Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə13/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

59
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
“Azərbaycanda vətəndaş cəmiyyətinin 
inkişafına töhfə verə biləcək dinlərarası 
dialoq və ya Avropa dəyərlərinə dair”
 mövzusunda dəyirmi masa keçirilib
21.07.2011
APA
Dini Qurumlarla iş üzrə Dövlət komitəsində (DQiDk) 
“Azərbaycanda  vətəndaş  cəmiyyətinin  inkişafına  töhfə 
verə biləcək dinlərarası dialoq və ya Avropa dəyərlərinə 
dair”  mövzusunda  dəyirmi  masa  keçirilib.  APA-nın 
məlumatına  görə,  tədbirdə  komitə  sədri  Hidayət  Oru-
cov, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 
Avropa  xalq  Partiyası  fraksiyasının  rəhbəri  və  üzvləri, 
Azərbaycandakı dini icma rəhbərləri, deputatlar iştirak 
edib.
DQiDk  sədri  Hidayət  Orucov  “Azərbaycanda  to-
lerantlıq  ənənələri  və  dinlərarası  dialoq”  mövzusun-
da çıxış edib. O deyib ki, Azərbaycan əhalisinin tərkibi 
həm  etnik,  həm  dini,  həm  də  məzhəb  baxımından 
zəngindir:  “Çünki  müxtəlif  tarixi  dövrlərdə  çoxsay-
lı  dini-etnik  qruplar  Azərbaycanda  məskunlaşıb,  yerli 
əhali  ilə  qaynayıb-qarışıb,  qohumluq  əlaqələri  qurub”. 
H. Orucov bildirib ki, indiki dövrdə Azərbaycanda dini 
vəziyyətin və dini dözümsüzlüyün səviyyəsini müəyyən 
etmək məqsədilə qeydiyyatdan keçərək rəsmi fəaliyyət 
göstərən dini icmaların sayına baxmaq kifayətdir: “əmin 
ola bilərsiniz ki, Azərbaycan hökuməti vətəndaşlarının 
əqidə seçiminə hörmətlə yanaşmaqla bərabər, dini eks-
tremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını 
qətiyyətlə alır və bundan sonra da alacaq. Dindən siya-
si məqsədlər üçün istifadəyə çalışan, insanları radikal-
lığa  çağıran  qüvvələrin  fəaliyyətini  genişləndirməsinə, 


60
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
xalqımızın  yüzillər  boyu  formalaşmış  dözümlülük 
ənənələrinə  xələl  gətirməsinə  və  ölkədəki  dini-eti-
qad  azadlığından  sui-istifadəsinə  yol  vermək  olmaz”. 
AŞPA  Avropa  xalq  Partiyası  fraksiyasının  pre-
zidenti  lukas  volonten  isə  bəyan  edib  ki, 
Azərbaycanda  digər  dinlərə  göstərilən  münasibət 
bütün  müsəlman  ölkələri  üçün  nümunə  ola  bilər. 
tədbirdə  deputatlar  Elxan  Süleymanov  və  Rövşən 
Rzayev,  Qafqaz  Müsəlmanları  idarəsinin,  Rus  Pravos-
lav  kilsəsinin  Bakı  və  xəzəryanı  Yeparxiyasının,  “Bakı 
Dağ Yəhudiləri” dini icmasının və digər dini icmaların 
rəhbər və nümayəndələri çıxış edərək Azərbaycanın to-
lerant ölkə olduğunu bildirərək burada dini, milli ayrı-
seçkiliyin olmadığını vurğulayıblar. 


61
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
AŞPA-da Avropa Xalq Partiyasının üzvləri 
Bakıdakı erməni kilsəsində olublar
21.07.2011
APA
Avropa  Şurası  Parlament  Assambleyasında  (AŞPA) 
Avropa  xalq  Partiyasının  Azərbaycanda  səfərdə  olan 
üzvləri  Bakıdakı  erməni  kilsəsində  olublar.  APA-
nın  xəbərinə  görə,  bunu  Azərbaycanın  AŞPA-dakı 
nümayəndə  heyətinin  üzvü,  millət  vəkili  Elxan  Sü-
leymanov  bildirib.  E.  Süleymanov  deyib  ki,  qonaqları 
ziyarət zamanı o özü və Azərbaycanda fəaliyyət göstərən 
vətəndaş cəmiyyəti nümayəndələri müşayiət edib. 


62
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxının millət vəkili Elxan Süleymanovun 
təşəbbüsü ilə rayon sakinlərinə bayram 
sovqatı paylanmışdır 
30.08.2011
www.elkhan-suleymanov.az
Şamaxının  millət  vəkili  Elxan  Süleymanov  hər  bay-
ram olduğu Ramazan bayramında da şamaxılıları unut-
mamışdır.  Ramazan  bayramı  günündə  millət  vəkilinin 
təşəbbüsü  ilə  Qarabağ  müharibəsi  və  20  Yanvar 
şəhidlərinin ailələrinə, eləcə də ikinci Dünya müharibəsi 
iştirakçılarının ailələlərinə bayram sovqatı paylanmışdır. 
Aksiya çərçivəsində 130-dan artıq ailəyə bayram sovqatı 
təqdim edilmişdir.


63
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxının millət vəkili, AVRONEST 
Parlament Assambleyasında Azərbaycan 
nümayəndə heyətinin rəhbəri, Avropa 
Şurası Parlament Assambleyasının üzvü, 
Elxan Süleymanovun qərargahı. 
PRESS RELİZ
 01.09.2011
www.elkhan-suleymanov.az
Şamaxının  millət  vəkili,  AvRONESt  Parlament  As-
sambleyasında  Azərbaycan  nümayəndə  heyətinin 
rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü 
Elxan  Süleymanovun  dəvəti  ilə  Avropa  Şurası  Parla-
ment Assambleyasının Hüquq Məsələləri və insan Hü-
quqları  komitəsinin  sədri  cənab  kristos  Pirqurides  və 
komitənin üzvü xanım Elza Papadimitrio Azərbaycanda 
səfərdədirlər.  Bu  gün,  sentyabr  ayının  1-də  qonaqlar 
istintaq  təcridxanası  və  cəzaçəkmə  müəssisələrinə  baş 
çəkəcək,  Azərbaycan  Respublikasının  ədliyyə  naziri 
cənab  Fikrət  Məmmədov, Azərbaycan  Respublikasının 
Baş prokuroru cənab Zakir Qaralov və Azərbaycan Res-
publikasının  ədliyyə  naziri  yanında  ictimai  komitənin 
üzvləri  ilə  görüşəcəklər.  Sentyabrın  2-də  cənab  kristos 
Pirqurides  və  xanım  Elza  Papadimitrio  bir  sıra  rəsmi 
görüşlər keçirəcəklər. Belə ki, qonaqlar Azərbaycan Res-
publikası  Milli  Məclisinin  sədri  cənab  Oqtay  əsədov, 
Azərbaycan  Respublikası  Prezidenti  Administrasiya-
sının  Hüquq  mühafizə  orqanları  ilə  iş  şöbəsinin  mü-
diri  cənab  Fuad  ələsgərov,  Azərbaycan  Respublikası-
nın  Dini  Qurumlarla  iş  üzrə  Dövlət  komitəsinin  sədri 
cənab  Hidayət  Orucov  tərəfindən  qəbul  olunacaqlar 
və  Azərbaycanda  fəaliyyət  göstərən  dini  icmaların 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə