Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə5/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   2   3   4   5   6   7   8   9   ...   61

24
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
dir. 
Çıxış  edən  deputatlar  adları  çəkilən  sənədlərin 
Azərbaycan  xalqının  milli  maraqlarına,  Azərbaycan  - 
türkiyə  münasibətlərinin  daha  da  möhkəmlənməsinə, 
eləcə  də  ölkəmizin  beynəlxalq  aləmdə  nüfuzunun  art-
masına xidmət etdiyini bildirmişlər. 
Sonda  qanun  layihələri  təsdiqlənmək  üçün  Milli 
Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.


25
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Milli Məclis qanunvericilik fəaliyyəti ilə
ölkəmizin demokratik inkişafına 
əsaslı töhfələr verəcək
07.12.2010
Milli Məclisin mətbuat xidməti
Dekabrın  7-də  Milli  Məclisin  növbəti  iclası  keçiril-
di.  Deputatları  salamlayan  Milli  Məclisin  Sədri  Oqtay 
əsədov bildirdi  ki,  ölkəmizin  demokratik  inkişafı  par-
lament  seçkilərinin  də  azad  və  ədalətli  keçirilməsinə 
münbit şərait yaratdı. Prezident ilham əliyevin qeyd et-
diyi kimi, dördüncü çağırış Azərbaycan Respublikasının 
Milli Məclisi öz qanunvericilik fəaliyyətində ölkəmizin 
demokratik inkişafına əsaslı töhfələr verəcək. 
iclasda Azərbaycan Respublikası Mərkəzi Seçki komis-
siyasının rəhbərliyi, üzvləri və MSk  Aparatının işçiləri 
də iştirak edirdilər. Milli Məclisin Sədri Oqtay əsədov 
bütün deputatlar adından parlament seçkilərinin yüksək 
səviyyədə keçirilməsinə görə onlara minnətdarlığını bil-
dirdi. Qeyd etdi ki, Azərbaycanın seçki tarixində ilk dəfə 
olaraq 2010-cu ilin parlament seçkilərində heç bir seçki 
dairəsində nəticələr ləğv edilməmişdir. Bu, bir daha onu 
göstərir  ki,  Azərbaycanda  seçki  təcrübəsi  çox  yüksək 
səviyyədədir. 
Deputat vəsiqələrinin ilk dəfə olaraq 2005-ci ildə Milli 
Məclisdə deputatlara təqdim olunduğunu deyən Oqtay 
əsədov bu ənənənin davam etdirildiyini bildirdi. 
iclasda  çıxış  edən  MSk-nın  sədri  Məzahir  Pənahov 
dördüncü  çağırış  Milli  Məclisin  ölkəmizin  inkişafına 
öz  töhfələrini  verəcəyinə  əminliyini  ifadə  etdi.  O  dedi 
ki,  demokratik  prinsiplər  əsasında  şəffaf  və  ədalətli 
seçkilərin  keçirilməsi  üçün  ən  əsas  məqamlardan  biri 
ölkə  başçısının  siyasi  iradəsidir.  Bütün  dünyada  ar-


26
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
tıq  özünə  vətəndaşlıq  qazanmış  bir  faktor  seçkilərin 
keçirilməsində  mühüm  rol  oynayır.  istənilən  ölkədə 
demokratik  seçkilərin  keçirilməsi  üçün  orada  ölkə 
rəhbərliyinin siyasi iradəsi olmalıdır. MSk sədri ardıcıl 
olaraq nümayiş etdirdiyi siyasi iradəyə görə, ölkə başçısı 
cənab ilham əliyevə minnətdarlığını bildirdi. 
Məzahir  Pənahov  onu  da  bildirdi  ki,  parlament 
seçkilərində  125  deputat  yerinə  700-ə  yaxın  namizəd 
qeydə alınmışdı. Bu namizədlər arasında 23 siyasi par-
tiyanın  nümayəndələri  var  idi  və  125  seçki  dairəsinin 
hamısında  demək  olar  ki,  seçkilərin  siyasi  plüralizm, 
yüksək  siyasi  mədəniyyət  və  siyasi  fikirlərin  çoxluğu 
şəraitində keçirilməsi təmin olundu.
Parlamentin işinə uğurlar arzulayan Məzahir Pənahov 
əmin olduğunu bildirdi ki, dördüncü çağırış Milli Məclis 
də Azərbaycan xalqına layiqincə xidmət edəcək. 
MSk-nın sədri Məzahir Pənahov Milli Məclisin Sədri 
Oqtay  əsədova,  Milli  Məclis  sədrinin  birinci  müavini 
Ziyafət əsgərova, müavinləri Bahar Muradovaya, valeh 
ələsgərova və seçki dairəsi ardıcıllığı ilə deputatlara de-
putat vəsiqələrini təqdim etdi.
Sonra gündəlikdəki məsələlərə baxıldı. əvvəlcə Milli 
Məclisin intizam komissiyası təşkil edildi. 
Sonra Milli Məclisin komitələrinin sədr müavinləri və 
komitələrin üzvləri seçildilər. 
Bununla da Milli Məclisin iclası başa çatdı. 


27
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Milli Məclisdə spiker Oqtay Əsədov 
Azərbaycanın Avropa Şurası Parlament 
Assambleyasındakı (AŞPA) nümayəndə 
heyətinin yeni tərkibi ilə görüş keçirib 
15.12.2010
APA
APA-nın məlumatına görə, görüşdə 12 nəfərlik əsas 
və ehtiyat üzvlərdən ibarət heyət elan olunub.
 Altı nəfərlik əsas heyətə Səməd Seyidov, əli Hüsey-
nov, Sabir Hacıyev, Qənirə Paşayeva, Rafael Hüseynov 
və  Rövşən  Rzayev  daxildir.  Ehtiyat  heyətdə  isə  Fəzail 
ibrahimli,  Elxan  Süleymanov,  Aydın  Abbasov,  Sevinc 
Fətəliyeva,  Sahibə  Qafarova  və  Fazil  Mustafa  yer  alıb. 
Azərbaycanın  AŞPA-dakı  nümayəndə  heyətinin  sədri 
Səməd Seyidov, onun müavini vəzifəsinə isə əli Hüsey-
nov təyin olunub.
Qeyd  edək  ki,  Azərbaycan  parlamentini  beynəlxalq 
qurumlarda  təmsil  edən  nümayəndə  heyətləri  Milli 
Məclis sədri tərəfindən müəyyənləşdirilir. 
xatırladaq ki, AŞPA-nın qış sessiyasının iclası yanvarın 
24-28-də Strasburqda keçiriləcək. Sessiyanın gündəliyinə 
Azərbaycanda  keçirilmiş  parlament  seçkiləri  ilə  bağlı 
məsələ də daxil edilib.


28
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxı əhalisinə hüquqi yardım
21.01.2011
www.elkhan-suleymanov.az
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Elxan 
Süleymanovun təşəbbüsü ilə “Şamaxı əhalisinə hüquqi 
yardım”  layihəsi  çərçivəsində  21.01.2011-ci  il  tarixində 
hüquqşünas qrupu deputatın qərdrgahında saat 10:00- 
dan  etibarən  vətəndaşlara  pulsuz    hüquqi  yardım 
göstərmiş və hüquqi məsləhətlər vermişlər.
Qeyd  edək  ki,  müraciətlər  daha  çox  torpaq 
mübahisələri, mülkiyyət problemləri, sosial müavinətlər 
sahəsini əhatə etmişdir.
Müraciət üçün  gəlmiş vətəndaşlara istəklərinə uyğun 
olaraq  hüquqi  məsləhətlər  verilmiş,  hüquqi  yardımlar 
göstərilmişdir.
 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə