Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə8/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   4   5   6   7   8   9   10   11   ...   61

36
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Millət vəkili Elxan Süleymanov 
qəhrəman analarla görüş keçirib
03.03.2011
www.elkhan-suleymanov.az
Şamaxıdan  olan  millət  vəkili  Elxan  Süleymanovun 
rayonun  qəhrəman  analarının  böyük  bir  qrupu  ilə  gö-
rüşü  keçirilmişdir.  Millət  vəkili  görüşdə  iştirak  edən 
200-dək qəhrəman ananı təbrik etmiş, anaların bu gün 
Azərbaycan  ailəsinin  qədim  ənənələrinin,  saflığınının 
qorunmasında,  cəmiyyətimizin  inkişafında  danılmaz 
rolu olduğunu bildirmişdir. O, bu istiqamətdə aparılan 
işlərə millət vəkillərinin də öz töhfələrini verməli oldu-
ğunu dilə gətirmişdir.
Görüşdə həmçinin,  Şamaxı rayon icra Hakimiyyətinin 
başçısı  Nazim  ismayılov,  mədəniyət  şöbəsinin  müdi-
ri  Məleykə  kamilova,  rayon  qadınlar  şurasının  sədri 
Nəzakət  Rəzzaqova  iştirak  etmişdir.  tədbirin  sonun-
da  qəhrəman  analara  millət  vəkilinin  adından  təbrik 
məktubları və hədiyyələr təqdim edilmişdir.


37
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Millət vəkili öz seçicilərinə dəstək verir
www.elkhan-suleymanov.az
Şamaxı rayonu və seçiciləri üçün durmadan çalışan Elxan 
Süleymanovun bu fəaliyyətləri sırasında hüquqları pozulmuş 
Şamaxı  sakinlərinin  hüquqlarının  bərpa  edilməsinə  kömək 
etmək  istiqaməti  də  mühüm  yer  tutur.  Bu  günədək  millət 
vəkilinə inanaraq müraciət edən çoxsaylı Şamaxı sakinlərinə 
keyfiyyətli hüquqi yardım göstərilir - hüquqi məsləhətlər veri-
lir, pozulmuş hüquqları bərpa edilir. Millət vəkilinə daxil olan 
şikayət ərizələri dəqiqliklə incələnir və hüquq pozuntusu aş-
kar edildiyi halda deputatın səlahiyyətləri çərçivəsində müva-
fiq qurumlara müraciətlər edilir.
Şamaxı rayonu Sabir qəsəbəsi sakini Şıxıyev əvəz Şıxı oğ-
luna və onun ailə üzvlərinə rayon  Aqrar islahat komissiyası 
tərəfindən torpaq sahələri ayrılmış və 30.06.2009-cu  ildə  bu 
torpaq sahələri üçün “torpaq sahəsinin planı və ölçüsü” ha-
zırlanmışdır. Bu tarixdən 2 ilə yaxın vaxt keçməsinə baxma-
yaraq vətəndaş bu sənədləri əldə edə bilmirdi. Bununla bağlı 
dəfələrlə komitənin rayon və regional bölmələrinə müraciət 
etsə  də  müsbət  nəticə  əldə  edə  bilməmişdir.  vətəndaş  Şı-
xıyev  əvəz  məsələ  ilə  bağlı  Dövlət  torpaq  və  xəritəçəkmə 
komitəsinə  də müraciət etmişdir. komitə məsələnin araşdı-
rılması və nəticə ilə bağlı vətəndaşa məlumat verilməsi üçün 
03.08.2010-cu ildə Şamaxı rayon şöbəsinə rəsmi məktub ün-
vanlamışdır.  Rayon  şöbəsindəki  yerli  məmurlar  komitənin 
müraciətinə də məhəl qoymamış və bununla da vətəndaşın 
hüquqlarını kobud şəkildə pozmaqda davam etmişlər.
Millət vəkili bütün seçiciləri kimi Şıxıyev əvəz Şıxı oğlunun 
probleminə də biganə qalmamış, məsələ ilə bağlı müvafiq qu-
rumlara deputat müraciəti ünvanlamış və problemin dərhal 
həll edilməsini tələb etmişdir. Nəticədə vətəndaşa və onun ailə 
üzvlərinə torpaq sahələrinin sənədləri təqdim edilmişdir.


38
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Millət vəkili Elxan Süleymanov Novruz 
bayramı münasibətilə Fatimə və Zəhra 
Rzayevaları təbrik edib
19.03.2011
www.elkhan-suleymanov.az
Martın 19-da Şamaxının millət vəkili Elxan Süleyma-
nov  rayondakı  qərargahında  Mədrəsə  kəndinin  bala-
ca  sakinləri  Fatimə  və  Zəhra  Rzayevaları  Novruz  bay-
ramı  münasibətilə  təbrik  edib.  Millət  vəkili  hələ  yeni 
il  ərəfəsində  Şamaxının  kiçik  yaşlı  sakinlərinə  bayram 
hədiyyələri təqdim edərkən, Fatimə və Zəhranı Novruz 
bayramında da təbrik edəcəyinə söz vermişdi.  Balaca-
lara  bayram  sovqatı  təqdim  edən  millət  vəkili  onlarla 
xatirə şəkilləri çəkdirib.


39
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Millət vəkili Elxan Süleymanov şəhid 
ailələrinə bayram sovqatı təqdim etmişdir
19.03.2011
www.elkhan-suleymanov.az
Şamaxının millət vəkilinin təşəbbüsü ilə Şamaxı rayo-
nunda yaşayan 70 şəhid ailəsinə  bayram sovqatı pay-
lanmışdır.  Millət  vəkili  şəxsən  Şamaxı  sakini,  Ağdərə 
rayonunda döyüşlərdə həlak olmuş şəhid Adil Ağagül 
oğlu Zülfüqarovun (15.10.1968 - 19.01.1993) atası Ağagül  
Zülfüqarovun və Qaravəlli kənd sakini, tərtər rayonun-
da həlak olmuş şəhid Asəf Ağamurad oğlu Rəcəbovun 
(28.02.1968  -  28.04.1994)  anası    Firuzə  Rəcəbovanın  
ailəsində olmuş, onlara bayram münasibəti ilə xoş arzu-
larını yetirmiş və Novruz sovqatı təqdim etmişdir.


40
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxı əhalisinə hüquqi yardımın 
göstərilməsinin növbəti mərhələsi
14.04.11-ci il tarixində millət vəkilinin 
təşəbbüsü ilə əhaliyə hüquqi yardım 
kampaniyası davam edəcək
www.elkhan-suleymanov.az
Şamaxının  millət  vəkili  Elxan  Süleymanovun  təşəb-
büsü ilə 14 aprel 2011-ci il tarixində millət vəkilinin Şama-
xıdakı qərargahında hüquqşünaslar qrupu vətəndaşların 
ərizə və şikayətlərini qəbul edəcək və hüquqi məsləhət 
verəcəklər.  Bununla  bağlı  müraciət  etmək  istəyən  bü-
tün  Şamaxı  əhalisi  14.04.11-ci  il  tarixində  saat  10:00-
dan etibarən Şamaxı şəhəri Şirvani küçəsi 9 ünvanında 
yerləşən  qərargaha  yaxınlaşa  bilər  və  ya  əvvəlcədən 
(0176) 5 14 74 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə