Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə15/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   11   12   13   14   15   16   17   18   ...   61

69
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
edilmək üçün hazırdır.
Elxan  Süleymanov  AvRONESt  PA  üzvləri,  əsasən 
də  qurumda  Ai-ni  təmsil  edən  deputatlar  tərəfindən 
Enerji  təhlükəsizliyi  komitəsinin  təqdim  etdiyi  ilkin 
məruzəyə  daha  çox  düzəlişlər  təklif  edildiyini  vurğu-
ladı. Azərbaycan nümayəndə heyəti bütün təklif edilən 
düzəlişlərlə  bağlı  öz  mövqeyini  açıqlamış  və  müvafiq 
qaydada öz təkliflətini bildirmişdir.
AvRONESt PA-da Azərbaycan nümayəndə heyətinin 
rəhbəri  Ermənistan  nümayəndə  heyətinin  təqdim  et-
diyi düzəlişlərə də toxunaraq qeyd etdi ki, bu ölkənin 
nümayəndə  heyətinin  təklifləri  əsasən  Ermənistanın 
enerji  siyasətinə  qoşulması,  regional  iqtisadi  inteqra-
siya proseslərində və  regionun iştirak etdiyi transmil-
li  layihələrdə  iştirakı,  Şt  ölkələri  arasında  sərhədlərin 
silinməsi  və  s.  ibarət  olmuşdur.  lakin,  Azərbaycan 
nümayəndə  heyəti  israrla  bu  təkliflərin  qəbuledilməz 
olduğunu  bildirmiş,  Ermənistanın  20%  Azərbaycan 
ərazilərini işğal etməsini, 1 milyondan artıq Azərbaycan 
vətəndaşının  qaçqın  və  məcburi  köçkün  həyatı  yaşa-
masını,  indiyədək  işğal  altında  olan  ərazilərin  azad 
edilməməsini,  məcburi  köçkünlərin  öz  yurdlarına  qa-
yıtmaq  və  təhlükəsiz  yaşamaq  hüquqlarının  təmin 
edilməməsini,  bu istiqamətdə Ermənistanın qeyri-kons-
truktiv mövqe tutmasını, bu dövlətin ümümiyyətlə regi-
onda destruktiv siyasət həyata keçirməsini AvRONESt 
PA üzvlərinin diqqətinə çatdırmışdır. 
Qeyd  etməliyik  ki,  iqtisadi  inteqrasiya  və  Ai 
Siyasətləri  ilə  Uyğunluq,  Enerji  təhlükəsizliyi,  Sosial 
Məsələlər,  təhsil,  Mədəniyyət  və  vətəndaş  cəmiyyəti 
komitələrində  sənədlərin  qəbulu  üçün  səsvermə  ilə 
bağlı ilk dəfə olaraq yenilik tətbiq ediləcək. Belə ki, bu 
komitələrdə  səsvermə  əvvəlcədən  internet  vasitəsilə 
aparılacaq. Müvafiq komitə üzvlərinin səsverməsi üçün 
son  vaxt  həddi  kimi  Brüssel  vaxtı  ilə  saat  14-00  təyin 


70
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
edilmişdir. 
Millət vəkili E.Süleymanov bildirdi ki, sessiyanın ilk 
günündə  AvRONESt  PA-nın  Büro  iclası  keçiriləcək. 
Büro iclasının gündəliyində AvRONESt PA-nın 2012-ci 
ilin  may  ayında  Şərq  tərəfdaşı  ölkələrində  keçirilməsi 
ilə  bağlı  Azərbaycanın  təklifi  müzakirə  ediləcək. 
Azərbaycan tərəfi Prosedur Qaydalarının 7-ci maddəsinə 
uyğun olaraq, AvRONESt PA-nın növbəti sessiyasının 
Bakıda keçirilməsi təklifi ilə çıxış edib. Büronun 21 iyun 
2011-ci il tarixli iclasında iclasında AvRONESt PA-nın 
növbəti Plenar iclasının 2012-ci ilin may ayında Bakıda 
keçirilməsi  təklifi  ilə  bağlı  səsvermə  zamanı  Prosedur 
Qaydaları  ilə  təyin  edilmiş  səs  çoxluğu  toplanılmadı-
ğından,  məsələnin  cari  ilin  sentyabrında  Strasburqda 
keçiriləcək  sessiya  zamanı  yenidən  müzakirə  edilməsi 
və səsə qoyulması qərara alınıb.


71
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxının millət vəkili “Şöhrət” 
ordeni ilə təltif olundu 
E.S.Süleymanovun “Şöhrət”ordeni ilə 
təltif edilməsi haqqında 
Azərbaycan Respublikasının Prezidentinin
Sərəncamı
Azərbaycan  Respublikası  konstitusiyasının  109-cu 
maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında 
fəal  iştirakına  görə  Elxan  Sirac  oğlu  Süleymanov 
“Şöhrət”ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 sentyabr 2011-ci il


72
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
AVRONEST PA-nın ilk iclası başlayıb
14.09.2011
APA
Sentyabrın  14-də  Strasburqda  AvRONESt  Par-
lament  Assambleyasının  (PA)  ilk  sessiyası  başlayıb. 
APA-nın  “AzərtAc”  dövlət  agentliyinə  istinadən  ver-
diyi  məlumata  görə,  sessiyada  Milli  Məclisin Assamb-
leyadakı nümayəndə heyətinin rəhbəri Elxan Süleyma-
nov, parlamentin hüquq siyasəti və dövlət quruculuğu 
komitəsinin sədri əli Hüseynli, deputatlardan Məlahət 
ibrahimqızı,  Rasim  Musabəyov,  Fərəc  Quliyev,  Sevinc 
Hüseynova, Rövşən Rzayev, Azər kərimli, Fuad Mura-
dov və Asim Mollazadə iştirak edirlər.
əvvəlcə  qurumun  komitə  və  büro  iclasla-
rı  keçirilib,  insan  haqları,  demokratiya,  iqtisadi  in-
teqrasiya,  enerji  təhlükəsizliyi,  sosial  məsələlər 
və  digər  mövzularda  fikir  mübadiləsi  aparılıb. 
Sentyabrın 15-də isə AvRONESt PA-nın ilk ümumi icla-
sı keçiriləcək.
Avropa Parlamentinin sədri Yeji Buzekin çıxışı ilə baş-
layacaq iclasda sentyabrın 29-30-da tərəfdaş dövlətlərin 
varşavada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə ha-
zırlığı nəzərdə tutan tövsiyə xarakterli qətnamə və As-
sambleyanın 2011-2012-ci illər üçün iş planının qəbulu 
gözlənilir.


73
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
AVRONEST Parlament Assambleyasının ilk 
sessiyasında Azərbaycan və Ermənistan 
nümayəndə heyətləri arasında 
gərginlik yaranıb
17.09.2011
APA
“Sentyabrın 14-15-də Strasburqda AVRONEST Par-
lament  Assambleyasının  ilk  sessiyası  keçirilib.  Ses-
siyanın ikinci günü müzakirələr kifayət qədər gərgin 
oldu”.
Bu açıqlamanı APA-ya hazırda Strasburqda olan Mil-
li  Məclisin  deputatı,  AvRONESt  PA-da  Azərbaycan 
nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov verib. 
O, müzakirələrin dramatik keçdiyini söyləyib: “Sentyab-
rın 15-də plenar iclas zamanı ötən gün siyasi məsələlər 
üzrə komitənin iclasında qəbul olunmuş yekun sənədə 
düzəliş  təklifləri  müzakirə  olundu  və  səsə  qoyuldu. 
Düzəliş təkliflərində bizim üçün mühüm əhəmiyyət kəsb 
edən məqamlar var idi. Biz ilkin qəbul olunmuş sənəddə 
dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin 
toxunulmazlığı  kimi  prinsiplərin  yer  almasına  nail  ol-
duq.  Ermənipərəst  deputatlar  isə  həmin  müddəanın 
tamamilə silinməsini təklif edirdilər. Biz bu təkliflə razı-
laşmadıq və mətnin əvvəlki redaksiyada qalmasını tələb 
etdik. Səsə qoyulduqdan sonra biz bu müddəanın ötən 
gün  qəbul  olunmuş  variantının  saxlanılmasına  nail  ol-
duq.
Digər  məsələ  isə  ondan  ibarətdir  ki,  Ermənistan 
nümayəndə  heyəti  başqa  bir  maddədə  yuxarıda  sa-
dalanan  prinsiplərin  “ümumi  beynəlxalq  prinsiplər” 
ifadəsi ilə əvəz edilməsini təklif edirdi. Onların bu təklifi 
də  plenar  sessiya  tərəfindən  rədd  edildi  və  əvvəlki, 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə