Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə12/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

54
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxıda növbəti xeyriyyəçilik tədbiri
07.07.2011
AzərTac
Şamaxıdan Milli Məclisə deputat seçilmiş Elxan Sü-
leymanov artıq rayon sakinləri arasında xeyriyyəçi kimi 
tanınır.
Bir neçə ay əvvəl Azərbaycanın görkəmli maarifçi şairi 
Seyid əzim Şirvaninin qəbirüstü abidəsini inşa etdirən, 
kimsəsiz, xəstə ailələrə baş çəkib onların problemləri ilə 
maraqlanan, imkansız tələbələrə maddi yardım göstərən 
E.Süleymanov iyulun 7-də daha bir xeyriyyəçilik tədbiri 
keçirmişdir.  Deputat  Şamaxının  ucqar  Qaleybuğurd 
kəndində Qarabağ müharibəsi iştirakçısı Mərdan Hacı-
yevin oğlu Bəhlul Hacıyevə toy şənliyi keçirmişdir.
E.Süleymanovun  dəvəti  ilə  şənlikdə  Milli  Məclisin 
bir  qrup  deputatı,  respublikamızın  tanınmış  ziyalıları, 
sənət  adamları,  Belçika-Azərbaycan  parlamentlərarası 
əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşar başda 
olmaqla xarici qonaqlar iştirak etmişlər.
toy  mərasimində  Elxan  Süleymanov,  Şamaxı  Ra-
yon  icra  Hakimiyyətinin  başçısı Asif Məmmədov,  Mil-
li  Məclisin  deputatı  Qənirə  Paşayeva  və  başqaları  çı-
xış  edərək  yeni  ailə  həyatı  quran  gəncləri  -  Bəhlul  və 
Ramiləni təbrik etmiş, onlara xoşbəxt həyat arzulamış-
lar.  Onlar  getdikcə  qüdrətlənən Azərbaycanın  bir  par-
çası  olan  Şamaxının  inkişafından,  insanların  həyatının 
gündən-günə yaxşılaşmasından iftixarla söz açmışlar. 
Yeni ailə quranlar üçün deputatın şəxsi vəsaiti hesa-
bına tikiləcək 3 otaqlı fərdi evin təməlqoyma mərasimi 
olmuşdur.
toy mərasimində respublikamızın tanınmış incəsənət 
ustaları Azərinin, Zabit Nəbizadənin və başqalarının ifa-


55
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
sında səslənən xalq mahnıları və muğamlarımız məclisin 
xoş ahənginə xüsusi ovqat gətirmişdir.
Elxan  Süleymanov  jurnalistlərə  müsahibəsində 
xeyriyyəçilik sahəsində gələcək planlarından danışmış-
dır.


56
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxının millət vəkili, AVRONEST 
Parlament Assambleyasında Azərbaycan 
nümayəndə heyətinin rəhbəri, Avropa 
Şurası Parlament Assambleyasının üzvü, 
Azərbaycan - Belçika parlamentlərarası 
əlaqələr üzrə işçi qrupunun rəhbəri 
Elxan Süleymanovun Seçki Qərargahı
PRESS RELİZ
18.07.2011 
www.elkhan-suleymanov.az
Şamaxının  millət  vəkili,  AvRONESt  Parlament  As-
sambleyasında  Azərbaycan  nümayəndə  heyətinin  rəh-
bəri,  Avropa  Şurası  Parlament  Assambleyasının  üzvü 
Elxan  Süleymanovun  dəvəti  ilə  Azərbaycanda  səfərdə 
olmuş Avropa Parlamentinin üzvləri, cənab Franko Qas-
ton  (Fransa),  cənab  Ferreyra  Fernandez  xose  Manuel 
(Portuqaliya) və Belçika Parlamentinin üzvü Alayn Des-
teks  dünən,  17  iyul  tarixində  səfərlərini  başa  vuraraq 
Azərbaycanı  tərk  etmişdilər.  Azərbaycanla  tanışlıq  və 
rəsmi görüşlər məqsədilə edilən səfər çərçivəsindəə qo-
naqlar Milli Məclisin Sədri cənab Oqtay əsədov, xarici 
işlər  Naziri  cənab  Elmar  Məmmədyarov,    Azərbaycan 
Respublikasının  Baş  Nazirinin  müavini,  Qaçqınların 
və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin 
sədri  cənab  əli  Həsənov,  ARDNŞ-in  vitse-prezidenti 
cənab  Elşad  Nəsirov  və    Yeni Azərbaycan  Partiyasının 
sədr müavini, icraçı katibi, millət vəkili əli əhmədovla 
görüşmüş, helikopterlə Ağdamda yerləşən məcburi köç-
kün  qəsəbəsinə  səfər  etmişlər.  Şamaxının  millət  vəkili 
Elxan Süleymanov bu kimi səfərləri Azərbaycan barədə 


57
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
beynəlxalq təşkilatlarda doğru və obyektiv təsəvvürlərin 
yaradılması  baxımından  çox  əhəmiyyətli  sayır.  xatır-
ladaq  ki,  cənab  E.Süleymanovun  dəvəti  ilə  04-08  iyul 
tarixlərində  Belçika  -  Azərbaycan  parlamentlərarası 
əlaqələr  üzrə  işçi  qrupunun  üzvləri  də  Azərbaycana 
səfər etmiş və rəsmi görüşlər keçirmişdilər. Növbəti bu 
kimi səfər 19-22 iyul tarixlərində baş verəcək. Avropa Şu-
rası Parlament Assambleyasında Avropa xalq Partiyası 
fraksiyasının rəhbəri cənab lukas volontenin rəhbərlik 
etdiyi 11 nəfərdən ibarət qrupun Azərbaycan Respubli-
kasının Prezidenti cənab ilham əliyev tərəfindən qəbulu 
gözlənilir.  Qonaqlar  rəsmi  görüşlərlə  yanaşı,  həmçinin 
Bakı-tiflis-ceyhan  boru-kəmərinin  Aralıq  dənizinə 
istiqamət aldığı yerə - Səngəçal Neft terminalına səfər 
edəcəklər və Azərbaycanda vətəndaş cəmiyyətinin inki-
şafı üçün faydalana biləcək dinlərarası dialoq və Avropa 
dəyərlərinə dair dəyirmi masada iştirak edəcəklər.


58
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxı sakinlərinə hüquqi yardım 
kampaniyası davam edir
18.07.2011
www.elkhan-suleymanov.az
Şamaxı rayonunun millət vəkili Elxan Süleymanovun 
təşəbbüsü ilə 18 iyul 2011-ci il tarixində Şamaxıda millət 
vəkilinin qərargahında rayon sakinləri üçün hüquqi yar-
dım günü keçirilmişdir. Hüquqşünas qrupu ilə görüşə 20-
dək vətəndaş gəlmişdir. vətəndaşların əksəriyyətinə hü-
quqi məsləhətlər verilmiş, bir çoxlarının şikayət ərizələri 
icraata  götürülmüşdür.  Müraciətlər  əsasən  rayonda  ev 
problemi,  torpaq  mübahisələri,  boşanma  ilə  əlaqədar 
əmlak  mübahisələri,  məhkəmə  qərarlarının  icrası  ilə 
əlaqədar  olmuşdur.  Bundan  başqa  vətəndaşlar  bir  sıra 
əlaqədar  qurumlarda  onların  müraciətlərinə  vaxtında 
baxılmaması,  ərizə  və  şikayətlərinə  cavab  verilməməsi 
ilə bağlı haqlı narazılıqlarını bildirmişlər.


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə