşkün-
lüyü olduqda onu bərpa etmək; inama doğru kiçik bir 
yol olduqda onu doğrultmaq, ümidsizlik olduqda ümidi 
oyatmaq.
Ola  bilsin,  mən  bunların  hamısının  mənasını  sizə 
çatdırmaq  üçün  kifayət  qədər  natiqlik  istedadına  və 
təxəyyülün  poeziyasına  malik  deyiləm.  Buna  inanma-
yanlar  deyəcək  ki,  bunlar  yalnız  sözlər,  yalnız  şüar  və 
yalnız parlaq ibarələrdir. Hər xırdaçı, hər demaqoq, hər 
pessimist, hər böhtançı, hər riyakar, hər fitnəkar və tam 
müxtəlif xarakterli digərləri hətta istehza və rişxəndlə bu 
sözlərin əhəmiyyətini azaltmağa cəhd edəcəklər.
Bütün həyatım boyu bu dəyərlər, Borc, Öhdəlik, Şərəf 
və  Ölkə  mənim  bələdçilərim  olub.  və  indi,  qırx  ildən 
artıq  müddətdə  yerli,  beynəlxalq  fəaliyyətdə  olduq-
dan sonra mən özümü Şamaxıya, onun vətəndaşlarına 
və  regionuna  həsr  etmək  istəyirəm.  Bu  gün  mənim 
diqqətim,  mənim  öhdəliyim  və  bütün  komandam  yal-
nız  bir  məqsədi  səbirsizliklə  gözləyir:  Bakıda  Şamaxı-
nın  irəliləyiş  və  tərəqqisini  təmin  etmək  üçün  Milli 
Məclisdə bütün Şamaxı vətəndaşlarının istəklərini re-
allaşdırmaq.
Elxan  Süleymanov  mümkün  olmayan  vədlərlə 
təəssürat  yaratmaq  istəyən  namizəd  deyil.  Mən  əmək 
haqlarının  və  ya  təqaüdlərin  qəfildən  qaldırılacağına 


10
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
və  işsizlik  problemlərinin  dərhal  həll  ediləcəyinə  söz 
vermirəm
Elxan Süleymanov vəd verib yerinə yetirməyənlərdən 
deyil.
Ancaq  bir  şey  artıq  çox  aydındır:  7  noyabrda, 
mən  həqiqətən  Bakıda  qapıları  aça  bilən  və  Şamaxı 
vətəndaşlarının  ölkəmizin  paytaxtında  unudulmayaca-
ğına inandıra bilən Şamaxı üçün tək namizədəm. 7 no-
yabrda, Elxan Şamaxının həqiqətən təcili problemlərilə 
məşğul olmaq üçün Bakıda zəruri maliyyələşməni tap-
mağı özünə borc biləcək tək namizəddir.
Mən  Şamaxı  vətəndaşlarına  yalnız  konkret,  lakin 
həyata keçə biləcək bir vəd verəcəyəm. Bu vədi yalnız 
mən verə bilərəm və yalnız mən yerinə yetirə bilərəm. 
Mən bunu yalnız şərəf işi deyil, eyni zamanda öz doğ-
ma  Şirvan  torpağımın  mərkəzi  olan  Şamaxı  rayonuna 
xidmət göstərmək kimi hesab edirəm.
Mən  7  noyabrda  bütün  Şamaxı  seçicilərinin 
dəstəyi  ilə  bir  əsas  hədəfi  anlamaq  istəyirəm:  Şamaxı 
vətəndaşlarının daha çox marağında olduqları yüksək 
keyfiyyətli ictimai xidmətlərin (su, işıq, yol, kanaliza-
siya) təcili təmin edilməsi.
Yerli qərarvericilər və vətəndaş cəmiyyətləri ilə dia-
loq  vasitəsi  ilə  5  illik  plan  tərtib  olunmalıdır.  Bu  plan-
da bütün inşaat investisiyaları xronoloji olaraq nəzərdə 
tutulmalıdır,  burada  üstünlük  ən  pis  vəziyyətdə  olan 
və ya əhali üçün vacib olan bütün sahələrə verilməlidir. 
Mənim üçün içməli su, qaz, kanalizasiyalar və müasir 
yollar böyük əhəmiyyət kəsb edir və bu, 21-ci əsrdə in-
san üçün minimal həyat səviyyəsi deməkdir.
Mən Şamaxının bir ilə cənnətə çevriləcəyinə söz ver-
mir, lakin ürəkdən inanıram ki, yollar, kanalizasiyalar, su 
və qazötürücülərinin çəkilməsi, şübhəsiz ki, Şamaxının 
görünüşünü addımbaaddım dəyişəcək. Mən iş yerlərini 


11
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
artırmaq  məqsədilə  investisiyaları  cəlb  etmək  üçün 
Şamaxının  imkanlarını  artıracağam  və  ən  vacibi,  bu, 
nəhayət  Şamaxının  bütün  vətəndaşlarının  rahat  həyat 
standartlarını yüksək səviyyəyə çatdıracaq.
lakin mən bu hədəfə yalnız bütün Şamaxı seçicilərinin 
dəstəyi ilə nail ola bilərəm. Bu iş tək bir şəxsin səyi ol-
mayacaq,  bu,  bütün  Şamaxı  vətəndaşlarının  istəyinin 
nəticəsi  olacaq,  yəni  onlar  Bakıda  mənim  səsimlə  bu 
məqsədlərə nail olacaqlar.
Mənim  üçün  Şamaxının  səsi,  vətəndaşların  və 
vətəndaş  cəmiyyətinin  iştirakı  həlledicidir.  Buna  görə 
də, Şamaxıda seçki ofisi açılıb və bu ofisdə Elxanın ko-
mandası daim bütün sualları cavablandıracaq və bütün 
təklifləri nəzərə alacaq. əlbəttə ki, bu ofis seçkilərdən 
sonra da açıq qalacaq. Elxan Süleymanov üçün - Şamaxı 
vətəndaşlarından  gündəlik  məlumatları  dinləmək  va-
cibdir,  çünki  mən  ictimai  pulun  əhalinin  lazımi  real 
ehtiyaclarına xərcləndiyinə əmin olmalıyam.
Mən  kasıb  adam  deyiləm.  Allahın  köməyi  ilə  yaxşı 
ailənin məğrur başçısı, uğurlu biznesmen və ruhlanmış 
siyasətçiyəm.  Mənim  üçün  7  noyabrda  ən  vacib  fərq: 
mənim  Şamaxıdan  namizədliyim  şəxsi  zənginləşməyə 
yönəlmir, əksinə, mən Şamaxı regionuna investisiyalar 
cəlb etməklə Şamaxının gələcəyinə olan inamımı sü-
but edəcəyəm.
7 noyabrdan etibarən mən ictimai məsələlərə və Şa-
maxının  inkişaf  və  tərəqqisinə  öz  vaxtımı  və  enerjimi 
sərf  etməklə  hamıya  daha  çox  rifah  gətirmək  üçün  saf 
niyyətimi həyata keçirəcəyəm.
Beləliklə,  qoy  birdəfəlik  bütün  Şamaxıya  aydın  ol-
sun: Elxan Süleymanov üçün bütün bunlar yalnız Borc, 
Öhdəlik, Şərəf və Ölkə ilə bağlıdır.
Mən  sizlərdən  biriyəm,  sevincinizi  və  kədərinizi 
bölüşürəm və həmişə sizin ixtiyarınızdayam! 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə