Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə11/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   7   8   9   10   11   12   13   14   ...   61

50
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Belçika  konstitusiya  Məhkəməsinin  hakimi  Jan-
Pol  Murman  “Siyasi  təşkilatlar  tərəfindən  hüquqi  öh-
dəliklərin  monitorinqi:  güclü  və  zəif  tərəflər,  siyasi 
məhbusların  monitorinq  vəziyyəti”  mövzusunda  çıxış 
edib.
tədbirdə  bu  sahə  üzrə  beynəlxalq  ekspertlər  lauri 
Hanni kaynen, Roman vieruş Elski, Harri Bloed, Edmon 
Jouve və digərləri “Siyasi məhbus konsepsiyasının tarixi 
aspektləri”, “Siyasi məhbus anlayışının tərifi, tənqidi ya-
naşma” mövzularında çıxış ediblər.


51
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
“Siyasi məhbus” anlayışının vahid 
tərifinin qəbul edilməsi zərurəti
Bakı. 27.05.2011
Beynəlxalq Konfransın  nəticələri
Beynəlxalq  konfransın  təşkilatçıları:  Azərbaycanda 
vətəndaş  cəmiyyətinin  inkişafına  Yardım  Assosiasi-
yası,  insan  Hüquqlarına  dair  Beynəlxalq  Standartların 
təsbiti üzrə Birgə işçi Qrupu, insan Hüquqları xxI əsr-
Azərbaycan Fondu və Məhkum edilmiş Şəxslərin Rein-
teqrasiyası Assosiasiyası (Bolqarıstan).
Beynəlxalq konfransda əsas çıxışçılar: Belçika kons-
titusiya  Məhkəməsinin  hakimi  cənab  Jan-Pol  Murman; 
Finlandiyanın  Helsinki  və  tampere  Universitetlərinin 
fəxri professoru lauri Hannikainen; Poznan insan Hü-
quqları  Mərkəzinin  Direktoru  Dr.  Roman  vieruşevski; 
Niderlandın  “təhlükəsizlik  və  insan  Hüquqları”  (keç-
miş “Helsinki Monitor”) jurnalının baş redaktoru Dr. Ari 
Bloed; Rene Dekart Universitetinin professoru Edmond 
Jouve, Paris, Fransa; kastellon I ceyms Universitetinin 
prorektoru professor Dr. xuan luis Qomez kolomer, is-
paniya.
Beynəlxalq konfransın iştirakçıları:
-  dövlətlərin  beynəlxalq  münasibətlərin  bərabər-
hüquqlu subyekti olmasını, dövlət suverenliyinə hörmət 
edilməsinin  müasir  beynəlxalq  hüququn  imperativ 
prinsipləri kimi tanınmasını;
-  demokratik,  hüquqi  dövlət  və  vətəndaş  cəmiyyəti 
quruculuğunun  əsas  prinsiplərindən  birinin  insan  hü-
quqları və əsas azadlıqların təmin edilməsindən ibarət 
olmasını;
- hüququn aliliyinin, üzv dövlətlərin bərabər hüquqa 
malik olmasının və onlara qarşı hər hansı ayrı-seçkiliyin 


52
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
yolverilməzliyinin Avropa Şurasının əsas prinsipləri ol-
masını;
-  müasir  dövrdə  çoxtərəflilik  prinsipinə  əsaslanan 
qlobal inkişaf çərçivəsində “siyasi məhbus” məsələsinə 
dair aydın anlayışın olmasının beynəlxalq münasibətlər 
üçün zəruriliyini
-  nə  universal,  nə  də  regional  beynəlxalq  təşkilatlar 
tərəfindən indiyədək “siyasi məhbus” anlayışını özündə 
əks etdirən sənədlərin qəbul edilməməsini, ümümiyyətlə, 
beynəlxalq hüquqda bu anlayışın müəyyən edilməməsini 
və bir sıra nümunələrdə müxtəlif şərhlərə gətirib çıxaran 
qeyri-müəyyən (mücərrəd) anlayışların əks olunmasını; 
- beynəlxalq məhkəmələrin, o cümlədən insan Hüquq-
ları üzrə Avropa Məhkəməsinin öz praktikalarında “si-
yasi məhbus” anlayışından istifadə etməmələrini nəzərə 
alaraq, bütün beynəlxalq təşkilatları, xüsusən də insan 
hüquqlarının  müdafiəsi  sahəsində  aparıcı  beynəlxalq 
təşkilat olan Avropa Şurası Parlament Assambleyasını bir 
daha hüququn aliliyi prinsipinə sədaqət və hörmət nü-
mayiş etdirərək, problemlə bağlı bir sıra ədalətsizlikləri 
və  ayrı-seçkiliyi  aradan  qaldırmaq  məqsədilə:  öz  ple-
nar  iclasında  “siyasi  məhbus”  anlayışını  və  “siyasi 
məhbus”ların  mövcuduğunu  müəyyənləşdirmək  üçün 
konkret, şəffaf, həyata keçirilməsi mümkün olan, bütün 
üzv dövlətlərə şamil edilə bilən vahid meyarları özündə 
ehtiva edən sənəd qəbul etməyə çağırır. 


53
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Belçika parlamentinin üzvləri Azərbaycanda
06.07.2011
www.elkhan-suleymanov.az
Belçika  parlamentinin  üzvləri  Filip  Blanşar,    David 
Geerts,    Olivier  Henri,  Willem-Frederik  Schiltz  və    Fəxri 
Senator  Stef  Goris  Bakıda  səfərdədirlər.  Nümayəndə 
heyətinə Belçika parlamentinin üzvü, Azərbaycan-Belçika 
parlamentlərarası  dostluq  qrupunun  sədri    Filip  Blanşar 
rəhbərlik edir.
Səfər  millət  vəkili,  Avropa  Şurasının  Parlament  As-
sambleyasında  Azərbaycan  nümayəndə  heyətinin  üzvü, 
“AvRONESt”  Parlament  Assambleyasında  Azərbaycan 
nümayəndə  heyətinin  rəhbəri,  Parlament  Assambleya-
sı  Sədrinin  müavini  və  büro  üzvü,  Azərbaycan-Belçika 
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri El-
xan Süleymanovun dəvəti ilə baş tutub.  
  Belçikalı  deputatlar  bu  gün  Azərbaycan  Respublika-
sı Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət 
komitəsinin  sədri,  Baş  nazirin  müavini  əli  Həsənovla 
görüşüblər.  Görüş  zamanı  komitənin  sədri  əli  Həsənov 
qaçqın  və  məcburi  köçkünlərin  mövcud  vəziyyəti,  on-
ların  problemləri  haqqında  belçikalı  deputatlara  ətraflı 
məlumat verib, ölkə rəhbərliyinin onların həyat şəraitinin 
yaxşılaşdırılması  üçün  gördüyü  işlərdən  danışıb.  Belçi-
kalı  deputatlar  da  öz  növbəsində,  Azərbaycanın  dünya 
ölkələrinə daha çox informasiya yaymasının, problemlərin 
həlli  üçün  qarşılıqlı  səfərlərin  edilməsinin,  Azərbaycan-
Belçika  parlamentlərarası  dostluq  qrupunun  işinin 
gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Qonaqların səfər proqramı davam edir.


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə