Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə16/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   12   13   14   15   16   17   18   19   ...   61

74
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Azərbaycanın  mövqeyini  əks  etdirən  müddəalar 
qüvvədə qaldı”.
Elxan  Süelymanovun  sözlərinə  görə,  məhz  bu 
mərhələdən  sonra  Ermənistan  nümayəndə  heyəti 
daha  da  aqressivləşib  və  bu  qərarlara  qəti  etiraz  ola-
raq  “AvRONESt-i  boykot  etməklə,  veto  hüququn-
dan  istifadə  ilə  hədələyib:  “AvRONESt  Parlament As-
sambleyasının  həmsədri  olan  ukraynalı  deputat  Boris 
tarasyuk  bu  vəziyyətdə  kompromis  bir  müddəanın 
yekun  sənədə  salınması  təklifi  ilə  bizə  müraciət  etdi. 
Azərbaycanınapardığı siyasətə uyğun olaraq ölkəmizin 
maraqları  çərçivəsində  hər  cür  kompromisə  gedə 
biləcəyimizi  bildirdik.  əlavə  etdik  ki,  kompromis  ola-
raq,  Ermənistan  nümayəndə  heyətinin  xahiş  etdiyi  bir 
məsələni - münaqişələrin həllində hərbi gücdən istifadə 
edilməməsi təklifini qəbul edə bilərik. lakin Ermənistan 
nümayəndə  heyətinin  sədri  qətiyyətlə  “xalqların  öz 
müqəddəratını  təyin  etmək  hüququ”  prinsipinin 
sənəddə yer almasını tələb etdi.
Biz bu təklifin qəbul edilməz olduğunu dedik. Möv-
qeyimizi qəti şəkildə bildirməyimiz, hər iki nümayəndə 
heyətinin, AvRONESt  rəhbərliyinin  və AvRONESt-in 
ermənipərəst üzvlərinin sessiyanın keçirildiyi zalın qa-
bağına toplaşmasına səbəb oldu. Biz isə mövqeyimizdən 
geri  çəkilməmək  qərarı  vermişdik.  AvRONESt 
rəhbərliyinin də təkidləri və kompromis axtarma cəhdləri 
ilə sənədə ermənilər tərəfindən yeni bir müddəa təklif 
olundu - “xalqların öz iradələrini sərbəst və demokra-
tik yolla ifadə etmək hüququ”. Biz belə bir müddəa ilə 
razılaşmadıqda  AvRONESt  PA-nın  vitse-prezidenti, 
ermənipərəst  mövqeyi  ilə  fərqlənən  Saryus  volski  bu 
müddəani  qəbul  etməyəcəyimiz  təqdirdə  AvRONESt 
PA-nin plenar iclasının Bakıda keçirilməyəcəyini bildir-
di”.
Elxan Süleymanovun sözlərinə görə, bu mərhələdə ol-


75
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
duqca gərgin keçən debatlarda Azərbaycan nümayəndə 
heyətinin  üzvləri,  xüsusilə  Fuad  Muradov,  əli  Hü-
seynli  və  Asim  Mollazadə  olduqca  fəal  iştirak  etdilər: 
“Onlar  verilən  hər  bir  təklifi  diqqətlə  təhlil  edərək  öz 
mövqelərini  bildirirdilər  və Azərbaycanın  mövqelərini 
fədakarlıqla  müdafiə  edirdilər.  Onlar  Şərq  tərəfdaşlığı 
ölkələri nümayəndələrinə yuxarıdan aşaği baxan polşalı 
deputat Saryus volskini yerinə oturtmağı bacardılar.
Nəticədə biz son təklifi də qəbul etməyi öz üzərimizə 
götürdük, lakin bu təklifi yalnız və yalnız konfliktlərlə 
bağlı  olmayan,  vətəndaş  cəmiyyəti  quruculuğu,  söz 
azadlığı ilə əlaqədar bir maddəyə əlavə edilməsi şərti ilə 
qəbul edə biləcəyimizi bildirdik. Ermənistan nümayəndə 
heyəti  isə  bunu  yenə  də  qəbul  etmədi.  və  plenar  ic-
lasın  sədri  kristian  vigenin  bu  məsələdə  kompromis 
əldə  etmək  üçün  məsələnin  yenidən  Büroda  müzakirə 
edilməsi təklifini irəli sürdü.
Büro iclasında nümayəndə heyətini mən təmsil edir-
dim.  Ermənistan  nümayəndəsi  iclas  zamanı  “xalqların 
öz  iradəsini  sərbəst  və  demokratik  üsulla  ifadə  etmək 
hüququ” ifadəsinin yenidən münaqişələrlə bağlı bəndə 
salınmasını təkidlə tələb etdi. Buna qəti etirazımı bildir-
dim. əlbəttə, Ermənistan nümayəndə heyətinin xalqla-
rın öz iradəsini sərbəst və demokratik üsulla ifadə etmək 
hüququ  prinsipi  üzərində  təkidlə  durmasının  səbəbi 
aydın idi: Onlar 1991-ci ildə Dağlıq Qarabağ erməniləri 
tərəfindən  keçirilmiş  qondarma  referenduma  istinad 
edərək  gələcəkdə  bu  müddəadan  istifadə  etmək,  eyni 
zamanda  Avropa  Parlamentinin  Azərbaycanın  ərazi 
bütövlüyü  barədə  2010-cu  ilin  may  ayında  qəbul  etdi-
yi  qətnamənin  müddəalarının  zəifləməsinə  nail  olmaq 
niyyətində idilər. 
Sayrus  volski  bu  müddəa  qəbul  edilməyəcəyi 
təqdirdə  plenar  iclasın  Bakida  keçirilməyəcəyini  bir 
daha söylədi. Müvafiq şəkildə cavablandırıldıqdan son-


76
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
ra volski Bürodan 14 sentyabrda qəbul edilmiş AvRO-
NESt  PA-nın  növbəti  sessiyasının  Bakıda  keçirilməsi 
ilə  bağlı  qərarının  ləğv  edilməsini  tələb  etdi.  lakin 
Büro onun təklifini rədd etdi. Belə olan halda o Bakının 
Ermənistan  nümayəndələrini  dəvət  etməkdə  maraq-
lı olduğuna şübhə etdiyini vurğuladı. Bu da inandırıcı 
olmadığından  volski  Bakının  Ermənistan  nümayəndə 
heyəti üçün təhlükəli yer olduğunu qeyd etdi. Mən onu 
qərəzli  mövqedən  çəkilməyə  çağırdım,  saysız-hesabsız 
mötəbər  beynəlxalq  tədbirlərə  ev  sahibliyi  edən  Bakı-
da  on  minlərlə  erməni  mənşəli  adamın  əmin-amanlıq 
şəraitində yaşadığını xatırlatdım”. 
Millət vəkili bildirib ki, müzakirələr nəticəsində təklif 
olunan kompromis sənəd qəbul edilməyib və Ermənistan 
nümayəndə  heyəti  veto  hüququndan  istifadə  edərək 
sənədin  qəbul  olunmamasına  səbəb  olub:  Biz  növbəti 
plenar iclasın Bakıda keçirilməsinə nail olmaqla yanaşı 
Azərbaycanın  mövqeyinə  zidd  olan  bir  sənədin  qəbul 
edilməməsinə də nail olduq. AvRONESt Parlament As-
sambleyası Siyasi Məsələlər, insan Hüquqları və Demok-
ratiya komitəsinin məruzəsi Büronun növbəti iclasında 
müzakirə ediləcək.
14-15  sentyabr  2011-ci  il  AvRONESt-in  Strasburq 
plenar  sessiyası  ümumi  olaraq  Azərbaycanın  xeyrinə 
nəticələndi. AvRONESt Parlament Assambleyasının ilk 
sessiyası əslində böyük siyasi uğur, ölkəmizin Avropa-
ya inteqrasiyası istiqamətində irəliyə doğru əhəmiyyətli 
addım  kimi  dəyərləndirilməlidir.  Bu  mötəbər  quru-
mun  növbəti  sessiyasının  Bakıda,  Avropa  ittifaqının 
üzvü olmayan, Şərq tərəfdaşlığı ölkəsinin paytaxtında 
keçiriləcəyi haqqında qərar isə çox ciddi nailiyyətdir”.


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə